Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Edişa
Edişə (Cəlilabad)
Fumlile Ndzinisa
Fumlile Ndzinisa (d. 21 avqust 1992; Hoho, Esvatini) — Esvatinii təmsil edən yüngül atlet (sprinter). Fumlile Ndzinisa Esvatinii 2012 və 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi. == Həyatı == Fumlile Ndzinisa 1992-ci ilin 21 avqust günündə Esvatiniin Hoho vilayətində anadan olub. == Karyerası == Fumlile Ndzinisa birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında Ndzinisa 400 metr məsafəyə qaçış yarışlarında 53.95 nəticə göstərdi və 6-cı yeri tutdu. Fumlile Ndzinisa növbəti Olimpiya Oyunlarına Braziliyanın Rio-de-Janeyro şəhərində qatıldı. XXXI Yay Olimpiya Oyunlarında Ndzinisa bu səfər 100 metr məsafəyə qaçışda qüvvəsini sınadı və 12.49 saniyə nəticə ilə 5-ci yeri tutdu. Fumlile Ndzinisa Rio-de-Janeyro Olimpiadasının bağlanış mərasimində Esvatiniin dövlət bayrağını apardı.
Sinişa Mixayloviç
Sinişa Mixayloviç (20 fevral 1969, Vуkоvаr – 16 dekabr 2022, Roma) — Yarımmüdafiəçi və müdafiəçi kimi çıxış etmiş Serbiyalı futbolçu. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçi olub. Cərimə zərbələri ustası kimi tanınır. Mixayloviç cərimə zərbəsindən vurduğu 28 qolla cərimə zərbələrindən vurulan qollara görə A Seriyasında rekord sahibidir. == Karyerası == Futbolçu karyerası ərzində müdafiəçi və ya yarımmüdafiəçi kimi çıxış edib. O, 1991 -ci ildə "Srvena Zvezdanın heyətində Avropa Çempionlar Kubokunu qazanıb və karyerasının böyük hissəsini İtaliya A Seriyasında oynayıb, "Roma", "Sampdoriya", "Latsio" və "İnter" klublarında toplam 353 oyun keçirib və sonuncu iki klubla liqa çempionu olub. Bir çoxları tərəfindən bütün zamanların ən yaxşı cərimə zərbəsi vuran oyunçuları arasında hesab edilən o, 28 qolla cərimə zərbələrindən İtaliya A Seriyasında ən çox qol vuran futbolçudur. O , 1991-ci ildən 2003-cü ilə qədər Yuqoslaviya yığmasında 63 oyun keçirib və 10 qol vurub, bunlardan 1991-ci ildə ilk dörd oyunu SFR Yuqoslaviyanı təmsil edib və 1998 FIFA Dünya Kuboku və UEFA Avro 2000 turnirlərində oynayıb. Mixayloviç 2006-cı ildə karyerasını bitirərək "İnter"də baş məşqçinin köməkçisi olub. O, 2008-ci ildən 2022-ci ilə qədər "Bolonya" ilə başlayan və bitirən, həmçinin "Fiorentina", "Torino" və "Milan" klublarıda daxil olmaqla altı A Seriyası klubunu idarə edib.
Ərnisa (Urmiya)
Ərnisa (fars. ارنسا‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 182 nəfər yaşayır (60 ailə).
Edina Qanql
Edina Qanql (d. 25 iyun 1990) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Edina Qanql, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Edina Qanql, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.