Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dustaq
Məhbus və ya dustaq — öz istəyi əleyhinə azadlığından məhrum olunmuş şəxs. Məhbusluq həbs, azadlığın məhdudlaşdırılması, əsirlik və digər yollarla formalaşa bilər. Bu termin həbsxanada azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində işlədilir və məhkəmə prosesi zamanı cavabdeh qismində çıxış edən təqsirlədirilən şəxsə münasibətdə istifadə edilmir. == İngilis hüququnda == "Məhbus" həbsdə saxlanılan şəxsi bildirən hüquqi termindir. 1992-ci il Məhbusların təhlükəsizliyi haqqında Aktın 1-ci maddəsində verilən anlayışa görə, "məhbus" məhkəmə qərarının icrası nəticəsində həbsxanada saxlanılan şəxsdir. "Məhbus" sözü feloniyaya görə təqsirləndirilən şəxsləri bildirən hüquqi termin olmuşdur və misdiminor (ing. misdemeanour) törətmiş şəxslərə şamil edilmirdi. 1967-ci il Cinayət Hüququ haqqında Aktın 1-ci maddəsinə əsasən misdiminor ilə feloniya arasında fərqin aradan qalxması ilə o da öz əhəmiyyətini itirmiş oldu. Qlanvil Vilyams məhkum olunmamış şəxslərə "məhbus" deyilməsi praktikasının "haqsızlıq" olduğunu qeyd etmişdir. == Tarixi == Məhbusların mövcudluğuna dair ən qədim tapıntılar bizim eradan 8,000 il əvvələ qədər gedib çıxır və Aşağı Misirdə aşkar edilmiş ibtidai qəbirlərlə sübut edilmişdir.
Uştal
Uştal — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Uştal kəndi Qalagah kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Soltankənd kəndi mərkəz olmaqla, Soltankənd kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kəndin qədim adı Üştaladır. Adının mənası "üç" və "tala" sözlərinin mənasını verir. Yəni kənd üçtala adlanan ərazidə salınmışdır. Sonradan üçtala qısalaraq "Uştal" mənasını vermişdir. Kənd əvvəllər ermənilərin kompakt yaşadığı ərazi olmuşdur. Kənddə həmçinin erməni qəbiristanlığı var. Uştal kəndi İsmayıllı rayonundan 20 km cənub-qərbdə, Acınohur ön dağlığında yerləşir. Kənddə 3 sərin sulu bulaq, dərin yarğanlar, sıx meşə var.
Dustan (Salmas)
Dustan (fars. دوستان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 609 nəfər yaşayır (109 ailə).
Düşvan (Salmas)
Deşvan (fars. دشوان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 269 nəfər yaşayır (49 ailə).
Ehsanulla xan Dustdar
Ehsanulla xan Ətaulla xan oğlu Dustdar (1884-1938)—İran inqilabçısı. == Həyatı == Ehsanulla xan Sari şəhərində anadan olmuşdu. Ehsanulla xan Ətaulla xan oğlu Dustdar 1905–1911-ci illər İran inqilabında, 1915–1917-ci illər qərb vilayətlərində və Tehranda mübarizələrdə yaxından iştirak etmişdir. O, 1917-ci ildən etibarən Gilan hərəkatına qoşularaq, mübarizənin rəhbərləri sırasında fəaliyyət göstərmiş, 1920-1921-ci illərdə İran Kommunist Partiyası ilə həmkarlıq etmiş, Gilan hərəkatı yatırıldıqdan sonra 1921-ci il sentyabr ayında Sovetlər ölkəsinə mühacirət etmişdir. Hələ 1915-ci il sentyabr, oktyabr aylarında məşhur inqilabçı Ehsanulla xanın başçılığı ilə 300 nəfərə qədər silahlı mücahid və mayor Məhəmmədtağı xan Püsyanın rəhbərliyi ilə jandarm hissələri Həmədanı Antanta məmurlarından və onların tərəfdarlarından təmizləmək istəyirlər. Kirmanşahdan qovulmuş ingilis və çar konsulları, onların tərəfdarları Həmədan valisi Salar Ləşgərin və İran kazaklarının yardımına arxalanaraq, mücahidləri və jandarmları Həmədandan qovub çıxartmağa çalışırdılar. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Duval-jouvea
Topalaq (lat. Cyperus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinə aid bitki cinsi.