Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yuliya Drunina
Yuliya Drunina (rus. Друнина, Юлия Владимировна; 10 may 1924[…], Moskva – 20 noyabr 1991) — Sovet şairi, SSRİ Yazıçılar İttifaqının üzvü, SSRİ Yazıçılar İttifaqının və RSFSR Yazıçılar Birliyinin katibi, SSRİ xalq deputatı. 1924-cü il 10 may tarixində Moskvada anadan olmuşdur. Atası - Vladimir Pavloviç Drunin (1879-1942) tarixçi və pedaqoq, anası - Matilda Borisovna Drunina (1900-1983), kitabxanada işləmiş və musiqi dərsləri vermişdir. 11 yaşında şeir yazmağa başladı, 1930-cu ildə keçirilən bir şeir müsabiqəsində qalib gəldi və şeiri qəzetdə nəşr olundu. Yuliya 1941-ci ilin payızında Moskvaya döndü, lakin tezliklə atası ilə birlikdə Mülki evakuasiya çərçivəsində Sibirə yola düşdü. O, Moskvadan ayrılmaq istəmirdi və müharibənin əvvəlində insult keçirmiş xəstə atasına görə evakuasiya olunmağa razılaşdı. 1942-ci ilin əvvəllərində atası vəfat etdikdən sonra Yuliya Rusiyanın uzaq şərqindəki Xabarovsk şəhərinə getdi, orada Aviasiya texnikaları məktəbinə yazıldı, lakin ön cəbhədə döyüşmək istədiyi üçün tibb bacısı kurslarını bitirmə sertifikatını tələsik aldı və bir neçə gün içərisində 2-ci Belarusiya cəbhəsinin sanitar şöbəsinə müraciət etdi.) Cəbhəyə gəldikdən sonra Yuliya Drunina 218-ci piyada diviziyasının 667-ci piyada alayına təyin edildi. Tibbi təlimatçı Zinaida Samsonova ilə (27 yanvar 1944-cü ildə vəfat etdi, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü) eyni alayda vuruşdu, Drunina ən ürəkdən gələn şeirlərindən biri olan "Zinka" şeirini ona həsr etdi. 1943-cü ildə Drunina ağır yaralanır mərmi parçası onun boynunun sol hissəsini zədələyir.
Crupina
Crupina (lat. Crupina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Crupina crupinastrum (Moris) Vis. Crupina intermedia (Mutel) Briq. & Cavill. Crupina vulgaris Pers. ex Cass.
Drina
Drina (serb. Дрина, bosn. Drina) — Bosniya və Herseqovina ilə Serbiya arasında dövlət sərhəddini təşkil edən çay. İki çayın birləşməsindən əmələ gələn çay mənsəbə qədər 346 km məsafədə uzanır. Yaşımtıl suya malik olması səbəbində bəzən serblər tərəfondən «zelyonka» adlandırılır. Yuxarı axarlarda çay ensiz dağ dərələri ilə axdığından əsrarəngiz mənzərələr yaradır. Bu səbəbdən bütün Balkan ərazisində ən gözəl mənzərəli çay hesab edilir. İki çay Drina çayının başlanğıcını təşkil edir. Tara və Piva Monteneqronun şimal-qərbindən axaraq, Bosniya və Herseqovinanın Xum şəhərciyi yaxınlığında birləşirlər. Drina buradan başlayır.
Qrajina Zayonts
Qrajina Zayonts (pol. Grażyna Zając; 1959, Labovis[d], Kiçik Polşa voyevodluğu[d]) — polyak türkoloqu, tərcüməçi, filologiya elmləri doktoru, professor. Qrajina Zayonts 1959-cu ildə Polşada, Karpat dağlarının quzeyindəki Labova rayonunun Labovis (Labowiec) adlı küçük bir kənddə doğulmuşdur. Anası polyak dili və ədəbiyyatı müəllimi, atası meşə mühəndisi olmuşdur. Orta məktəbin ilk üç yılını Labovis, son beş ilini Labova (Labowa) qəsəbəsində oxuduqdan sonra 1974-1978-ci illərdə Novı Sonc (Nowy Sacz) şəhərində lisey bitirmişdir. Liseydən məzun olduqdan sonar Krakov Yagellon Universiteti (Uniwersytet Jagiellonski) Şərq Dilləri İnstitutuna qəbul olunmuş və Türkoloji bölümündə təhsil almışdır. 1981-ci ildə burs qazanaraq İstanbul Universiteti nəzdində Türk dili və kültürü ilə bağlı yay kurslarına qatılmışdır. 1983-cü ildə Jan Ciopinski rəhbərliyi ilə Əhməd Həmdi Tanpınarın yaradıcılığı ilə bağlı magistr dissertasiyasını uğurla tamamlayaraq Şərq Dilləri İnstitutunda müəllimliyə başlamışdır. 1993-1995-ci illərdə Ankarada doktorantura təhsili almışdır. 1995-ci ildə “Orxan Kamalın həyatı və əsərləri” mövzusunda dissertasiya müdafiə edərək elmlər doktoru adını almışdır.
İlya Drujinin
İlya Drujinin (23 aprel 1998, Volqoqrad) — Rusiyalı üzgüçü. İlya Drujinin Rusiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. İlya Drujinin birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 14:59.56 saniyəlik nəticəsi ilə 13-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Mazama rufina
Mazama rufina (lat. Mazama rufina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin mazama cinsinə aid heyvan növü.
Rucina Balşiç
Rucina Balşiç (serb. Руђина Балшић; 1396 – 1420) — zetanlı zadəgan qadın və Balşiç ailəsindən bugünkü Monteneqro və Albaniya ərazisini idarə edən hökmdar. O, Mrkşa Jarkoviç ilə evləndi və 1414-cü ildə vəfat etdikdən sonra onun səltənətini, Valona Knyazlığını miras aldı. Onun hersoqluğunu venesiyalılara satmaq üçün uğursuz danışıqlardan sonra, Osmanlılar 1417-ci ildə onu ələ keçirdilər. Rucina 1418-ci ildə Valonadan Buva valisi olduğu Zetaya qaçdı. 1420-ci ildə İkinci Skutari Müharibəsi zamanı heç bir müqavimət göstərmədən Budvanı venesiyalılara təslim etdi və şəhərin xəzinəsi ilə Dubrovnikə köçdü. Rucina (və ya Rugina, Rudina) Zeta Lordu II Balşanın (1378–1385) və İvan Komnin Asenin qızı Komnena Asenin qızı idi. 1391-ci ildə Rucina zadəgan Mrkşa Jarkoviç ilə evləndi. Onların nikahı Ohrid Arxiyepiskopu tərəfindən xeyir-dua aldı, baxmayaraq ki, onlar yaxın qohum olduqları üçün qeyri-kanonik sayılırdı. 1397-ci ildə ona və anasına Raquza Respublikasının vətəndaşlığı verildi.
Rudina Heydəri
Rudina Heydəri (alb. Rudina Hajdari) — Alban siyasətçisi, Albaniya Respublikası Assambleyasının üzvü və ölkənin parlament müxalifətinin rəhbəri. 1990-1991-ci illərdə Albaniyada kommunizmin dağılmasına səbəb olan tələbə hərəkatına rəhbərlik edən mərhum Azem Haydərinin qızıdır. Heydəri 2017-ci il sentyabrın 9-da ölkənin paytaxtı Tirana şəhərinin rayonunu təmsil edərək Albaniya Məclisinə deputat seçilib. 1998-ci ildə atasının öldürülməsindən sonra Haydari təhsilini davam etdirmək üçün ABŞ-yə köçüb. O, Fordham Universitetində oxuyub və 2009-cu ildə siyasi elmlər üzrə bakalavr dərəcəsi, ardınca London Kral Kollecini geosiyasət, ərazi və təhlükəsizlik üzrə magistr dərəcəsi ilə bitirib. Daha sonra Heydəri Kolumbiya Universitetində insan hüquqları üzrə ikinci magistr dərəcəsi alıb. Daha sonra Heydəri Kolumbiya Universiteti Harriman adına Rusiya, Avrasiya və Şərqi Avropa Araşdırmaları İnstitutunda müvafiq olaraq Donald Tramp və Vladimir Putinin prezidentlikləri dövründə Qərbi Balkanların üzləşdiyi problemlər haqqında mövzuya müraciət edir. Heydəri həmçinin Newsweek kimi nəşrlərdə bölgədəki problemlərə dair çoxsaylı redaksiya məqalələri dərc etmişdir. Heydəri ABŞ Nümayəndələr Palatasının Nyu-Yorkun 16-cı dairəsindən yüksək səviyyəli üzvü, eyni zamanda ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri olan konqresmen Eliot Lans Engelin köməkçisi olur.
Drujba (kinoteatr)
"Dostluq" və ya sovet dövründəki adı ilə "Drujba" kinoteatrı – Bakının Nəsimi rayonunda yerləşən fəaliyyətsiz kinoteatr binası. == Tarixi == Kinoteatr binası 1952-ci ildə memar Məmməd Əliyevin layihəsi əsasında tikilmişdir. 2010-cu illərə qədər kinoteatrda kino nümayişinə davam edilmişdir. 2017-ci ildə tikili özəlləşdirilmişdir. Kinoteatr özəlləşdirilənədək Mədəniyyət və Turizm Nazirliyinin balansında olmuşdur. === Sökülməsi === 2021 və 2024-cü illərdə kinoteatrın sökülməsi və yerində çoxmərtəbəli binanın tikiləcəyi barədə şayiələr yayılsa da, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi belə bir planın olmadığını, sadəcə təmir işlərinin aparıldığını açıqlamışdır. == Xüsusiyyətlər == Kinoteatr stalinist memarlıq üslubundadır. Baxımsız qaldığı üçün dam və fasad örtüyündə dağıntılar var, qəzalı vəziyyətdədir.
Naxçıvan Bəy Drujinası
Naxçıvan Bəy Drujinası — Naxçıvan və İrəvan bəy ailələri nümayəndələrindən yaradılmış hərbi hissə. 1853-cü ilin sonlarında təşkil olunmuşdur. Drujinanın yaranmasının təşəbbüskarı və ilk komandiri o zaman podporuçik rütbəsini daşıyan sonuncu Naxçıvan xanı Ehsan xanın oğlu Kalbalı xan Naxçıvanski olmuşdur. 1854-cü ilin iyununda Krım müharibəsi dövründə Çingil yüksəkliklərində baş verən döyüşlərdə göstərdiyi rəşadətə görə Kalbalı xan 4-cü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif edilmişdir. Həmin il imperator I Nikolay şəxsən Kalbalı xanın adına döyüş bayrağı göndərmişdir. Sonralar Osmanlılara qarşı bütün əməliyyatlarda irəvanlılar da bu drujinanın yüzlüklərində çıxış etmişdir. Qafqaz Hərbi-Tarix Muzeyinin “Bələdçi” kitabındakl məlumata görə 1874-cü ildə general-mayor rütbəsi almış Kalbalı xan Naxçıvanski qeyri-süvari nizami briqadasının komandiri təyin olunmuş və Naxçıvan bəy yüzlükləri bu bayraqla 1877-78-ci illər hərbi əməliyyatlarında iştirak etmişlər. Bayraq qumaşı (145x120 sm) dörkünç mavi qanovuz ipəyindəndir.
Drina banovinası
Drina banovinası (serb-xorv. Дринска бановина/Drinska banovina) — 1929-1941-ci illər arasında Yuqoslaviya krallığında mövcud olmuş vilayət (banovina). == Coğrafiyası == Drina banovinası krallığın mərkəzi hissəsi, müasir Bosniya və Herseqovina və Serbiya ərazisində yerləşirdi. Banovinanın bu adı burada axan Drina çayı görə verildi. Şimalda Sava və Dunay banovinaları, şərqdə Dunay və Morava, cənubda Zeta və qərbdə Sahil və Vrbas banovinaları ilə həmsərhəd idi. Banovinanın inzibati mərkəzi Sarayevo idi. == Tarixi == 1939-cu ildə banovina ərazisinin bir hissəsi Xorvatiya banovinasının tərkibinə daxil oldu. 1941-ci ildə banovina ərazisi Müstəqil Xorvatiya Dövləti və Üçüncü Reyx işğalı altında olan Serbiya arasında bölündü.
Drina körpüsü
Sokollu Mehmed Paşa və ya Drina körpüsü — 1577-ci ildə Memar Sinan tərəfindən Sokollu Mehmed Paşanın şərəfinə Drina çayı üzərində tiklimiş körpü. == Qaleriya == == Xarici keçidlər == About the Mehmed Pasa Sokolović bridge on the official presentation of Tourist organization of Višegrad Arxivləşdirilib 2009-01-24 at the Wayback Machine UNESCO listing of Mehmed Paša Sokolović Bridge in Višegrad Vikianbarda Drina körpüsü ilə əlaqəli mediafayllar var.
Drujba neft kəməri
Drujba neft kəməri — Dünyadakı magistral neft boru kəmərləri sistemindəki ən böyüyüdür. 1960-cı illərdə SSRİ "Lengazspetsstroy" müəssisəsi tərəfindən Volqa-Ural neft və qaz bölgəsindən neftin Qarşılıqlı İqtisadi Yardım Şurasının sosialist ölkələrinə çatdırılması üçün qurulmuşdur: Macarıstan, Çexoslovakiya, Polşa və Şərqi Avropada yerləşən Almaniya Demokratik Respublikası. Boru kəməri marşrutu Samaradan Bryanska, oradan Mozira qədər uzanır, sonra iki hissəyə bölünür: şimal (Belarus, Polşa, Almaniya, Latviya və Litva ərazisi boyunca) və cənub (Ukrayna, Çexiya, Slovakiya, Macarıstan və Xorvatiya ərazisi boyunca). Sistemə 8900 km boru kəməri (bunun 3900 km-i Rusiyada), 46 nasos stansiyası, 38 aralıq nasos stansiyası daxildir. Ümumilikdə neft kəməri və anbar təsərrüfatlarında 1,5 milyon m³ neft vardır. Hər il "uzaq xaric" ölkələrinə 66,5 milyon ton , o cümlədən şimal budağı ilə 49,8 milyon ton ixrac olunur. Boru kəmərini Rusiyanın "Transneft" (daha doğrusu, "Transneft Drujba" ASC-nin strukturu)və Slovakiyanın "Transpetrol" şirkəti tərəfindən idarə olunur. Transneft Drujba ASC, həmçinin Baltik dənizindəki Rusiya dəniz limanları ilə Drujbanı birləşdirən Baltik Nəqliyyat Sistemi-II üzrədə fəaliyyət göstərir. 9 fevral 2012-ci ildə Oleg Valentinoviç Bogomolov "Transneft Drujba" ASC-nin baş direktoru təyin edilmişdir. == Tarixi == Boru kəmərinin inşasına 10 dekabr 1960-cı ildə başlanıldı, Əlmət inşaatın başlanğıc nöqtəsi oldu.
Darya Duqina qətli
Rusiyalı jurnalist, politoloq və Avrasiya fəalı, filosof Aleksandr Duqinin (həmçinin Darya Platonova təxəllüsü ilə tanınır) qızı Darya Duqinanın qətli 20 avqust 2022-ci il, təxminən saat 21:00 radələrində baş verib (digər məlumata görə, təxminən 21:30 və ya 22:00) Mojaysk şossesində, Moskva yaxınlığındakı Bolşye Vyazemi kəndi ərazisində.