Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cennifer Dudna
Cennifer Dudna (ing. Jennifer Doudna; 19 fevral 1964, Vaşinqton) — amerikalı alim, Emmanüel Şarpantye ilə Kimya üzrə Nobel mükafatı laureatı (2020).
Katerina Duska
Katerina Duska (yun. Κατερίνα Ντούσκα; d. 6 noyabr 1989, Monreal, Kvebek, Kanada) — Yunanıstan müğənnisi. O, "Better Love" mahnısı ilə Yunanıstanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Katerinanın 2015-ci ildə Embodiment adlı debüt albomu işıq üzü görmüşdür. 2018-ci ildə o, albomundan olan mahnılarnı Afinada konsert zalında ifa etmişdir. Albomdan yer alan mahnılar İsveç bəstəkarı Albin Li Meldau tərəfindən bəstələnmişdir. O, Afinada keçirilən digər konsertlərdən birində Katerina ilə birlikdə səhnə almışdır. Katerina eyni zamanda həmin ilin dekabrında yunan musiqiçisi Petros Klampanis ilə birlikdə konsertdə çıxış etmişdir.
Sıyeva dupka
Sıyeva dupka (bolq. Съева дупка) — Bolqarıstanın şimalında, Loveç əyalətinin Brestnitsa kəndi yaxınlığında yerləşən mağara. Mağarda təbii yolla 400 metrlik koridor və zallar yaranıb. Mağaranın əla akustik şəraiti sayəsində burada bir çox xor musiqisi ifaları səsləndirilmişdir. Sıyeva dupka, Bolqarıstanın Osmanlı işğalı zamanı buranı sığınacaq kimi istifadə edən iki qardaş Sıy və Sey şərəfinə adlandırılımışdır. Son qazıntılar mağarada hələ Roma İmperiyası dövründən bəri məskan salınmışdır. Sıyeva dupka Bolqarıstanın 100 görməli yerləri siyahısında yerləşir. == Xarici keçidlər == "Saeva dupka". caves.4at.info. İstifadə tarixi: 16 April 2009.
Andjey Duda
Andjey Sebastyan Duda (pol. Andrzej Sebastian Duda; 16 may 1972[…], Krakov, Polşa Xalq Respublikası) — Polşanın siyasi xadimi, 6 avqust 2015-ci ildən Polşa prezidenti. == Həyatı == 16 may 1972-ci ildə Krakovda doğulub. 24 may 2015-ci ildə Polşanın dövlət başçısı seçilmişdir. 2014–2015-ci illərdə Avropa Parlamentinin deputatı olmuşdur. == Prezidentlik == 2015-ci il seçkilərində qalib gələrək prezident Bronislav Komorovskini əvəz etdi. 6 avqust 2015-ci ildə Andjey Dudanın təntənəli andiçmə mərasimi oldu, bundan sonra rəsmi olaraq prezidentliyini qəbul edildi.
Böyük duka
Böyük duka və ya meqaduka (yun. μέγας δούξ), həmçinin meqaduks (lat. Megadux) — Bizans imperiyası iyerarxiyasındakı ən yüksək vəzifələrdən biri, donanmanın baş komandanı. == İstinadlar == == Mənbə == Anqold, Maykl. The Byzantine Empire, 1025–1204: A Political History. Second Edition (ingilis). Longman. 1997. ISBN 0-582-29468-1. Bartusis, Mark S. The Late Byzantine Army: Arms and Society 1204–1453 (ingilis).
His (duda)
His(duda) — Qeyri-nəzarətolmayan şəraitdə karbohidrogenlərin natamam yanmasından və ya termiki parçalanmasından əmələ qələn amorf karbona his deyilir. Əsasən, şin və rezin-texniki sənayedə (hisin istehsalının dörddə üçü) tətbiq olunur. Poliqrafik və lakboya sənayesində, qara metallurgiyada, elektrotexniki sənayedə onu iri miqdarda qara boyanın hazırlanmasında istifadə edirlər. Fransada, II Karlın hakimiyyətində hisdən istifadə etməklə çəkmə boyası-vaksinin hazırlayırdılar. Rezinin və digər plastik kütlələrin doldurulmasında sənaye miqyasında alınan texniki karbona hərdən çox dəqiq olmayan “his” termiki kimi də adlandırırlar.“His” piqmenti olan qara boya (ən çox bədii) qazlı his adlanır. == Alınması == Alınma üsuluna görə his 3 qrupa bölünür: kanallı, sobalı və termiki. Kanallı (diffuzlu) hislər deşikli qaz lampalları ilə təchiz olunmuş yanacaq kameralarda təbii qazın və ya onun yağ ilə qarışığının (məsələn, antrasenlə) natamam yanmasından alınır. Kameranın daxilində sərinləşdirici səthlər yerləşdirilmişdir ki, diffuziya alovundan çıxan his onların üzərinə cökür. Sobalı hislər reaktorlarda (sobada) xüsusi qurğu ilə yaradılmış alovdan yağın, təbii qazın və ya onların qarışığının natamam yanmasından əmələ qəlir. His aerozol şəklində reaktorlardan yanma məhsulları ilə çıxarılır və xüsusi filtrlərə yığılır.
Pol Düka
Pol Düka (fr. Paul Dukas; 1 oktyabr 1865[…], I arondisman (Paris)[…] – 17 may 1935[…], Paris) — Fransalı bəstakar.
Tamara Duda
Tamara Anatolyevna Duda (ukr. Тамара Анатоліївна Дуда), Tamara Oroxovoye Zyornışko təxəllüsü ilə də tanınır (ukr. Тамара Горіха Зерня; 5 yanvar 1976, Kiyev) — Ukrayna yazıçısı. O, 2022-ci il Taras Şevçenko adına Ukrayna Milli Mükafatı laureatı olmuş, 2019-cu ildə yazdığı "Qız" romanı "BBC" tərəfindən "İlin kitabı" seçilmişdir. Tamara Duda könüllü fəaliyyəti ilə tanınır. == Həyatı == Tamara Anatolyevna Duda Kiyevdə anadan olmuşdur. 1992-ci ildə Ukrayna Humanitar Liseyini bitirmişdir. 1993-cü ildə Kiyev Universitetinin Jurnalistika İnstitutuna daxil olmuş, 1998-ci ildə diplomunu müdafiə etmişdir. 2003–-2005-ci illərdə Kiyev Beynəlxalq Universitetində təhsil almışdır. O, 20 ildən artıqdır ki, ingilis dilindən iqtisadiyyat haqqında mətnləri ukrayn dilinə tərcümə edir.
III Duka İoann Vatas
III Duka İoann Vatas (yun. Ιωάννης Γ΄ Δούκας Βατάτζης, translit. Iōannēs III Doukas Vatatzēs; təq. 1192, Dimetoka – 3 noyabr 1254, Kamalpaşa, İzmir ili) — Nikeya imperatoru (hak. 1221–1254). III İoann müvəffəqiyyətli bir hökmdar idi. O, ordunu gücləndirmiş, səlibçiləri bir neçə dəfə məğlub etmiş, Avropada vuruşmuşdur. Bolqarlarla barışıq quran III İoann ölkənin daxili işlərinə böyük diqqət yetirmişdir. Hökmdarlığı dövründə Nikeya imperiyasının iqtisadiyyatı inkişaf etmiş, ölkədəki rifah artmışdır. Yerli sənayeyə böyük diqqət yetirən III İoann xarici məhsulların idxalına qadağa qoymuşdur.
Better Love (Katerina Duska mahnısı)
Better Love (azərb. Daha yaxşı sevgi‎) — Yunanıstanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Katerina Duska "Better Love" mahnısı ilə Yunanıstanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı ifaçı Katerina Duska və Leon of Athens tərəfindən bəstələnmişdir.
Budda
Budda (sanskr. बुद्ध, q.türk Burxan) — "Budda" sözü, Sanskrit dilində "oyanmaq, idrak etmək, başa düşmək" mənasını verən "budh" feilinin keçmiş zaman tipi olub, "oyanmış, idrak etmiş, bilinclənmiş" anlamına gəlir. Hind dilində "budda" sözü "nurlu" deməkdir. Qautama Budda, tarixdə "budda" sözcüyünü özünə görə də, ona inanan və bir yol göstərici olmadan özündən oyanan hər kəs üçün də işlətmişdir. Buddizmdə "budda" anlayışı ilə ifadə edilən şəxsin ruhunun saflıq, məsumluq və mükəmməlliyinin gücünə, öz-özünə çatması və beləliklə daha əvvəl ortaya çıxarmadığı aydın (mükəmməl) bilgəliyə çatmış (Prajna), habelə şəfqət və mərhəmətdən uzaq sonsuz həyatı sərhədsizcə inkişaf etdirməkdir. == Həyatı == === 49 günlük imtahan === Şahzadə Siddhartanın evdən çıxmasından tam 6 il keçirdi. 6 il boyunca Şakuya qəbiləsinin vəlihəd şahzadəsi sərgərdan gəzib özünüdərkə yetmək istəyirdi. Bunun üçün 4 müəllimdən dərs almışdı. Amma yaranışın dərkini anlaya bilmədiyi üçün müəllimlərindən ayrılıb 5 dostu ilə aclıq və məhrumiyyətlərlə bədənini öldürməyə və ruhunu dirçəltməyə qərar vermişdi. Lakin bütün məhrumiyyətlərə dözmələrinə baxmayaraq, onların ruhu işıqlanmamış və özlərini dərk edə bilməmişdilər.
Budva
Budva (mont. Будва, Budva) - Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 10.918 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Dadva
Dadva — Azərbaycan Respublikasının Masallı rayonunun Masallı şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Masallı şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Dadva kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Dadva kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, Dadva kəndinin 401,0 ha təşkil edən ərazisi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir.
Dayka
Dayka (ing. dike və ya dyke – sədd, daş divar) — intruziv maqmatik süxurların yatım formalarından biri. == Haqqında == Paralel müstəvilərlə hüdudlanır. Dayka maqmanın Yer qabığındakı şaquli və maili çatlarda soyumasından əmələ gəlir. Yerləşdiyi ətraf süxurlara nisbətən bərk olur və onlar aşındıqda Dayka divar kimi görünür. Daykanın qalınlığı bir m-dən onlarla mədək, uzunluğu isə onlarla m-dən yüzlərlə km-ədək olur. == Növləri == Әmələ gəlməsinə görə üç genetik qrupa bölünür: maqma ərintisinin şaquli, yaxud maili çatları doldurması nəticəsində əmələ gələn endodaykalar, flüidlərin təsirindən metasomatik yolla əmələ gəlmiş metadaykalar, çöküntü və vulkanik qırıntı materialların çatları doldurması nəticəsində əmələ gələn ekzodaykalar. Təktək və qrup Daykalara (radial, həlqəvi və paralel Daykalar kompleksi) rast gəlinir. Radia və həlqəvi Daykalar, əsasən, intruziv massivlər və vulkanlarla əlaqədardır. Paralel Daykalar kompleksi orta okean silsilələrində intişar tapmışdır.
Duala
Duala (fr. Douala) — Kamerunun ən iri şəhəri və Littoral regionunun mərkəzi.
Dubna
Dubna — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Ducke
Adolf Dukke (port. Adolpho Ducke, 19 oktyabr 1876, Triest – 5 yanvar 1959, Fortaleza) — Braziliya botaniki və entomoloqu. == Əsərləri == Ducke, A. (1910). Explorações botânicas e entomológicas no Estado do Ceará. Rev. Trimestral do Instituto do Ceará, 24, 3—61. === Entomologiya üzrə nəşrləri === Ducke, A. (1897). Aufzahlung der bei Triest im Jahr 1896 von mir gesammelten Osmia-Arten und Beschribung einer neuen Art. Ent. Nachr., 23, 38—43.
Dudinka
Dudinka (nen. Тут'ын) — Rusiyanın Krasnoyarsk diyarındadaki regional tabeli bir şəhər. Taymır Dolqan-Nenes rayonunun xüsusi statusu olan bir inzibati-ərazi vahidinin inzibati mərkəzi. Əhalisi 21 015 nəfərdir. (2018). Şəhərin qapalı inzibati-ərazi quruluşu statusuna sahib olmamasına baxmayaraq, 25 noyabr 2001-ci il tarixindən xarici vətəndaşların (o cümlədən Belarusiya vətəndaşları) gəlməsi yalnız səlahiyyətlilərin icazəsi ilə mümkündür. Bundan əvvəl on il (1991-ci ildən) xaricilər üçün giriş açıq idi. == Tarix və toponim == Dudinka XVII əsrin ikinci yarısında, 1667-ci ildə I Aleksey Mixayloviç Romanovun dövründə, Manqazeya oxatan İvan Sorokin tərəfindən təsis edilmişdir. XVII əsrdə Böyük Şimal Ekspedisiyasının iştirakçıları Xariton Laptev, Semyon Çelyuskin, Fedor Minin Duqdinkada qışlamışlar. Onların xəritələrində Dudinka Dudinka çayının üzərində yerləşir.
Dukak
Dukak — Məliknamə ənənəsinə görə Səlcuq sülaləsinin əcdadı hesab edilir. Dövlət xadimi və hərbçi olmuşdur. Oğuz dövlətində böyük nüfuzu olan Dukaka hərbi nəaliyyətlərinə görə "dəmir yaylı" ləqəbi verilmişdi. Ox və yayın oğuzların mədəniyyətində hakimiyyət rəmzi olması səbəbindən bəzi tarixçilər onun subaşı olduğunu düşünürlər. Böyük Səlcuq imperiyasının qurucusu olan Toğrul bəyin babası olan Dukak, Səlcuq sülaləsinin də babası sayılır. == Qaynaqlar == === Məliknamə === Dukakın soyundan gələn Sultan Alp Arslan (1063-1072) dövründə şifahi qaynaqların toplanması nəticəsində yazılmış qaynaqdır. Bu əsərin Səlcuqların erkən dövr tarixi və Dukakln şəxsiyyəti barədə məlumat əldə etmək üçün əsas qaynaq olduğu ehtimal edilir. Bu əsərdə Dukak bəy barədə məlumat sülalənin ən yaşlı üzvlərindən və genologiya barədə geniş məlumata sahib Əmir İnanc bəy tərəfindən verilmişdir. Məliknamənin günümüzə qədər gəlib çıxmamasına baxmayaraq, bu məsələ ilə bağlı bəzi məlumatlar digər əsərlərdə qorunmuşdur və bu əsərlərə Məliknamədən keçmişdir. Məsələn, İbn əl-Əsirin əl-Kamil fit-Tarix (1231-ci il), İbn HÜseyninin Əkbər əl-Dövlət əl-Səlcuqiyyə (XIII əsrin əvvəlləri), Bar Hebraeusun Xronikon Syriakum (XIII əsrin ortaları), Mirxvəndin Ravzat əş-Şəfa əsərlərində Dukak bəy barədə məlumatlar vardır.
Dukat
Dukat — qədim gümüş, sonralar qızıl sikkə. İtaliyada işlədilmiş pul vahididir. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Dunqa
Dunqa Tam adı Carlos Caetano Bledorn Verri (31 oktyabr 1963, İjui[d], Riu-Qrandi-du-Sul) — Braziliyalı keçmiş futbolçu. == Həyatı == 31 oktyabr 1963-cü ildə anadan olub.
Dünya
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri, Venera, Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.
Diuka
Diuka (lat. Diuca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin thraupidae fəsiləsinə aid heyvan cinsi.
Adolf Dukke
Adolf Dukke (port. Adolpho Ducke, 19 oktyabr 1876, Triest – 5 yanvar 1959, Fortaleza) — Braziliya botaniki və entomoloqu. == Əsərləri == Ducke, A. (1910). Explorações botânicas e entomológicas no Estado do Ceará. Rev. Trimestral do Instituto do Ceará, 24, 3—61. === Entomologiya üzrə nəşrləri === Ducke, A. (1897). Aufzahlung der bei Triest im Jahr 1896 von mir gesammelten Osmia-Arten und Beschribung einer neuen Art. Ent. Nachr., 23, 38—43.
Alnus dubia
Adi qızılağac (lat. Alnus glutinosa) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü. == Sinonimləri == Alnus aurea K.Koch Alnus cerifera Hartig ex Regel Alnus dubia Req. ex Regel [Invalid] Alnus emarginata Krock. Alnus februaria Kuntze [Illegitimate] Alnus februaria var. incisa (Willd.) Kuntze Alnus februaria var. maculata Kuntze Alnus februaria var. oxyacanthifolia (Lodd.) Kuntze Alnus februaria var. pinnatifida (Spach) Kuntze Alnus februaria var. quercifolia (Willd.) Kuntze Alnus glutinosa f.
Antik dünya
Aysedora Dunkan
Aysedora Dunkan (ing. Isadora Duncan, doğum adı ing. Dora Angela Duncan Dora Angela Dunkan, 26 may 1877 və ya 27 may 1878, San-Fransisko, Kaliforniya – 14 sentyabr 1927[…], Nitsa, Üçüncü Fransa Respublikası) — Qərbdə və Rusiyada Aysedora Dunkan adı ilə tanınmış amerikalı balerina, müasir rəqs sənətinin banislərindən biri. Rusiya şairi Sergey Yeseninin həyat yoldaşı olmuş, 1921–1924-cü illərdə Moskvada yaşamışdır. Veneradakı Duncan krateri onun şərəfinə adlandırılmışdır. Aysedora Dunkan rəqslərində Qədim Yunan plastikasından istifadə edirdi, ayaqyalın oynayırdı. == Həyatı == === Erkən illər === Aysedora Dunkan 27 may 1877-ci ildə San-Fransiskoda bankir, dağ-mədən mühəndisi, sənət bilicisi Cozef Çarlz Dunkan (1819–1898) və Mariya Aysadora Qrey (1849–1922) ailəsində anadan olumuşdur. Ailənin ən kiçik uşağı idi. Onun böyük qardaşları — Raymond, Avgustine (Augustin), həmçinin bacısı — Elizabet də rəqslə məşqul olurdular. Aysedora Dunkan anadan olandan qısa müddət sonra atası bank fırıldaqlığı nəticəsində müflis oldu və valideynləri boşandı.