Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dombra
Dombra (qaz. домбыра) — Qazax xalq çalğı aləti. Xalq arasında deyilir ki, hər iki Qazaxdan biri mütləq bir musiqi aləti çalmağı bacarır. Biz bu iddianı yumşaldaraq deyirik ki, Türkistan şəhərində hər ailədə mütləq bir nəfər musiqi aləti çalır və bu çalınan alət dombradır. "Qazaxı soruşsan, dombranın qolundadır". Bu yəqin ki, xalqla onun musiqisi arasındakı əlaqəni ifadə edən ən gözəl sözdür. Dombıra, iki telli musiqi aləti və bəlkə də Anadolu sazının atasıdır. Anadolu sazının da üç telli olduğu illər uzaqda deyildir. Sazda tel sayının çoxalması 80-100 illik məsələdir. Bəlkə daha əvvəl, o da dombıra kimi yalnız iki telli idi.
Domera
Domera (fr. Valigny) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şimali-qərbi Monlyusoon kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03101. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 9004 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 5558 əmək qabiliyyətli insanlar arasında (15-64 yaş arasında) 3745 nəfər iqtisadi cəhətdən fəal, 1813 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,4%, 1999-cu ildə 67.0%). 3745 fəal 3444 nəfərdən (1776 kişi və 1668 qadın), 301 nəfəri işsiz (123 kişi və 178 qadın) idi. 1813 hərəkətsiz, 394 nəfər şagird və ya tələbə, 879 nəfər təqaüdçü, 540 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Domra
Domra (rus. до́мра) — Belarus, Ukrayna və Rusiya xalq simli musiqi aləti. Domranın yarımdairəvi bir bədəni var. Musiqi alətinin simlərindən səslər mizrab vasitəsilə çıxardırılır. Musiqi alətindən səs çıxarmaq üçün istifadə olunan xarakteristik texnika tremolodur. Domranın iki növü var – ənənəvi şəkildə Rusiyada istifadə olunan üçsimli domra və əsasən Belarus və Ukraynada istifadə olunan dördsimli domra. Domra fərdi çıxışlar üçün, eləcə də Rusiya xalq çalğı alətləri ansambllarında və orkestrlarında istifadə olunur. Domra XVI–XVII əsrlərdə Rusiya skomoroxları tərəfindən fərdi və ya ansambl çıxışlarında istifadə olunurdu, ancaq XVII əsrdə kilsə və dövlət tərəfindən bir sıra qanunlar qəbul edilmişdir ki, bu qanunlar skomoroxların fəaliyyətini qadağan edirdi. Skomoroxların dövrünün sona çatması ilə domradan da istifadə sona çatmışdır. Domranın müasir xarici görünşü 1896-cı ildə Vasili Vasiliyeviç Andreyevin balalayka musiqi aləti üzərində apardığı bərpa fəaliyyəti nəticəsində formalaşmışdır.
Dombay
Dombay (rus. Домбай) — Rusiya ərazisində, Qaraçay-Çərkəz Respublikasının Teberda hövzəsində dağlıq ərazi. Dombayın cənub sərhəddi - Baş Qafqaz silsiləsidir. Ən yüksək zirvəsi - Dombay-Ulgendir. Hündürlüyü 4046 metrdir. Dombay üç əsas dərənin birləşməsidir: Alibek, Amanauza və Dombay-Ulgen. Hər üç dərə mərkəzdə mənzərəli Dombay talasını formalaşdırır. Talanın hündürlüyü 1630 metrdir. Dombay inzibati ərazi olmayıb dəqiq sərhədlərə malik deyil. Bu əraziyə müasir Teberda çayının yuxarı axarları aiddir.
Domlar
Domlar ("Doma" və ya "Domi" olaraq da adlandırılırlar; ərəb. دومي‎دومي‎‎ / ALA-LC: Dūmī , دومري / Dūmrī ; Misir Ərəbcəsi: هناجره‎‎ Hanagra ) — Orta Şərqdə, Şimali Afrikada, Qafqazda, Mərkəzi Asiyada və Hindistan yarımqitəsində yaşayan Hind-Ari etnosu. == Mədəniyyət == Domların şifahi ənənələri var və mədəniyyət və tarixlərini, musiqi, poeziya və rəqslə ifadə edirlər. İlk olaraq qaraçıların bir budağı olduqlarına inanırdılar, lakin Domari dili üzərinə edilən son araşdırmalar, yəqin ki, VI əsrdə qaraçılarla müqayisədə Hindistan yarımqitəsindən ayrıldıqlarını göstərir. Qaraçıların özlərini təyin etmələri üçün dünya səviyyəsində istifadə edilən adları, roman dilində də kişi mənasını verən "Htom" terminidir. Rom, Dom və Lom sözləri, VI əsrdə fərqli qaraçı xalqlarını təsvir etmək üçün istifadə edilirdi. Bir neçə qəbilələr Qərbi Avropaya qədər getmişdilər. Qərbi Avropadakılar Romlar, İran və Türkiyədə qalanlar isə Domlar adlandırmışdılar. Müxtəlif Domari yarımqrupları arasında olan Qəvazilər, rəqsləri və musiqiləri ilə ən məşhur qrupdur. == Yayılması == Ümumi əhalisi təxminən 2.2 milyondur.
Kimbra
Kimbra Li Conson (ing. Kimbra Lee Johnson; 27 mart 1990, Hamilton, Yeni Zelandiya) — Yeni Zelandiya musiqiçisi.
Koimbra
Koimbra (port. Coimbra) — Portuqaliyada yerləşən şəhər.
Domari
Domari dili — Yaxın Şərq və Şimali Afrikaya səpələnmiş domların ana dili. Hind-Avropa dillərinin hind-ari qoluna aiddir. Dilin ədəbi forması və dialektləri yoxdur. Yazı üçün ərəb qrafikasından istifadə olunur. Bu dilin Azərbaycan qədər şimalda və mərkəzi Sudan, Türkiyə, İran, İraq, Fələstin, İsrail, İordaniya, Misir, Liviya, Tunis, Əlcəzair, Mərakeş, Suriya və Livanda qədər cənubda danışıldığı bildirilir. Səs dəyişikliklərinin sistemliliyinə əsaslanaraq, kifayət qədər əminliklə məlum olur ki, domari və romani adları hind-ari "dom" sözündən gəlir. Bununla belə, domari və qaraçı dilləri eyni əcdad idiomdan yaranmamışdır. Domari "Orta Şərq qaraçı dili", "çingənə dili", "luti dili" və ya "mehtar dili" kimi də tanınır. Standart yazılı forması yoxdur. Ərəb dünyasında bəzən ərəb qrafikası ilə yazılır, çoxlu ərəbcə və farsca alınma sözlərindən istifadə olunur.
Bomba
Bomba — içi partlayıcı və yanıcı maddəylə dolu, bir odlama nizamıyla təchiz olunmuş, kürə formasında yox edici odlu silah. == Bombanın quruluşu == Bombalar ümumiyyətlə dörd hissədən ibarətdir. Bunlar xarici örtük, bombanın havada balanslı getməsini təmin edən qanadcıqlar, tapa və tapanı odlamağa yarayan mexanizmdir. Bombalar hədəflərə dəyişik formalarda göndərilə bilər. Təyyarədən buraxıla, bir raket köməyiyl , əllə atıla bilər, ya da hədəfə əvvəldən yerləşdirilib uzaqdan patladıla bilər. Mərmi ilə fərqlidir. Bombalarda, top mərmisindəki sövq barıtı kimi itələyici bir maddə tapılmır. Amma ilk bombalar top mərmisinə bənzəyirdi və barıt doldurulmuş metal bir kürə şəklində idi. Ağır-ağır yanan bir fitilli yanaraq patladılırdı. Düşmən sipərlərinə əllə, ya da hava topuyla atılan bu cür bombalar ilk dəfə XVI əsrdə istifadə edilmişdir.
Damba
Damba (nid. dam) — qorunan, yaxud sədd çəkilən ərazinin və ya akvatoriyanın sərhədi boyunca yerləşdirilən hidrotexniki qurğu; quruluşuna görə torpaq bəndə oxşayır. Basqılı və basqısız Damba növlərinə ayrılır. Basqılı Damba çay və dəniz sahillərini (ovalıqları) daşqınlardan, küləyin və qabarmaların təsirindən qorumaq (bənd-Damba); şlüzlərə, kanallara və s. çıxan port akvatoriyalarını dalğalardan, buz axınlarından, dalğalarla gətirilən torpaqlardan mühafizə etmək (qoruyucu Damba); hidrotexniki istinad tikililərini sahillə əlaqələndirmək (birləşdirici Damba); hidrotexniki qurğu tikilən yeri hasarlamaq (sədd Dambası); süni hovuzlar (basqılı hovuzlar və SES-lərin sutkalıq tənzimlənmə hovuzları, İES-lərin soyuducu hovuzları və s.) və kanal məcraları (yolu) yaratmaq üçün qurulur. Basqısız Damba məcraları tənzimləmək və düzəltmək (tənzimləyici Damba); səth axınlarını azaltmaq və leysan axınları nəticəsində yuyulub aparılan çaylaq qruntunu saxlamaq (torpaqqoruyan Damba); gəmiçilik şəraitini, eləcə də suburaxan və sutoplayan hidrotexniki qurğuların işini yaxşılaşdırmaq (şırnaqyönəldən Damba); çaylaq və su anbarı körfəzlərindən yol salmaq (nəql. Dambası) məqsədilə tikilir. Damba adətən, yerli materiallardan (qrunt, daş qırıntıları), həmçinin beton bloklardan və dəmir-beton yortaclardan qurulur. Dambaların intensiv tikintisinə 1282 ildə Hollandiyadakı daşqınlardan sonra başlanmışdır. Ən iri Damba (uz.
Dobri
Dobri (mac. Dobri) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Kobra
Kobra (XTD) — Azərbaycan Respublikası Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsi. Kobra (ilan) — sürünənlər fəsiləsinə aid heyvan. Kobra (film, 1986) — Silvestr Stallonenin baş rolda çəkildiyi filmlərindən biridir. Kobra (Mortal Kombat) — Mortal Kombat oyun seriyasının personajlarından biridir.
Umbra
Umbra (lat. Umbra) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin umbralar fəsiləsinə aid heyvan cinsi.
Yomra
Yomra (türk. Yomra) — Trabzon ilinin ilçəsi. Yaşayış məntəqəsi 19 iyun 1957-ci ildə 7033 saylı qanunla ilçə statusu alıb. 4 aprel 1959-cu ildə Trabzon ilinin tərkibinə daxil edilib.
Dondra burnu
Dondra burnu (tam. தேவேந்திரமுனை, ing. Dondra Head) — Şri-Lanka adasının cənub qutaracağı. Burundan bir qədər aralıda Dondra şəhəri yerləşir.
Koimbra Universiteti
Koimbra Universiteti (port. Universidade de Coimbra) — Portuqaliya Respublikasının Koimbra şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1290-cı ildə qoyulmuşdur. == Kitabxanası == Kitabxanası dünyanın ən gözəl universitet kitabxanalarından biridir. == Xarici əlaqələri == Koimbra qrupunun və Utrext Şəbəkəsinin üzvüdür.
Koimbra qrupu
Koimbra qrupu (ing. Coimbra Group – CG) — Avropada yüksək beynəlxalq standarta malik olan çoxistiqamətli universitetlərin şəbəkəsi. == Tarixi == 1985-ci ildə yaradılsa da, rəsmi nizamnamə ilə 1987-ci ildə təşkil edilmişdir. == Adı == Təşkilat öz adını Portuqaliyanın Koimbra şəhərindən almışdır; hansı ki, həmin şəhərdəki Koimbra Universiteti Avropada ən qədim ali məktəblərdən biridir.
Kombre (Averon)
Kombre (fr. və oks. Combret) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Sernen-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12069. Kommuna təxminən Parisdən 560 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 60 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 297 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 163 nəfər arasında (15-64 yaş arasında) 117 nəfər iqtisadi fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,8%, 1999-cu ildə 67,6%).
Mitsuqu Nomura
Mitsuqu Nomura (d. 21 noyabr 1956) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 12 oyun keçirib.
Pinus cembra
Pinus cembra (lat. Pinus cembra) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Yorge Qambra
Yorge Qambra (14 iyul 1963) — Çilini təmsil edən stolüstü tennisçi. Yorge Qambra Çilini 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Yorge Qambra Çilini 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Domari dili
Domari dili — Yaxın Şərq və Şimali Afrikaya səpələnmiş domların ana dili. Hind-Avropa dillərinin hind-ari qoluna aiddir. Dilin ədəbi forması və dialektləri yoxdur. Yazı üçün ərəb qrafikasından istifadə olunur. Bu dilin Azərbaycan qədər şimalda və mərkəzi Sudan, Türkiyə, İran, İraq, Fələstin, İsrail, İordaniya, Misir, Liviya, Tunis, Əlcəzair, Mərakeş, Suriya və Livanda qədər cənubda danışıldığı bildirilir. Səs dəyişikliklərinin sistemliliyinə əsaslanaraq, kifayət qədər əminliklə məlum olur ki, domari və romani adları hind-ari "dom" sözündən gəlir. Bununla belə, domari və qaraçı dilləri eyni əcdad idiomdan yaranmamışdır. Domari "Orta Şərq qaraçı dili", "çingənə dili", "luti dili" və ya "mehtar dili" kimi də tanınır. Standart yazılı forması yoxdur. Ərəb dünyasında bəzən ərəb qrafikası ilə yazılır, çoxlu ərəbcə və farsca alınma sözlərindən istifadə olunur.
Gonbul (bomba)
Gonbul adam ABŞ tərəfindən 9 avqust 1945-ci ildə Naqasakiyə atılan atom bombasına verilən addır.İkinci dünya müharibəsidə istifadə edilən atom bombasının ikincisidir və o günə qədər həyata keçirilmiş üçüncü atom partlayışıdır. Həyata keçirilmiş ilk atom partlayışı Triniti sınağı, ikinci partlayış isə Little Boyun partladılması olmuşdur.
Kobra (XTD)
"Kobra" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Kobra" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Kobra" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri Vətən Müharibəsi Qəhrəmanı Füzuli İmrəliyevdir. == Tarixi == "Kobra" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 9 nəfər (baş leytenant Kamran Kazımov, baş çavuşlar Əsgər Əhmədov və Vüqar Cəfərov, çavuşlar Ceyhun Rzayev, Elvin Məmmədov, Hilal İmanzadə, Mikayıl Mikayılzadə, Orxan Ömərov və Tərlan Eyniyev) şəhid olmuşdur, 30 nəfər isə yaralanmışdır.
Kobra Pərviz
Pərviz Abdullayev (ləqəbi: Kobra Pərviz; 5 yanvar 1986, Qiyaslı, Ağdam rayonu) – peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası. == Həyatı == Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 12 yaşında (1997-ci ildən) Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub. Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb. Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.