Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dolomit
Dolomit CaMg [CO3]2 — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Dəmir-, manqan- və qurğuşunlu dolomitlər. == Xassələri == Rəng – rəngsiz, ağ, boz, sarı, qonuru, yaşılımtıl, qırmızımtıl, qəhvəyi, nisbətən az hallarda – cəhrayı, yaşıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, xırdadənəli və gizlikristallik aqreqatlarda–tutqun, kristallarda–sədəfi; Şəffaflıq – şəffaf, yarımşəffaf, qeyri-şəffaf; Sıxlıq – 2,85-3,00; Sərtlik – 3,5-4,0; Kövrəkdir; Ayrılma – romboedr {1011} üzrə mükəmməl; Sınıqlar – pilləli, farforabənzər əmələgəlmələrdə – qabıqvari, pizolitlərdə – qınabənzər; Lüminessensiya – katod şüalarında narıncı-qırmızı; Morfologiya – kristallar: adətən yəhərvarı əyilmiş üzlərlə səciyyələnən rombik; İkiləşmə: {0001}, {1010}, {1120} və {0221} üzrə tez-tez rast gəlir; qarşılıqlı nüfuzetmə və polisintetik; Mineral aqreqatları: kobud- və incədənəli, sıx, farforabənzər kütlələr, pizolitlər. == Mənşəyi və yayılması == Əsas etibarilə dəniz hövzələrində xemogen-çökmə yolla əmələ gəlir. Böyük qalınlıqlı dolomit qatları çox vaxt əvvəl çökmüş əhəngdaşlarının maqnezial duzlarla əvəzlənməsi nəticəsində formalaşır. Mineralın iri yığınları həmçinin bir çox karbonatitlərlə bağlıdır. Dolomitin başqa karbonatlar, sulfidlər, kvars, barit, flüorit və s. ilə assosiasiya təşkil edən hidrotermal əmələgəlmələrinə nisbətən az rast gəlinir. Hidrotermal-dəyişilmiş hiperbazitlərdə qeyd edilir.
Vladimir Doroxin
Doroxin Vladimir Dmitriyeviç (19 dekabr 1948, Həştərxan) — Rusiya diplomatı, Rusiyanın Azərbaycandakı səfiri (24 fevral 2009-cu il-indi). == Həyatı == Vladimir Doroxin 19 dekabr 1948-ci ildə anadan olub, son vaxtlara kimi Rusiya XİN-də xüsusi tapşırıqlar üzrə səfir vəzifəsində çalışıb, 1999-2003-cü illərdə nazirliyin mədəni əlaqələr və UNESCO üzrə Departamentinin rəhbəri olub. İngilis, alman və macar dillərini bilən V. Doroxin 2-ci dərəcəli müşavir-elçi diplomatik rütbəsinə malikdir. 1971-ci ildə ailə qurub. Rusiya prezidenti Dmitri Medvedyev 24 fevral 2009-cu il tarixli Fərmanı ilə Doroxin Vladimir Dmitriyeviçi Rusiya Federasiyasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.
Dorji Banzarov
Dorji Banzarov (təx. 1822, Kutetyev ulusu, Selenga çöl duması, Zabaykal vilayəti, indiki Cidin rayonu Buryatiya – 1855, İrkutsk) — ilk buryat alimi. == Həyatı == Dorji Banzarov əslən buryat-kazaklardandır. 1822-ci ildə anadan olmuşdu. Atası təqaüdə çıxmış kazak əllibaşısı Banzar Borxonov idi.1833-cü ildə Ataman-Nikolayev məktəbini bitirmişdi.1835-ci ilin sentyabr ayına kimi hərbi məktəbi tamamlamışdı. Hərbi məktəbi bitirdikdən sonra Kazan gimnaziyasına göndərilmişdi. 25 yanvar 1836-cı ildə gimnaziyanın 1-ci sinifinə qəbul olmuşdu. İyun 1842-ci ildə gimnaziyanı qızıl medalla bitirmişdi.Sentyabr 1842-ci ildə Kazan Universitetinin fəlsəfə fakültəsinə qəbul olmuşdu.Monqolşünaslığın banilərindən biri Osip Kovalevskinin tələbəsi olmuşdu. Dorji Banzarov iyun 1846-cı ildə universiteti bitirmişdi. Universitetdə monqol, kalmık, mancur, sanskrit və türk dillərini öyrənmişdi.
Doroti Kroufut Hockin
Doroti Meri Kroufut-Hodjkin
Doroti Meri Kroufut-Hodjkin- (ing. Dorothy Mary Crowfoot Hodgkin, Dorothy Hodgkin; 12 may 1910[…], Qahirə, Misir – 29 iyul 1994[…]) ingilis kimyaçısı və biokimyaçısıdır. Kimya üzrə Nobel mükafatı laureatı (1964) ("X-şüalarından istifadə edərək bioloji aktiv maddələrin strukturlarının müəyyən edilməsinə görə"). London Kral Cəmiyyətinin üzvü (1947-ci ildən), SSRİ Elmlər Akademiyasının xarici üzvü (1976). == Ailə və uşaqlığı == Doroti Meri Kroufut-Hodjkin 12 may 1910-cu ildə Qahirədə Misir Təhsil Xidmətinin filoloqu və arxeoloqu Con Kroufut (1873–1959) və Qreys Meri (1877–1957) ailəsində anadan olmuşdur. Ana — Qreys Meri (Molli), (Hud), əri ilə birlikdə Misirdə kənd məktəblərinin təşkilinə kömək etdi, onunla bir çox ekspedisiyalara getdi. Onun müxtəlif maraqları var idi; xüsusilə, xeyriyyəçilikdən əlavə, o, botanika ilə məşğul olurdu və Sudanın florasının böyük kolleksiyalarını toplamışdı, bir çox botanika rəsmləri çəkmişdi ki, indi bu rəsmlər Kral Botanika Bağlarında yerləşir Kyu (Kew). Bundan əlavə, o, toxuculuğu da sevirdi və qədim toxuculuq üzrə beynəlxalq ekspert idi. Doroti uşaqlığının əvvəlini Misirdə keçirdi, Birinci Dünya Müharibəsi başlayana qədər hər il İngiltərəyə yalnız bir neçə aylıq gedirdi. 1918-ci ildə valideynləri Xartuma (Sudan) köçdülər və orada dördüncü qızları Diana doğuldu.