Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Diksiya
Diksiya (lat. dictio – tələffüz etmə) — Sözlərin tələffüz tərzi; tələffüz. Diktə etmək. Səlis və aydın diksiya nitq mədəniyyətinin əsas elementi. Tələffüzdə aydınlıq dərəcəsidir (danışıqda, ifadə, bədii qiraətdə). Diksiya aktyor, müğənni, diktor, natiq və lektor üçün çox vacibdir. Diksiya xüsusi məşğələlər vasitəsilə təkmilləşdirilir. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Madhuri Dikşit
Madhuri Dikşit (ing. Madhuri Dixit, hind. (dev.) माधुरी दीक्षित, marathi माधुरी दीक्षित ; 15 may 1967, Bombey) — Hindistanlı aktrisa. Boyu: 163 sm == Həyatı == Madhuri Dikşit 15 may 1967-ci ildə Hindistanın Mumbay şəhərində marathi dilində danışan və hinduizmdə ali kastaya — brahmanlar kastasına aid ailədə anadan olmuşdur. Valideynləri Şankar və Snehalata Dikşitdir. Ailədə 4 uşaqdırlar. Madhuri ailənin son beşiyidir, özündən böyük iki bacısı (Rupa və Bharati) və bir qardaşı (Acit) var.
Diksit—Stiqlits—Kruqman modeli
Diksit—Stiqlits—Kruqman modeli — yeni beynəlxalq ticarət nəzəriyyəsinin əsasını təşkil edən və iqtisadçılar Avinaş Diksit, Cozef Stiqlits və Pol Kruqman tərəfindən yaradılmış inhisarçı rəqabət və miqyas iqtisadiyyatları şəraitində aqlomerasiyaların formalaşması üçün makroiqtisadi model. == Tarixi == E.Çemberlinin 1933-cü ildən "İnhisarçı rəqabət nəzəriyyəsi" kitabında (əvvəllər 1927-ci il dissertasiyasında verilmişdir) və bir neçə ay sonra C.Robinsonun "Qeyri-kamil rəqabətin iqtisadi nəzəriyyəsi" əsərində "həmçinin 1933-cü ildən inhisarçı rəqabət üçün xarakterik olan anlayışlar və fərziyyələr tətbiq olunur. İnhisarçı rəqabət modeli 1977-ci ildə A. Diksit və J. Stiqlitsin “İnhisarçı rəqabət və optimal məhsul müxtəlifliyi” adlı birgə məqaləsində (Uorvik Universitetində 1975-ci ildə birgə iş əsasında) yaranmışdır. Bu model 1979-cu ildə Pol Kruqmanın “Artan gəlirlər, inhisarçı rəqabət və beynəlxalq ticarət” və 1980-ci ildə “Məqsəd iqtisadiyyatı, məhsulun differensasiyası və ticarət strukturu” məqalələrində əlavə edilmiş və yenidən işlənmişdir. 1980-ci ildə A. Diksit və V. Normanın monoqrafiyası, 1985-ci ildə isə E. Helpman və P. Kruqmanın "Bazar strukturu və xarici ticarət" əsərindən sonra. P. Kruqman təhlili 1991-ci ildə “Gəlirlərin artırılması və iqtisadi coğrafiya” məqaləsi ilə tamamladı və 1999-cu ildə M. Fujita, P. Kruqman və A. Venablesin “Məkan iqtisadiyyatı” əsəri nəhayət Diksit—Stiqlits—Kruqman modeli formalaşdırdı.
Fiksiya
Fiksiya – uydurma, yalan. həqiqətin məğzindən asılı olmayaraq bir fakt kimi ehtimalın fərziyyəsi. Bədii ədəbiyyat xəyali və ya icad edilən bir şeyi təsvir edir. Bədii ədəbiyyat termini kimi fiksiya ümumiyyətlə nəsrdə və ya şeirdə olduğu kimi adi dildə yazılan yaradıcı əsərlərdə də istifadə olunur. Bədii ədəbiyyat yazılı əsərlərə, pyeslərə və kinoya aid edilə bilər, lakin ən çox yazılı yaradıcılıqla əlaqələndirilir.Mürəkkəb süjet xətti və personajları özündə əks etdirən və qabaqcıl bədii üslub üsullarından istifadə edən bədii nəsr fantastika kimi tanınır. Ədəbi fantastika əsərləri fantaziya, elmi fantastika, macəra, tarixi, romantika və sirr kimi janrlara şaxələnə bilər.[1] == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Kiksiya
Kiksiya (lat. Kickxia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Kickxia aegyptiaca (L.) Nábĕlek Kickxia elatine (L.) Dumort. Kickxia lanigera (Desf.) Hand.-Mazz. Kickxia monodiana (Maire) Dobignard Kickxia spuria (L.) Dumort. Kickxia spuria subsp. integrifolia (Brot.) R. Fern.
Nikşiç
Nikşiç (mont. Никшић/Nikšić) - Monteneqroda şəhər. Nikşiç vadisində, Trebyesa dağının ətəyində yerləşir. Nikşiç paytaxt Podqoritsadan sonra Monteneqronun ikinci ən böyük şəhəri və vacib sənaye mərkəzidir. Sahəsi 2.065 km² olan Nikşiç bələdiyyəsinin mərkəzidir.
Simsia
Simsia (lat. Simsia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Dinsiz
Dinsizlik, kontekstə bağlı olaraq, ateizm, aqnostisizm, deizm, skeptisizm, azad düşüncə və ya dünyəvi humanizm mənası daşıya bilən bir sözdür. İnsanların dini baxışlar üzrə bölgüsündə Dentsu Institute (2006) və Zuckerman (2005) təşkilatlarının statistikası əsas götürülür. Verilən rəqəmlər maksimal qiymətlərdir. Statistikaya görə, 16% dünya əhalisi (1,1 milyard insan) özünü "dinsiz" sayır, buraya aqnostiklər, ateistlər, dünyəvi humanistlər və dini görüş haqda suala "yox", "dini seçimim yoxdur" deyə cavab verən kəslər aiddir. Araşdırmalara görə, varlı ölkələr daha çox dinsizdir, kasıblar isə dindardır; "təhsillilik" və "təhsilsizlik" göstəricisi də buna müvafiqdir.. Hesabatda qeyd olunur ki, dinsizlər müəyyən qədər inanclara malikdirlər, həmçinin dinsizlərin əksəriyyəti Asiya-Sakit okean bölgəsində yaşayırlar. 2012-ci il sorğusu göstərdi ki, ateistlər də daxil olmaqla 36% insan dinsizdir və 2005-ci ildən 2012-ci ilə qədər onların sayı 9% artıb.. Həmin mənbəyə görə, təxminən 40–50% özünü dinə bağlı saymayan insan heç olmasa tək tanrıya və ya hansısa fövqəltəbii qüvvəyə inanır.. == Dünya ölkələrinin göstəriciləri == Cədvəldə ölkələr üzrə dinsiz (qeyri-dindar) əhalinin azalan faizlərlə göstəricisi verilib.
Dikain
Tetrakain və ya dikain ― yerli anestetiklər qrupuna aid farmakoloji preparat. == Quruluşu == Tetrakain kimyəvi quruluşuna görə parabutilaminobenzoy turşusu törəməsidir. Molekulunda efir rabitəsi olan yerli anestetiklərdəndir. == İstifadəsi == Tetrakain güclü anesteziyaedici aktivliyə malik preparat olub, təsir gücünə görə kokaindən təxminən 10 dəfə qüvvətlidir. Lakin kokaindən 2–5, prokaindən 10 dəfə artıq toksiki təsirə malikdir. Səthi anesteziyada istifadə olunur. Təyin yolundan asılı olmayaraq selikli qişalardan yaxşı sorulur, bu səbəbdən preparatdan istifadə zamanı intoksikasiya halının baş vermə ehtimalının qarşısını almaq məqsədilə preparatdan istifadə zamanı dozalanmaya ciddi fikir verilməlidir. Kokaindən fərqli olaraq göz bəbəyini genişləndirmir, akkomodasiya və gözdaxili təzyiqə praktik olaraq təsir göstərmir. Preparatın damargenişləndirici təsiri olduğuna görə adrenomimetiklərlə birlikdə istifadəsi tövsiyə olunur.
Pikşa
Pikşa (lat. Melanogrammus aeglefinus) — treskakimilər dəstəsinin treskalar fəsiləsinə aid balıq növü.
Tiksi
Tiksi (saxa Тиксии) — Saxa Respublikasının Bulun ulusunun mərkəzi olan, şəhər tipli qəsəbə. Rusiyanın ən ucqar şimal ərazisində yerləşən dördüncü yaşayış mənyəqəsidir (Dikson, Xatanqa, Dikson). Şəhər qütb en dairəsi daxilində, Lena deltası yaxınlığında, Laptevlər dənizinin Tiksi buxtasında yerləşir. Şimal dəniz yolu üzərində dayanacaq məntəqəsi kimi 1933-ci ildə əsası qoyulmuşdur. Bir il öncə isə Tiksinin yaxınlığında 1932-ci ildə Qütb stansiyası istifdəyə veilmişdir. 1957-ci ildə Qütb qeokosmofizik abservatoriya istifadəyə verilir. 1939-ci ildə yaşayış məntəqəsinə şəhər tipli qəsəbə statusu verilir. 1941—1944-ci illərdə burada SSRİ-nin daxili konvoy məntəqəsi rolunu oynayırdı. Halbu ki, bu ərəfələr ərazidə almanların sualtıqayıqları və torpedo katerləri yerləşirdi (gizli baza). Gəmiçilik Gəmiçilik üçün cəmi 3 aydan az müddətdə yararlı olur.
Vıksa
Vıksa — Rusiya Federasiyasında yerləşən şəhər Nijeqorod vilayətinə daxildir
Diskin tutumu, diskin həcmi
Diskin tutumu, diskin həcmi (disk capacity)– diskə yerləşdiriləbilən baytların (simvolların) ümumi sayı. Kompüterin əməliyyat sistemi öz məqsədləri üçün diskdə müəyyən yeri ehtiyatda saxlayır, bundan başqa, fayıllar diskə bayt-bayt ardıcıl olaraq deyil, bloklar şəklində yazıldığından, diskin gerçək tutumu onun saxlamaq üçün mümkün olan sahəsindən bir qədər çox olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Alişa Dikson
Alişa Dikson (7 oktyabr 1978, Böyük Britaniya) — ingilis müğənni, rəqqasə, aparıcı, aktrisa, repçi və modeldir. == Həyatı və karyerası == Alişa Diksonun atası yamaykalı, anası ingilisdir. Bir müddət müğənni Farel Vilyamsın komandasında rəqqasə kimi fəaliyyət göstərmişdir. Britain's Got Talent ve X Factor adlı televiziya proqramlarında münsiflik etmişdir. Dixon BBC üçün bir uşaq nöqteyi-nəzərindən məişət zorakılığı məsələsi ilə bağlı "Anamı vurma" adlı sənədli film yaratdı və öz uşaqlığını qeyd etdi: "O dövrü düşünəndə harmoniyada yaşadığımı xatırlamıram. Mən heç bir əyləncəli anları xatırlamıram, güman edirəm ki, neqativlər onu bulandırıb. Mənfi zamanlar və qorxulu zamanlar yaxşı olan hər şeyin qarşısını kəsib… Mən inanıram ki, hər bir uşağın öz mühitində böyümək hüququ var.
Dikaya diviziya
Qafqaz Yerli Atlı Diviziyası (rus. Кавказская туземная конная дивизия) və ya Vəhşi diviziya (rus. Дикая дивизия — Birinci dünya müharibəsi (1914–1918) dövründə Qafqazın müsəlman əhalisindən təşkil edilmiş süvari diviziya. Çar Rusiyasında müsəlman əhali, o cümlədən Qafqaz müsəlmanları kütləvi şəkildə hərbi xidmətə cəlb olunmurdular, lakin müharibənin gedişində cəbhənin möhkəmləndirilməsi üçün Qafqaz müsəlmanlarının süvari qoşunda döyüşmək bacarıqlarını nəzərə alaraq, onlardan ibarət yeni atlı diviziyanın yaradılması qərara alındı. 3-cü süvari korpusun (Qərb cəbhəsi) tərkibində olan "Dikaya diviziya" (diviziyanın adı həm şəxsi heyətin şücaəti, həm də onların nizami döyüş hazırlığı keçməməsi ilə əlaqədar idi) 6 kiçik tərkibli alaydan — Dağıstan, Kabarda, Tatar (azərbaycanlı), Çeçen, İnquş və Çərkəz alaylarından ibarət idi. Diviziyanın tabeliyinə, həmçinin, Osetin piyada briqadası və 8-ci Don topçu divizionu verilmişdi. "Dikaya diviziya"nın komandiri general D. P. Baqration idi. Diviziyanın zabit heyətini, əsasən, rus qvardiya zabitləri, həmçinin, yerli zadəgan nümayəndələri təşkil edirdi. "Dikaya diviziya"nın ümumi sayı 1350 süvaridən ibarət idi. Xüsusi hərbi hazırlıq görmədiyinə və könüllülük əsasında yaradıldığına görə, diviziyanın şəxsi heyətinə müəyyən güzəştlər verilmişdi.
Dikson Torpağı
Dikson Torpağı (norv. Dickson Land) — Qərbi Şpisbergen adasının bir hissəsini təşkil edən ərazi (Şpitsbergen, Norveç). İsford və Veydefiord arasında yerləşir. Öz növbəsində bir yarımadadır. İsfordun üç hissəsi ilə parçalanmışdır — Billeford, Sassenford və Tempelford. İsveçli iş adamı və bir çox arktika ekspedisiyalarını maliyyələşdirən Oskar Diksonun (1823—1897) şərəfinə adlandırılmışdır.
Dikson adası
Dikson adası (rus. Ди́ксон) — Kara dənizində, Rusiyanın Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonunda (rus. Таймы́рский Долга́но-Не́нецкий райо́н), Yenisey çayının mənsəbinin yaxınlığında yerləşən ada. Adanın yaxınlığında Dikson şəhərtipli yaşayış məntəqəsi yerləşir və bu ərazidəki əsas liman və hidrometeorologiya mərkəzidir. Burada Dikson Hava Limanı fəaliyyət göstərir. == Tarix == Dikson adası və yaxınlığında yerləşən eyniadlı yaşayış məntəqəsi isveçli Artika maqnatı Oskar Diksonun şərəfinə adlanıdırılmışdır. Ada pomorlar tərəfindən keç edilməsindən sonra XVII əsrdə Dolqi ("uzun") və Kuzkin adları ilə tanınmışdır. 1875-ci ildə fin səyyah Adolf Erik Nordenşöld adaya əslən şotland olan, varlı İsveç maqnatı Oskar Diksonun adını vermişdir. İngiliscə Oskar Dikson "Oscar Dickson" şəklində yazılsa da, daha sonra "c" hərfi düşmüş və ingiliscə "Dikson" adından istifadə olunmağa başlanmışdır. 1884-cü ildə bu ad adanın rəsmi adı kimi qəbul olunmuşdur.
Dikson qəsəbəsi
Dikson — Şəhərtipli qəsəbə olaraq Krasnoyarsk diyarının şimalında Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Rusiyanın şimal qütbünə ən yaxın şəhər tipli qəsəbəsidir. == Tarixi == Qəsəbə 7 sentyabr 1915-ci ildə Dikson adasında inşa edilir. Qəsəbənin materik hissəsi isə sonra tikilir. Ada öz adınını norveçli taçir və səyahətçi Oskar Diksonun (isv. Oskar Dickson; 1823—1897) adından götürmüşdür. Uzaqda yerləşməsi çoxlarını bura cəlb edir. Halbuki, qəsəbəyə gediş hecdə asan deyil. Sənətçilərin bir qismi Dikson haqqında nəğmələr qoşmüşdür. 1942-ci ildə qəsəbə yaxınlığında alman «Admiral Şeer» gəmisi ilə SSRİ donamması döyüş baş vermişdir.
Dişsiz balinalar
Dişsiz balinalar, bığlı balinalar (lat. Mystacoceti) — balinakimilər dəstəsindən məməlilər yarımdəstəsi. Üst çənəsində diş əvəzinə "balina bığı" adlanan uzun buynuz lövhələr var (ikinci adı da buradandır). Bığların kənarı uzun qılcıqlara ayrılıb. Dişsiz balinaların qidası olan su orqanizmlərini süzən narın, ələyəbənzər süzgəç əmələ gətirir. Burnunda tək-tək yerləşən vibrislər (duyğu orqanı) var. Başının təpə hissəsində 2 burun dəliyi olur. Dişsiz balinaların ən irisinin uzunluğu 33 m, kütləsi 160 t-dur. 4 müasir fəsiləsinə aid 10 növü məlumdur: Qrenlandiya balinası Seyval Kiçik cənub zolaqlı balina boz balina qozbel balina göy balina finval seyval Kiçik zolaqlı balina Brayde zolaqlı balina. Bütün okeanlarda geniş yayılmışdır.
Dişsiz məməlilər
Cücüyeyənlər (lat. Pilosa) — kəmdişlilər dəstəüstünə aid heyvan dəstəsi.
Dişi
Dişi — daşınamayan artıma hüceyrəsi (yumurta) çıxaran fərdlərə deyilir. == Simvol == Ümumiyyətlə Veneranın simvolu (♀) dişilər üçün istifadə edilir.
Eyler diski
Eyler Diski, 1987–1990-cı illər arasında Yozef Bendik tərəfindən icad edilmiş, elmi və öyrədici oyuncaqdır. Düz və ya əyri bir səthdə dönən və fırlanan bir diskin dinamik sistemini göstərmək və öyrənmək üçün istifadə olunur. == Haqqında == === Enerjinin Qoruması === Eyler disi döndükdə disk həm potensial, həm də kinetik enerjiyə malik olur. Potensial enerji diskə yan tərəfə dik olduqda verilir. Kinetik enerji isə diskə güzgü bazasında əyildikdə verilir. Euler Diski sürtünmə və titrəmə üçün olmasa idi sonsuza qədər yuvarlana bilərdi. === Bucaq momentumu === Eyler diskinin necə işlədiyini təsvir etməyin başqa bir yolu, diskin bucaq impulsunu nəzərə almaqdır. Eyler diski özünü dik tutmaq üçün bucaq impulsundan istifadə edir. Disk bir dairə ətrafında fırlandıqda, diski aşağı çəkən cazibə qüvvəsi və diski yuxarıda saxlayan güzgü bazası tərəfindən tətbiq olunan qüvvə tarazlığı ilə tutulur.
Maqnit diski
Maqnit diski (İng.magnetic disk, ru. магнитный диск)-qoruyucu korpusa (sərt disk) və ya zərfə (yumşaq disk) yerləşdirilmiş çoxlu sayda kiçik seqmentlərin (maqnit domenlərin) maqnit sahəsinin gərginliyini dəyişməyə imkan verən maqnit materialla ötürülmüş disk. Sahənin dəyişməsi – maqnit materialın (informasiya daşıyıcısının) hissəciklərinin maqnit polyarlığının dəyişməsidir ki, bundan da informasiyanın ikilik formada kodlaşdırılması üçün istifadə olunur (bir polyarlıq 1-i, əksi isə 0-ı təmsil edir). Polyarlığın dəyişməsi, disksürənin oxuma-yazma başcığının diskin səthi üzərindən yüksək sürətlə keçməsi ilə yerinə yetirilir. Maqnit diski öz xassələri səbəbindən elektromaqnit sahəsi mənbələrinin təsirindən qorunmalıdır ki, ona yazılmış informasiya korlanmasın və ya dağılmasın. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Tiksi buxtası
Tiksi buxtası — Laptevlər dənizinin cənubunda yerləşən buxta. Buxta Lena deltasının cənub-şərqində yerləşir. Buxtanın eni çıxacaqda 17 km, uzunluğu isə 21 km təşkil edir. Oktyabr ayından İyul ayına qədər buzlarla örtülü olur. Qabarmanın hündürlüyü 30 sm-dir. Buxtanın maksimal dərinliyi 11 metrdir. Şimal şərhədləri buzlarla sanki cızılmışdır. Buxtada Brusnev adası yerləşir. Adada maksimal hündürlük 26 metrdir. Buxta Neelov buxtasından Bıkovski yarımadası ilə ayrılır (Kolıçev bərzəxi).
Fest diski
Fest diski — Orta və ya Son Tunc dövrünə, Minoy mədəniyyətinə aid unikal yazı abidəsi. 1908-ci ildə Yunanıstanın Krit adasındakı Fest şəhərində aparılan qazıntılar zamanı 16 sm diametrli terrakota diski tapılmışdır. Onun dəqiq təyinatı, eləcə də istehsal yeri və vaxtı etibarlı şəkildə məlum deyil. Fest diskinin tədqiqinə həm mütəxəssislər, həm də həvəskar həvəskarlar tərəfindən bir çox əsər həsr olunmuş və sonuncular onun səthindəki yazının deşifrə edilməsi ilə bağlı dəfələrlə açıqlamalar vermişlər. Buna baxmayaraq, təklif olunan oxunuşların heç biri elmi ictimaiyyətdə qəbul olunmamışdır. Fest diskinin tədqiqi üzrə işlər yavaş-yavaş gedir ki, bu da ilk növbədə mesajın qısalığı və orada istifadə olunan yazı sisteminin təcrid olunması ilə əlaqədardır. Əksər ekspertlərin fikrinə görə, Fest diskinin deşifrə edilməsinin real perspektivi yalnız eyni yazının digər abidələri aşkar edildikdən sonra yarana bilər. Fest diskinin təsvirlərinin qeyri-linqvistik təbiəti ilə bağlı bir sıra fərziyyələr də mövcuddur. Fest diski Krit adasındakı İraklion Arxeologiya Muzeyinin daimi sərgisinə daxildir.