Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aranas
Aranas(isp. Aranaz) — İspaniyanın Navarra əyalətində bələdiyyə. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2005-ci ilin məlumatına görə bu bələdiyyənin əhalisi 625 nəfərdir.
Eranos
Eranos, Yeranos — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Eranos kəndi rayon mərkəzindən 16 km məsafədə, Göyçə gölünün yaxınlığında yerləşir. Erməni mənbələrində kəndin adı həm də Yaranos formasında qeyd edilmişdir. == Toponimi == Toponim aran (eran) etnoniminə -os şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.1728-ci ilə aid mənbədə Qarni nahiyəsində kənd adı kimi göstərilmişdir. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağıdılmışdır. Azərbaycan xalqının atnogenezində mühüm rol oynamış qədim türk mənşəli Aran tayfasının adını əks etdirir. Kəndin adı Aran tayfasının adından və yunan mənşəli "os" şəkilçisindən ibarətdir. Azərbaycanın qədim tarixində üç mə'nada "Aran" sözü iştirak edir.
Kerala
Kerala (malaya. കേരളം) — Hindistanın cənub-qərbində Malabar sahilində yerləşən, ərazisi 38,863 km² və əhalisi 33.387.677 nəfər (2011 siyahıyaalması) olan ştat. Əhalinin sıxlığı 859,11 nəfər / km² təşkil edir ki, bu da ölkədə ən yüksək əhali sıxlığı göstəricilərindən biridir. Paytaxt Trivandram (Thiruvananthapuram), ştatın ən sıx məskunlaşdığı şəhərdir. Ukinci ən çox məskunlaşan şəhər Koçi (Koçin) şəhəridir. Ştatda rəsmi dil Malayalam dilidir.
Oralar
"Oralar" — Azərbaycan televiziya verilişi. 2017-ci il aprelin 8-də ATV kanalında yayımlanıb. Verilişdə aparıcı Turanə Hüseynli qlamur həyat, dəbli butiklər, gənclərin əyləncə məkanlarına, Azər Qəribov şəhərlərin lüks həyatını, məşhur abidələrini, muzeyləri və turistik məkanlarını, Rüstəm Əfsərli isə büdcəli səyyah həyatı sürərək sadə insanların yaşayışını tamaşaçılara göstərir. 2018-ci ildə veriliş "Oralar" verilişi Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Beynəlxalq Turizm Filmləri Festivalında "Televiziya verilişləri" nominasiyasında birinci yerə layiq görülüb. Oralar — Internet Movie Database saytında.
Petalas
Petalas ( yun. Πεταλάς ) — Yunanıstana aid İoni dənizində yaşayış olmayan ada. Bu, Mərkəzi Yunanıstanın cənub-qərb hissəsi olan tarixi Akarnaniyanın bölgəsinin qərb sahilində, Axeloos ağzında yerləşən kiçik, məskunlaşmamış Exinad adaları qrupunun ən böyük adasıdır. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən hündürlüyü 251 m olan Asproxordos dağı, şimalda isə dəniz səviyyəsindən hündürlüyü 209 m olan Yero-Petalas dağıdır. Vilyam Lik Petalası Homerin "Gəmilər kataloqu"nda qeyd etdiyi Dulixi adası ilə eyniləşdirmişdir. Adanın sahəsi 1335 akrdır (540 ha). Adada 4,000-ə yaxın zeytun ağacı var. Ada 44,6 milyon ABŞ dollarına satışa çıxarılmışdır.
Qalas
Qalas (osman. قلاص, türk. Kalas, alm. Galatz‎, mac. Galac, rum. Galaţi), Rumıniyanın şərqində Boğdan bölgəsində yer alan İbrail şəhəri və Moldova sərhədində yer alan bir şəhərdir. Son resmi rəqəmlərə görə 304.340 nəfərlik əhaliyə sahib şəhərdir, Rumıniyanın 7-ci büyük şəhəridir.
Ramas
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Talas
Talas (qırğ. Талас) — Qırğızıstanda şəhər, Talas vilayətinin mərkəzi. Mahmud Qaşqaridə Talas şəhərinin Kiçi və Kümi kimi fərqləndirici leksik vahidləri özünü göstərir. 751-ci ildə baş verən Talas döyüşü ilə İslama qovuşur. Talas döyüşündən sonra Türk boyları at belində Anadoluya, Balkan və Avropa ölkələrinə qədər irəliləyirlər. Talas şəhəri yerləşdiyi Talas vadisinin adını daşıyan kiçik bir şəhərdir. Bura Manas Torpağı adlanır. Ehtimal edilir ki, eposun qəhrəmanı bu şəhərdə doğulub və onun qəbiri bu şəhərin yaxınlığındadır. Bu şəhərin mərkəzində, çay kənarında gözoxşayan təbii park yerləşir. 20 km aralıda yerləşən üç şəhərdə Kulan Say, Terek Say və Kurqan Taş şəhərlərində bir neçə qiymətli daş abidələr və petroqlif nümunələri var.
Valaş
Valaxş Karen — Sasani generalı, Karen sülaləsinin nümayəndəsi. Məşhur Karen sülaləsindən olub Azər Valaxşın nəvəsi idi. 665-ci ildə Təbəristanı işğal edərək Fərruxzad Bavəndini oldürmüşdü. Fərruxzadın oğlu Söhrab Mazandarana qaçaraq 673-cü ildə Təbəristana qayıtmış və atasının intiqamını almışdı. Pourshariati, Parvaneh (2008). Decline and Fall of the Sasanian Empire: The Sasanian-Parthian Confederacy and the Arab Conquest of Iran. London and New York: I.B. Tauris. ISBN 978-1-84511-645-3.
3D Realms
3D Realms (rəsmi adı Apogee Software) — amerikalı naşir və kompüter oyunları hazırlayan şirkətdir. 1987-ci ildə təsis edilmişdir və ABŞ-nin Texas ştatının Qarland şəhərində yerləşir. Şirkət ən çox Druk Nukem seriya oyunlarının hazırlanması, eləcə də Commander Keen oyunlar seriyasının və id Software tərəfindən hazırlanan Wolfenstein 3D oyunlarının nəşri və proqram təminatının sərti pulsuz yayılma modelinin populyarlaşdırılması ilə məşhurdur.
Aralan (Mərənd)
Aralan (fars. ارلان‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,983 nəfər yaşayır (524 ailə).
Bardenas-Reales
Bardenas-Reales (isp. Bardenas Reales) — İspaniyanın Navarra vilayəti ərazisində yerləşən yarımsəhra. Burada ətraf mühit güçlü eroziyaya məruz qalmışdır. Bu baxımından Avropada unikaldır. Səhra 45500 ha ərazini əhatə edir. 1999-cu ildə Bardenas-Reales turistlərin çoxlu axını ilə əlaqədar park elan edilmişdir. 7 noyabr 2000 ildə YUNESCO ərazini biosfer qoruğu elan edilir. 1951 ildə ispan HHQ ərazidə baza təşkil edilir. Bununla əlaqədar etiraz aksiyaları təşkil edir.
Ekranas FK
Ekranas (Litva dilində-Futbolo Klubas Ekranas) - Litvanın futbol klubu. Panevejis şəhərində yerləşir. == Tarixi == 1964-cü ildə yaranan komanda ilk uğurunu 21 il sonra qazanıb. 1985-ci ildə Litva çempionu olan Panevejis şəhəri təmsilçisi 1991-ci ildən başlayaraq, müstəqil Litva birinciliklərinin daimi iştirakçısıdır. 20-ci yubiley çempionatında 12 turdan sonra 27 xalla ikinci pillədə qərarlaşan “Ekranas” əvvəlki 19 mövsümdə kifayət qədər titul qazanıb. 2008-ci ilin ortalarından baş məşqçi postuna Valdas Urbonası gətirən Panevejis təmsilçisi ev oyunlarını cəmi 4 min tamaşaçı tutan “Aukştaitiya” stadionunda keçirir.[mənbə göstərin] == Uğurları == 1985, 1993, 2005, 2008-ci illərdə 4 dəfə futbol üzrə Litva çempionatının qalibi olmuşdur. 3 dəfə gümüş medala sahib çıxıb - 2003, 2004, 2006. 4 dəfə bürünc medala sahib çıxıb - 1994, 1998, 2002, 2007. 3 dəfə də kubokun finalçısı olub - 1994, 2003, 2006. 1985, 1998, 2000-ci illərdə 3 dəfə Litva Kubokunun sahibi olub.
Eralda Hitay
Eralda Hitaj — Albaniya gözəli (2006), Kainat gözəli (2006). == Həyatı == Eralda Hitaj 1987-ci ildə Albaniyanın paytaxtı Tiranada dünyaya gəlib. 2006-cı ildə Albaniya gözəli seçilərək dünya gözəllik yarışmasına qatılmaq imkanı qazanan alban gözəlçə həmin Hindistanda kainat gözəli seçilərək, dünya tacına sahib çıxıb.
Eravan şəlaləsi
Eravan (tay. น้ำตกเอราวัณ, oxu. "namtok eravan") — Tailandda şəlalə. Ölkənin Kançanaburi bölgəsində, Eravan Milli Parkı (tay. อุทยานแห่งชาติเอราวัณ) ərazisində yerləşir. Kaskad tipli şəlalə 7 piildən ibarətdir. Kaskadların ümumi hündürlüyü 831 metrdir. Şəlalə Monqlay və Omtala çayları hövzəsində yerləşir. == Ümumi məlumat == Eravan şəlaləsi Kançanaburi şəhərinin (tay. กาญจนบุรี), 65 km-də yerləşir.
Harvi Esayas
Harvi Delano Esayas (nid. Harvey Delano Esajas; 13 iyun 1974, Amsterdam, Niderland) — niderlandlı keçmiş futbolçu. Müdafiəçi mövqeyində çıxış etmişdir. == Futbol karyerası == === Futbolda ilk addımları === 1974-cü ildə Amsterdamda Surinam mənşəli ailədə dünyaya gəlmiş Harvinin futbolda ilk addımları Ayaksın futbol akademiyasında başlamış, sonradan ulduz futbolçulara çevrilmiş Klarens Zeyedorf, Kanu və Patrik Klüvert kimi gənclərlə birgə oynamışdır. Daha sonra məşqlərini Anderlextin uşaq akademiyasında davam etmişdir. === Peşəkar klublarda fəaliyyəti === Esayasın peşəkar futbolda debütü 1993-1994-cü il mövsümündə Feyenoord klubunda başlamışdır. Mövsümün startından bir qədər öncə Feyenoordun Helderse adlı həvəskar komanda ilə matçında Esayas rəqib futbolçu Ronald Sxutenə qarşı kobud oynayaraq onun çənəsini sındırmış, amma bu hərəkətinə görə cəza almamışdır. Esayasın milli çempionatda ilk oyunu 24 oktyabr 1993-cü ildə Niderland derbisində baş tutmuş və o, bu oyunda Ayaksa qol vura bilmişdir. Matç 2-2 hesabı ilə bitmişdir. Uğurlu debütünə baxmayaraq Esayas Feyenoordun əsas heyətinə daxil ola bilməmiş və həmin mövsüm 5 matç, 1994-1995-ci il mövsümundə isə cəmi 3 matçda iştirak etmişdir.
Jerlaş boğazı
Jerlaş boğazı Boğaz Antarktida materikinin sahillərində yer alır. Antarktik yarımadası və Palmera arxipelaqı arasında yerləşir. Uzunluğu 185 km ,eni isə 9–40 km arası dəyişir. == Tarixi == Boğazın kəşf edilməsi 1873-1874-cü illərdə bu ərazilərə gəlmiş alman ekspedisiyası tərəfindən kəşf edilmişdir. Almanlar boğaza Bismak adı verirlər. Ancaq boğazı keçmək onlara nəsib olmur. 20 il sonra Belçika ekspedisiyası boğazı keçməyə müvvəfəq olur. Ekspesdisiyaya Adrein Jerlaş başçılıq edirdi. Boğazın ekspedisiya tərəfindən keçilməsi 23 yanvar-12 fevral 1898-ci il tarixinə təsadüf edir. Boğaz fr.
Kainatın eraları
Məralan (Təbriz)
Məralan — Cənubi Azərbaycan bölgəsinin ən böyük şəhəri olan Təbriz şəhərinin cənub-şərqində yerləşən məhəlləsi. Məralan məhəlləsi şimaldan Xiyavan məhəlləsi ilə qonşudur. Qərb tərəfdən isə Nobar məhəlləsi ilə həmsərhəddir. Azadi bulvarı Məralan məhəlləsini şimal və cənub hissələrinə bölür.
Varşini Prakaş
Varşini Prakaş (hind. वार्शिनी प्रकाश) — iqlim fəalı və 2017-ci ildə həmtəsisçisi olduğu 501 (s) (4) təşkilatı olan Sunrise Movement Hərəkatının icraçı direktoru. 2019-cu ildə o, Time 100 siyahısına daxil edilir və Sierra Club John Muir Award mükafatına namizəd olur. Prakaş iqlim dəyişikliyindən ilk dəfə 2004-cü ildə Hind okeanında baş verən sunami xəbərindən sonra 11 yaşında xəbərdar olub. Böyüyəndə həkim olmaq istəyirdi. Prakaş Massaçusetts Amxerst Universitetində kollecə gedir və burada iqlim problemləri üzərində işləməyə başlayır. Orada olarkən o, məktəbin qalıq yanacaq satışı kampaniyasının lideri olur. Prakaş həmçinin milli fosil Yanacaq Tələbə Şəbəkəsi ilə də işləmişdir. 2017-ci ildə məzun olduqdan bir il sonra, UMass Amherst aktivlərini əldən verən ilk böyük dövlət universiteti olur. 2017-ci ildə Prakaş, digər yeddi həmtəsisçi ilə, iqlim dəyişikliyi ilə bağlı siyasi fəaliyyətin tərəfdarı olan 501(c)(4) və amerika gənclərinin rəhbərlik etdiyi siyasi hərəkat olan Sunrise Movement Hərəkatını başladır.
Şuxrat Barlas
Şuxrat Salamov və ya Şuxrat Barlas (tam adı Salamov Şuxrat Nasıroviç) — məşhur özbək tarixçisi və tədqiqatçısı. Azərbaycanın dostu və təəssübkeşi olan Şuxrat Salamov Azərbaycanın Özbəkistan səfirliyi və Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edir. O, erməni məsələsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı, Xocalı faciəsi, ermənilərin bütövlükdə türk xalqlarına qarşı törətdikləri soyqırım siyasətini arxiv materialları, sənədlər və tarixi faktlara istinad edərək ifşa etmişdir. "Qarabağ: ideyalar müharibəsi" "Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə.
Ərdalan xanlığı
Ərdalan xanlığı və ya Ərdəlan əmirliyi (kürd. میرنشینی ئەردەڵان) — İranın Kürdüstan əyalətində, Sənəndəc şəhərində iqtidarda olmuş xanlıq (1169–1867). XII əsrdən-XIX əsrin 60-cı illərinədək gah müstəqil, gah da yarımmüstəqil hakimiyyət sürmüş kürd tayfa birləşməsi Bani Ərdalan Kürdüstan və İran tarixinə öz damğasını vuran sülalələrdən biridir. Şərəf xan Bidlisi "Şərəfnamə"də ərdalanlıların adını kürdlərin güclü tayfa birləşmələri olan Həkəri Soran və Babanlarla yanaşı çəkir. Bani Ərdalan kürdlərinin tarixi haqqında çoxsaylı əsərlərdə geniş məlumat verildiyinə baxmayaraq, müxtəlif dövrlərdə yazılmış iki kitab dəyərli elmi mənbə kimi daha çox diqqəti cəlb edir. Həmin kitablardan birincisi Xosrov İbn Məhəmməd Bani Ərdalanın o zamankı hakimi Xosrov xan Nakamın dövründə tamamlanmışdır. Lakin bu dəyərli əsər yalnız 1977-ci ildə Tehranda iranlı kürd alim doktor İsmayıl Ərdalan tərəfindən çap olunmuşdur. Rus alimi E. İ. Vasilyeva həmin əsəri fars dilindən rus dilinə çevirərək, 1984-cü ildə Moskvada çap etdirmişdir. İkinci kitabın müəllifi Mah Şərəf xanım Kürdüstani Xosrov-xan Nakamin həyat yoldaşıdır. O, həm də Məsturə təxəllüsü ilə gözəl şerlər yazmış və tətqiqatçıların X. B. Natəvanla müqayisə etdiyi "divan sahibi" olan kürd şairəsidir.
Tetranthera merawas
Litsea umbellata (lat. Litsea umbellata) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin litsea cinsinə aid bitki növü. Hexanthus umbellatus Lour. Litsea hexantha Juss. ex Pers.
Alas
Alas — Yakutiyada çoxillik donmuş yeraltı süxurların əriməsi və ərazinin enməsi nəticəsində əmələ gələn hamar çökəklikdir. Arktikanın daimi donmuş ərazilərinin ərimə və təkrar yenidən donma prosesi səbəbi ilə çökməsi nəticəsində əmələ gəlir. Alas ərimiş suyun çökəkliyi doldurması nəticəsində əvvəlcə dayaz bir göl kimi inkişaf edir, daha sonra isə göl quruyur və yerini ot bitkiləri tutur. Alaslar örüş kimi istifadə olunur. == Nümunələr == Alas Arktikanın başqa yerlərində tapılan termokarst çökəkliklərindən ona görə fərqlidir ki, buradakı göl müvəqqəti xarakter daşıyır və Yakutiyanın quraqlığı səbəbindən gölün aşağısındakı buz tükəndikdən sonra quruyur. Dünyadakı ən böyük Alas Ust-Aldan ulusunda yerləşən Myuryudur. Alaslar həm də böyük mədəni əhəmiyyətə malikdir. Yakutların ənənəvi Yeni il bayramı olan Ihıax festivalı zamanı yayda 20 000-ə yaxın insan Yakutsk şəhərinin yaxınlığındakı alasa toplaşır. Saxa Respublikasında yerləşən başqa bir alasda digər kiçik bayramlar keçirilir.
Erqaş Cümənbülbüloğlu
Erqaş Cümənbülbüloğlu (1870–1937) — cığatay (özbək) xalq şairlərindən biri. == Həyatı == O, 1868-ci ildə hazırda Nurata adlanan yerin Kurkan qışlağında anadan olmuşdur. Erqaşın atası Cümən və onun əmiləri Cassaq və Yarləqəb məşhur şairlərdən olub, xalq arasında böyük hörmət qazanmışdılar. Erqaş çox ağır həyat keçirmişdir. O vaxtki ictimai quruluşun təsiri altında şair tamamilə yoxsul vəziyyətə düşmüş, buna görə də yaşadığı qışlağı tərk etmək məcburiyyətində qalmışdır. Xalq ədəbiyyatının mahir bilicisi Erqaş Cümənbülbüloğlunun yazıya köçürdüyü "Gündoğmuş" dastanı lirik-fəlsəfi məzmunu ilə daim diqqət mərkəzində olmuşdur. Bundan başqa "Əlibəy və Balibəy", "Rövşənxan", "Gündüzlə ulduz", "Qızcıbəy" dastanları da onun qələmində yazıya köçürülmüşdür. Erqaş Cümənbülbüloğlu repressiya qurbanlarındandır, o, 1937-ci ildə həbs olunmuş və güllələnmişdir.