Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dolerit
Dolerit və ya diabaz — dolerit və ya ofit quruluşlu, iri və orta dənəli aydın kristallik bazalt == Haqqında == Massiv teksturlu; nadir hallarda badamdaşlıdır. Əsasən plagioklaz (labrodor, labrodor-bitovnit) və piroksendən (avgit, pijonit, pijonit-avgit) ibarətdir. Onlar müvafiq olaraq 2:1 nisbətindədir. Olivinli növündə olivinin miqdarı 10% (bəzən bir qədər də çox) olur. Az miqdarda titan-maqnetit, bəzən ilmenit, xallkopirit, pirit olur; aksessorlardan — apatit, sirkon, qranat, rutil, sfen iştirak edir. Sill, dayka və ştoklar əmələ gətirir. Yer qabığının stabil zonaları üçün səciyyəvidir (əsasən qədim platformalar — Sibir, Afrika, Hind, Şərqi Avropa); okean hövzələrində, demək olar ki, rast gəlmir. Növləri tərkibinə, quruluş və teksturasına, törəmə dəyişilmələrinə, indeksinə və yatım şəraitinə görə ayrılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Doktrin
Doktrina — elmi, fəlsəfi və ya siyasi təlim. == İstinadlar == == Xarici keçidlər == "Congregation for the Doctrine of the Faith (Roman Catholic Church) - Britannica Online Encyclopedia". Britannica.com. İstifadə tarixi: 2013-03-07. "Congregation for the Doctrine of the Faith". Ewtn.com. 2018-07-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-07.
Tokuri
Tokkuri (徳利) və ya bəzən tokuri – sake süzmək və saxlamaq üçün istifadə olunan butulka. Əsasən keramikadan hazırlanır. "Tokkuri" sözünün mənşəyi sake süzərkən çıxan səslə (yaponca "tokuri-tokuri") bağlıdır. Digər bir versiyaya görə bu söz koreya mənşəli olub "tokku uru" ("bərk keramika") ifadəsindən yaranmışdır. Plastik butulkaların ixtirasına qədərki dövrdə yaponlar sake, soya sousu və yağ kimi maye məhsulları saxlamaq üçün tokkuridən geniş istifadə edirdilər. Sake satıcıları sakeni tokkurilərlə satırdılar və üzərinə dükkanın və ya brendin adını yazırdılar. Müştərilər sakeni içib bitirdikdən sonra boş tokkurini qaytarırdılar və pul alırdılar. Bu praktika kayoy tokkuri adlanırdı. Tokkuri əsasən keramikadan hazırlansa da, metal və ya şüşədən də hazırlana bilər. Həcmi 0,18–1,8 litr arasında dəyişir.
Baba Kokuri
Baba Sadayoşi (馬場貞由, 1787 – 12 sentyabr 1822) – Edo dövründə yaşamış Yaponiya tərcüməçisi və ranqaku alimi. Sacuro (佐十郎), Kokuri (穀里) və Teyyu (貞由) adlarından da istifadə etmişdir. Yaponiyada vaksinasiyaya və Qərb metallurgiyasına dair ilk əsərlərin müəllifi olmuşdur. == Karyerası == Baba Sadayoşi Şizuki Tadaonun şagirdi olmuş, holland dilini öyrənmiş və Yaponiyanın Naqasaki şəhərində yerləşən Tərcüməçilik Bürosunda işləmişdir. 1808-ci ildə Edo şəhərinə dəvət olunaraq Astronomiya Bürosunun tərcüməçisi olmuşdur. Decimadakı holland postunun rəhbəri Hendrik Doeffdən fransız dilini öyrənmiş və vaksinasiya haqqında məlumatlar əldə etmişdir. 1811-ci ildə yaradılmış Barbar Kitablarının Tərcüməsi Ofisində işləməyə başlamış və buradakı ilk işi Vasili Qolovninin gəmisində tapılmış məktubları tərcümə etmək olmuşdur. O, Ezo adasına gedərək Qolovnindən rus dili təlimi almışdır. 1811–1839-cu illərdə nəşr olunmuş "Kosey şinpen" (azərb. "Sağlamlıq üçün yeni kompendium"‎) əsərinin tərtibində iştirak etmişdir.
Mişel Dokeri
Mişel Dokeri (15 dekabr 1981)- ildə anadan olub. O, ingilis teatr ,kino və televiziya aktrisasıdır. Orta məktəbdən sonra Dokeri Musiqi və Teatr Məktəbinə qəbul olub və 2004-cü ildə buranı bitirib. Bir il sonra isə “Fingersmith” teleserialında debüt edib. Növbəti ildə “Santa-Xryakus” televiziya filminə çəkilib. 2009-cu ildə Cudi Denç ilə birlikdə Cranford kostyum dramında Erminia rolunu aldı . Mişel Dokeri daha çox “Daunton abbatlığı” teleserialında oynadığı Meri Krouli rolu ilə böyük populyarlıq qazandı. Seriala 2010-cu ildən bəri çəkilir. Gördüyü işə görə tənqidçilərin rəğbətini qazanıb. Eyni zamanda 2012-ci ildə dram serialında ən yaxşı qadın rolu kateqoriyasında “Emmi” mükafatına namizəd olub.