Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pərisuz
Pərisuz və ya Parisos — orta əsr Azərbaycanında çarlıq, şəhər, qala və monastır adı. Onun mərkəzi Şəmkirçayın yuxarı hövzəsində, indiki Azərbaycanın Qalakənd kəndi yaxınlığında yerləşirdi. Pərisuz çarlığı X əsrdə Ermənistan yaylasının şərqində ən mühüm knyazlığa çevrilmişdir. Pərisuzun xarabalıqları tarixən Pərisuz adlanan, Şəmkirçayın qolu olan çayın sol sahilindəki qayanın üzərində yerləşir. Pərisuz həmçinin, Şəmkirçay hövzəsini əhatə edən ətraf mahalın və paytaxtı burada olan bir çarlığın adı idi. Pərisuz qala-şəhərinin IX əsrdə qurulduğu ehtimal olunur. Şəmkirçayın daha aşağı axınında, yaxınlıqdakı Girdman qalasını Şəmkirçay hövzəsinin mərkəzi kimi əvəz etmişdir. Pərisuz Girdmandan daha çətin coğrafi mövqeyə malik idi. Mahal əsasən əvvəlki Girdman ilə üst-üstə düşürdü. Yaxınlıqda Pərisuz adlı bir monastır da mövcud idi.
Qeyd-şərtsiz kapitulyasiya
Qeyd-şərtsiz kapitulyasiya — təslim olan tərəfə heç bir zəmanət, arxayınlıq və vəd verilmədiyi təslimiyyət. Çox vaxt tamamilə məhv edilmə təhlükəsi ilə tələb olunur. Yalnız qeyd-şərtsiz kapitulyasiyanın məqbul olduğunu elan etmək daha zəif rəqibə psixoloji təzyiq göstərir, lakin bu, həm də düşmənçilik müddətini uzada bilər. Tərəf adətən yalnız öz rəqibləri üzərində əhəmiyyətli üstünlüyə malik olduğu halda, qələbənin qaçılmaz olduğu düşünüldükdə qeyd-şərtsiz kapitulyasiyanı tələb edir. Müasir dövrdə qeyd-şərtsiz kapitulyasiya daha çox beynəlxalq hüququn təmin etdiyi təminatları əhatə edir. Bəzi hallarda kapitulyasiya həqiqətən qeyd-şərtsiz qəbul edilir, digər hallarda isə şərtlər təklif edilir və qəbul edilir, lakin qüvvələrin simvolik məqsədlər üçün "qeyd-şərtsiz kapitulyasiya"ya tabe olduğu elan edilir. Bu cür təslimiyyət təslim edən tərəf tərəfindən qeyri-rəsmi olaraq razılaşdırılmış təminatların gözlənilməsi ilə də qəbul edilə bilər. Müsəlmanların çox az itki verərək taktiki cəhətdən rəqiblərinə qalib gəldiyi Xəndək döyüşündən sonra müsəlmanları məğlub etmək cəhdləri uğursuzluğa düçar olmuş, islam regionda nüfuz sahibinə çevrilmişdir. Nəticədə müsəlman ordusu Bəni-Qureyzə qəbiləsinin məhəlləsini mühasirəyə almış və onların qeyd-şərtsiz kapitulyasiyasına səbəb olmuşdur. İslamı qəbul edən bir neçə kişidən başqa bütün kişilər edam edilmiş, qadınlar və uşaqlar isə köləyə çevrilmişdir.
Dersu Uzala
Dersu Uzala (d. 1849-ö. 1908) — ovçu, nanay (qold) hansı ki, bütün həyatını tayqa meşələrində yaşayıb. == Həyatı == Onun heç vaxt evi olmayıb, o həmişə açıq səma altında yaşayıb, ancaq qış aylarında özünə soyuqdan müdafiə olunmaq üçün koma tikirmiş. Yaxşı təlim görmüş cavan Vladimir Klavdiyeviç Arsenyev və "meşə insanı" Dersu birlikdə 1902–1907-ci illərdə ussur tayqasında neçə kilometrlərlə yol qət eləmişlər. Onlar bu gəzintilər zamanı çox yaxşı dost olublar. Ekspedisiyadan sonra 1907-ci ildə Arsenyev tez anlayan Dersunu Xabarovskdakı evində yaşamağa dəvət edir. Dersu öz kapitanını çox sevirdi, ancaq şəhər həyatı artıq ona ağır gəlirdi. Meşələrin insanına dörd divar çox sıxıcı görünürdü. 1908-ci ilin yazında Dersu öz dostu ilə sağollaşdı və piyada doğma vətəni olan Primor vilayətinə yollandı.