Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mandat
Mandat — hər hansı bir şəxsin, təşkilatın, dövlətin səlahiyyətlərini bildirən sənəd.
Avdat
Avdat — Petra ilə Qəzzə limanı arasında Buxur Yolu adlanan ticarət yolunun üzərində yerləşən Nəbatilərin mərkəzi şəhəridir. Şəhərin akropolu dəniz səviyyəsindən 655 metr yüksəklikdə Negev dağının yamacında yerləşir. Avdatın tikilmiş hissəsi 85 dunamdır və bütün Avdat Milli Parkı isə 2100 dunam ərazini əhatə edir. Avdat Milli Parkında qədim Nəbati tikililərinin qalıqları, o cümlədən gözətçi qülləsi, yaşayış kompleksi, məbəd tikililəri, şərabçılıq sahəsi , hərbi şəhərcik, yaxşı vəziyyətdə qalmış hamamlar və yenidən qurulmuş kənd təsərrüfatı terrasları var. 2005-ci ildə YUNESKO Avdatı Buxur Yolunun bir hissəsi kimi ümumdünya irsi siyahısına əlavə etdi. == Arxeoloji qazıntılar == Avdatın yaranma tarixi eramızdan əvvəl III əsrə təsadüf edir. Avdat haqqında ilk dəfə Yunan alimi Ptolemeyin “Coğrafiya” əsərində Roma əyaləti Ərəbistanın yeddi yaşayış məntəqəsi siyahısında rast gəlmək olar. Bizanslı Stefan, Herodyanın yazılarına əsaslanaraq, Avdat haqqında yazır ki, nəbatilərin məskənidir, tanrı kimi hörmət edilən padşahlarının adını daşıyır. Nəbatilərin tarixində Obodat (Avdat) adlı üç padşah olub, ancaq ölümdən sonra yalnız I Obodat ilahiləşdirilib. Eramızın I əsrində şəhər köçəri ərəb tayfalarının basqınlarından çox əziyyət çəkirdi.
Cill Saddat
Cill Saddat (9 sentyabr 1971) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Cill Saddat Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Cill Saddat Olimpiadanın qalibi olub.
Mandat sistemi
Mandat sistemi — Versal müqaviləsinin (1919) 22-ci maddəsinə əsasən keçmiş keçmiş alman müstəmləkələrinin və Osmanlı mülklərinin qəyyumluğa götürülmə formasında bölüşdürülməsi. 1945-ci il 24 oktyabrda təsdiq olunan BMT Nizamnaməsi qüvvəyə mindikdən sonra Yalta konfransında əldə edilən razılaşmaya uyğun olaraq mandat əraziləri BMT-nin himayəndəsində olan ərazilər adlandırıldı. == Tarixi == Birinci Dünya Müharibəsinin nəticələrinə əsasən məğlub dövlətlərin (əsasən Almaniya və Osmanlı imperiyasının) müstəmləkə əraziləri Millətlər Cəmiyyətinin tətbiq etdiyi mandat sistemi əsasında qalib dövlətlər arasında bölüşdürüldü. Protektoriat hüququ almış ərazilərdən fərqli olaraq keşmiş müstəmləkələr üzərində mandat hüququ almış dövlətlər bu ərazilərdə yaşayan sakinlərə münasibətdə Millətlər Cəmiyyəti tərəfindən müəyyən edilən öhdəliklərə riayət etməli idilər, həmçinin həmin ərazilərdə qul alveri, silah və alkoqol ticarəti qadağan olunurdu. Mandat altında olan ərazilərdə hərbi baza və istehkamların tikilməsi, yerli əhalidən ibarət ordu yaradılması da qadağan olunurdu. Mandat sisteminin yaradılması iki mərhələdə həyata keçirilirdi. Bu əraziləri əvvəllər idarə edən dövlətin formal suverenliyinin ləğv edilməsi. Mandat hüququ ilə müəyyən edilən səlahiyyətlərin qalib dövlətlərə verilməsi.Mandat sisteminə daxil edilən ərazilər aşağıdakı sazişlər və müqavilələrlə müəyyən olunmuşdu. Versal sülh müqaviləsi Sevr müqaviləsi (1920) San-Remo konfransı Lozanna müqaviləsi (1923)Böyük Britaniya və onun dominionlarına, Fransa, Yaponiya və Belçikaya verilməsi müəyyənləşdirilmişdi. Üç mandat kateqoriyası (A, B, C) təsis edilmişdi.
Müjdat Gәzәn
Müjdat Gəzən (d. 1943, İstanbul) — Türkiyə kino və televiziya aktyoru. == Həyatı == Müjdat Gəzən 9.09.1943-cü ildə İstanbul şəhərində anadan olub.
Saqdat Sadıkov
Saqdat Kabiroviç Sadıkov (qaz. Сағдат Қабірұлы Садықов; 29 iyul 1973, Ust-Kamenoqorsk) — Yüngül çəki dərəcəsində Qazaxıstanı təmsil edən cüdoçu. 1990-cı illərin sonlarında Qazaxıstanın yığmasında iştirak edirdi. 2000-ci illərin ortalarına qədər bir neçə yarışda Qırğızıstanı təmsil etdi. İki Yay Olimpiya Oyunlarının iştirakçısı, Asiya Çempionatının gümüş medalının sahibi, Osakada keçirilən Şərqi Asiya Oyunlarının və Düşənbədə keçirilən Mərkəzi Asiya Oyunlarının bürünc mükafatçısı, milli və beynəlxalq turnirlərinin bir çox yarışlarının qalibidir. == Bioqrafiyası == Saqdat Sadıkov 29 iyul 1973-cü ildə Qazaxıstan SSR-in Şərqi Qazaxıstan vilayətinin Ust-Kamenoqorsk şəhərində anadan olmuşdur. Yüngül çəki dərəcəsində Kanadada keçirilən tələbələrin dünya çempionatında bürünc medalı qazanmışdır. İlk dəfə turnirlərdə 1996-cı il mövsümündə iştirak etmişdir. Bir il sonra Parisdə keçirilən Sülh Kuboku turnirində ilk dəfə çıxış etmişdir. Növbəti ildə də Moskvada keçirilən Sülh Kuboku turnirində iştirak etmişdir.
Talaat Sadat
Talaat Sadat (ərəb. طلعت عصمت السادات‎; 26 fevral 1954 – 20 noyabr 2011, Qahirə) — Misir siyasətçisi, vəkil və keçmiş siyasi məhbus. Misirin keçmiş prezidenti Ənvər Sadatın qardaşı oğlu idi. == Həbsi == Talaat, bir reportajda əmisinin 1981-ci ildə qətlini Misir Silahlı Qüvvələri ilə əlaqələndirdi, bundan sonra o, 4 oktyabr 2006-cı ildə tutuldu. Hərbi qüvvələri tərəfindən aparılan məhkəmə Misir silahlı qüvvələrinə böhtan atmaq ittihamı ilə sona çatdı və nəticədə bir il həbs cəzasına məhkum edildi. Onun həbsi və məhkumluğu ABŞ Dövlət Departamenti tərəfindən tənqid edildi. == Siyasi karyerası == 2011-ci il Misir inqilabından sonra Misir siyasi həyatını pozduğu üçün Milli Demokrat Partiyasının ləğv edilməsini tələb edən nümayişlərdə iştirak etsə də, Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin partiyadan istefası ardından partiyanın yeni sədri seçildi.Bununla birlikdə, 16 aprel 2011-ci ildə MDP məhkəmələr tərəfindən ləğv edildi və aktivləri hökumətə təhvil verildi. Sonra ölümündən bir müddət əvvəl Misir Milli Partiyasının yaradılmasında işlərə başladı.
Ənvər Sadat
Məhəmməd Ənvər əs-Sadat (ərəb. محمد أنور السادات‎ Muḥammad ʾAnwar as-Sādāt; 25 dekabr 1918[…], Mit Əbülkövm, əl-Minufiyyə mühafəzəsi[d], Misir sultanlığı[d] – 6 oktyabr 1981[…], Qahirə) — Misir hərbi və dövlət xadimi, Misirin 3-cü prezidenti (1970-1981), marşal (1973). Nobel Sülh mükafatı laureatı (1978). 1978-ci ildə İsraillə Kemp-Devid sülh müqaviləsini imzalamış və ərəb dünyasında kəskin etirazlarla qarşılanmışdır. == Həyatı == Ənvər Sadat 1918-ci il 25 dekabrda, əl-Minufiyyə şəhərinin Mit Əbülkövm kəndində doğulmuşdur. Orta təhsilini bitirdikdən sonra hərbi məktəbə daxil oldu. 1938-ci ildə Hərbi Akademiyanı bitirdi.
Saadat Həsən Manto
Səadət Həsən Manto (urd dilində ‏‏سعادت حسن منٹو‎, ingiliscə Saadat Hasan Manto; d. 11 may, 1912-ci il, Sambrala, Britaniya Hindistanı — ö.18 yanvar, 1955-ci il, Lahor, Pakistan) — Hind-Pakistan jurnalisti, dramaturqu, ssenaristi, tərcüməçi və rəssamı. Milliyyətcə kəşmirlidir. Bir povest, 22 hekayələr toplusu, 5 radiopyesin, 3 esse toplusunun, bir sıra məqalə və kinossenarilərin və 2 eskiz albomunun müəllifidir. Yazıçının məşhur hekayələri "Yeni qanun", "Səs", "Təhqir", "Mozel", "Qoxu", "Soyuq ət", "Tobatek Sinq" və b. əsərlərdir. Urdu dilində yazıb. 6 dəfə ədəbsizlikdə ittiham olunubː 3 dəfə Birtaniya Hindistanınıda, 3 dəfə də Pakistanda. Hər dəfəsində də bəraət alıb. Pakistanın ali dövlət mükafatı - Nişan-e İmtiyaz ilə təltif olunub.
Ağbulaq-Sadat (Ərak)
Ağbulaq-Sadat — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərbənd bölgəsinin Yuxarı Sərbənd kəndistanında, Astana şəhərindən 18 km cənub-qərbdədir.
Xanəgah-i Sadat
Xanəgah-i Sadat (fars. خانقاه سادات‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 304 nəfər yaşayır (70 ailə).
Ajda Pekkan
Ajda Pekkan (12 fevral 1946[…], İstanbul) — Türkiyəli pop müğənni və aktrisa. Türkiyədə, Türk pop musiqisinin "Superstar"ı olaraq tanınır. == Həyatı == Əsl adı Ayşe Ajda Pekkandır. Türk hərbi zabit və bir evdar qadın ailəsində anadan olmuşdur. Uşaqlığı Şakir dəniz bazasında keçib. Uşaqlığı Gölcük, Kocaelində keçmişdir. O, İstanbulda qızlar üçün elit Fransız Liseyini bitirib. Uşaqlıqdan müğənni olmaq arzusunda idi. Sənətinə 1965-ci ildə Türkiyədə başladı. 1970-ci illərdə Avropada tanınmağa başladı.
Stavre Jada
Stavre Jada (18 may 1998) — Makedoniyalı xizək yürüşçüsü. Stavre Jada Makedoniyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, Ölkələrin Paradında Makedoniyanın bayraqdarı olmuşdur. == Karyerası == Stavre Jada birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Jada 4:23.85 saniyəlik nəticəsi ilə 80 atlet arasında 79-cu yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Jada Stevens
Qızılca-i Sadat (Sərab)
Qızılca-i Sadat (fars. قزلجه سادات‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 245 nəfər yaşayır (53 ailə).
Yengicə-i Sadat (Mərənd)
Yengicə-i Sadat (fars. ينگجه سادات‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 26 nəfər yaşayır (10 ailə).
Qalacıq-i Sadat (Mahnişan)
Qalacıq-i Sadat (fars. قلعه جوق سادات‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (36 ailə).