Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ələvi
Ələvilik — islamda mövcud məzhəblərdən biri. Daha çox şiəliyə və bəktaşiliyə yaxındır. Aşiqlər – bunları assosiativ üzvlər də adlandırmaq olar, elektorat da. Təriqətə rəğbətlə yanaşan, amma hələ Yolu seçməyənlər belə adlanardı. Mühibb – təqdimetmə mərasimini keçmiş aşiqlərdir. Bunlara bir sıra mərasim və ayinlərin icrasında iştirak etməyə icazə verilərdi. Dərviş – özündən böyüklərə qulluq eləmək qaydalarını öyrənmiş, Yolu keçmək üçün and içib icazə al/götürmüş, xirqə və digər simvolları daşımaq hüququ əldə eləmiş kəslər. Ata – Dədə-baba və ya regional təkyənin xəlifəsi tərəfindən təyin olunardı. Bu titulun sahibi yerli təkyənin başçısı, ya da regional təkyədə şöbə rəhbəri ola bilərdi. Dərvişi-mücərrəd – nikahsızlıq andı içmiş dərviş.
Ələviq (Kəleybər)
Ələviq (fars. علويق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 23 nəfər yaşayır (7 ailə).
Ələviq (Vərziqan)
Ələviq (fars. علويق‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,125 nəfər yaşayır (247 ailə).
Ələvi Ocaqları
Ocaq (türk. Alevi Ocakları; kürd. Ocaxên elewî) — əsasən ələvilikdə, həmçinin bəktaşilikdə imam məqamında oturan dədələrin soyunu ifadə edən termin, dədəlik anlayışı strukturuna görə nəslə tabe olan qurum. Odur ki, ata öləndə oğlu onun yerinə keçir və bu, ələvi ənənəsində ocaq adlanır. Ələvi Ocaqları bir-birinə bağlıdır və aralarında nəsil ağacı tipli bir əlaqə mövcuddur. Nəsil ağacının başında Hacı Bektaş Vəlidir. Hər ocağın nəslindən gələn insanlar var. Ocaqların böyük oğulları olan dədələr kiçik qardaşlarından daha yüksək mövqedədirlər. Bu iyerarxik quruluş "əl-ələ, haqq" zehniyyətinin bir hissəsidir. Türkiyədə elə ocaqlar var ki, onların iyerarxiyası tədqiq olunmadığından qurulmamışdır.
Əyad Ələvi
Əyad Ələvi (kürd. إياد علاوي; 31 may 1945, Bağdad) — İraq siyasətçisi. O, 2014–2015-ci illərdə və 2016–2018-ci illərdə İraqın vitse-prezidenti vəzifəsində çalışmışdır. Əvvəllər o, 2004–2005-ci illərdə İraqın müvəqqəti baş naziri və 2003-cü ildə İraqın İdarə Heyətinin sədri (38-ci baş nazir) vəzifələrində işləmişdir.
Ələvi Misri duası
Ecevit
Mustafa Bülənd Ecevit (türk. Mustafa Bülent Ecevit, 28 may 1925[…], Konstantinopol – 5 noyabr 2006[…], Ankara) — şair, jurnalist, publisist, partiya sədri, baş nazir və siyasət adamı. == Haqqında == Müxtəlif dövrlərdə Ankara, Zonquldağ və İstanbuldan millət vəkili olmuşdur. Təmsilçilər Məclisinin üzvü, Cümhuriyyət Xalq Partiyası və Demokratik Sol Partiyasının sədri seçilmişdir. Türkiyə Çalışma Bakanı, dövlət naziri, baş nazir köməkçisi və baş nazir kimi fəaliyyət göstərmişdir. Ali təhsili olmadığı üçün Türkiyə prezidentliyinə namizəd ola bilməmişdir. Atası əslən güneydoğudan köçərək gəlmiş bir kürd kökənli müderrisin oğlu Kastamonu doğumlu Əhməd Fəxri Əcəvit Ankara Hüquq Fakültəsində professor idi . Anası Fatma Nazlı (milliyyətcə boşnak) isə rəssamdı. 1944-cü ildə Robert kolecini bitirən Bülənd Ecevit elə həmin il fəaliyyətinə Basın Yayın Genel Müdirliyində tərçüməçiliklə başladı. 1946-cı ildə sınıf yoldaşı Rahşan (Aral) Ecevit ilə ailə həyatı qurdular.
Elegiya
Elegiya (şeir növü) — Elegiya (şeir) — Elegiya (film, 2001) — Elegiya (film, 1997) — Elegiya — akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş film.
Eleziya
Eleziya və ya Eliziya — bir neçə sözün qovuşması, eləcə də sözə şəkilçilərin bitişdirilməsi nəticəsində əmələ gələn çoxhecalılığı azaltmaq üçün bəzən də saitlə qovuşmuş olan samit səs də ixtisar olunur ki, buna səsdüşümü hadisəsi deyilir. == Təsnifatı == Müasir Azərbaycan ədəbi dilində saitdüşümü hadisəsi iki cürdür: Yazıda sabitləşən, yazıda sabitləşməyən. Yazıda sabitləşən saitdüşümü həm sözlərdə, həm də şəkilçilərdə ola bilir. Məsələn, oğul-onun oğ-lu, alın-onun al-nında və s. 2)İkihecalı alınma sözlərə saitlə başlanan şəkilçi bitişdirildikdə ikinci hecadakı sait düşür: şəkil–şək-lim, fikir–fik-rin və s. 3)Ora, bura, hara sözlərinə yerlik və çıxışlıq hal şəkilçiləri bitişdirildikdə sondakı a saiti ixtisar olunur: ora–or-dan, bur–bur-da, hara–har-dan və s. 4)Saitlə bitən sözlə saitlə başlanan söz birləşməsindən düzələn mürəkkəb sözlərdə birinci tərəfin sonundakı sait ixtisara düşür: Əli-Əkbər–Ələkbər, Əli–Abbas-Əlabbas və s. 5)İnkar şəkilçisi qəbul etmiş sözlərə indiki və müzare zaman şəkikçiləri bitişdirildikdə inkar şəkilçisinin saiti ixtisara düşür: yaz–yaz-ır, gör–gör-ər-əm və s. 6)Sıra sayı düzəldən şəkilçiləri saitlə bitən miqdar sayı kökünə bitişdirildikdə şəkilçinin başındakı sait ixtisara düşür: bir-inci, iki-inci və s. 7)Xəbər şəkilçisinin sonundakı r, ümumən, danışıqda bəzən də yazıda ixtisar olunur: getməlidi(r), gedibdi(r) və s.
Qələvi
Qələvilər — suda həll olan əsaslara deyilir. Qələvilərə LiOH, NaOH, KOH, RbOH, CsOH, Ca(OH)2, Sr(OH)2, Ba(OH)2 əsasları aiddir. Digər əsaslar ya suda az həll olur, ya da həll olmur: Zn(OH)2, Fe(OH)2, Cr(OH)2 və.s. 1) Aktiv metalların (Li,Na, K, Rb, Cs, Ca, Sr, Ba) su (H2O) ilə qarşılıqlı təsiri zamanı əvəzetmə reaksiyası ilə alınır: 2 Li + 2 H 2 O ⟶ 2 LiOH + H 2 {\displaystyle {\ce {2Li + 2H2O -> 2LiOH + H2}}} 2) Qələvi və qələvi-torpaq metalların hidridlərinin su ilə reaksiyasından alınır: KH + H 2 O ⟶ KOH + H 2 {\displaystyle {\ce {KH + H2O -> KOH + H2}}} Əvvəlcə, sabit valentli metalın adı, sonra hidroksid sözü deyilir.
Əcəvit
Mustafa Bülənd Ecevit (türk. Mustafa Bülent Ecevit, 28 may 1925[…], Konstantinopol – 5 noyabr 2006[…], Ankara) — şair, jurnalist, publisist, partiya sədri, baş nazir və siyasət adamı. Müxtəlif dövrlərdə Ankara, Zonquldağ və İstanbuldan millət vəkili olmuşdur. Təmsilçilər Məclisinin üzvü, Cümhuriyyət Xalq Partiyası və Demokratik Sol Partiyasının sədri seçilmişdir. Türkiyə Çalışma Bakanı, dövlət naziri, baş nazir köməkçisi və baş nazir kimi fəaliyyət göstərmişdir. Ali təhsili olmadığı üçün Türkiyə prezidentliyinə namizəd ola bilməmişdir. Atası əslən güneydoğudan köçərək gəlmiş bir kürd kökənli müderrisin oğlu Kastamonu doğumlu Əhməd Fəxri Əcəvit Ankara Hüquq Fakültəsində professor idi . Anası Fatma Nazlı (milliyyətcə boşnak) isə rəssamdı. 1944-cü ildə Robert kolecini bitirən Bülənd Ecevit elə həmin il fəaliyyətinə Basın Yayın Genel Müdirliyində tərçüməçiliklə başladı. 1946-cı ildə sınıf yoldaşı Rahşan (Aral) Ecevit ilə ailə həyatı qurdular.
Ələvicə
Ələvicə — İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mehrdəşt bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,692 nəfər və 1,696 ailədən ibarət idi.
Ənəviz
Ənəviz (fars. اناويز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 302 nəfər yaşayır (61 ailə).
Elelis
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. == Yayılması == Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Elvin
Elvin — Kişi adı. Elvin Abbasov Elvin Abbasov (iş adamı) — Azərbaycanlı iş adamı. Vision TV-nin təsisçisi, "TimeSoft" MMC və "Virtual Azerbaijan Group of Companies" MMC şirkətlərinin həmtəsisçisi və direktoru, Ciu-citsu Federasiyanın idarə heyətinin üzvü (2019). Elvin Abbasov (əsgər) — Vətən müharibəsinin şəhidi. Elvin Abbasov (baş çavuş) — Vətən müharibəsinin şəhidi. Elvin Məmişzadə — 2015 Avropa Oyunlarının qızıl medalçısı. Elvin Beqiri — Albaniya futbolçusu Elvin Rot — amerikalı iqtisadçı. Elvin Kristoffel — alman riyaziyyatçısı Elvin Mirzəyev Elvin Mirzəyev (rejissor) — Azərbaycan rejissoru, aktyoru. Elvin Mirzəyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Elvin Mirzəyev (futbolçu) (ru) — Azərbaycanlı futbolçu.
Elüvi
Elüvi — əsas süxurların aşınma məhsulunun əmələ gəldiyi əvvəlki yerində qalan hissəsidir. Elüvi aşınma qabığını əmələ gətirir.
Ələhi
Ələhi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Eyni adlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən qərbdə, Ordubad-Nürgüt avtombil yolunun yaxınlığında, Gilançayın sol sahilində, Qapıcıq dağının ətəyindədir. Natamam orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi var. Ələhi Ordubad rayonunun Bist inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin yamacındadır. Tədqiqatçıların fikrincə, toponim qədim türk dillərində işlənən əlik (çökəklik) sözü ilə əlaqədar yaranmışdır və kəndin coğrafi movqeyi ilə bağlıdır. Kəndin ərazisində eyniadlı bulaq da var.. Əhalisi 141 nəfərdir. Əhali bağçılıq, heyvandarlıq və arıçılıqla məşğuldur.
Əməvi
Əməvilər (ərəb. الأمويون‎) və ya bəni Üməyyə ‏(ərəb. بنو أمية‎) — əsası I Müaviyə tərəfindən 661-ci ildə qoyulan müsəlman xəlifələri sülaləsi. Süfyani və mərvani əməviləri VIII əsrin ortalarına qədər Əməvilər xilafətini idarə etmişlər. Əməvilər sülaləsinin dövründə Xilafət ordusu indiki Cəbəlüttariq boğazını keçərək Avropaya girdi, müasir İspaniya torpaqlarına daxil olub yürüşü davam etdirdi. 750-ci ildə Əbu Müslimin qiyamı nəticəsində Əməvilər sülaləsini əvəz edən Abbasilər tərəfindən hakimiyyətdən devrilmiş və İspaniyada Kordova xilafətinin əsasını qoyan xəlifə Hişam ibn Əbd əl-Malikin nəvəsindən başqa bütün əməvilər həlak olmuşdur. Sülalənin banisi Əbdşəms ibn Əbdmanafın oğlu və Əbdülmütəllibin əmisi oğlu Üməyya ibn Əbd Şəms olmuşdur.
Elegiya (1997)
Elegiya (şeir)
"Elegiya" — Leyla Əliyevanın babası Heydər Əliyevə ithaf etdiyi şeir İlk dəfə bu şeir 2008-ci il dekabrın 12-də - Heydər Əliyevin vəfatının 5-ci ildönümündə "Azərbaycan" qəzetində dərc olunmuşdur. Bir qədər sonra isə bu şeirə Kəmaləddin Heydərov mahnı bəstələmiş, Ağadadaş Ağayevin ifasında Fuad Əlişovun rejissorluğu ilə klip çəkilmişdir. 2012-ci ildə Azərbaycan məktəblərində tədris olunan 5-ci sinif şagirdləri üçün "Ədəbiyyat" dərsliyinə salınmışdır Şeir sinifdənxaric oxu üçün nəzərdə tutulub. == İstinadlar == == Xarici keçidlər == Şahnaz Bəylərqızı. Prezidentin qızının şeiri dərsliklərə necə düşüb?
Elevsin misteriyaları
Elevsin misteriyaları — Attikada (Qədim Yunanıstan) məhsul bayramı; Demetranın və onun qızı Persefonanın şərəfinə keçirilən dini bayramlar. Qədim Misirdə meydana çıxması güman olunur. Afinanın 22 km-liyində Elevsin (Eleusis) adlı yaşayış yerində qədimdən keçirilən sehrbazlıq mərasimləri Elevsin Attika icmaları ittifaqına birləşdirildikdən sonra Ümumafina bayramına çevrilmiş Elevsin misteriyalarının əsasını təşkil edirdi. Elevsin misteriyalarında cinsindən və sosial vəziyyətindən asılı olmayaraq Attikanın bütün sakinləri, o cümlədən, qullar da iştirak edirdilər. Sentyabrın sonu—Oktyabrın əvvəlində keçirilirdi. Bu mövzuda bir sıra əsərlər yazılmışdır: Şiller, "Elevsin bayramı".
Nazlı Əcəvit
Nazlı Əcəvit (türk. Nazlı Evevit; 4 yanvar 1900, Konstantinopol – 14 avqust 1985, Ankara) — müəllim və realist rəsssam. Türkiyənin Baş naziri Bülənt Əcəvitin anası. Fatma Nazlı 4 yanvar 1900-cü ildə o vaxtkı Osmanlı İmperiyasının paytaxtı İstanbulda anadan olmuşdur. Atası polkovnik Emin Sarqut, ana babası Kirat Paşa isə Osmanlı Sultanının köməkçisi idi. 1915-ci ildə qızlar üçün Şap Pedaqoji Məktəbini bitirdikdən sonra ilk türk sənətkarlarından biri olan Mihri Müşfik Hanımın tövsiyəsi ilə rəsm çəkməyə qərar verir. 1915-1922-ci illərdə qızlar üçün sənətlər məktəbində oxuyur. Qızlar üçün sənətlər məktəbi üçün son imtahanlar Türkiyə İstiqlaliyyət müharibəsi səbəbiylə ləğv edildiyi üçün müəllimlik sertifikatı alır. Nazlı Beşiktaş Qızlar Orta məktəbində rəsm müəllimi olaraq işə başlayır. Ardından Anadoluda, Kastamonuda valideynlərinin yanına köçür və sənət karyerasını 25 il təxirə salır.
Qələvi metallar
Qələvi metallar - Elementlərin dövrü cədvəlinin ilk qrupunda (şaquli sırasında) olan metallardır. Fransium xaricində hamısı, yumşaq quruluşda və parlaq görünüşdədir. Asanlıqla əriyə bilər və uçucu hala keçə bilərlər. Nisbi atom kütlələri artdıqca, ərimə və qaynama nöqtələri də geniş göstərilir. Digər metallara müqayisədə, öz kütlələri də olduqca aşağıdır. Hamısı da, reaksiyalarda aktivdir. Ən yüksək əsas enerji səviyyələrində bir tək elektron daşıyırlar. Bu elektronu çox asan itirərək +1 yüklü ionlar meydana gətirə bildikləri üçün, qüvvətli reduksiyaedicidirlər. İstilik və elektriki çox yaxşı çatdırırlar. Suyla qarşılıqlı təsirləri çox güclüdür, suyla reaksiya nəticəsində hidrogen qazı ortaya çıxarırlar.Qələvilərə aiddir: LiOH, NaOH, Ca(OH)2 "Group 1: The Alkali Metals".
Rəhşan Ecevit
Zəkiyə Rəhşan Ecevit (17 dekabr 1923, Bursa – 17 yanvar 2020, Ankara) — Türk rəssam, yazıçı və siyasətçisi. O, Demokratik Sol Partiyası və Demokratik Sol Xalq Partiyasının qurucusu və ilk prezidentidir. Onun təklifi ilə 2000-ci ildə qüvvəyə minən Amnistiya Qanunu Rəhşan Amnistiyası kimi tanınır. Salonikidən Şəbinkarahisara köçən, sonradan İstanbulda məskunlaşan ailədə anadan olub. Atası Namiq Zəki Aral, anası Zahide Araldır. Arnavutköy Amerikan Qızlar Kollecinin məzunudur. 1946-cı ildə Bülənd Ecevitlə ailə həyatı qurub. 1985-ci ildə Bülənd Ecevitə siyasi qadağa qoyulduğu zaman qurulan Demokratik Sol Partiyasının (DSP) qurucusu və sədri olub. O, 1987-ci ilə qədər Bülənd Ecevitin siyasi qadağası qaldırılana qədər sədr vəzifəsində çalışıb. Rahşan Ecevitin təklifi ilə DSP, MHP və ANAP Koalisiyası dövründə (22 dekabr 2000-ci il) qüvvəyə minən və dövlətə qarşı törədilən cinayətlərdən başqa cinayətlərə möhlət və şərti azadlığı gətirən "Şərti azadlığa buraxılma və möhlət qanunu" ictimaiyyətə açıqlandı.
Cem Belevi
Cem Belevi (4 iyun 1987, İzmir) — türk pop, arabesk müğənnisi və aktyoru. O, daha çox Ayşe ilə "Kim Ne Derse Desin"də əməkdaşlıq etməsi ilə tanınmışdır. Brunel Universitetində beynəlxalq biznes üzrə təhsil almışdır. Anası rəssam, atası isə pianoçudur. == Musiqi Karyerası == 2013-cü ildə Bilmezsin adlı debüt albomunu buraxmışdır. "Günaydın Sevgilim" (Günaydın mənim sevgilim) albomun aparıcı mahnısı və ilk klipi olmuşdur. Albom çox diqqət çəkməsə də, mahnı türk musiqisinin icraçı direktoru Samsun Dəmirdən təsirlənmişdir. Mahnı daha sonra Enbe Orkestrası & Behzat Gerçekerin albomunda yenidən aranjeman edilmişdir. 2014-cü ildə "Kim Ne Derse Desin" filmi üçün Ayşe ilə duet oxumuşdur. Mahnı Türkiyə'də çox uğurlu olmuşdur və ən yaxşı debüt kateqoriyasında 2014 Türkiyə Musiqi Mükafatlarına namizəd olmuşdur.
Hacı Mirməhəmməd Kərim Mircəfər əl-Ələvi əl-Hüseyni əl-Musəvi əl-Bakuvi
Mir Məhəmməd Kərim ağa (1855 və ya 1853, Bakı – 1938) — Bakı qazısı, "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən. == Həyatı == Tam adı Mir Məhəmməd Kərim ibn Mir Cəfər əl-Ələvi əl-Hüseyni əl-Bakuvi olan müəllif 1853-cü ildə Bakıda anadan olmuşdur. Mir Məhəmməd Kərim soyunun Hz. Əlidən gəlməsi səbəbilə özünü Ələvi, Hz. Hüseyn soyundan gəldiyi üçün Hüseyni və Bakıda anadan olduğu üçün də Bakuvi adları ilə tanıtmışdır. Axund Mir Məhəmməd Kərim ağa İçərişəhərdə yaşayan tanınmış seyid, Bakının hörmətli şəxslərindən sayılan Ağa Seyid Məhəmmədin nəvəsidir. Mir Məhəmməd Kərim ağa həmçinin qəbri insanların inam və ziyarət yeri olan Mir Mövsüm ağanın xalasının həyat yoldaşıdır. "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən, ilk dəfə bu müqəddəs kitabın təfsirini (izahı) yazan, xalqın maariflənməsində, Bakıda qızlar məktəbinin açılmasında xidmətləri olan din xadimi Mir Məhəmməd Kərim ağa Cəfərzadə idi. Mir Məhəmməd Kərim ağa Cəfərzadə müsəlmanların müqəddəs kitabı olan Quranı ərəb dilindən Azərbaycan dilinə tərcümə edəndən sonra din xadimləri arasında ona qarşı hücumlar səngimirdi. O dövürdə mollalar istəmirdi ki, camaat "Qurani-Kərim"i dərindən mənimsəsinlər.