Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Etok abidəsi
Etok abidəsi və ya Duka-bek (Davoqo) abidəsi hündürlüyü 2,65 m olan, naxışlarla və oyma yazılarla örtülmüş qranit abidədir. Hazırlanmasının dəqiq vaxtı müəyyən edilməsə də, bəzi hesablamalara görə eramızın IV əsrinə məxsusdur. Mənbələrə görə isə, XII əsr və ya XV əsrin sonu — XVI əsrin əvvəllərinə məxsusdur. Abidə 1773-cü ildə I Guldenştedt tərəfindən Nalçik-Pyatiqorsk yolunun sağında, indiki Etoka kəndi yaxınlığında aşkar edilmişdir. 1881-ci ildə abidə Moskvaya, o vaxtdan bəri nümayiş etdirildiyi Tarix Muzeyinin XII zalına köçürülmüşdür. == Abidənin təsviri == Abidə ilk dəfə 1771–1773-cü illərdə Qafqazı gəzdikdən sonra alman səyyahı və təbiətşünası İohan Quldenştedt tərəfindən qeyd edilmişdir. 1773-cü ilin may-iyun aylarında Kabardaya səfəri zamanı Podkumka çayının sağ qolu olan Etoko çayının sahilində bir abidə görmüşdür. Bir kurqanın üstündə bir döyüşçü heykəli dayanmışdı və onun yaxınlığından bulaq axırdı və yol keçirdi. Abidənin şəkli ətraflı təsviri ilə birlikdə onun "Reisen durch Russland und im Caucasischen Gebürge" kitabında dərc edilmişdir. I Guldenştedt Etok heykəlinin runik yazısını çoxaltmış və abidənin ətraflı təsvirini vermişdir.
Zoli Adok
Zoli Adok (Macarca:Zoltán Ádok; 22 mart 1976, Seqed) — Macarıstan müğənnisi. Zoli Adok 1976-cı il martın 22-də Macarıstanın Szeged şəhərində anadan olmuşdur. Macarıstanı 2009 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. “Dance with Me” (Azərbaycanca:"Mənimlə rəqs elə") adlı mahnı ilə Avroviziyada iştirak edən müğənni yarımfinalda cəmi 16 xal toplayaraq finalda iştirak etmək imkanını itirmişdir. 2008-ci ildə “Tanclepes” adlı albomu buraxan müğənni öz ölkəsində həmçinin aktyor kimi də tanınır.
Edik Bağdasaryan
Edik Bağdasaryan (həmçinin, Baqdasaryan; erm. Էդիկ Բաղդասարյան; 7 dekabr 1962, Şuşa, DQMV) — Ermənistan araşdırmaçı jurnalisti. O, Ermənistanda hökumətin korrupsiyasını ifşa edən hekayələri ilə tanınmışdır. Bağdasaryan Ermənistan Araşdırmaçı Jurnalistlər Assosiasiyasının rəhbəri və Ermənistanın yeganə araşdırmaçı jurnalistika qəzeti olan "Hetq"in redaktorudur. O, Ermənistanın paytaxtı İrəvan şəhərində yaşayır. == Həyatı == Edik Bağdasaryan 7 dekabr 1962-ci ildə Azərbaycan SSR-də, DQMV-nin bir hissəsi olan Şuşa şəhərində anadan olmuşdur. O, İrəvan Dövlət Universitetində təhsil almış, sonradan təhsilini Moskva Dövlət Universitetində telejurnalistika ixtisası üzrə davam etdirmişdir. Bağdasaryan 2006-cı ildə Ermənistanın ən güclü biznesmeni hesab edilən Qaqik Tsarukyanı tənqid edən məqalədən sonra e-poçt vasitəsilə təhdidlər almışdır. E-poçt məktub müəllifinin "kral" adlandırdığı Tsarukyanı narahat edən hər kəsi öldürməklə hədələmişdir. Bağdasaryan 17 noyabr 2008-ci ildə zorakı hücumun hədəfinə çevrilmişdir.
Edo Kayembe
Edo Kayembe (3 avqust 1998 və ya 3 iyun 1998) — Belçika Birinci Divizounu təmsilçilərindən olan Anderlext klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. == Klub karyerası == === Anderlext === Kayembe Anderlext akademiyası vasitəsilə inkişaf etmişdir. 22 noyabr 2016-cı ildə Konqonun Şarks XI klubundan ayrıldıqdan sonra Kayembe Anderlext klubu ilə 4.5 illik olan ilk peşəkar müqaviləsini imzalamışdır. Kayembe öz peşəkar karyerasında debütünü 22 dekabr 2017-ci ildə Eypen klubuna qarşı oyunda etmişdir. O, 66-cı dəqiqədə Adrian Trebeli əvəz etmişdir. Belçika Birinci Divizounu görüşündə Anderlext rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Kayembe 2017 Frankofoniya Oyunlarında iştirak etmək üçün Konqo DR U-20 millisinə dəvət almışdır. Lakin o, turnirdə heç bir oyunda meydana çıxmamışdır. == Karyera statistikası == === Klub === 31 iyul 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Belçika Superkuboku görüşləri daxildir.
Edo dövrü
Edo dövrü (江戸時代, Edo jidai) və ya Tokuqava dövrü (徳川時代, Tokuqava jidai) — Yaponiya tarixində 1603-1868-ci illəri əhatə edən dövr. Yapon cəmiyyətinin Tokuqava şoqunatınin və 300 regional daymyonun hakimiyyəti altında olması ilə səciyyələnir. Bu dövr iqtisadi inkişaf, ciddi sosial qaydalar, xarici siyasətdə özünütəcrid, sabit əhali, incəsənət və mədəniyyətə qarşı isti münasibət, materialların təkrar istehsalı və davamlı meşə idarəetməsi ilə xarakterizə olunur. Bu, məhdud ehtiyatların tam istifadəsinə əsaslanan davamlı və özü-özünü təmin edən cəmiyyət idi. Şoqunat, rəsmi olaraq, 24 mart 1603-cü ildə Edoda Tokuqava İeyasu tərəfindən yaradılmışdır. Bu dövr 3 may 1868-ci ildə Meydzi islahatının başlaması və Edonun ələ keçirilməsi ilə sona çatdı. == Hadisələr == 1600: Sekiqahara döyüşü. Tokuqava İeyasu daymyoların ordularını məğlub edərək Yaponiyanın böyük hissəsi üzərində hakimiyyətini qurur. 1603: İmperator Tokuqava İeyasunu şoqun təyin edir və o öz hökumətini Edoya (indiki Tokio) köçürərək Tokuqava şoqunlar sülaləsinin əsasını qoyur. 1605: Tokuqava İeyasu şoqunluqdan gedir və yerini oğlu Tokuqava Hidetadaya verir.
Edo ştatı
Edo ştatı (ing. Edo State) — Nigeriyanın Orta-qərbi geosiyasi zonasında ştat. == Adı == Edo Benin Krallığının bütün klanlarının adıdır.
Lespar-Medok (rayon)
Lespar-Medok (fr. Lesparre-Médoc) — Fransanın Akvitaniya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Jironda. Suprefektura — Lespar-Medok. Rayon əhalisi 2006-cı ildə 45 602 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 35 nəf / km². Rayon sahəsi — 1318 km².
Edo dövrünün yanğınsöndürənləri
Hikeşi (火消) – Edo dövrünün Yaponiya yanğınsöndürənləri. Edo dövründə Yaponiya şəhərləri əsasən taxta tikililərdən ibarət idi və buna görə tez-tez yanğınlar baş verə bilirdi. Böyük yanğınların qarşısını almaq üçün şəhərlərdə yanğınsöndürmə briqadaları formalaşdırılmışdı. Edo, Kioto və Osaka kimi böyük şəhərlərdə hikeşi briqadaları şoqunluq tərəfindən təşkil olunurdu. Daymyolar və hakamotolar Edoda və qəsrlərində hikeşi briqadalarını qururdular. Adi sakinlər isə məhəllələrino qorumaq üçün öz hikeşi briqadalarını təşkil edirdilər. Edo şəhərində 3 növ hikeşi mövcud olmuşdur: cobikeşi (定火消, şoqunluğun hikeşiləri), daymyo hikeşi (大名火消, daymyoların hikeşiləri) və maçi hikeşi (町火消, şəhərlilərin hikeşiləri). == Növləri == === Cobikeşi === Cobikeşi briqadaları 1650-ci ildə 4 briqada ilə qurulmuş, 1657-ci ildə baş vermiş Meyreki yanğınından sonra böyüdülmüş, 1704-cü ildə isə 10 briqadadan ibarət olması qərarlaşdırılmışdır. Cobikeşilər şoqunluğun rəsmiləri hesab olunurdular və hatamotolardan əmr alırdılar. Hər cobikeşi birliyi 36 samuraydan ibarət idi.
Fukaqava Edo Muzeyi
Fukaqava Edo Muzeyi (深川江戸資料館, Fukuqava Edo Şiryokan) – Yaponiyanın Tokio şəhərinin keçmiş Fukuqava rayonunda yerləşən, Edo dövrünə həsr olunmuş muzey. == Tarixi == Fukaqava Edo Muzeyi 1986-cı ilin noyabrında açılmışdır. Muzey Fukaqava-Saqaço qəsəbəsinin 1830–1844-cü illərdəki tarixindən bəhs edir. Muzeydə müxtəlif artefaktlar və tarixi sərgilənsə də, muzeyin əsas sərgisi Fukaqava-Saqaçonun real ölçülərdə olan replikasıdır. Qəsəbənin replikası bir neçə bölgədən ibarətdir və Edo dövrünün üslubunu əks etdirir. "Qəsəbənin" küncündə yanğın müşahidə qülləsi, onun altında çay evi yerləşir. Bundan əlavə, küçə boyunca yerləşən, balıqçılara və qayıqçılara xidmət göstərmiş mehmanxanaların olduğu küçə boyunca yerləşən çoki-buneləri görmək olar. Qəsəbənin yaşayış bölgəsində naqaya adlı taxta evlərin əmələ gətirdiyi dar küçələrdən ibarətdir. Burada dükkanlar, dülgərxana, su quyusu, ictimai hamam, zibilxana, tanrı İnariyə həsr olunmuş kiçik məbəd yerləşir. Replikanı daha realistik göstərmək üçün işıqlandırma 20 dəqiqədən bir dəyişir.
Helikopter daşıyan dok gəmisi
Helikopter daşıyan dok gəmisi və ya LHD gəmisi (ing. Landing Helicopter Dock) daxilində helikopterlər olan və çıxarma vasitələri üçün hovuzlu göyərtəsi olan çoxməqsədli amfibiya hücum gəmisinin bir növüdür. ABŞ Hərbi Dəniz Qüvvələri və NATO bu tip gəmiləri təsvir edərkən bu termindən gövdə təsnifatı simvolu kimi istifadə edirlər. LHD gəmiləri, təyyarə daşıyıcılarına oxşar formada helikopterlərlə hücum etməyi bacaran tam uçuş göyərtəsinə sahib olacaq formada tikilirlər. Bəzi versiyalarında MV-22 Osprey kimi əyri rotorlu təyyarələr və AV-8 Harrier və F-35B Lightning II kimi VSTOL təyyarələri də yerləşdirilə bilər. ABŞ Hərbi Dəniz Qüvvələrinin Wasp sinfi, Fransa Donanmasının Mistral sinfi, İspaniya Hərbi Dəniz Qüvvələrinin I Xuan Karlos sinifi, Avstraliya Kral Donanmasının Kanberra sinfi və Türk Dəniz Qüvvələrinin TCG Anadolu gəmisi buna misal olaraq göstərilə bilər. Koreya Respublikası Hərbi Dəniz Qüvvələri də bu təsnifatdan Dokdo sinif gəmiləri üçün istifadə edirlər. LHD gəmi sinfindən əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrində LHA (Landing Helicopter Assault) sinifli gəmilər var idi. Bu gəmilərdən, ilk iki Amerika təsnifatlı gəmi olan, LHA-6 və LHA-7 istisna olmaqla, bütün digərləri LHD tipli gəmilərdə mövcud olan dok eniş göyərtələrinə malikdirlər və təyyarələr üçün böyük göyərtələri olur.
Gəl rəqs edək (film, 2004)
Gəl rəqs edək (ing. Shall We Dance? ) — rejissor Piter Çelsom tərəfindən çəkilmiş və baş rollarında Riçard Gir, Cennifer Lopez və Syuzan Sarandonun iştirak etdiyi romantik komediya filmidir. Film eyni adlı orijinal yapon filminin remeykidir. 1996-cı ildə çəkilmiş olan bu filmdə Koji Yakuse cənab Suqiyama rolunu ifa etmişdir.
Adak
Bedik
Bədik - türk və tatar xalq inacında əyləncə cini. Türk mifologiyasında ən maraqlı hekayəyə sahib olan varlıqlardan biridir. İlk başlarda pis bir ruh olduğu halda, insanlara və heyvanlara zərər verdiyi üçün evlərdən qovulmaq istənmişdir. Bunun üçün onun şərəfinə mərasimlər təşkil edilmiş və mərasimlər yavaş-yavaş əyləncəli bir hal alınca Bedik də əylənməyə başlamışdır. Mərasimlərdə ondan getməsi xahiş edilir, bunun üçün qafiyəli dualar oxunur. Hətta söz anlamazsa təhdid və təhqirə müraciət edilər. Sırtıq, əsbləri oynadan bir varlıq olduğundan danışılmışdır. == Etimoloji == (Bed/Bet) kökündən törəmişdir. Üz və görünüş mənalarını ehtiva edər. Qədim türkcə "Bedük" sözcüyü böyük mənasını verər.
Blok
Blok (mexanika) — oxa nəzərən fırlana bilən çarx.
Bədik
Bədik - türk və tatar xalq inacında əyləncə cini. Türk mifologiyasında ən maraqlı hekayəyə sahib olan varlıqlardan biridir. İlk başlarda pis bir ruh olduğu halda, insanlara və heyvanlara zərər verdiyi üçün evlərdən qovulmaq istənmişdir. Bunun üçün onun şərəfinə mərasimlər təşkil edilmiş və mərasimlər yavaş-yavaş əyləncəli bir hal alınca Bedik də əylənməyə başlamışdır. Mərasimlərdə ondan getməsi xahiş edilir, bunun üçün qafiyəli dualar oxunur. Hətta söz anlamazsa təhdid və təhqirə müraciət edilər. Sırtıq, əsbləri oynadan bir varlıq olduğundan danışılmışdır. == Etimoloji == (Bed/Bet) kökündən törəmişdir. Üz və görünüş mənalarını ehtiva edər. Qədim türkcə "Bedük" sözcüyü böyük mənasını verər.
Deko
Deko kimi tanınan Anderson Luis de Souza SHO (27 avqust 1977[…]) — karyerasını bitirmiş peşəkar Portuqaliya futbolçusu; karyerası dövründə o, hücumameyilli və orta yarımmüdafiəçi mövqeyində çıxış edirdi.
Depok
Depok (sunda yazısı. ᮓᮦᮕᮧᮊ᮪) — İndoneziyanın Böyük Cakarta metropol bölgəsində yerləşən Qərbi Yava əyalətindəki şəhər. 200,29 km² sahəsi var. 2021-cü il siyahıyaalmasına görə əhalisi 2.462.215 nəfər, sıxlığı 8.746 nəfər / km² idi. 27 aprel 1999-cu ildə Depok ayrı bir şəhər olaraq elan edildi. == İstinadlar == == Xarici linklər == VikiSəyahətdə Depok haqqında səyahət məlumatları var. (indon.) depok.go.id — Rəsmi saytı Jakarta Globe News article by Tasa Nugraza Barley dd. August 26, 2010.
Deyok
Deyok və ya Dayaukku (yunan: Δηιόκης; e. ə. 700-cü illər – e.ə. 675) – Herodota görə Midiya dövlətinin əsasını qoymuş şəxs və həmin dövlətin ilk hökmdarı. Deyok e.ə. VIII əsrdə Mannanın Midiya vilayətinin hakimi olmuş, həmin vilayəti müstəqil elan edərək Midiya dövlətinin əsasını qoymuşdur. == Herodotun qeydlərində == Herodot qeyd edir ki, Deyok hələ dövlətin əsası qoyulmamışdan əvvəl "böyük bacarığa və gücə malik olmuş" Fraortanın oğludur. Ona tabe olan insanlar, eləcə də qonşu kəndlərin əhalisi mübahisələr zamanı, onu həll etməsi üçün Deyoka müraciət edirdilər. Beləliklə onu öz hökmdarları seçərək dedilər ki, "bizim üçün elə qaydalar müəyyənləşdir ki, biz normal qaydaları olan dövlətdə yaşayaq və belə qarışıq bir vəziyyətdə öz evlərimizi tamamilə itirməyək." Onlar Deyokun rəhbərliyi altında özlərinə yaşayış evləri inşa etdilər və beləliklə sonralar böyük Midiya dövlətinin paytaxtı olmuş möhtəşəm Ekbatan şəhərinin əsası qoyuldu. O, tabelik haqqında ciddi müqavilə hazırladı və hər kəs həmin müqavilənin şərtlərinə tabe oldu.
Dərk
Dərk (kənd) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Dərk çayı — Quba rayonu ərazisində çay. Dərketmə — insanın öz əqli və fiziki qabiliyyətlərinin öyrənilməsi və anlamasıdır.
Edam
Edam və ya ölüm hökmü, ya da ölüm cəzası — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır. == Tarixi == Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.
Eddi
Eddi — ad. Eddi Albert — ABŞ aktyoru. Eddi İsrafilov — Azərbaycan futbolçusu. Eddi Mörfi — ABŞ aktyoru. Eddi O'Hara — Şotlandiya futbolçusu. Eddi Redmeyn — Britaniyalı aktyor.
Eder
Eder — ad. Eder (Portuqaliyalı futbolçu) — Portuqaliyalı futbolçu. Eder (İtaliya futbolçusu) — İtaliya futbolçusu. Eder Bonfim — Braziliya futbolçusu.
Edfu
İdfu (ərəb. إدفو‎) - Misirin cənub hissəsində, Nil çayının sahilində yerləşən şəhər. Nil çayının qərb sahilində Esna və Avan şəhərlərinin arasında yerləşir. Əhalisi 60 min nəfərə yaxındır. İdfu şəhəri eyni adlı Qədim Misir dövrünə aid məbədin şəhər yaxınlığında yerləşməsi ilə tanınmışdır. İdfu məbədi Qədim Misirə aid məbədlər arasında ən yaxşı vəziyyətdə olan ikinci məbəd hesab olunur. Məbədin 50 metr qərb tərəfində Tell İdfu olaraq adlandırılan qədim yaşayış yeri aşkar olunmuşdur. Şəhərin 5 km şimal hissəsində kiçik pilləkənli piramidaların xarabalıqları aşkarlanmışdır.
ƏBOB
Ən böyük ortaq bölən a və b natural ədədlərinin hər ikisinin bölündüyü ən böyük natural ədədə a və b-nin ən böyük ortaq böləni deyilir və ƏBOB(a;b) kimi işarə olunur. ƏBOB (a;b)-ni tapmaq üçün: a və b sadə vuruqlarına ayrılıb qüvvət kimi göstərilir. Ortaq vuruqlardan qüvvəti kiçik olanlar seçilir. Onların hasili tapılır. ƏKOB(a, b)×ƏBOB(a, b)=a×b ƏBOB (75, 45)=15 75=3×5×545=3×3×5 3×5=15 Birdən başqa ortaq bölənləri olmayan natural ədədlərə qarşılıqlı sadə ədədlər deyilir. Qarşılıqlı sadə ədədlərin ən böyük ortaq böləni 1-ə bərabərdir. Ardıcıl ədədlər qarşılıqlı sadə ədədlərdir. Məsələn, ƏBOB (15, 16)=1 Ardıcıl tək ədədlər də qarşılıqlı sadə ədədlərdir. Məsələn, ƏBOB (37, 39)=1 Ədədlərdən biri digərinin bölənidirsə, ƏBOB bu ədədlərdən kiçiyinə bərabərdir.
Ədat
Ədat — sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsi. Ədatlar cümləyə müxtəlif cəhətdən məna incəlikləri verir, ifadənin səlistləşməsinə və fikrin məntiqi qurulmasına xidmət edir. 'Ən, lap, daha, axı, hətta, artıq, -ca², da, də, ha, düz, bir, ki, necə, nə, belə, olduqca, heç ' ədatları qüvvətləndirici ədatlardır. Məsələn: Lap başımı itirmişəm. Artıq mən belə fikirlə razı deyiləm. Axı o bununla maraqlanırdı? Sən bunu desən belə, heç kəs razı olmayacaq. Bunu mütləq deməlisən ha! Hətta mən də bunu bilmirdim. Düz yanında dayandı.
Ədəb
Ədəd
Ədəd — varlıqların miqdar və say xarakteristikası üçün istifadə olunan anlayışdır. Bu anlayış qədim insanlar arasında saymaya olan təlabatdan yaranıb, hazırda isə dəyişib zənginləşdirilərək, mühüm riyazi anlayışa çevrilib. Riyaziyyatda mənfi rəqəmlər anlayışı borcları hesablamaq üçün orta əsrlərdə yaranıb. Natural ədədlər əşyaları sayarkən istifadə olunan ədədlərə deyilir. Natural ədədlər çoxluğu N {\displaystyle \mathbb {N} } ilə işarə olunur. Yəni N = { 1 , 2 , 3 , . . . } {\displaystyle \mathbb {N} =\left\{1,2,3,...\right\}} . Tam ədədlər.
Ədən
Ədən — keçmişdə Yəmənin paytaxtı olmuşdu. Ədənə və Əsənə adı ilə antik dövrlərdən məlumdur. 1839-cu ildə Böyük Britaniyanın müstəmləkəsi olmuşdu.
DDoS
DoS — xidmətdən imtina hücumu (ing. denial-of-service attack, rus. aтака типа отказ в обслуживании) – şəbəkə hücumunun bir növü. Veb-saytın, veb-serverin və digər şəbəkə resursunun normal işini pozmaq və ya çətinləşdirmək məqsədilə həyata keçirilir. Bu zaman serverə xidmət tələbi ilə çoxlu sayda sorğular gəlir. Server öz resurslarını bağlantı qurmağa və xidmət göstərməyə sərf edir, sorğuların müəyyən axınının qarşısında isə "tab gətirmir". Çox zaman bu hücumlar iqtisadi təzyiq məqsədilə edilir: gəlir gətirən xidmət dayanır, provayderdən gələn hesab şişir, hücumun qarşısını almaq üçün görülən tədbirlər əlavə xərclərə səbəb olur. Bu hücumları müxtəlif üsullarla həyata keçirirlər. Üsullardan biri serverə çoxsaylı sorğuların göndərilməsidir, serverin resursları onların emalı üçün yetərli olmadıqda serverin işi çətinləşə və ya pozula bilər. Bu növ hücumdan qorunmaq üçün adi trafiklə müqayisədə aşırı trafikin mənbələri təhlil olunur və onların qarşısı alınır.