Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Davil
Davil - İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 184 nəfər yaşayır (39 ailə).
Davos
Davos (alm. ‎ fr. Davos, it. Davos) — İsveçrənin şərqində, Landvasser çayı üzərində Qraubünden kantonunda şəhər. Dünya İqtisadi Forumu hər il Davos şəhərində keçirilir. == Tarix == Şəhərin tarixi XIX əsrdə həkimlər Alp vadisinin mikroiqlimini ağciyər xəstəlikləri olan xəstələr üçün faydalı hesab etmələri ilə başladı. Burada müalicə alan Robert Luis Stevenson Davosda məşhur Dəfinələr adası romanını yazdı. Şəhər, eyni zamanda Alman yazıçısı Tomas Mannın "Sehirli dağ" romanının səhnəsidir. 1929-cu ilin mart ayında Davosda Ernst Kassirer və Martin Haydeqqer arasında məşhur fəlsəfi mübahisə baş verdi.
Davul
Davul — çəkiclər ilə çalınan böyük ikibaşlı təbil. Olduğu ölkələrdən asılı olaraq müxtəlif adlara malikdir. == Tarixi == Davul çubuqlarla səsləndirilən zərb alətidir. Onun adına «Kitabi-Dədə Qorqud» dastanında rast gəlinir. Dastanda təsvir olunan adət-ənənələr, bir sıra tarixi hadisələr III-IV əsrlərlə səsləşir. Lakin dastanın bəzi boylarının yaranması eramızdan əvvələ gedib çıxır. Elə davulun da bizim eradan əvvəl yarandığı ehtimal olunur. XIII əsrə aid «Dastani-Əhməd Hərami» poemasında da davulun adı çəkilir.Türk dünyasında davul çox zaman bayraq, xitbə, sikkə və s. məfhumlar kimi hakimiyyət rəmzi sayılıb, müqəddəs tutulub. XI əsrdə yaşamış türkoloq-alim Mahmud Kaşğarlıya görə, davulu ovçular icad ediblər.
Davola baroş
Davola baroş — Serbiyanın cənubunda Radan dağının zirvəsində yerləşən təbiət mənzərəsi. Bura hündürlüyü 2 metrdən 15 metrədək olan 202 daş sütundan ibarət bir yerdir. Dağın hündürlüyündə 100 kq çəkili daş sütunlar yerləşir. Bu sütunlar təbii bioloji aşınma nəticəsində yaranmışlar. Bu ərazidə iki su hövzəsi var ki, bunları da “Şeytan suyu” və ”Şeytan quyusu” adlandırmışlar. Hər iki su hövzəsində minerallaşma yüksək olduğu üçün burada yaşıllıq demək olar ki yoxdur. Bu yer qəribəliyinə görə yerli sakinlər tərəfindən qorxulu əfsanələrin yaranmasına səbəb olub və buna görə də “Şeytanın şəhəri” adlandırılıb. Bura gələn turistlərə ekskursiya yalnız gecələr keçirilir. 1959-cu ildən ”Şeytan şəhəri”nin ərazisi qoruq statusu alir. 1995-ci ildə Serbiya hökuməti bura təbiət abidəsi statusu verir.
Devol müqaviləsi
Devol müqaviləsi — Birinci səlib yürüşündən sonra Antioxiya knyazı I Boemund ilə Bizans imperatoru I Alexios arasında 1108-ci ildə imzalanan müqavilədir. Müqavilə günümüzdə "Devol" olaraq bilinən Bizans qalası olan Diabolisdə imzalandığından bu adla tanınır və Antioxiya knyazlığını Bizans İmperiyasının vassal dövlətinə çevirmək məqsədi daşıyırdı. Birinci səlib yürüşünə çıxan Xaçlı ordusu, müsəlman dövlətlərinin üstünə yerimədən əvvəl Konstantinopola toplaşaraq fəth edəcəkləri hər ərazini Bizans İmperiyasına verməyə söz verdilər. Ancaq I Alexiosun keçmiş düşməni Robert Qviskarın oğlu Boemund, Antioxiya knyazlığının özünün olduğunu bildirdi. Alexios Antioxiya knyazlığını tanımadığı üçün Boemund dəstək almaq üçün Avropaya getdi. Alexiosa qarşı müharibə elan etsə də, çox keçmədən təslim olmalı və müqavilə imzalamalı oldu. Boemund, müqavilənin şərtlərinə əsasən imperatora bağlı olmağı, lazım olduqda ordularını Bizans İmperiyasının xidmətinə təqdim etməyi və həmçinin Antioxiyaya bir Yunan patriarxını təyin etməyə razı oldu. Bunun müqabilində isə ona sebastos və duks adı verildi və onun varislərinə Edessa qraflığına getmək hüququ təmin olundu. Müqavilənin ardından Apuliyaya geri dönən və burada ölən Boemundun Antioxiya knyazlığında naib olan qardaşı oğlu Tancred müqaviləsinin şərtlərini rədd etdi. Antioxiya 1137-ci ildə müvəqqəti Bizans hakimiyyəti altında olmasına baxmayaraq, 1158-ci ildə həqiqətən Bizans vassalı oldu.
Pavol Çervenak
Pavol Çervenak (1 iyul 1987-ci ildə anadan olub) — Pavol Kervenak kimi də tanınan, Slovakiyanı təmsil edən peşəkar tennisçidir. == 2012 == Pavol Çervenak Ştutqart turnirinin ikinci dövrəsində torpaq kortda Tommi Haasa qalib gəlmişdir.(6–4, 6–4).
Pavol Nedo
Pavol Nedo (y.sorb Pawoł Nedo; 1 noyabr 1908[…] – 24 may 1984[…], Leypsiq) — sorb müəllimi, professor, etnoqraf və ictimai xadim. "Domovina" mədəni və ictimai cəmiyyətinin sədri (1933-1950). == Bioqrafiya == 1 noyabr 1908-ci ildə Veissenberg şəhəri yaxınlığındakı Kotetsy sorb kəndində anadan olub. İbtidai məktəbi bitirdikdən sonra 1928-ci ildə Bautzendəki orta məktəbdə oxuyub. Sonra 1932-ci ilə qədər Leypsiq Universitetində oxumuş, burada etnologiya, pedaqogika və alman filologiyası üzrə təhsil almışdır. Yalnız burada, kollecdəki sorb dostlarının əhatəsində o, sorb dilini, ədəbiyyatını və folklorunu dərindən öyrənməyə başlayır. Burada o, həm də Sorb Tələbələri Assosiasiyasının üzvü və daha sonra sədri olur. Nasist rejimi hakimiyyətə gəldikdən sonra yerli hakimiyyət orqanları tərəfindən “Vendiya mədəniyyəti üzrə texniki məsləhətçi” vəzifəsinə təyin edilib. Domovina üzvlərinin 27 dekabr 1933-cü ildə keçirilən qurultayında o, nasist rejimini dəstəkləməyə çağırırdı. Həmin qurultayda o, yekdilliklə sorb Domovina ictimai təşkilatının sədri seçildi.
David Davis malikanəsi
Həmçinin "Clover Lawn" olaraq da tanınan David Davis malikanəsi David Davisə, ABŞ Ali Məhkəməsinə və İllinoys senatoruna məxsus Bluminqtondakı Viktorian stilli evdir. Malikanə 1960-cı ildən bəri dövlət muzeyidir. 1972-ci ildə tarixi yerlərin milli reyestrinə əlavə edildi və 1975-ci ildə isə Milli Tarixi yer təyin edildi. Bluminqtonun cənub-qərb tərəfindəki bir yaşayış məhəlləsində yerləşən üç mərtəbəli kərpic malikanə, İtalyan villa üslubunda tikilmiş və 36 otaqdan ibarətdir. Sarayın ərazisinə 1872-ci ildən bir taxta ev, anbar və tövlələr, xüsusi əşyalar, çiçəklər və bitkiləri üçün bağ daxildir. Çoxillik bitkiləri olan Viktoriyanın kəsilmiş çiçəklərdən ibarət bir bağçası olan "Sarah's Garden" 2001-ci ildə bərpa olunmağa başlandı. == Tarixi == "Clover Lawn" 1870-1872-ci illər arasında qurulmuş və 1886-cı il hakim Davisin ölümünə qədər yaşadığı yer olmuşdur. Devis italyan və ikinci imperiya memarlıq xüsusiyyətlərini özündə cəmləşdirən və orta Viktorian stildə olan malikanənin dizaynını fransız əsilli memar Alfred H. Piquenarda tapşırmışdır. Ev, Davisin arvadı Saranın iqamətgahı kimi nəzərdə tutulmuşdu. David Devis 1883-cü ildə ABŞ Senatından ayrıldıqdan sonra vaxtının çox hissəsini orada keçirirdi.
Babol
Babül — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Babül şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və 287 ailədən ibarət idi.
Bavil
Aşağı Bavil (Üskü)
Bavıl
Bavıl — İranın Şərqi Azərbaycan ostanının Səhənd qəsəbəsinin cənubunda yerləşən kənd. Meşə və bağları ilə məşhur olan Bavıl Üskü dərəsində, Təbriz-Kəndvan yolunun kənarında yerləşir va Üskü qəsəbəsinə tabedir. Bağlarında cəviz, ərik, badam, gilas, alça, gilənar kimi ağaclar yetişir. Kənd olmasına baxmayaraq, əhalisi daha çox ticarət və idari işlər ilə məşğuldurlar. Kəndin adı haqda fərqli yorumlar müvcuddur. Bəzi yorumlara görə kəndin adı Bavillə və ya Bağvillə idi.
Damdol
Damdol (fars. دمدل‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 187 nəfər yaşayır (58 ailə).
Davao
Davao – Filippində şəhər. Cənubi Davao əyalətinin inzibati mərkəzi Әhalisi 1,6 mln. (2015). Mindanao adasında, Davao körfəzi sahilində port. Adanın ən iri nəqliyyat qovşağıdır. Beynəlxalq aeroport. == Tarixi == Əsası 1848-ci ildə ispanlar tərəfindən (1858-ci ilədək Nueva-Verqara adlanırdı) qoyulmuşdur. 1890-cı ildə ABŞ qoşunları tərəfindən tutulmuşdur. 19-cu əsrin sonlarına dək kiçik balıqçılıq və oduncaq ixracı mərkəzi idi. 20-ci əsrin əvvəllərindən Yaponiyadan gələnlərin mühacirət mərkəzi (hazırda Davaoda ölkənin ən böyük yapon icması mövcuddur) idi.
Davar
Davar - qoyun, keçi kimi əhlilləşdirilmiş heyvanlara və onların sürülərinə verilən ad, mal-qara. == Etimologiyası == Davar sözü qədim türkcədəki tavar sözündəndir.
David
David — kişi adı və təxəllüs David (Mikelancelo) - italyan rəssam, heykəltaraş və memarı David Rikardo — ingilis iqtisadçısı. David Vudord - Amerikan yazıçısı və dirijoru David Vendetta - fransız DJ və prodüser. David Vilya - ispan futbolçu David Alaba — Avstriya futbolçusu, David Neres - peşəkar Braziliya futbolçusu David Faupala - Fransalı futbolçu David Məmmədov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti. David Foenkinos — fransız yazıçısı və ssenaristi. Jak-Lui David - fransız rəssam və pedaqoqu. David Silva - Mançester Sitinin və İspaniya milli futbol komandasının yarımmüdafiəçisi David de Xea — ispan futbolçu, David Miller — amerikali tenor David Production — Yaponiya animasiya studiyası. David (Bernini) - Covanni Lorenso Bernini tərəfindən işlənmiş həyat ölçülü mərmər heykəl David Luiz - "Çelsi"nin və Braziliya milli futbol komandasının müdafiəçisi. David Livinqston — şotland əslli missioner, Afrikanın görkəmli cöğrafi tədqiqatçısı. II David — Kaxeti çarı. David Hilbert — alman riyaziyyatçısı, David Qrossman —yəhudi yazıçı.
Davud
Davud (David; e.ə. 1039, Beytləhm – e.ə. 969, Qüds) — İsrail-Yəhudi dövlətinin (e.ə. 11 əsrin sonu-e.ə. təqr. 950) padşahı. Padşah Şaulun silahdarı və sonra kürəkəni olmuş, lakin sədaqəti şübhəyə alındığı üçün Cənubi Fələstin səhrasına qaçmış və sonra fələstinlilərə xidmət etmişdi. Saul(Şaul) öldükdən sonra Yəhudi padşahı elan edilmişdi. İsrail tayfalarının ərazilərini Yəhudi padşahlığına birləşdirmiş, kənanilərdən Qüds şəhərini almış və paytaxt etmiş, bir sıra qonşu əraziləri tutmuşdu. Davud mərkəzləşdirilmiş İsrail-Yəhudi dövlətini yaratmış, əhalisini siyahıya almışdı (e.ə.
Devon
Devon qədim adı Devonşir (Devnant Britaniyaca, Dyfnaint Vallca, Devnans Kornvallca, Devnant Bretonca) — İngiltərə qraflığı, şimalda Bristol kanalından cənubda olan İngilis kanalına çatır.Cənubqərb İngiltərənin bir hissəsidir və Cornvall ilə qərbdən, Somerset ilə şimalşərqdən və Dorset ilə şərqdən həmsərhəddir. Qraflığın mərkəzi Eqzeter şəhəridir.
GATÖL
Dabok
Dabok - Koreya döyüş sənətləri ilə məşğul olanların geydiyi formadır. Dabok sözündəki "da" – həqiqi insanın həyat yolu, "bok" – paltar deməkdir. Dabok cüdo kimi Yapon döyüş sənətlərində istifadə edilən Yapon (Keikogi|keikogi/dōgi) dilindən gəldi. Dabok bir çox rəngdədir, baxmayaraq ki, ağ və qara ən çox yayılmışdır. Dabokun əksi dabokun qalan hissəsindən fərqli rəngdə ola bilər. Onlar ənənəvi pambıqdan pambıq-polyester qarışıqlarına qədər müxtəlif materiallardan hazırlanır.Dabokun şalvar və qolları ənənəvi Yapon keikogi-dən daha geniş və uzundur. Buna görə praktikantlar tez-tez Koreya hanbokundan sonra modelləşdirilmiş dabok geyinirlər. Dünya Taekvondo Federasiyası üslublu taekvondo ilə məşğul olanların daboklarında adətən hanbokun dizaynına uyğun tikilmiş v-yaxalı gödəkçələr olur. Ənənəvi taekvondoçular keikogi ilə eyni və ya çox oxşar olan dabok geyinə bilər, önü çarpaz gödəkçə ilə, Beynəlxalq Taekvon-Do Federasiyası üslublu taekvondoçular isə adətən şaquli şəkildə bağlanan gödəkçənin ön hissəsi ilə daha yeni dizaynda geyinirlər. Dabokun ətrafına tti (kəmər) taxılır.
Daloa
Daloa Kot-d'İvuar Respublikasının paytaxtı Yamusukronun qərbində yerləşir. Kot-d'İvuar Respublikasının ən böyük 3-cü şəhəridir. Daloa özəlliklə kakao ticarəti üçün önəmli mərkəzdir. == Haqqında == Daloa Kot-d'İvuarın qərbində yerləşən bir şəhərdir. Həm Sassandra-Marahoué bölgəsinin həm də Haut-Sassandra bölgəsinin mərkəzidir. Eyni zamanda Daloa departmanının mərkəzi və bir alt vilayətidir. Daloa eyni zamanda bir kommunadır. 2014-cü il əhalinin siyahıya alınmasına görə 245.360 əhalisi ilə ölkənin 3-cü böyük şəhəridir. Şəhərə Daloa hava limanı xidmət edir və Cathédrale du Christ-Roi'dəki katedralla Roma Katolik yepiskopluğuna ev sahibliyi edir. == Tarixi == Şəhər 2002-dən 2004-ə qədər davam edən Kot-d'İvuar vətəndaş müharibəsində dəfələrlə əl dəyişdirib.16 oktyabr 2002-ci ildə hökumət qüvvələrinin şəhəri ələ keçirməsindən sonra şimaldan 50 sivilin hökumət qüvvələri tərəfindən öldürüldüyü iddia edildi.Beynəlxalq Amnistisya Təşkilatı bu hadisəni bir qətliam olaraq adlandırdı və hərbi üniformalı şəxslərin Kot-d'İvuar Yurtsevər hərəkatını dəstəklədiyindən şüphələnilən insanları öldürdüyünü bəyan etti.Qurbanların müsəlman adlarına dayandırıldığı və ya Mali,Burkina-Faso və Qvineya mənşəli olduğu iddia edildi.
Alburnus avola
Adi şəmayı (lat. Alburnus alburnus) — Çəkiyəbənzərlər dəstəsinə, Şəmayılar cinsinə daxil olan növ. == Təsviri == Qarışıq rəngə sahibdir — beli tünd, boz-mavidən zeytuni yaşıla qədər, qarnı və ətrafları gümüşü. Bel və quyruq üzgəcləri tünd, digərləri isə sarı və ya qırmızımtıl olur. 20 sm uzunluğa (ortalama 12–15 sm, ən böyüyü 25 sm) və 60 q çəkiyə sahib olur. Bununla belə 80–100 çəkiyə sahib nümunələrinə də rast gəlinir. Ən sevimli qidası milçək tırtıllarıdır. == Yayılması == Adi şəmayılar Azov, Baltik, Qara, Xəzər (şimal hissəsinə aid hövzədə) və Ağ dəniz (qərb avkatoriyasında) sularında müşahidə edilirlər. == Həyat tərzi == Çaylarda, göllərdə, su anbarlarında və nisbətən duzlu olan çay mənsəblərində yayılırlar. Sürü halında yaşayırlar və əsasən suyun üst hissələrini üstün tuturlar.
Amir Dadon
Amir Dadon (16 noyabr 1975, Beer-Şeva; ivr. ‏אמיר דדון‏‎) — İsrailli müğənni-mahnı müəllifi, bəstəkar, musiqiçi, aktyordur. Həmçinin "ACUM" mükafatı qazanıb.
Anri Fayol
Anri Fayol (29 iyul 1841[…], Konstantinopol – 19 noyabr 1925[…]) — fransız menecment nəzəriyyəçisi, ali inzibati idarəetmə üzrə mütəxəssis, personalın menecmetində inzibatçılıq məktəbi və ya inzibatçılıq nəzəriyyəsi adlandırılan yanaşmanın yaradıcısı. İlk dəfə olaraq menecmentin mütəşəkkil surətdə öyrədilməsi problemini qoymuşdur. Hesab etmişdir ki, menecmentin funksiyalarına planlaşdırma, idarəetmə, koordinasiya və nəzarət aiddir. Onun tərəfindən kəşf edilmiş inzibati idarəetmə prinsiplərinin universal olduğunu, yəni, yanız iqtisadiyyatda deyil, həm də hökumət orqanları və təşkilatlarında, orduda, donanmada və digər sahələrdə tətbiq oluna bilməsini iddia etmişdir.
Babol şəhristanı
Babol şəhristanı - İranın Mazandaran ostanınında şəhristan. Şəhristanın inzibati mərkəzi Babol şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 464,538 nəfər və 125,187 ailədən ibarət idi.
Betti DeVos
Yelizavet "Betti" DeVos" (8 yanvar 1958[…]) — Holland əsilli ABŞ siyasətçisi, Miçiqan ştatından iş adamı, filantrop, təhsil fəalı. Bir neçə il Respublikaçılar Partiyası Miçiqan ştatı təşkilatının sədri olub. 23 noyabr 2016-cı il tarixində ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp onu təhsil naziri təyin edəcəyini elan edib.