Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dubna
Dubna — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Durna
Durna (lat. Grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi.
Dena
Dena — İranın qərbində yerləşən Zaqros dağlarının ən yüksək zirvəsidir. Bu zirvə Yasuc şəhərinin 35-kilometrlığında olan Dena şəhristanının Sisəxt şəhərində yerləşir.
Ağ durna
Boz durna
Boz durna (lat. Grus grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. == Təsviri == Ümumi rəngi bozdur. Boğazı, boynunun aşağı hissəsi və başının yuxarı hissəsi qaradır. Uçuş vaxtı boynunu və ayaqlarını düz uzadır. Peysəri çılpaqdır, qırmızı rəngdədir. Ayaqları qaradır. Uçuş vaxtı durna dəstəsi adətən üçbucaq əmələ gətirir == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda köçəri və köçəri- qışlayan növdür. 1970-ci illərədək Ağgöl, Mehman, Şilyan və Qarasu göllərində qışlamışdır.
Cennifer Dudna
Cennifer Dudna (ing. Jennifer Doudna; 19 fevral 1964, Vaşinqton) — amerikalı alim, Emmanüel Şarpantye ilə Kimya üzrə Nobel mükafatı laureatı (2020).
Durna (bürc)
Durna (lat. Grus) — göyün cənub yarımkürəsində bürc. Göyün cənub yarımkürəsində bürc. Durnanın ən parlaq ulduzu Əlnairin (α) parlaqlığı 1,7 ulduz ölçülüdür və Günəşdən təximən 100 işıq ili məsafədə yerləşir. Durnanın daha beş ulduzu 4-cü ulduz ölçüsündən parlaqdır.
Durna balığı
Durnabalığıkimilər (lat. Esociformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. Uzunluğu 1,5 m, kütləsi 35 kq-a çatan sümüklü balıqlardır. Dəstədə 3 fəsilə var: durnabalıqlar, umbrokimilər və ya evduşkokimilər və dalliekimilər. Xəzər hövzəsində, o sıradan Azərbaycanın su hövzələrində durnabalığlar fəsiləsinin nümayəndələri yaşayır.
Qaraboyun durna
Qaraboyun durna (lat. Grus nigricollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. Çin və Hindistanın Tibet yaylası ərazisində yayılmışdır. Alp qurşağında müşahidə edilən yegahə durna növüdür. Bu nadir quş Beynəlxalq Qırmızı kitaba daxil edilmişdir. Onların ümümi sayı 5000–6000 arasında dəyişir. Bu quşlar ilk dəfə 1872-ci ildə Nikolay Prjevalski tərəfindən təsvir edilmişdir. O, onları Kukunor göü ətrafında müşahidə etmişdir. Təbiətdə bu növ durnalar 20–30 il yaşaya bilirlər. == Təsviri == Nəhəng quş 115 sm hündürlüyə və 5,35 kq çəkiyə sahibdirlər.
Qəşəng durna
Qəşəng durna (lat. Anthropoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi. == Təsnifatı == Hazırda 2 növə ayrılır: Adi qəşəng durna (Anthropoides virgo) — durnaların ən kiçik növü olub, Asiya, Avropa və Şimali Afrikanın geniş ərazilərində yaşayır. Afrika qəşəng durnası (Anthropoides paradisea) — Cənubi Afrika Respublikası və Namibiyada yaşayır.
Dena şəhristanı
Dena şəhristanı (farsca:شهرستان دنا) — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sisəxt şəhəridir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 53,034 nəfər və 11,117 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şiə müsəlmandırlar.
Duna Kolleci
Duna Kolleci (ing. Duna College, tam adı Duna International College) xarici tələbələrin Macarıstanın və Slovakiyanın ali məktəblərinə daxil olması üçün özəl hazırlıq kursudur və Budapeşt şəhərində yerləşir. Bu təhsil müəssisəsi yalnız qeyri-dərəcə hazırlıq (foundation) proqramları təklif edir.
Qəşəng durna (cins)
Adi qəşəng durna
Adi qəşəng durna (lat. Anthropoides virgo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin qəşəng durna cinsinə aid heyvan növü. == Təsviri == Ümumi rəngi göyümtül. Başının yanları, boğazı və boynunun ön hissəsi qaradır. Boynunun qara lələkləri döşünə sallanır. Gözlərinin arxasından bir topa ağ lələk boyununun yanlarına sallanır. Ayaqları qara, dimdiyi sarımtıldır. Diri kütləsi 2-3 kq-dır. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Afrikanın şimalında, Şimali Qafqazda, Qazaxıstanda, Sibibirin cənubunda yuvalayır, Şimali Qərbi Afrikada, Fələstin, İraq, Pakistan, Hindistanda, Birmada qışlayır.
Sadako və min kağız durna
Sadako və Min Kağız Durna — 1977-ci ildə nəşr olunan Amerikalı yazıçı Eleanor Koerin uşaqlar üçün yazdığı kitabdır. İbtidai məktəblərdə sülh təhsil proqramları üçün istifadə etmək məqsədilə kitab dünyanın bir çox dilinə tərcümə edilib. Yapon məktəblisi Sadako Sasakinin hekayəsi Sietldə Xeyirxahlıq oyunlarının açılış mərasimində teatrda oynanıldı, 400 yerli məktəbli camaata 20000 kağız durna payladı, bununla da Sadakonun xatirəsi anıldı. Sietldəki suvenir durnalar ehtimal olunur ki, Yaponiyadan uşaqlar tərəfindən göndərilmiş 1000 ədəd orijinal hissədən hazırlanmışdır. == Məzmun == Sadako Sasaki Xirosima və Naqasakinin ABŞ tərəfindən atom bombardmanı zamanı Xirosimada yaşayırdı. Xirosima bombalanarkən Sadako iki yaşında idi. Sadako partlayış baş verən vaxt evdə — partlayışın baş verdiyi yerdən 1 mil uzaqlıqda idi. Onun boynu və qulaqları arasında şişlər, 1955-ci ilin yanvarında isə ayaqları üzərində bənövşəyi ləkələr əmələ gəlir. Sonralar ona, leykemiya diaqnozu qoyulur. Sadakoya leykemiya diaqnozu qoyulandan sonra, xəstəxanada o, min kağız durna düzəltmək ümidilə vaxtını keçirirdi.
Tənha durna uçuşu (film, 2003)
== Məzmun == Film-tamaşa uğursuz məhəbbət haqqındadır. Məktəb illərində bir-birini sevən, lakin, yolları ayrılan Nəsiblə (Ötkəm İsgəndərov) Gülgəz (Həmidə Ömərova) uzun illər sonra məzunların görüşündə rastlaşırlar və bütün xatirələr xəyallarda canlanır. == Film-tamaşa haqqında == Filmdə Nəsibin digər məzunlara göstərdiyi ailəvi şəkildəkilər aktyor Ötkəm İsgəndərovun öz ailəsidir.
Dəşt-i Dena-yi yek
Dəşt-i Dena-yi yek (fars. دشت دنايك‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 37 ailədə 82 nəfəri kişilər və 91 nəfəri qadınlar olmaqla cəmi 173 nəfərdir. Kəndin əhalisi qaşqayların Lərki tayfasına mənsubdur, qaşqay türkcəsində danışırlar və şiə müsəlmandırlar.
Şaolinin ilan və durna döyüş sənətləri (film, 1978)
Şaolinin ilan və durna döyüş sənətləri (ing. Snake & Crane Arts of Shaolin, çin. 蛇鶴八步) — rejissoru Çen Çi Hva olan və baş rolda Ceki Çanın oynadığı 1978-ci ildə çəkilmiş Honq Konq hərəkət filmidir. "Golden Harvest"in istehsalı olan film Lo Wei Motion Picture Company tərəfində nümayiş olundu. Tu Vi Ho ilə yanaşı Çen də filmin kaskadyor koordinatoru idi. = Məzmunu = Tzin sülaləsi dövründə səkkiz Şaolin ustası ən yaxşı döyüş texnikalarını "ilan və durnanın səkkiz pilləsində" birləşdirdi. Texnikaları güc simvolu olaraq əjdahanın nizəsi ilə birlikdə mühafizə üçün Ustad Lin-ə verilən bir kitabda yazdılar. Kitab döyüş sənətləri dünyasındakı ən təhlükəli sirr sayıldı və təlimatda olduğu kimi səkkiz bilici də yox oldu. Səkkiz klan hamısı kitab axtarmağa insanları göndərdi, buna görə Hu Yinqen adlı bir oğlan hədəflə görünəndə bir çox insan onu təqib etməyə başladı. Bir çox məşhur döyüşçünün toplandığı bir şəhərə gedir və dilənçi paltarında Huan Tzu adlı bir qızın köməyinə gəlir.
Arena
Arena (lat. [h]arena), kütləvi tədbirlər üçün nəzərdə tutulmuş sahə, məkan; Latın sözüdür, hərfi mənası qum deməkdir. Qədimdə tikilən amfiteatrların dairəvi səhnəsi qalın qum qatı ilə örtüldüyü üçün ona arena deyilirdi. Romada qladiator döyüşləri üçün tikilmiş amfiteatrların da meydançası arena adlanıb. Çağdaş dövrdə sirk göstərilən dairəvi meydançaya da arena deyilir. İstedadlı səhnə xadimlərinin tanınıb şöhrətlənməsi, kütlə tərəfindən sevilməsi "geniş arenaya çıxıb" ifadəsi ilə nəzərə çatdırılır.
Asena
Asena (lat. Acaena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Aukena
Aukena adası (fr. Aukena) — Qambe arxipelaqına daxil olan dördüncü ən böyük ada (Fransa Polineziyası). Manqareva adasından 5 km cənmub-şərqdə yerləşir. == Coğrafiya == Ada qayalıqdan ibarətdir. Adanın sahəsi 1,35 km²-dir. Maksimal hündürlüyü 198 metrdir. Uzunluğu 2,5 km, eni — 0,5 km təşkil edir == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Tarixi == Akamaru ilk dəfə 1797-ci ildə Ceyms vilson tərəfindən kəşf edilir. XIX əsrdə adaya katolik misionerlər ayaq basır. 1839-cu ildə isə adada ilk kilsə inşa edilir.
Avena
Yulaf (lat. Avena) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi == Bu bitki buğda və arpa ilə müqayisədə daha gəncdir. Onu bizim eramızdan əvvəl ikinci minillikdə becərməyə başlamışlar. Uzun illər ərzində yulaf alaq otu sayılırdı, yalnız şimal bölgələrdə daha davamlı olaraq həmin əkin sahələrində becərilməyə başlamışdır. == Xarakteristikası == Yulaf dəyərli ərzaq və yem bitkisidir. Onun qida və yem keyfiyyəti dənin yüksək biolojidəyərilə müəyyənləşdirilir. Yulafın zülalında buğdanın zülalından 10 faiz artıq əvəzedilməz amin turşusu olan lizin (384 mq/100 q) mövcuddur. Yulafın dənində yağın miqdarı 6,2 faizə bərabərdir, bu da digər dənli bitkilərdəki yağın miqdarından artıqdır (çovdar – 2,2 faiz, buğda – 2,5 faiz). İstifadə istiqamətlərinə uyğun olaraq yulafın dəninə spesifik texnoloji tələblər irəli sürülür.
Denia
Denia (isp. Denia) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Marina-Alta ərazisinin 66.2 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 42704 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 100 km uzaqlıqda yerləşir. == Qalereya == == Həmçinin bax == Marina-Alta Xavea Kalpe == İstinadlar == == Xarici keçidlər == Rəsmi səhifə Ayuntamiento de Denia Portal Turístico de Denia Índice Estadístico Municipal de Denia.
Derna
Derna (ərəb. درنة‎) – Liviyanın şimalında, Aralıq dənizin sahilində yerləşən liman şəhəri. Tarixən ərəb dövlətlərinin paytaxtı rolunu oynamış Derna hər zaman mühüm liman şəhəri kimi tanınmışdır. Hələ ellinizm mədəniyyəti zamanında aktiv liman funksiyasını yerinə yetirən Dernada 1850-ci ildə 4.500 yaxın əhali yaşamaqda idi. Günümüzdə Derna bölgəsinin mərkəzi olan şəhər hal-hazırda İraq Şam İslam Dövlətinə bağlı terror birləşmələrinin nəzarəti altındadır. Sinay yarımadasında aktiv olan terror qrupları şəhəri ələ keçirdikdən sonra İraq Şam İslam Dövlətinə bağlılıq andı içərək şəhəri terror təşkilatının nəzarəti altına qatıblar.
Diana
Diana — qadın adı. Diana, Uels şahzadəsi — Uels şahzadəsi, Şahzadə Çarlzın birinci həyat yoldaşı. Diana Dadaşova — Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat katibi Diana Hacıyeva — azərbaycanlı caz musiqiçisi, müğənni Diana Doman — Azərbaycanın bədii gimnastı.
Drenaj
Drenaj (ing. drain - qurutmaq) - Torpağı, yeri qurutmaq üçün qrunt və ya axıntı sularının süni yolla axıdılmasıdır. Açıq drenaj arxlarla, qapalı drenaj isə yeraltından çəkilən borularla suyun arxlara, yaxud kanallara buraxılmasıdır. == Drenajın əhəmiyyəti == Torpaqların qurudulması zamanı qurutma drenajı, quraqlıq rayonlarda torpağın şorlaşmasına qarşı mübarizə məqsədilə ilə duzsuzlaşdırma drenajı, ağır gilli torpaqlarda qaz mübadiləsini qüvvətləndirmək üçün areasiya drenajından istifadə edilir. Kənd təsərrüfatında iki cür drenaj aparılır: Üfuqi drenaj - bu drenaj özü iki cür olur: Açıq drenaj - kanallar sadəcə elə yerləşdirilir ki, tarlada kənd təsərrüfatı işlərinin mexanikləşdirilməsinə və müvəqqəti suvarma arxlarının çəkilməsinə maneçilik törətməsin. Qapalı drenaj - Torpaq itkisinə yol verməmək üçün istifadə olunur. Kanalların dərinliyi 2,5–3 m, drenaj arasında məsafəsi 200–800 m olur Şaquli drenaj Drenajlardan binaları və tikililəri qrunt sularının təsirindən qorumaq üçün də istifadə olunur. Bunlar suları toplayan və kənara axıdan mühəndis (kəhriz, quyu, yeraltı lağımlar və s.) ibarətdir. Tikinti ərazisində yeraltı suların ümumi səviyyəsinin aşağı salınması (adətən yer səthindən 3-3,5 m dərinlikdə olmalıdır) lazımı effekt vermədikdə yerli drenaj sistemləri, yəni lay drenaji, divaryanı drenaj və dairəvi drenaj tətbir olunur. == Süni drenajın səbəbləri == Sulu torpaqlar kənd təsərrüfatında istifadə üçün drenaja ehtiyac duya bilər.
Drezna
Drezna – Rusiyada şəhər. == Tarix == Drezna 1897-ci ildə əyirmə-toxuculuq fabriki yanında qəsəbə kimi quruldu. Dreznaya 1940-cı ildə şəhər statusu verildi. Şəhərin bütün qalan inkişafı və XX əsrin 90-cı illərinə qədər onun sakinlərinin həyatı Drezna əyirmə-toxuculuq fabriki ilə bağlı idi. Burada yerli sakinlərin əksəriyyəti işləyirdilər. Onların uşaqları fabrik vaxtı yanında peşə-texniki məktəbində (daha əvvəl FZU, fabrik-zavod məktəbi) oxuyurdular və öz işləyən valideynlərini əvəz edirdilər. Buradan isə Böyük Vətən Müharibəsi illərində cəbhəyə gedirdilər.
Drina
Drina (serb. Дрина, bosn. Drina) — Bosniya və Herseqovina ilə Serbiya arasında dövlət sərhəddini təşkil edən çay. İki çayın birləşməsindən əmələ gələn çay mənsəbə qədər 346 km məsafədə uzanır. Yaşımtıl suya malik olması səbəbində bəzən serblər tərəfondən «zelyonka» adlandırılır. Yuxarı axarlarda çay ensiz dağ dərələri ilə axdığından əsrarəngiz mənzərələr yaradır. Bu səbəbdən bütün Balkan ərazisində ən gözəl mənzərəli çay hesab edilir. İki çay Drina çayının başlanğıcını təşkil edir. Tara və Piva Monteneqronun şimal-qərbindən axaraq, Bosniya və Herseqovinanın Xum şəhərciyi yaxınlığında birləşirlər. Drina buradan başlayır.
Duala
Duala (fr. Douala) — Kamerunun ən iri şəhəri və Littoral regionunun mərkəzi.
Duman
Duman, çən və ya sis — havada xırda su buxarı hissəciklərinin kondensasiya məhsullarının toplanması, daha doğrusu su buxarının Yer səthinə yaxın hava qatında kondensasiya və ya sublimasiyaya uğraması ilə meydana çıxan atmosfer hadisəsi. Atmosferin Yer səthinə yaxın hava qatında mikroskopik su damlalarının və ya buz kristallarının toplanması ilə müşayiət olunur. Havanın temperaturu −10°-dən yüksək olduqda xırda su damlaları, −10…-15°-də su damlalarının və buz kristallarının qarışığı, −15°-dən aşağı temperaturda işıq şüaları altında parlayan buz kristalları şəklində müşahidə olunur. İlıq və rütubətli havanın soyumuş Yer səthi üzərində hərəkəti nəticəsində əmələ gələn dumana advektiv duman deyilir. Advektiv duman okeanlarda isti cərəyanın soyuq cərəyanla qarşılaşdığı yerlərdə daha çox müşahidə olunur..
Dunal
Mişel Feliks Dünal (fr. Michel Félix Dunal; 1789–1856) – Fransız botaniki.