Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Druid
Druid (vall .derwydd, irl. druí, şot.kelt Draoidh) — Qərb xalqlarında yəni keltlərdə(Qədim İspaniya, Fransa, İngiltərə, Uels, İrlandiya, Belçika və İtaliya xalqları) din xadimi, ruhani. Druid kəlməsi çox ehtimal ki, Keltlərin ağac cadusu vaxtından əvvəlki zamana gedib çatır."Deru" kəlməsi "sabit olmaq,bərk qalmaq" deməkdir.
Droid 3
Motorola Droid 3 — Motorola korporasiyası tərəfindən istehsal olunan mobil telefon. Motorola Milestone 3/XT883 QWERTY klaviatura ilə slayder form-faktorunda hazırlanıb. Smartfon 4 düym diaqonallı və 540х960 piksel kəskinlikli ekrana, 16 QB birləşdirilmiş yaddaşa, microSDHC slotuna, video zənglər üçün ön kameraya, əsas 8 meqapiksel kameraya və videonu 1080p formatında yazmaq imkanına malikdir. Droid 3 1 QHz tezlikli ikinüvəli TI OMAP 4430 prosessoru əsasında hazırlanıb, Wi-Fi, GPS və Bluetooth modulları ilə təchiz edilib. Motorola Milestone 3 Android 2.3 əməliyyat sisteminin nəzarəti altında işləyir.
Droid (Ulduz müharibələri)
Droid — "Ulduz müharibələri" elmi fantastik franşizasından müəyyən dərəcədə süni intellektə malik uydurma robot. Termin "android" sözünün qısaldılmış formasıdır və əvvəlcə insan kimi görünmək və hərəkət etmək üçün nəzərdə tutulmuş robotlara istinad edirdi. "Android" sözünün özü qədim yunanca "insan kimi" mənasını verən "androīdēs" sözündəndir. Yazıçı və rejissor Corc Lukas orijinal "Ulduz müharibələri" filminin 28 yanvar 1975-ci ildə tamamlanan ssenarisinin ikinci layihəsində "droid" terminindən istifadə etmişdir. Bu sözün presedenti var – Mari Vulf adlı yazıçı bu sözü 1952-ci ildə "Dünyanın robotları! Qalxın!" hekayəsində işlətmişdir. Lukasın "Ulduz müharibələri" filminin ssenarisini yazarkən bu məlumatdan xəbəri olub-olmadığı, yoxsa bu termini özünün uydurduğu məlum deyil. Astromech droid — Vukipediya saytında.
Arvid David Hummel
Arvid David Hummel (Arvid David Hummel; 30 aprel 1778 – 20 oktyabr 1836) Isveç entomoloqu. Tommila, P. 1963 [Hummel, A. D.] Ann. Ent. Fennici 29, 152–170.
David
David — kişi adı və təxəllüs David (Mikelancelo) - italyan rəssam, heykəltaraş və memarı David Rikardo — ingilis iqtisadçısı. David Vudord - Amerikan yazıçısı və dirijoru David Vendetta - fransız DJ və prodüser. David Vilya - ispan futbolçu David Alaba — Avstriya futbolçusu, David Neres - peşəkar Braziliya futbolçusu David Faupala - Fransalı futbolçu David Məmmədov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti. David Foenkinos — fransız yazıçısı və ssenaristi. Jak-Lui David - fransız rəssam və pedaqoqu. David Silva - Mançester Sitinin və İspaniya milli futbol komandasının yarımmüdafiəçisi David de Xea — ispan futbolçu, David Miller — amerikali tenor David Production — Yaponiya animasiya studiyası. David (Bernini) - Covanni Lorenso Bernini tərəfindən işlənmiş həyat ölçülü mərmər heykəl David Luiz - "Çelsi"nin və Braziliya milli futbol komandasının müdafiəçisi. David Livinqston — şotland əslli missioner, Afrikanın görkəmli cöğrafi tədqiqatçısı. II David — Kaxeti çarı. David Hilbert — alman riyaziyyatçısı, David Qrossman —yəhudi yazıçı.
Devid
Devid — Dünyada çox işlədilən ad və soyad. Devid Petreus — Amerikalı general, hərbçi. Devid Bleyn — insanlar tərəfindən yarasa adam kimi tanınan şəxs. Devid Boqqs — amerikalı elektrik və radio mühəndisi. Devid Hokni — ingilis rəssam, qrafik, səhnə dizayneri, fotoqraf. Devid Koepp — ABŞ ssenaristi, prodüseri və rejissoru. Devid Lim — İspan İtalo Disko ifaçısı, musiqi yazarı və modeli. Devid Kopperfild (illüziyaçı) — Amerikalı sehirbaz. Devid Pakkard — amerikalı sahibkar. Devid Medyanik — Böyük Britaniya şairi.
Dorud
Dürud – İranın Luristan ostanının şəhərlərindən və Dürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 100,528 nəfər və 23,596 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində və bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Drozd
Drozd (ing. Drozd, rus. Дрозд), ən tanınmış aktiv müdafiə sistemlərindən biridir. Rusiya tərəfindən hazırlanmış və Əfqanıstan müharibəsində ilk dəfə istifadə edilmişdir. Əfqanıstan müharibəsi gedişatında 1983-cü ildə T-55A tanklarına quraşdırılmış bu sistemlər Əfqan mücahidlərinin idarəolunan tank əleyhinə raketlərinə və raket buraxıcı qurğularına qarşı müqavimət göstərə bilmək məqsədilə yaradılmışdır. Sistem 1977–78-ci illərdə A. Şipunovaya bağlı bir KBP dizayn bürosu olan Kompleks 1030M-01 tərəfindən kəşf edilmişdir. Drozd radarı 24,5 GHz Doppler radar siqnalları göndərərək tanka 70 ilə 700 m/s arasında bir sürətlə yaxınlaşan bir obyekt (raket və ya döyüş raketi) aşkar edə bilər. Daha sonra kompüter 107 mm diametrli bir raketi atışa hazırlayır. Tanka yaxınlaşan raket tankdan 7 metrlik məsafəyə gəldikdə, bu raket partlayır, parçalanma effekti ilə böyük qəlbələr atır və gələn raketi və ya idarə olunan raketi havada partladır. Əvvəlcə ön tərəfi 60° bucaq altında müdafiə edən sistem daha sonra inkişaf etdirildi və 120°-lik müdafiə təmin etdi.
Drüel
Drüel (fr. Druelle, oks. Druèla) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Qərbi Rodez kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12090. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 7 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 1941 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 1300 nəfər (15-64 yaş) arasında 1028 nəfər iqtisadi fəal, 272 fəaliyyətsizdir (fəaliyyət göstərici 79.1%, 1999-cu ildə 77.0%).
Dürud
Dürud – İranın Luristan ostanının şəhərlərindən və Dürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 100,528 nəfər və 23,596 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində və bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
ORCID
ORCID və ya Open Researcher and Contributor ID (ingilis dilindən "Tədqiqatçı və iştirakçının açıq identifikatoru") — elm adamları və akademik şəxsiyyətləri bənzərsiz olaraq tanıdan 16 rəqəmli koddan ibarət beynəlxalq sistemdir. Bu sistem qısaca olaraq "ORCID" adlanır. İngilis dilində tam adı "Open Researcher and Contributor ID"dir. Azərbaycan dilində o "Azad tədqiqatçılar və yazarların ID kodu" kimi xarakterizə edilir. ResearchGate Academia.edu AcademyGate Metafizika Jurnalı ERIH PLUS Rəsmi saytı Məlikov.
Prüin
Prüin (fr. Pruines, oks. Prunas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Marsiyak-Vallon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12193. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 21 km şimalda yerləşir. 2008-ci ildə əhalinin sayı 273 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 148 nəfər (15-64 yaş) arasında 107 nəfər iqtisadi cəhətdən fəal, 41 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72.3%, 1999-cu ildə 71.2%).
Druk
Druk (lat druk — Əjdaha) — Butan respublikasının rəsmi simvolu və Butanın mifoloji personajıdır. Butanın bayrağında əks olunan bu simvol sağlamlıq simvoludur. Jonq-ke dilinde Drukyul - əjdahalar vətəni, və Butanın kralı adlanır. 2007-ci ildə seçkilər zamanı 4 partiya özünü “Qızmızı əjdaha partiyası” adlandırdı. Hər partiya ayrı-ayrı rənglərlə təmsil olundu. Butanın himni “Druk cenden” isə Əjdahanın baş kralı” adlanır. Çin əjdahası Yapon əjdahası Koreya əjdahası Vyetnam əjdahası ↑ About Bhutan :: Bhutan Footprints Travel & AdventureАрхивировано 27 fevral 2010-cu il. Waddell, Laurence (1895). The Buddhism of Tibet Or Lamaism. ss.
Drül
Drül (fr. Drulhe, oks. Drulha) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12091. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 38 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 401 nəfər təşkil edirdi. 2007-ci ildə 233 yaşda olan (15-64 yaş arasında) 175 nəfər iqtisadi fəal, 58 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75,1%, 1999-cu ildə 69.4%).
GUID
GUID (Global unikal identifikator) (ing. Globally Unique Identifier) — 128-bitlik unikal identifikator. Onun başlıca özəlliyi, üst-üstə düşmə səbəbindən yaranan toqquşmalar təhlükəsindən çəkinmədən genişlənən servislər və tətbiqi proqramlar yaratmağa imkan verən bənzərsizlikdir. Hər bir ayrıca GUID üçün unikallığa zəmanət verilməsə də, bənzərsiz açarların ümumi sayı o qədər böyükdür ki, (2128 və ya 3.4028×1038) dünyada bir-birindən asılı olmadan üst-üstə düşən iki açarın generasiya olunması ehtimalı son dərəcə azdır. Bununla belə, üst-üstə düşmə halı olmuşdur: Windows 95 əməliyyat sistemində DOS-proqramların (.pif) və ZipMagic 2000 proqramının başlatma simgəsinin GUID-ləri üstə-üstə düşmüşdür. Mətndə GUID defislərlə qruplara bölünmüş və fiqurlu mötərizəyə alınmış 32 ədəd onaltılıq rəqəmdən ibarət sətir şəklində yazılır. Məsələn: {6F9619FF-8B86-D011-B42D-00CF4FC964FF} Java proqramlaşdırma dilinin ehtimalını hesablamaq üçün proqram: İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Krüi
Krüi (fr. Cruis) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sent-Etyen-lez-Orq kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04065. 2008-ci ildə əhalinin sayı 590 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 140 nəfər arasında (15-64 yaş) 93 nəfər iqtisadi cəhətdən fəal, 47 nəfər hərəkətsiz (fəaliyyət göstərici 66,4%, 1999-cu ildə 69.9%) idi. Fəal olan 93 nəfərdən 82 nəfəri (45 kişi və 37 qadın), 11 nəfəri işsizdir (6 kişi və 5 qadın). Aktiv olmayan 47 nəfər arasında şagird və ya tələbə, 23 nəfər təqaüdçü, 16 nəfər digər səbəblərə görə hərəkətsizdir..
Qrid
Qrid — küllü miqdarda reqional və milli şəbəkələrin birləşdirilməsini nəzərdə tutan və beləliklə geniş istifadəçi dairəsi üçün açıq olan universal hesablama mənbəyidir. Qrid — (ing.grid computing, ru. грид-вычисления) – ("grid" – tor, şəbəkə) — hesablama baxımından çətin problemlərin həlli üçün onların bir hissəsinin İnternetə bağlanmış və geniş ərazidə paylanmış kompüterlər yığının istifadə olunmayan resursları arasında bölüşdürülməsi prosesi. Qrid (Grid) – paylanmış, dinamik virtual təşkilatlarda müxtəlif resursların ortaq və əlaqələndirilmiş istifadəsini dəstəkləyən texnologiya və infrastrukturdur. Bu termin 90-cı illərdə kompüterdən istifadəni elektrik şəbəkəsi (power grid) asan etmək ideyasından yaranmışdır. Hal-hazırda bir çox Qrid layihəsi var. Bunlara misal olaraq, DataGrid, TeraGrid, NorduGrid və s göstərmək olar. Azərbaycanda ilə 2009-cu ildən Fizika İnstitutunun "Yüksək Enerjilər Laboratoriyası"ı tərəfindən "azgrid" adı altında yaradılmağa başlanmışdır. Qrid-hesablamalar Qrid texnologiyaları İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Devid Pakkard
Devid Pakkard (7 sentyabr 1912[…], Pueblo[d], Kolorado – 26 mart 1996[…], Stenford[d], Kaliforniya) (David Packard) – 7 sentyabr 1912-ci ildə Uilyam Hyulettlə (William Hewlett) birgə "Hewlett- Packard" (HP) şirkətinin əsasını qoymuş amerikalı sahibkar Devid Pakkard (David Packard) anadan olmuşdur. Pakkard 1947-ci ildən HP şirkətinin icraçı direktoru olmuş, 1968-ci ildə isə ABŞ prezidenti Riçard Nikson tərəfindən Müdafiə Nazirinin müavini vəzifəsinə təyin olunmuşdur. 1970 və 80-ci illərdə o, Ağ Evin təhlükəsizlik və idarəetmə məsələləri üzrə köməkçisi olmuş, ölkənin ictimai həyatında aktiv iştirak etmişdir. Bir çox fond və xeyriyyə təşkilatlarına rəhbərlik etmişdir. Əliquliyev R., Salmanova P. "İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar", 2013, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 169 s.
Devid Petreus
Devid Petreus (ing. David Howell Petraeus; 7 noyabr 1952[…], Nyu-York, Nyu-York ştatı) — Amerikalı general, hərbçi. 2007-ci ilin fevralından 2008-ci ilin sentyabrına qədər İraqdakı çoxmillətli koalisiya qüvvələrinə rəhbərlik etmiş, 2010-2011-ci illərdə Əfqanıstandakı NATO qoşunlarının komandanı olmuşdur. O, 2011-ci ilin sentyabrında karyerasında növbəti sıçrayış etdi. Prezident Barak Obama Petreusu dünyanın ən nüfuzlu kəşfiyyat xidməti olan Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə irəli sürüldü. Lakin 2012-ci il noyabrın 9-da onun karyerasına son qoyan seks qalmaqalı səbəbi ilə vəzifəsindən istefa vermişdir. Holli Petreus (Noulton) ilə ailəlidir. 2 övladı var. 2012-ci il noyabrın 9-da onun karyerasına son qoyan seks qalmaqalı səbəbi ilə vəzifəsindən istefa verdi. Federal Təhqiqatlar Bürosunun araşdırmaları zamanı MKİ direktorunun nikadankənar münasibətlərdə olması müəyyən olundu.
Devid Qarrett
Devid Qarrett (alman dili: David Christian Bongartz; 4 sentyabr 1980[…], Aaxen, Şimali Reyn-Vestfaliya, Qərbi Almaniya) — alman-amerikalı skripka ifaçısı-virtuoz, musiqi istiqamətində, caz və rok ilə klassik musiqi sintezinin ifaçısı. David Qarrett 4 sentyabr 1980-ci ildə Almaniyanın Aaxen şəhərində, amerikalı prima-rəqqasə Dove Garreett və alman vəkil və hüquqşünas Georg Peter Bongartzın ailəsində anadan olmuşdur. O bir təxəllüs kimi anasının qızlıq soyadını qəbul etdi, "daha gur və rahat tələffüs olunduğuna görə". Devid Qarrett subaydır. Davidin 4 yaşı olduqda atası böyük qardaşı üçün skripka aldı və beləliklə David musiqiyə maraq göstərdi, tezliklə skripkada ifa etməyə başladı. Bir il sonra, o, müsabiqədə iştirak etdi və ilk mükafatını qazandı. 7 yaşında o, professor Zakhar Bron ilə Lübek Konservatoriyasında skripka çalmağı öyrəndi. 12 yaşından isə o Polşa mənşəli Britaniyalı skripkaçı İda Qendelnən işləməyə başlayır. Onunla görüşmək üçün Devid tez-tez Londona və digər Avropa şəhərlərinə səyahət edir. 17 yaşında o evi tərk edir və Londondakı Kral musiqi kollecinə (Royal College of Music) daxil olur, lakin birinci semestri bitirib onu tərk edir.
Devid Rokfeller
David Rockefeller (12 iyun 1915[…], Manhetten, Nyu-York ştatı – 20 mart 2017[…]) — Amerikalı bankir və iş adamı. John Ensor Harr and Peter J. Johnson, The Rockefeller Century: Three Generations of America’s Greatest Family, New York: Charles Scribner’s Sons, 1988.. David: Report on a Rockefeller, William Hoffman, New York: Lyle Stuart, 1971.
Devid Selznik
Devid O. Selznik və ya Zelsnik (ing. David O. Selznick; 10 may 1902[…], Pitsburq, ABŞ – 22 iyun 1965[…], Hollivud, ABŞ) — ABŞ prodüseri, Hollivud tarixində ən böyük uğurlara imza atmış kinoprodüserlərdən biri. Onun rəhbərliyi altında XX əsrin "Kinq-Konq" (1933), "Küləklə sovrulanlar" (1939), "Rebekka" (1940) kimi ən möhtəşəm filmlərinə imza atılmışdır. Devid Selznik 1902-ci ildə Pensilvaniyada yəhudi ailəsində anadan olmuşdur. Atası səssiz kino distribütoru Lüis C. Selznik idi. Devid Nyu-Yorkdakı Kolumbiya Universitetində təhsil almış və 1923-cü ildəki iflasa qədər atasının şagirdi kimi işləmişdir. 1926-cı ildə Selznik Hollivuda köçür və atasının əlaqələrini köməyilə Metro-Goldwyn-Mayer kino şirkətində ssenari redaktorunun köməkçisi kimi işə düzəlir. 1928-ci ildə MGM-i tərk edərək Paramount Pictures studiyasına üz tutur. Selznik orada 1931-ci ilə qədər işləyir. Bu, artıq onun RKO Pictures-in rəhbəri olduğu dövrə təsadüf edir.
Devid Senborn
Devid Vilyam Senbor (ing. David William Sanborn; 30 iyul 1945[…], Tampa, Florida, ABŞ – 12 may 2024) Amerikalı caz, saksofon və piano ustası. Devid Senbornun tam adı Devid Uliyam Senborndur. O, 1945-ci il iyulun 30-da Floridada anadan olmuşdur. Əslində, Devid hələ 3 yaşında olanda musiqi ilə məşğul olmağa başlamışdı, çünki nəfəs alətində çalmaq onun terapiyasının bir hissəsi idi. O, nəfəs alətlərindən məhz alt-saksofonu seçdi, çünki o vaxta qədər radioda tez-tez maraqla dinlədiyi əsərlər məhz bu alətdə səslənirdi. Devidin 18 yaşı olanda o, musiqiçi olmağı qət etdi və bu vaxtdan etibarən ciddi musiqi ilə məşğul olmağa başladı. Əvvəlcə Şimal-Qərb Universitetində, sonra isə Ohayo Universitetində musiqi təhsili aldı. Illər keçdi… Devidin barəsində yazmağa başladılar. Xüsusən Italiyaya gedib, orada kino üçün musiqi ifalarını yazdıranda bu işə xeyli qüvvə sərf etmişdi.
Devid Seymur
Devid Seymur (əsl adı: Dawid Szymin) və ya Şim ("Szymin" soyadının qısaldılmışı) (20 noyabr 1911[…], Varşava – 10 noyabr 1956[…], El-Qantara[d], Əl-İsmailiyyə mühafəzəsi[d]) — polyak fotoqraf və fotojurnalistdir. O, İspan vətəndaş müharibəsində çəkdiyi fotolara və Maqnum Fotonun Anri Kartye-Bresson, Robert Kapa və Corc Rocerlə birgə həmtəsisçisi olduğuna görə tanınır. Onun UNISEFlə birgə əməkdaşlıq etdiyi "Savaşın uşaqları" adlı fotoproyekti də olduqca məşhur olub II Dünya Müharibəsindən sonrakı uşaqların vəziyyətini ustalıqla əks etdirir. Ölümündən sonra o Maqnum Fotonun prezidenti vəzifəsinə yüksəldi və 1954-cü ildə o, Robert Kapanın ölümündən sonra Maqnum Fotonun prezidenti oldu və Suez böhranının ardından Misir pulemyot atəşi ilə 1956-cı ildə öldürülənə qədər bu vəzifəni tutdu. Şim 1911-ci ildə polyak-yəhudi ailəsində düynaya gəlmişdir. Onun Aylin (Eileen) adlı özündən 3 yaş kiçik bir bacısı var idi. Valideynləri Regina və Benjamin Szymin Yiddish və İbrani kitablarının hörmətli naşiri idi. 1914-cü ildə birinci dünya müharibəsi yeni başlamışkən Devid və onun valideynləri emiqrant kimi Odessaya gəldilər. 1919-cu ildə onlar Varşavaya qayıtdılar. O,Leypziqdə təsviri sənət oxudu və sonradan Sorbonda oxumaq üçün Parisə getdi.
Devid Stern
Devid Joel Stern (22 sentyabr 1942, Nyu-York, Nyu-York ştatı – 1 yanvar 2020, Manhetten, Nyu-York ştatı) — 1984 ilə 2014 arasında NBA-nın patronu olan Amerikalı idman adamıdır. Bu, NBA-nı yerli liqaya çevirərək dünyanın ən böyük idman təşkilatlarından birinə çevirdi. Bunu edərkən həyata keçirdiyi köklü qərarlar əvvəlcə reaksiya qazandırsa da, sonrakı illərdə düşdü. Bu tətbiqlərə misal olaraq NBA Geyimi Kodunu göstərmək olar. Devid Joel Stern 22 sentyabr 1942-ci ildə Nyu-York ştatında anadan olmuşdur.