Pərisuz

Girdman-Pərisuz çarlığı (sarı) 1017-ci ildə.

Pərisuz[1] və ya Parisos[2]orta əsr Azərbaycanında çarlıq, şəhər, qala və monastır adı. Onun mərkəzi Şəmkirçayın yuxarı hövzəsində, indiki Azərbaycanın Qalakənd kəndi yaxınlığında yerləşirdi.[3] Pərisuz çarlığı X əsrdə Ermənistan yaylasının şərqində ən mühüm knyazlığa çevrilmişdir.[4]

Pərisuzun xarabalıqları tarixən Pərisuz adlanan, Şəmkirçayın qolu olan çayın sol sahilindəki qayanın üzərində yerləşir. Pərisuz həmçinin, Şəmkirçay hövzəsini əhatə edən ətraf mahalın[3] və paytaxtı burada olan bir çarlığın adı idi.[4] Pərisuz qala-şəhərinin IX əsrdə qurulduğu ehtimal olunur.[3] Şəmkirçayın daha aşağı axınında, yaxınlıqdakı Girdman qalasını Şəmkirçay hövzəsinin mərkəzi kimi əvəz etmişdir. Pərisuz Girdmandan daha çətin coğrafi mövqeyə malik idi. Mahal əsasən əvvəlki Girdman ilə üst-üstə düşürdü. Yaxınlıqda Pərisuz adlı bir monastır da mövcud idi. Alban katolikoslarının bir siyahısında Pərisuz monastırından iki prelatın adı çəkilir, digərlərinin hamısında yalnız bir siyahı var. Bu o deməkdir ki, Pərisuz monastırı regionda "daha yüksək təşkilatlanma dərəcəsinə" malik idi.[4]

Pərisuz adı etimoloji cəhətdən "Pərniz" ilə bağlıdır və bu, Pərisuzun özü qurulmazdan əvvəl mahala verilən adı idi. Hər iki ad Strabonun regiondakı əsas qruplardan biri kimi qeyd etdiyi, İrandilli tayfalardan olan parrasların (yun. Παρράσιοι) adı ilə bağlıdır.[3]

İlkin dövrlər

[redaktə | mənbəni redaktə et]

Pərisuz çarlığı X əsrin əvvəllərində Atrnersehin nəvəsi və Səhl ibn Sunbatın ulu nəvəsi olan knyaz Sahak Sevaday ilə yaranmışdır. Pərisuzun hökmdarları Səhl ibn Sunbatın bütün Qafqaz Albaniyası üzərində suverenlik iddiasını miras almışdılar. Pərisuz çarlığı Göyçə gölünün ətrafındakı yüksək dağlıq ərazilərdə, Ermənistan yaylasının ən yüksək hissəsinə hakim olmuşdur. Çarlıq bir neçə əsas ticarət yollarına nəzarət edirdi deyə bu, onu ətraf QafqazXəzəryanı bölgələrlə yaxşı əlaqələndirmişdi. Fəth edilən marşrutlardan biri müvafiq olaraq GürcüstanƏrməniyyənin "əsas oxlarını" təşkil edən KürAraz çay sistemlərini birləşdirirdi. Pərisuzun hökmdarları Kiçik Qafqaz dağları üzərindəki iki böyük keçidə, yəni Pərisuz aşırımı və Zod keçidina nəzarət edirdilər. Pərisuz, eləcə də regionda digər kiçik xristian knyazlıqlarında hakimiyyətin möhkəmlənməsi XX əsrin əvvəllərində regionda "Ərməniyyə iqtisadiyyatının və Cənubi Qafqazda beynəlxalq ticarətin sürətli inkişafı"na səbəb olan nisbi sülh ilə əlaqədardır.[4]

Sahak Sevadayın nəvəsi İşxanun Sevaday Stepanos Orbelyan tərəfindən "Albaniyanın böyük və şanlı knyazı" adlandırılmışdır. İşxanun Sevadayın dörd oğlu var idi: İohann, Qriqor, Artnerseh və Filippe. Birincisi, İohann və Qriqor həmhökmdar kimi padşahlıq etmişdilər. İohann təxminən 968-ci ildə "Albaniya çarı" tacını almışdır. O həmçinin, Bizans və islam mötəbərlərindən reqaliya almışdır. Mənbələrdə qeyd edilmişdir ki, o, bir "İran şahından", ehtimal ki, Azərbaycanın Salari əmirindən "xələt və möhtəşəm bəzək əşyaları", Bizans maqistrı III David Kuropalatdan "nadir gözəllik tacı və kral bənövşəyi paltar" almışdı.[4]

İohannın tacqoyma mərasimi "Pərisuzun hakim sülaləsinin tarixində kulminasiya anını" təmsil edir. Buna baxmayaraq, Stepanos Taronetsinin məlumatına görə, 1003-cü və ya 1004-cü ildə həm İohann, həm də Qriqor vəfat etmişdir. Ola bilsin ki, onlar bu dövrdə Zod və Xaçında fəal olduğu bilinən, Arranın Şəddadi əmiri Fazl ibn Məhəmmədin başçılıq etdiyi basqın zamanı həlak olmuşdular.[4]

Artnerseh və Filipp

[redaktə | mənbəni redaktə et]

Stepanos Taronetsinin məlumatına görə, Pərisuz çarlığı tamamilə məhv olmuş, Fəzl ilə I Qagik arasında bölünmüşdür. Bununla belə, sonrakı illərə aid mənbələrdə təsdiqlənmişdir ki, Pərisuz çarlığı mövcudiyyətini davam etdirmişdir. Belə görünür ki, Stepanos 1004/5-ci ildə kitabını bitirəndə o, şərq bölgələrindən gələn xəbərlərdən məlumatlı deyildi. Bu vaxt Artnerseh və Filipp sağ qalmışdı. Bir versiyaya görə, onların mahalın çoxsaylı qalalarından birində gizlənmiş və onlar qardaşlarının birgə padşahlığını miras almışdılar. Ehtimal olunur ki, onlar vardapet Tiranunun müxtəlif ermənidilli əlyazmalarda teoloji əsərlərin saxlanıldığı ekzegeza bağlı suallarına cavab olaraq məktubunda adı çəkilən "alban çarları Artnerseh və Pipe"dir. Tiranunun verdiyi cavabın qardaşlar çarlığı ələ aldıqdan az sonra yazıldığı güman edilir, çünki məktubdə onların "həddindən artıq təhlükə" içində olmasına istinad edilir. Bunun dövrün siyasi sarsıntısının göstəricisi olduğu güman edilir.[4]

Pərisuz çarlığının XI əsrin ortalarına qədər mövcudiyyətini davam etdirdiyini güman olunur. Ondan sonra regionda Xaçın knyazlığı müvəffəq olmuşdur.[4]

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. B.Ə.Budaqov, Q.Ə.Qeybullayev Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti
  3. 1 2 3 4 Hewsen, 1992
  4. 1 2 3 4 5 6 7 8 Dorfmann-Lazarev, 2021
  • Dorfmann-Lazarev, Igor. Concerning Four Kings From the Land of 'Deep Ravines, Dense Forests, and Dark Thickets' // Forness, Philip Michael; Hasse-Ungeheuer, Alexandra; Leppin, Hartmut (redaktorlar ). The Good Christian Ruler in the First Millennium: Views from the Wider Mediterranean World in Conversation. Berlin: Walter de Gruyter GmbH. 2021. ISBN 9783110724691. İstifadə tarixi: 17 September 2022.
  • Hewsen, Robert H. The Geography of Ananias of Širak: Ašxarhacʻoycʻ, the Long and the Short Recensions. Wiesbaden: Dr. Ludwig Reichert Verlag. 1992. ISBN 3-88226-485-3. İstifadə tarixi: 17 September 2022.