Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Josh Dubovie
Coş Dubovi (27 noyabr 1990) - ingilis müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı "That Sounds Good to Me" mahnısı ilə təmsil etmişdir amma ən son yeri tutub.
Coş Dubovi
Coş Dubovi (27 noyabr 1990) - ingilis müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı "That Sounds Good to Me" mahnısı ilə təmsil etmişdir amma ən son yeri tutub.
Nikolay Dubrovin
Nikolay Dubrovin (tam adı: Nikolay Fyodoroviç Dubrovin, türk. Николай Фёдорович Дубровин; 26 noyabr (8 dekabr) 1837 və ya 2 (14) dekabr 1837, Korıtovo[d], Velikolukski qəzası[d], Pskov quberniyası[d], Rusiya imperiyası – 12 (25) iyun 1904, Sankt-Peterburq) — Rusiya tarixçisi, akademiki, general-leytenantı. Polşa kadet korpusunda(ru) (1853) və Konistantinov artilleriya məktəbində(ru) (1856) təhsil almışdır. Mixaylov artilleriya akademiyasını(ru) bitirdikdən sonra Leyb-qvardiyada(ru) – I artilleriya briqadasında, daha sonra qvardiya korpusunun artilleriya qərargahında və Peterburq dairə artilleriya idarəsində xidmət etmişdir. 1869-cu ildə hərbi-tarixi mövzular üzərində işləməsi üçün Baş qərargaha ezam olunur. 1878-ci ildə general-mayor rütbəsi alır, 1882-ci ildə Baş qərargah yanında hərbi təhsil komitəsinə üzv təyin edilir. 1888-ci ildə rütbəsi artırılır – general-leytenant olur. 1886-cl ildən — Peterburq Elmlər Akademiyasının üzvü, 1893-cü ildən — Peterburq Elmlər Akademiyasının mövcud bütün tarixlər üzrə baş elmi katibi(ru) idi. Nikolay Dubrovin hərbi-ədəbi fəaliyyətə 1859-cu ildən – “Artilleriya Jurnalı”nda(ru) dərj olunmuş məqalələri ilə və "Rassvet" jurnalında dərv olunmuş “Dünya üçün ağıl” (rus. Ум для света) adlı povesti ilə başlamışdır.
Surovıy adası
Surovıy adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Komsomoles adasından 500 m qərbdə, Jurajlyov körfəzində, Klin buxtasınln girəcəyində yerləşir. Cənub-qərbdən şimal-şərqə uzanır. Uzunluğu 4,5 km, eni 1,7 km enə təşkil edir. Maksimal hündürlük 11 metrdir. Cənun və şimala doğru axarlar axır. Qərb sahilinə yaxın 500×400 m olan göl vardır. Şimal sahili sıldırımlıdır. Cənub sahili isə hamardır.
Ana Daboviç
Ana Dabović (18 avqust 1989, Çetinye) — Fransa Liqa 1 və Qadınlar üçün EuroLeague BLMA üçün serb peşəkar basketbolçu. 1.83 m hündürlükdə boyu ilə atıcı mühafizəçi mövqeyində oynayır. O, həmçinin Serbiya milli basketbol komandasını təmsil edir. == Klub karyerası == Dabović peşəkar karyerasına WBC Herceg Novi-də başlamış, 2005-2007-ci illərdə orada oynamışdır. Daha sonra o, 2007-08 mövsümü üçün Albaniyanın Flamurtari Vlore komandası ilə müqavilə bağladı, yalnız bir il sonra Herceg Novi-yə qayıtdı. Sonrakı illərdə o, Yunanıstan WBC Aris, Rus WBC Dynamo Novosibirsk, Polşa Wisła Krakov və Türkiyənin TED Ankara Kolejliler də daxil olmaqla bir neçə xarici komandada oynadı. 2013-cü ilin aprelində o, Rusiya Qadınlar Basketbol Premyer Liqasında Moskvanın Dinamo komandası ilə müqavilə imzalayıb. Daha sonra Türkiyə Qadınlar Basketbol Liqasında "Ormanspor"da çıxış edib. Dabović 2015-ci ildə Türkiyə Qadınlar Basketbol Liqasının Yaxın Doğu Universitetində oynayacaqdı. 2016-cı ildə Daboviç yenidən Moskvanın "Dinamo"sunda çıxış edib.
Aleksandr Dubov
Aleksandr Dubov (1877, Helsinki – 1964, Bakı) ― 1904-cü ildən ömrünün sonuna qədər Bakıda fəaliyyət göstərmiş memar. O, Bakıda bir çox monumental binaların tikintisində iştirak etmiş bəzi binaların o cümlədən də 1918-ci il soyqırımında yandırılmış İsmailiyyə sarayının 1922–1923-cü illərdə bərpasında iştirak etmişdir. == Haqqında == Mülki mühəndis Aleksandr Dubov 1877-ci ildə Helsinkidə anadan olub, orada yaşayıb və təhsil alıb. O dövrdə Finlandiya Rusiya İmperiyasının tərkibində olub.Orta məktəbi bitirdikdən sonra Peterburqda yerləşən tikinti məktəbində təhsil alıb. Sonradan isə təhsilini Finlandiyada yerləşən Texniki Peşə Məktəbində davam etdirib. İlk tikinti fəaliyyətinə Rusiyada 1900-cü ildə başlayıb. Burada o Politexnik İnstitutunun köməkçi binalarının tikintisində iştirak edib. Burada o, Rusiya İmperiyasında dəmir beton konstruksiyaları tətbiq edən fransızlarla əməkdaşlıq edir. Bu əməkdaşlığı nəticəsində bu sahədə böyük təcrübə qazanır. 1902–1904-cü illərdə Qaqrada İmperator II Nikolayın kiçik bacısı Olqa Aleksandrovanın həyat yoldaşı şahzadə Aleksandr Oldenburq üçün saray tikir.