Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Brusit
Brusit (yun. νῆμα — sap, λίθος — daş) — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Manqanbrusit (18%-dək MnO), ferrobrusit (16%-dək FeO), nemalit – lifli brusit. == Xassələri == Rəng – ağ, bəzən yaşılımtıl-ağ, sarımtıl, boz, qəhvəyi; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma səthində sədəfi, nemalitdə – ipəyi; Şəffaflıq – şəffafdan yarımşəffafadək, Sıxlıq – 2,47; S – 2,5; Kövrəkdir; Ayrılma – {0001} üzrə tam mükəmməl; Sınıqlar – hamar; nemalitdə – tikanlı; Morfologiya – kristallar: yastı lövhəcik şəkilli, iynəvarı; Mineral aqreqatları: vərəq - və pulcuqvari, incəlifli (liflərin uzunluğu bəzən 0,5 m-dən çox olur), bütöv sıx, nisbətən az – dənəvər kütlələr, axın formaları, periklaz üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Metamorfik və hidrotermal proseslər zamanı əmələ gəlir. Metamorfik brusitə metamorfikləşmiş dolomit və əhəngdaşlarında periklaz və dolomitin dəyişilmə məhsulu kimi rast gəlinir. Habelə yaşıl şistlərdə və karbonatlı fillitlərdə qeyd edilir. Brusitə maqnezial skarnlarda da rast gəlinir. Hidrotermal brusit serpentinləşmiş massivlərin kəskin qələvi mühitdə hidrolizi zamanı əmələ gəlir.
Ecosia
Ecosia — Almaniyanın paytaxtı Berlində yaradılan, karboneytral bir axtarış mühərriki.
Ekosid
Ekosid — canlı orqanizmlərin, ilk növbədə insanın yaşadığı mühiti dağıtmaq üçün insan tərəfindən qərəzli istifadə edilən kimyəvi və digər vasitələr (əsasən hərbi). Məsələn, ABŞ-nin Vyetnam, Laos , Kampocada apardığı müharibədə arorosid və herbisidlərdən istifadə etmişdir. Ekosid terminini A.Qalston (1970) Hind-Çindəki hadisələri şəxsən öyrənərək elmə daxil etmişdir.
Erosion
Eragrostis (lat. Eragrostis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Kerolit
Kerolit - mineral == Haqqında == Kerolit - qarışıq laylı nizamlanmamış quruluşlu Mg və Ni sulu silikatı. a-Kerolit serpentinəbənzər laylar, b-Kerolit isə talkabənzər laylar üstünlük təşkil edir. b-Kerolit maqneziumlu, pimelit isə - nikelli fasiləsiz izomorf seriyaların sonuncu üzvləridir. Hipergen; aşınma qabığında tapılır. Növ müxtəlifliyi: ferrikerolit, Ni və b-kerolit. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Kerosin
Kerosin və ya ağ neft — neftin qovulmasından alınan şəffaf neft məhsulu. Onun qaynama temperaturu 110 °C-dən 320 °C-ə qədər intervalda ola bilir. == Tərkib və xüsusiyyəti == Sıxlıq 0.78-0.85 g / cm³ (+20 °C-də), özlülük 1.2-4.5 mm² / s (+20 °C-də), parlama nöqtəsi + 28… + 72 °C, avtomatik yanma temperaturu 200-400 °C (asılı olaraq mühitin təzyiqi), yanma istiliyi təxminən 43 MJ / kq-dır. Doymuş alifatik karbohidrogenlər – 20-60 % Neftin kimyəvi tərkibindən və emal üsulundan asılı olaraq onun tərkibinə aşağıdakılar daxildir: doymuş alifatik karbohidrogenlər — 20—60 %, Naften karbohidrogenləri – 20-50 %, Bitsiklik aromatik karbohidrogenlər – 5-25 %; Doymamış karbohidrogenlər – 2 %-ə qədər. Kerosinin aşağıdakı növləri fərqləndirilir: aviasiya, lampa (əlavə olaraq qətranın, naften turşusunun və aromatik karbohidrogenlərin miqdarını azaltmaq üçün sulfat turşusu ilə təmizlənir), texniki, həlledici (əlavə olaraq aromatiksizləşdirilir). Xalq təbabəti aviasiya və lampa kerosinini istifadə edir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === V.M.Abbasov və b. Təbiət kimyasının möcüzələri və ondan istifadə qaydaları. “Elm” nəşriyyatı, Bakı-2014. 266 səh.
Xromit
Xromşpinelidlər (xromitlər); ümumi formula (Mg,Fe)(Cr,Al,Fe)2O4: xromit – FeCr2O4; maqnezioxromit – (Mg, Fe)Cr2O4; alümoxromit – Fe (Cr,Al)2O4; xrompikotit – (Mg, Fe)(Cr,Al)2O4 — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Rəng – qaradan qonuru-qarayadək; Mineralın cizgisinin rəngi – qonur; Parıltı – yarımmetal parıltıdan qatranıyadək; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,5-5,1; S – 5,5-7,5. Kövrəkdir; Ayrılma – {111} üzrə tam qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamardan qabıqlıyadək; Başqa xassələr – FeO və Fe2O3 ilə zəngin olan xromşpinelidlər güclü maqnitlik xassəsi ilə səciyyələnir; Morfologiya – kristallar: oktaedrik, nadir hallarda – dodekaedrik; İkiləşmə: {111} üzrə; Mineral aqreqatları: dənəvər, nodullar, püruzlar. Ultraəsasi maqmatizmlə sıx əlaqədar maqmatik əmələgəlmələr olub, müxtəlif hiperbazitlərdə rast gəlir. Meteoritlərdə və ay süxurlarında xromşpinelid tapıntıları məlumdur. Kimyəvi dayanıqlı birləşmələr kimi adətən səpintilərdə olur; Qırıntı material kimi qumdaşlarında, dolomitlərdə, mərmərlərdə və s. müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: olivin, serpentin, bronzit, uvarovit, talk, kemmererit, platin, vezuvian və b. Mineralın tapıldığı yerlər: Saranski, Qoloqorski, Alapayev (Rusiya); Kempirsay (Qazaxıstan); Gebeler, Fetxis, Güleman (Türkiyə); Buşveld komleksi (CAR); Moa dairəsi (Kuba) və b.
Ərəgit
Ərəgit — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kəndi Lahıc qəsəbəsindən kiçik bir çay ayırır. Kəndin əhalisi 891 nəfərdir. Əhali misgərlik, dəmirçilik, xalçaçılıq heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kəndə ilboyu avtomobillə getmək olar. Kənddə yeməkxana fəaliyyət göstərir. İsmayıllı-Lahıc-Quba və İsmayıllı-Lahıc-Şamaxı turist marşrutları kəndin ərazisindən keçir. Kənd Lahıc turizm zonasında yerləşir. Ərəkit kəndində 887 nəfər əhali yaşayır ki, onun da 430 nəfəri kişi, 457 nəfəri isə qadındır.
Ərəkit
Ərəgit — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kəndi Lahıc qəsəbəsindən kiçik bir çay ayırır. Kəndin əhalisi 891 nəfərdir. Əhali misgərlik, dəmirçilik, xalçaçılıq heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kəndə ilboyu avtomobillə getmək olar. Kənddə yeməkxana fəaliyyət göstərir. İsmayıllı-Lahıc-Quba və İsmayıllı-Lahıc-Şamaxı turist marşrutları kəndin ərazisindən keçir. Kənd Lahıc turizm zonasında yerləşir. Ərəkit kəndində 887 nəfər əhali yaşayır ki, onun da 430 nəfəri kişi, 457 nəfəri isə qadındır.
Eolit
Eolit (yun. ἔως – sübh çağı, dan şәfәqi, erkәn vә λίθος – daş sözündәn) – Nə vaxtsa hesab edilirdi ki, eolitlər ən qədim daş alətlər olub, amma indi hesab edilir ki, bunlar geofaktlardır (buzlaşma kimi tamamilə təbii geoloji proseslərin nəticəsində alınmış daş fraqmentlərdir). Eolitlərin tamamilə təbii mənşəyini göstərən daha çox sübutlar aşkar edilmişdir. == Biblioqrafiya == O'Connor, A. ‘Geology, archaeology, and ‘the raging vortex of the “eolith” controversy’, Proceedings of the Geologists' Association, 114 (2003). Terry Harrison (anthropologist), "Eoliths", in H. James Birx (ed), Encyclopedia of Anthropology (Sage, 2006). Roy Frank Ellen, "The Eolith Debate, Evolutionist Anthropology and the Oxford Connection Between 1880 and 1940," History and Anthropology, 22,3 (2011), 277-306.
Röşti
Röşti (alm. Rösti‎, [ˈrøːʃti]) və ya rööşti - əsasən kartofdan hazırlanan məşhur İsveçrə yeməklərindən biridir. Başlanğıcda Bern Kantonunda yaşayan fermerlər tərəfindən hazırlanan bu səhər yeməyi hazırda bütün İsveçrə ərazisində, həmçinin qərb dünyasının bir çox restoranlarında yeyilir. İsveçrənin bir çox sakinləri Röştinin Milli yemək olduğunu hesab edir. Bu gün Röşti masaya qoyulduqda, tez-tez yanına "Spinat und Spiegelei" (ispanaq və qızardılmış yumurta), servelat və ya Fleischkäse kimi digər yeməklər də əlavə olunur. Həmçinin, hər hansı bir standart qarnir yeməyi əvəz etmək istəyən insanlar restoranlarda daha çox Röştini sifariş edirlər. Röşti kiçik dilimlərə bölünmüş və yağda qızardılmış kartofdan hazırlanır. Həmçinin, çiy və ya bişmiş kartof qarışığından da istifadə edilə bilər. Klassik röşti donuz ətindən hazırlanmış bekonla da zənginləşdirilə bilər (Emmentaler Röşti). Bern kantonunda artıq bişmiş kartoflara bir çay qaşığı qəhvə və süd əlavə olunur və daha sonra qızardılır.
Ərkit
Ərkit – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Ərkit kəndi «„Ərkit kənd sovetliyinə“» daxildir. Milli tərkibi: Azәrbaycan türkləri və Tabasaranlılar. Dini baxımdan islam dininin sünni məzhəbində etiqad edirlər. 2010-cu ildə əhalisi 608 nəfər təşkil etmişdir. Xuçni kəndindən 6 km şərqdə yerləşir.
Ərsin
Ərsin — Xəmir işlərində kündələmə prosesində xəmirin kəsilməsi üçün və təndirdə çörəkbişirmə işlərində istifadə edilən dəmir kürəkcik şəklində alət. Ərsini iki növü vardır: xəmir ərsini və təndir ərsini. Bunların hər ikisi yastı formada döymə üsulu ilə hazırlanırdı. Təndir ərsini çörəyi təndirdən çıxarmaq üçündür. Ərsinin qulpunun en kəsiyi lentvarı, tiyəsi təxminən 6-7 sm, bəzən daha çox olur. Xəmir ərsininin qulpu qısa olsa da təndir ərsininin qulpu xeyli uzundur. Qulpunun uzunluğu 70-80 sm olan təndir ərsininin digər ucu qarmaqlı (koğa) olur. Bəzən isə ərsin ayrı, koğa da ayrı hazırlanır. Təndir ərsini təndirdən çörəyi qazıb çıxarmaq və təndirin divarlarındakı qalıqları təmizləmək üçün istifadə edilir. Təndir və xəmir ərsinlərinin tiyə hissəsi eyni formada olduğu üçün onları yalnız sapının uzun-qısalığına görə ayırmaq mümkündür.
Ərəşi
Ərəşi — təxəllüs.
Ernst
Ernst — ad. Ernst Ştayniq — Almaniya güləşçisi, Avropa Çempionatları mükafatçısı.
Erotik film
Erotik film - kinematoqrafiyanın janrlarından biridir. Pornoqrafik filmlərdən fərqli olaraq bu filmlərdə personajların bədənlərinin çox hissəsi göstərilmir. Bu janrda çəkilən film seanslarına pornoqrafik filmlərdə olduğu kimi 18 yaş üzəri olan şəxslər buraxılır. Ən çox ABŞ və Avropa ölkələrində bu janrda film çəkilir. O cümlədən bəzi Azərbaycan filmlərində də erotik səhnələrə rast gəlmək olar.
Erotik incəsənət
Erotik incəsənət təsviri incəsənətin geniş bir sahəsidir. Bunlar ümumiyyətlə insan çılpaqlığını təsvir edən və cinsi stimulyasiyaya yönəlmiş hər hansı bir incəsənət əsəridir. Bu, çox zaman bədii təsviri incəsənət əsərlərinin azadlığı hesab olunur. Ona, rəsmlər, rəsmxətlər, oymalar, filmlər, fotoşəkillər və heykəllər daxil olmaqla bütün təsviri incəsənət əsərləri daxildir. Məlum olan ən qədim sənət əsərlərindən bəziləri tarix boyu müxtəlif cəmiyyətlərdə təkrarlanan erotik mövzuları əhatə edir. Bununla bərabər, onlar "pornoqrafik", "əxlaqsızlıq" və ya "ədəbsizlik" hesab olunduqda, onların yaradılmasını, yayılmasını və saxlanmasını məhdudlaşdıran qanunlar da bir çox cəmiyyətlərdə geniş şəkildə tabu sayılmışdır. Avropada İntibah dövründən başlayaraq xüsusi olaraq aristokratiya üçün yaradılmış erotik incəsənət ənənəsi mövcuddur.
Erotik komediya
Erotik komediya, seks komediyası və ya cinsiyyət komediyası — komediyanın seksuallıq və sevgi münasibətlərinin motivasiya olunduğu bir janrıdır. Erotik komediya ilk əvvəllər teatr və kino kimi dramatik formaların tərifi olmuş, daha sonralar isə Ovid və Chaucer kimi ədiblərin yaratmış olduqları ədəbi əsərlər erotik komediya janrında olan ədəbi əsərlər sayılmağa başlanmışdırlar.
Erotik laktasiya
Erotik laktasiya, yaxud da erotik əmmə — qadının məməsini və döşünü əmmək yolu ilə yaradılan cinsi oyanmadır. Döşlər və xüsusilə məmə ucları həm kişilər, həm də qadınlar üçün yüksək dərəcədə erogen zonalardırlar. Qadınlarda döş gilələrinin və döş uclarının oyandırılması insanların seksual tərəflərinin demək olar ki, universal aspektidir, lakin kişilərdə döş giləsi o qədər də seksual baxımdan həssas deyildir.
Erotik masaj
Erotik masaj — bir insanın başqa bir insanın erogen zonalarında cinsi həzz alması üçün istifadə edilən masaj üsullarından biri. Proses, erotik masaj alan şəxsin cinsi oyanmasını təmin edə və ya artıra, həmçinin də bəzən orqazma çatmasına səbəb ola bilər. Fokus zonası qadınlarda qadın döşü, döş giləsi, areola və qasıq kurqanı, kişilərdə isə kişi reproduktiv sistemidir. Masaj partnyorun cinsi orqanlarına aid olduqda, hərəkət aktı adətən kişilər üçün əllə, qadınlar üçün isə barmaqlarla həyata keçirilir. Bu gün erotik masaj zəng qızları kimi bəzi insanlar tərəfindən, zaman zaman cinsi əlaqənin bir hissəsi, ya ön sevişmə, ya da cinsi əlaqənin son hərəkət aktı, ya da cinsi terapiyanın bir hissəsi kimi istifadə olunur. Bəzi ölkələr və şəhərlərdə masaj salonları, spa və saunalar kimi böyük kommersiya məqsədləri üçün fəaliyyət göstərən erotik masaj sənayeləri də mövcuddur.
Erotik rəqs
Erotik rəqs erotik əyləncə təmin edən və məqsədi tamaşaçıların erotik və ya cinsi düşüncələrini stimullaşdırmaq olan rəqs növüdür. Erotik rəqs mərasim rəqsi, iştirak rəqsi, performans rəqsi və sosial rəqs də daxil olmaqla bir neçə rəqs kateqoriyasından biridir.
Erotik ədəbiyyat
Erotik ədəbiyyat — bir fərd və ya qrup formasında insanın erotik həyatını müşahidə edən, etiraf edən, tənqid edən, dadaist və bu kimi üsullarla üzə çıxaran ədəbiyyat növüdür. İlk və ən uğurlu nümunələri Pierre Louys, Sappho və Marquis de Sade kimi adlarla əlaqədar olmuşdur. == Senzura == Fransız ədəbiyyatında əsas yerini tapan bu janr Son Amerika dövründə də özünə böyük diqqət cəlb etməyi bacarmışdır. Dünyadakı mövcud bu janrda olan əsərlərin böyük əksəriyyəti senzuralara və qadağalara məruz qalmışdırlar.
Senecio erosus
Senecio erosus (lat. Senecio erosus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Antirrhinum grosii
Antirrhinum grosii (lat. Antirrhinum grosii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin qurdağzı cinsinə aid bitki növü.
Eqoist anarxizm
Anarxo-eqoizm fərdi anarxizmin təsirli formasıdır. Fərdiyyətçi anarxizmin ən qədim tanınmış müdafiəçilərindən biri olan Maks Ştirnerin 1844-cü ildə yazdığı Uniqueness and Property" əsəri anarxo-eqoist fəlsəfəsinin əsas mətnidir. Onun fikrincə, Allahı, dövləti, əxlaqi qaydaları və cəmiyyəti nəzərə almadan istədiyi kimi hərəkət edən şəxsin cəmiyyət üzvləri qarşısında heç bir məsuliyyəti yoxdur. Ştirnerə görə hüquqlar insan şüurunda qorxudur və cəmiyyət deyə bir şey əslində mövcud deyil; "Fərdlər onun reallığıdır." O, mülkiyyəti hüquqlara deyil, gücə və gücə malik olan varlıqlar kimi görür. Stirner eqoistlərin birliyini insanları bir araya gətirəcək bir təşkilat modeli olaraq görür.