Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karona
Karona (it. Carona) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Əhalisi 356 nəfər (2008), əhalinin sıxlığı 8 nəfər/km². Sahəsi 44 km² ərazini tutur. Poçt kodu — 24010. Telefon kodu — 0345. Kommunanın himayədarı 24 iyunda qeyd olunan Vəftizçi Yəhyadır.
Qaronna çayı
Qaronna (fr. Garonne, lat. Garumna, oks. Garona) — Fransa və İspaniya sərhədində çay. 1872 m hündürlükdən Priney dağlarından başlayıb, Atlantik okeanının Biskay körfəzinə tökülür. == Coğrafiyası == Priney dağları ətəkləri ilə dar, dərin dərələrlə yüksək meyillikli ərazilərdən axır(meyilliyi 67 ‰. Düzənlik hissələrdə isə artıq geniş dərələrlə axır ki, Bordo şəhərində onun eni 500 m keçir. Bordo şəhərinin aşağı hissələrində Dordon çayına qarışır və uzunluğu 75 km olan Jironda estuarisini yaradır. Çayın uzunluğu 647 km (523 km-i Fransa ərazisindən keçir),sahəsi isə 56 min km²-dir(Doron çayı ilə birlikdə isə 84 811 km², su sərfi isə 680 m³/san). Qidalanmasında yağış suları və qar suları başlıca yer tutur.
Yuxarı Qaronna
Yuxarı Qaronna (fr. Haute-Garonne, oks. Nauta Garona, Auta Garona) — Fransa cənub-qərbində yerləşən, Oksitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 31. İnzibati mərkəzi — Tuluza. Əhalisi - 1,268,370 nəfər (departamentlər arasında 14-cü yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Sahəsi — 6309 km². Qaronna çayı departametin ərazisində axır. Cənub bölgələri Pireney dağıdır. Ən yüksək nöqtəsi — Perdiger dağıdır (3222 m).
Nina Yarova
Nina Yarova İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvü olub, Azərbaycanda rusdilli telejurnalistika məktəbinin əsasını qoymuş dövlət mükafatı laureatıdır. == Həyatı == 1956-cı ildə Azərbaycan Dövlət Televiziyası fəaliyyətə başlayan gündən orada çalışıb və telekanalda rusdilli verilişin ilk redaktoru olub. Eyni zamanda uzun illər Azərbaycan Dövlət Kinostudiyasında sənədli və elmi-kütləvi filmlər birliyinin baş redaktoru işləyib. 1961-ci ildə o vaxt çox da tanınmayan gənc müğənni Müslüm Maqomayev haqqında ilk sənədli film çəkilib.N.Yarova İsrailə köçdükdən sonra jurnalistika sahəsində fəaliyyətini davam etdirib, İsrail Dövlət Radiokanalının (REKA) müxbiri olub.
Typhlodromalus jarooa
Lo və Qaronna
Lo və Qaronna (fr. Lot-et-Garonne, tələffüzü /lɔt‿e.ɡa.ʁɔn/, oks. Òlt e Garona) — Cənub-qərbi Fransada departament, Yeni Akvitaniya regionun departamentlərindən biridir. Sıra nömrəsi — 47. İnzibati mərkəzi — Ajen. Əhali sayı — 342.500 nəfər (departamentlər arasında 70-ci yeri tutur) (2010-cu il məlumatına görə). == Coğrafiyası == Departamentin sahəsi 5361 km². Departamentin ərazisindən Qaronna , Lo, Baiz, Jeliz, Oss çayları axır. Department 2 rayonu və tərkibinə 293 kommun daxil olan 54 kantonu birləşdirir. == Tarixi == Lo və Qaronna — 1790-ci ildə mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılmış, ilk 83 departamentdən biridir.
Tarn və Qaronna
Tarn və Qaronna (fr. Tarn-et-Garonne, oks. Tarn e Garona) — Fransanın cənubunda yerləşən, Oksitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 82. İnzibati mərkəzi — Montoban. Əhalisi — 248 227 nəfər (departamentlər arasında, 81-ci yer, məlumatlar 2010-cu ilin melumatları). == Coğrafiyası == Ərazisi — 3718 km². Departamentin ərazisində Tarn və Qaronna çayları axır. Departamentə 2 rayon, 30 kanton və 195 kommun daxildir. == Tarixi == Departament Napoleonun 4 noyabr 1804-cü il tarixli fərmanı ilə yaradılmışdır.
Teodoziya Markovna Brıj
Teodoziya Markovna Brıj (18 fevral 1929, Berejnitsa[d] – 4 iyul 1999, Lvov) — Ukrayna heykəltaraşı, Ukraynanın əməkdar rəssamı (1997), SSRİ Rəssamlar İttifaqının üzvü. == Həyatı == Teodoziya Brıj 18 fevral 1929-cu ildə Sarnı rayonunun Berejnitsa kəndində anadan olub. O, Sarnı gimnaziyasından məzun olmuşdur. 1954-cü ildə Lvov Tətbiqi və Dekorativ İncəsənət İnstitutunu bitirmişdir. İvan Severa və Leopold Levitski kimi şəxslər onun müəllimləri olmuşdurlar. Brıj Lvovda yaşamış və işləmişdir. == Karyerası == Bryzh iki yüzdən çox heykəlin müəllifi olmuşdur. Onun əsərlərinə abidələr, məzar daşları, xatirə lövhələri, dekorativ və park heykəlləri daxildir. Lesia Ukraynkanın "Meşə mahnısı" əsasında yaratdığı silsilə əsərləri böyük maraq oyatmışdır.Brıj lvovlu abidə və qrafika sənəçisi Yeven Beznisk ilə evlənmiş, onunla bir çox sənət layihəsi həyata keçirmişdir. Cütlük Makivka dağındakı Seç atıcılarının xatirə qəbiristanlığını, Zoloçiv qəsrindəki Xalq Daxili İşlər Komissarlığının (NKVD) qurbanlarına həsr olunmuş xatirə ibadətgahını, Danilo Halitskinin abidəsini və Volodimir-Volinskyidə tikilmiş Vasilko Romanoviçin abidəsini dizayn etmişdir.Brıjın heykəlləri plastiklik, zəriflik və yüngüllük ilə xarakterizə olunur.
Mixail Jarov
Mixail İvanoviç Jarov (Михаил Иванович Жаров; 15 (27) oktyabr 1899, Moskva – 15 dekabr 1981, Moskva) — Rus aktyoru. SSRİ xalq artisti (1949). == Həyatı == Mixail İvanoviç Jarov 27 oktyabr 1899-cu ildə Moskvada anadan olmuş, 15 dekabr 1981-ci ildə eyni şəhərdə də vəfat etmişdir. 1921-ci ildə teatr studiyasını bitirmişdir. Həmin ildən Moskvada və Bakıda teatrlarda çalışmışdır. 1938-ci ildən isə Moskvada yerləşən Malı Teatrın aktyoru işləmişdir. 70-ə yaxın filmə çəkilmişdir.
Serveri de Jirona
Serveri de Jirona (Katalanca tələffüz: [sərβəˈɾi ðə ʒiˈɾonə]; 1259, Cirona – bilinmir) — katalan trubadur. == Həyatı == Jironada Qillem de Servera adı ilə doğulmuşdur. O, ən məhsuldar trubadur olmuşdur. Arxasınca 114 şeir qoymuşdur. Ensenhamenlərini də hesaba alındıqda bu rəqəm 130-a çıxır. Saray şairi olmuşdur: İşğalçı Xamesin və Böyük Pedronun hakimiyyəti illərində sarayda fəaliyyət göstərmişdir. Pastorelas və sirventes janrlarından da istifadə etmişdir. Əsas narahatçılığı saray həyatının mürəkkəblikləri ilə bağlı idi. Serveri bir müddət mesenat himayəsində və Rodesli IV Hyu və II Henrinin saraylarında fəaliyyət göstərmişdir. 1269-cu ildə İspaniyada olmuşdur.
Thymus herba-barona
Thymus herba-barona (lat. Thymus herba-barona) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü.
Jaron Zepel Lanye
Jaron Zepel Lanye (ing. Jaron Zepel Lanier; 3 may 1960[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ alimi, "virtual reallığın atası", vizual rəssam və klassik musiqinin bəstəkarı. == Həyatı == Jaron Zepel Lanye 3 may 1960-cı ildə ABŞ-nin Nyu-York şəhərində anadan olmuşdur. == Fəaliyyəti == Jaron Zepel Lanye Amerikalı alim, "virtual reallığın atası" adlandırılmışdır. Kompüter aləmi bu anlayışla 1984-cü ildə Lanyenin "Scientific American" jurnalında virtual kompüterlər aləmini öyrənmək üçün nəzərdə tutulmuş Embrace proqramlaşdırma dilinin yaradılması barəsindəki müsahibəsində tanış olmuşdur. O zamandan Lanyenin adı virtual reallıqla sinonim kimi qəbul edilir. O, şəbəkə kommunikasiyaları və hərəkət edən kameranın effektlərinin yaradılması üçün virtual vasitələr yığımı üçün avatarların ilk yaradıcılarındandır. İlk dəfə Lanye real zamanda cərrahiyə əməliyyatları və telecərrahiyyə üçün simulyatorlar yaratmağa başlamış və elmə vizual proqramlaşdırmanı gətirmişdir. == Mənbə == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.