Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ürək... Ürək...
Ağılla hisslərin ahəngdar əlaqələndirilməsi bu gün də insan probleminin vacib aspekti olaraq qalmaqdadır. Yeni psixologiyaya malik insanın yaşadığı indiki dövrdə bu məsələ böyük ictimai əhəmiyyət kəsb edir. Film aktual bir məsələyə-müasir əxlaq probleminə həsr olunmuşdur. Əsərin qəhrəmanı Muradın (Həsənağa Turabov) mehriban ailəsi, uşağı, yaxşı vəzifəsi var. Baş verən bir təsadüf nəticəsində o, bütün bunlardan üz döndərmək istəyir. Ürəyinin dərinliklərində baş qaldıran sevgi hissi onda hər şeyə qarşı biganəlik yaradır. Murad idmançı Ramizin (Yevgeni Kindinov) həyat yoldaşı, sirk ustası Lenaya (Lyubov Virolaynen) vurulur. Bütün bunlara baxmayaraq, Murad həyatını dəyişməyə özündə cəsarət tapmır və əsl məhəbbətinə xəyanət edir. Müəlliflər göstərirlər ki, insan vərdiş etdiyi həyat çərçivəsindən kənara çıxanda bəzən bu onun faciəsi ilə nəticələnir. Axı hərtərəfli insan böyük ağıl, dərin biliklə yanaşı, həm də dolğun hisslərə, ehtiraslara, geniş qəlbə malik olmalıdır Film yazıçı Rüstəm İbrahimbəyovun "Şirə bənzər" pyesi əsasında ekranlaşdırılmışdır.
Dirək
Dirək — şüa binalardakı döşəmə və istifadə sahəsi yüklərini şaquli daşıyıcılara (sütunlara) köçürən və mexaniki olaraq çubuq kimi qəbul edilən bir tikinti elementi. Dəmir-beton konstruksiyalarda döşəmə yüklərinin əvvəlcə dirəklərə köçürülməsi və kəsmə qüvvəsi ilə moment effektləri daşıyan dirəklərin bu qüvvələri sütunlara ötürməsi qəbul edilir. Sütundan sütuna dirəklərin uzunluqlarına dirək aralığı deyilir. Dirək aralığı artdıqca dirək hissəsinin hündürlüyü artırılmalıdır. Dirəyin şaquli deformasiyaları (əyilməsi) nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə, binanın rahatlığı azalacaqdır. Döşəmələrdən və digər dirəklərdən aldığı yükləri dirəyə və ya daşıyıcı sistemə ötürən elementlərə dəmir-beton dirəklər deyilir. Sadə dirəklər: Bunlar hörgü konstruksiyalarındakı dayaqlara iki ucu sərbəst şəkildə daxil olan dirəklərdir. Bu cür dirəklər dayaqlarda ən az 20 sm oturmalıdır. Konsol dirəklər: Bunlar bir ucu basdırılmış (yerləşdirilmiş), digər ucu dayaqlanmış (asılmış) olan dəmir-beton dirəklərdir.
Dren
Druk
Druk (lat druk — Əjdaha) — Butan respublikasının rəsmi simvolu və Butanın mifoloji personajıdır. Butanın bayrağında əks olunan bu simvol sağlamlıq simvoludur. Jonq-ke dilinde Drukyul - əjdahalar vətəni, və Butanın kralı adlanır. 2007-ci ildə seçkilər zamanı 4 partiya özünü “Qızmızı əjdaha partiyası” adlandırdı. Hər partiya ayrı-ayrı rənglərlə təmsil olundu. Butanın himni “Druk cenden” isə Əjdahanın baş kralı” adlanır. Çin əjdahası Yapon əjdahası Koreya əjdahası Vyetnam əjdahası ↑ About Bhutan :: Bhutan Footprints Travel & AdventureАрхивировано 27 fevral 2010-cu il. Waddell, Laurence (1895). The Buddhism of Tibet Or Lamaism. ss.
Dərk
Dərk (kənd) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Dərk çayı — Quba rayonu ərazisində çay. Dərketmə — insanın öz əqli və fiziki qabiliyyətlərinin öyrənilməsi və anlamasıdır.
Örək
Ürək
Ürək və ya qəlb[mənbə göstərin] — ürək əzələsi olaraq bilinən xüsusi bir tip cizgili əzələdən meydana gəlmiş özbaşına sıxılma xüsusiyyətinə sahib qüvvətli bir nasosdur. Maddələr mübadiləsi nəticəsində artıq elementlərin bədəndən uzaqlaşdırılması, bədən istiliyinin təşkil edilməsi, turşu-qələvi tarazlığının qorunması, hormonlar və fermentlərin bədənin lazımlı bölgələrinə daşınması kimi funksiyaları ürək və damarlardan ibarət olan qan dövranı sistemi yerinə yetirir.
Şrek
Şrek (ing. Shrek) — 2001-ci il ABŞ istehsalı cizgi filmi. Animasiyası “DreamWorks Animation” studiyası tərəfindən hazırlanmışdır. Film Vilyam Steyqin 1990-cı ildə yazdığı eyniadlı rəsmli uşaq kitabının motivləri əsasında çəkilmişdir. Filmin rejissorları Endrü Adamson və Viki Censondur. Bu “Şrek” seriyasının ilk filmidir. Personajlar Mayk Mayers, Eddi Mörfi, Kameron Diaz və Con Litqou tərəfindən səsləndirilib. Filmdə qaş-qabaqlı oqr olan Şrek aşkar edir ki, onun sahib olduğu bataqlıqlar zalım hökmdar Lord Farkuad tərəfindən sürgün edilmiş nağıl qəhrəmanları tərəfindən ələ keçirilib. O, bu varlıqların başqa yerə köçürülməsini tələb etmək üçün Farkuadın yanına getməyə qərar verir. Şrek ona Duloka gedən yolu göstərsin deyə əvvəllər Farkuadın mühafizəçilərindən xilas etdiyi çoxdanışan yoldaşı Eşşəyin də gəlməsi ilə könülsüz razılaşır.
Ürək... Ürək... (film, 1976)
Ağılla hisslərin ahəngdar əlaqələndirilməsi bu gün də insan probleminin vacib aspekti olaraq qalmaqdadır. Yeni psixologiyaya malik insanın yaşadığı indiki dövrdə bu məsələ böyük ictimai əhəmiyyət kəsb edir. Film aktual bir məsələyə-müasir əxlaq probleminə həsr olunmuşdur. Əsərin qəhrəmanı Muradın (Həsənağa Turabov) mehriban ailəsi, uşağı, yaxşı vəzifəsi var. Baş verən bir təsadüf nəticəsində o, bütün bunlardan üz döndərmək istəyir. Ürəyinin dərinliklərində baş qaldıran sevgi hissi onda hər şeyə qarşı biganəlik yaradır. Murad idmançı Ramizin (Yevgeni Kindinov) həyat yoldaşı, sirk ustası Lenaya (Lyubov Virolaynen) vurulur. Bütün bunlara baxmayaraq, Murad həyatını dəyişməyə özündə cəsarət tapmır və əsl məhəbbətinə xəyanət edir. Müəlliflər göstərirlər ki, insan vərdiş etdiyi həyat çərçivəsindən kənara çıxanda bəzən bu onun faciəsi ilə nəticələnir. Axı hərtərəfli insan böyük ağıl, dərin biliklə yanaşı, həm də dolğun hisslərə, ehtiraslara, geniş qəlbə malik olmalıdır Film yazıçı Rüstəm İbrahimbəyovun "Şirə bənzər" pyesi əsasında ekranlaşdırılmışdır.
Bənövşəyi ürək
"Bənövşəyi Ürək" (ing. Purple Heart) — ABŞ Prezidenti adından 1917-ci il 5 aprel tarixindən bu günədək hərbi xidmət zamanı yaralanan və ya həlak olan şəxslərə təqdim olunan ABŞ hərbi medalıdır. Bənövşəyi Ürək Milli Şərəf Zalı Nyu-York ştatının Nyuburq şəhərində yerləşir. "Bənövşəyi Ürək" ABŞ hərbçilərinə təqdim olunan mükafatlar arasında ən uzunömürlüsüdür. "Purpur sözü" ingilis dilindən Azərbaycan dilinə "al qırmızı" kimi tərcümə olunsa da, konkret halda bu sözü "al bənövşəyi" kimi başa düşmək lazımdır. Medalın ilkin forması, 1782-ci il 7 avqust tarixində Kontinental Ordunun baş komandanı Corc Vaşinqton tərəfindən təsis edilmiş "Hərbi Xidmətlərə görə Nişan" (ing. Badge of Military Merit) hesab olunur. Lakin həmin mükafatla yalnız ABŞ İstiqlal müharibəsinin (1775-1783) 3 iştirakçısı təltif edilmişdi. 1932-ci ildə ABŞ prezidentinin Fərmanına əsasən Corc Vaşinqtonun 200 illik yubileyi şərəfinə "Bənövşəyi Ürək" medalı təsis edildi. Hərb Departamentinin 1932-ci il 22 fevral tarixində elan etdiyi meyarlara görə, bu medal ABŞ-nin Birinci dünya müharibəsinə qatıldığı 1917-ci il 5 aprel tarixindən sonrakı hərbi əməliyyatlarda yaralanmış və ya həlak olmuş hərbçilərə verilə bilər.
Cəsur ürək
Cəsur ürək (ing. Brave Heart) — 1995-ci ildə Dram janrında çəkilən ABŞ filmidir. Filmə Paramount Pictures və 20th Century Fox kinokompaniyaları distribüterlik etmişdir. Film Oskar mükafatının 5 kateqoriyası üzrə mükafata və digər 5 kateqoriyası üzrə nominasiyaya layiq görülmüşdür. Film $72 milyonluq büdcə ilə ABŞ-də $9,938,276 milyon, dünya ölkələrində $210,409,945 milyon toplamış və gəlirə görə "İlin ən gəlirli 13-cü filmi" olmuçdur. Filmin hadisələri 1280-cı ildə Şotlandiyada vaqe olur. Bu, kral I Eduardın dövründə özünü ingilislərlə mübarizəyə həsr edən əfsanəvi milli qəhrəman Vilyam Volosun tarixçəsidir. XIII əsrdə ingilislər, şotlandlar üzərində suverenlik qurmuşdur. İngilis soyluları, yeni evli şotland qadınlarıyla ilk gecəni keçirmə haqqına malikdir. Uşaqkən ailəsini Şotlandiya uğrunda itirən Vilyam Volosun arvadı da ingilis birlikləri tərəfindən öldürüldüyü zaman, onun intiqam axtarışı qısa zamanda ölkəsinin azadlığı uğrunda amansız bir döyüşə çevrilir...
Derek Barton
Derek Barton(ing. Sir Derek Harold Richard Barton; 8 avqust 1918, Qreyvsend, Kent — 16 mart 1998, Kollec-Steyşen, Texas) — ingilis kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1969). İngilis kimyaçısı Derek Barton 1918-ci ilin avqustun 8-də Qreyvzenddə anadan olmuşdur. 1940-cı ildə Londonda Kral kimya kollecini bitirmişdir. Orada da işləmişdir, 1942–1945-ci illərdə hərbi idarələrdə, 1945–1946-cı illərdə və 1957-ci ildən Londonun Kral kollecində işləmişdir. 1946–1949-cu illərdə "Si-Ay" firmasının laboratoriyasında çalışır. 1950–1955-ci illərdə və 1957–1978-ci illərdə London universitetində dərs demişdir (1953-cü ildən professor). 1955–1957-ci illərdə Qlazqoda universitetdə işləmişdir. Derek Barton 1978-ci ildən Fransada Jif-sür İvetdə təbii maddələr institutunda direktor işləmişdir. Konformasiya analizinin yaradıcılarından biridir.
Derek Parfit
Derek Parfit (11 dekabr 1942[…], Çenqdu, Çin Respublikası – 1 yanvar 2017[…]) — Britaniyalı filosof və yazıçı. 1960-cı illərdə yazdığı kitabların bir çoxu Oksford Universiteti nəşriyyat evindən çıxıb. 1942-ci ildə Çinin Çendu şəhərində anadan olub. Parfit Oksford Universitetinin məzunudur. Uzun illərdir eyni universitetdə fəlsəfə fənnini tədris edən məşhur filosof və yazıçı Derek Parfit 1 yanvar 2017-ci ildə 74 yaşında Britanyanın Oksford şəhərində vəfat etmişdir.
Derek Rae
Derek Rae (1967, Aberdin) — Şotlandiya televiziya aparıcısı və idman şərhçisi. Gənc yaşlarında şərhləri üzərində işləmək üçün lent yazıçısı ilə futbol matçlarına gedirdi.
Derek Sua
Derek Sua (29 dekabr 1987) — Samoalı cüdoçu. Derek Sua Samoanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Derek Sua birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər +100 kq çəkidə, 1/16 final mərhələsində Özbəkistanın nümayəndəsi Abdullo Tanqriyev ilə üz-üzə gəldi. Həmin görüşdə Derek Sua rəqibinə 0:100 hesabı ilə uduzdu.
Derek Uolkott
Derek Elton Uolkott (ing. Derek Alton Walcott; 23 yanvar 1930[…], Kastris – 17 mart 2017[…]) — Sent-Lüsiya şairi və dramaturqu, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1992). Ədəbiyyat sahəsində Nobel mükafatı alan ikinci qara dərili şair və dramaturq Derek Alton Uolkott Qərbi Hindistanın Sent-Lusi adasında, müəllim ailəsində doğulmuşdur. İosif Brodski Uolkottun doğulduğu və əsərlərində məhəbbətlə söz açdığı kiçik ada haqqında demişdi: "Bu torpağı Kolumb kəşf etdi, britaniyalılar müstəmləkəyə çevirdilər, Uolkott isə ona ölməzlik qazandırdı". 1953-cü ildə ailə Trinidad və Tobaqoya köçmüşdü. Derek Uolkott burada yerli Santa Mariya kollecində, sonra isə Kinqstondakı Vest İndia universitetində təhsil almışdı. Rokfeller fondunun təqaüdü hesabına Londonda təcrübə keçmiş və bir müddət Nyu-Yorkda işləmişdir. Hazırda Boston universitetinin professorudur. Derek Uolkott öz yaradıcılığında Karib dənizi hövzəsi və Afrika ədəbiyyatının ənənələrini bacarıqla sintez edə bilmişdir. O, eyni zamanda Cənubi Amerika ədəbiyyatı üçün səciyyəvi olan "sehrli realizmə" və klassik Avropa ədəbi təcrübəsinə də yad deyildir.
Dirək aralığı
Dirək aralığı — üfüqi bir daşıyıcı quruluş elementi olan dirəklərin dayaq nöqtələri arasındakı hissənin uzunluğudur. Memarlıq və inşaat mühəndisliyindəki körpülər, tağlar və damlar kimi inşaat hissələri ilə bu hissələri daşıyan sütunlar və dayaqlar arasında fərqli bir dayaq olmadan əlavə edilmiş dirəklər arasındakı məsafədir.
Dirək rəqsi
Dirək rəqsi və ya pole rəqsi fikirlərdə striptiz klublarını xatırlatsa da, pole rəqsi əslində rəqs və akrobatikanı birləşdirərək şaquli dirək ətrafında həyata keçirilən bir performans sənətidir. Şaquli dirəyin mərkəzində rəqs və akrobatika hərəkətlərini özündə birləşdirir. Bu performans sənəti forması yalnız striptiz klubunda erotik rəqs kimi deyil, həm də idman zallarında və xüsusi rəqs studiyalarında tətbiq olunan əsas fitness forması kimi istifadə edilir. 2000-ci illərin ortalarından etibarən dünyada alternativ fitnes sahəsi kimi məşhurlaşmağa başlamış və bu sahə ixtisaslaşmış studiyalarda və ya ümumi fitnes mərkəzlərində tədris edilmişdir. Dünyanın bir çox yerlərində dirək rəqsinə həsr olunmuş çoxlu həvəskar və peşəkar yarışlar keçirilir. Eyni zamanda da dirək rəqsi üzrə mütəxəssislər və bu rəqs növünün müdafiəçiləri bu rəqs növü ilə bağlı tamaşaçıların qavrayışında olan mənfi çalarları aradan qaldırmaq üçün dirək rəqsinin akrobatik tərəfini vurğulamağa başlamışdırlar və beləliklə də dirək rəqsinə Çin dirəyi (Chinese Pole) adlanan sirk şou sənətinin böyük təsiri olmuşdur. Dirək rəqsi çox ciddi bir formada güc, çeviklik və tarazlıq tələb edir. O, dırmaşmalar, dönmələr, inversiya (tərsinə dayanmaq) kimi müxtəlif atletik hərəkətlərə əsaslanır. Bu sahədə müvəffəqiyyət qazanmaq üçün bədənin yuxarı və mərkəzi hissələrinin əzələlərinin gücləndirilməsi və eyni zamanda da ciddi və nizam-intizamlı bir məşq prosedurunu icra etmək lazımdır. Standart rəqs dirəkləri qalınlığı 40, 45 və ya 50 mm olmaqla xrom və ya pirinç materialdan hazırlanır.
Dred Scott
Dred Skott ( 1799 – Sentyabr 17, 1858) — ABŞ-də yaşamış, özünün, həyat yoldaşının və 2 qızının azadlığının tələbi nəticəsində 1857-ci ildə "Dred Skott Qərarı" kimi tanınan Dred Skot Sanforda qarşı iddiasında uğursuzluğa uğramış bir Afroamerikalı quldur. Skott iddia edirdi ki, ona və ailəsinə azadlıq verilməlidir çünki onlar 4 il müddətində köləliyin qanunsuz olduğu İllinoys və Wisconsin Əyalətində yaşayıblar. Birləşmiş Ştatlar Ali Məhkəməsi nə onun, nə də ki, başqa bir Afrika əsilli şəxsin ABŞ-də vətəndaşlıq ala bilməyəcəyini əsas gətirərək 7-2 Scottun əleyhinə qərar verib. Nəticə etibarilə, vətəndaşlıq müxalifliyi qaydaları altında Skott federal məhkəmə qarşısında məğlub olub.
Dred Skot
Dred Skot — ( 1799 – Sentyabr 17, 1858) ABŞ-də yaşamış, özünün, həyat yoldaşının və 2 qızının azadlığının tələbi nəticəsində 1857-ci ildə "Dred Skott Qərarı" kimi tanınan Dred Skot Sanforda qarşı iddiasında uğursuzluğa uğramış bir Afroamerikalı quldur. Skott iddia edirdi ki, ona və ailəsinə azadlıq verilməlidir çünki onlar 4 il müddətində köləliyin qanunsuz olduğu İllinoys və Wisconsin Əyalətində yaşayıblar. Birləşmiş Ştatlar Ali Məhkəməsi nə onun, nə də ki, başqa bir Afrika əsilli şəxsin ABŞ-də vətəndaşlıq ala bilməyəcəyini əsas gətirərək 7-2 Scottun əleyhinə qərar verib. Nəticə etibarilə, vətəndaşlıq müxalifliyi qaydaları altında Skott federal məhkəmə qarşısında məğlub olub.
Dreyk (müğənni)
Dreyk (əsl adı: Obri Dreyk Qrem; 24 oktyabr 1986[…], Toronto, Kanada) — Kanadalı repçi, müğənni. O, populyar musiqi sənayesində nüfuzlu bir şəxs kimi öz adını təsdiqləyib. Çoxları onu müasir hip-hop musiqisinin səsini formalaşdırdığına görə təqdir edir. Dreyk 2001–2008-ci illərdə CTV telekanalının efirində yayımlanan "Degrassi: The Next Generation" serialında oynadığı roluna görə məşhurluq qazanıb. 2006-cı ildə o, "Room for Improvement" adlanan debüt miksteypini buraxaraq musiqi karyerasına başlayıb. "Comeback Season" və "So Far Gone" adlı iki miksteypini təqdim etdikdən sonra 2009-cu ildə Young Money Entertainment şirkəti ilə səsyazma müqaviləsi bağlayıb. Dreykin ilk üç studiya albomu: "Thank Me Later" (2010), "Take Care" (2011) və "Nothing Was the Same" (2013) böyük müvəffəqiyyət əldə etmişdir. Albomlara daxil olan sinqllar: "Find Your Love", "Take Care", "Started from the Bottom" və "Hold On, We're Going Home" ABŞ-də musiqi cərgələrinin zirvəsinə yüksəlmişdir. Dreyk "Views" adlanan dördüncü albomunu 2016-cı ildə təqdim etmişdir. Bu albom 13 həftə ərzində Billboard 200 hit-paradına başçılıq edərək onun uğurunu növbəti səviyyəyə qaldırıb.
Dreyk adası
Dreyk adası (ing. Drake's Island) — İngiltərənin Plimut şəhərinin cənub sularında yerləşən ada. Adanın adı 1577-ci ildən dünya səyahətinə çıxmış admiral Frensis Dreykin adı ilə bağlıdır. Altı hektarlıq adada XVI əsrdən qalma qala, həbsxana, körpü və yeraltı tunellər şəbəkəsi var. 1989-cu ildən bəri ictimaiyyət üçün bağlanan[niyə?] ada 2019-cu ildə Morqan Filips tərəfindən alınıb.
Dreyk boğazı
Dreyk boğazı Atlantik okean və Sakit okeanı birləşdirir (əgər Cənub okeanının sərhədləri dəqiq müəyyənləşsə onda boğazın bir hissəsi məhz bu okeanın ərazisinə düşər.) Şimalda Odlu torpaq, cənubda isə Cənubi Setland adaları arasında yerləşir. O, dünyanın ən enli boğazıdır. Belə ki, onun eni 820 km təşkil edir. Burada güclü qərb passat küləkləri əsir. Həmçinin dünyada ən güclü fırtınalar da burada baş verir. Küləyin sürəti 35 m/s, dalğanın hündürlüyü isə 15 m təşkil edir. Cənubi Amerikanın ən ucqar yeri Dieqo-Ramires adası məhs burada yerləşir. Ən ucqar nötqə isə Horn burnudur. Boğaza əfanəvi ingilis dənizçisi və dəniz qulduru Frensis Dreykin şərəfinə onun adı verilmişdir. Dreyk bu boğazdan 1578-ci ildə üzüb keçən ilk avropalı olmuşdur.
Dreyk formulu
Dreyk tənliyi — qalaktikada bizimlə əlaqəyə girmək ehtimalı olan sivilizasiyaların sayını hesablamağa imkan verən riyazi formul. Formul aşağıdakı kimidir: N = R ⋅ f p ⋅ n e ⋅ f l ⋅ f i ⋅ f c ⋅ L {\displaystyle N=R\cdot f_{p}\cdot n_{e}\cdot f_{l}\cdot f_{i}\cdot f_{c}\cdot L} burada, N {\displaystyle ~N} — əlaqəyə girməyə hazır olan sivilizasiyaların sayı; R {\displaystyle ~R} — il ərzində bizim qalaktikada yaranan ulduzların sayı; f p {\displaystyle ~f_{p}} — planetləri olan ulduzların xüsusi çəkisi; n e {\displaystyle ~n_{e}} — sivilizasiyanın yaranması üçün müvafiq şəraitə malik olan planetlərin və peyklərin sayı; f l {\displaystyle ~f_{l}} — müvafiq şəraitə malik olan planetdə həyatın yaranması ehtimalı; f i {\displaystyle ~f_{i}} — həyat olan planetdə şüurlu varlıqların yaranma ehtimalı; f c {\displaystyle ~f_{c}} — əlaqəyə hazır olan və əlaqəyə girmək istəyən şüurlu sakinlərə malik planetlərlə, şüurlu sakinləri olan planetlərin sayına nisbəti; L {\displaystyle ~L} — bu sivilizasiyaların ömür müddəti. Formul Kaliforniyanın Santa-Kruz Universitetinin astronomiya və astrofizika professoru Frenk Donald Dreyk tərəfindən 1960-cı ildə təklif olunmuşdur. Onun 1961-ci ildə ehtimal olunan rəqəmlər əsasında apardığı hesablama aşağıdakı kimi olmuşdur. R = 10/il (ildə 10 ulduz yaranır) fp = 0.5 (ulduzların yarısının planetləri var) ne = 2 (sitemdə orta hesabla 2 planet həyat üçün yararlıdır) fl = 1 (əgər həyatın yaranma ehtimalı varsa, o mütləq yaranır) fi = 0.01 (həyatın şüurlu formayadək inkişaf etməsi ehtimalı – 1 %) fc = 0.01 (sivilizasiyaların 1 %-i əlaqə yaratmaq imkanına malik olacaq və əlaqə qurmaq istəyəcək) L = 10 000 il (texniki cəhətdən inkişaf etmiş sivilizasiya 10000 il mövcud olur) Bu təxmini hesablamaya əsasən N = 10 × 0,5 × 2 × 1 × 0,01 × 0,01 × 10000 = 10. Tənlikdəki göstəricilərdən yalnız R {\displaystyle ~R} və f p {\displaystyle ~f_{p}} astronomiyanın indiki inkişaf səviyyəsində müəyyən qədər dəqiq müəyyənləşdirilə bilər. Digər göstəricilərin müəyyənləşdirilməsi mümkün olmadığından Dreyk tənliyi kəskin tənqidlərlə qarşılaşmışdır.
Dreyk tənliyi