Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Selket
Selkit - Qədim Misir mifologiyasına görə əqrəb ilahə, tanrı Horun arvadı.
Telnet
Telnet (uzaq məsafəyə müraciət) – ciddi mətn sistemidir. Onun köməyi ilə şəbəkəyə birləşdirilmiş istənilən kompüterə daxil olmaq olar. Telnet e-mail, FTP, Usenetə nisbətən çox da tanınmayıb və geniş yayılmayıb. Həmçinin, bir kompüterdən başqa bir kompüteri terminal kimi istifadə etmək üçün protokol (və ona uyğun proqram). Yalnız mətn rejimini dəstəkləyir. UNIX sistemlərinə uzaqdan daxil olmaq üçün Telnet geniş istifadə olunur. Ondan istifadə etmək üçün komanda sətrindən telnet və ya tn komandasını vermək, yaxud brauzerin ünvan zolağında telnet:abc.xyz.com kimi ünvan daxil etmək lazımdır. Bir çox kompüterlər internetə qoşula bilmirlər. Eləcə də IBM universal kompüterləri digər kompüterlərin dilində "danışa" bilmirlər. Bu zaman Telnet qovşağından istifadə olunur.
Xələt
xələt : is.ər. Xələt — müxtəlif təyinatlı ola bilər: hamam xələti, cimmək xələti, həkim xələti, xan xələti və s. Xələt bir çox şərq xalqları arasında milli geyim olmuşdur. Hamam xələti adətən, məhrəba cinsindən və ya digər absorbent tekstildən hazırlanır.
Əlmət
Əlmət və ya Almetyevsk (tatar. Әлмәт / Əlmət; rus. Альметьевск) — Rusiya Federasiyasında yerləşən şəhər.
Afinalı Teetet
Afinalı Teetet (yun. Θεαίτητος; E.ə. 417 – E.ə. 368) — Qədim yunan riyaziyyatçısı, Kirenalı Feodor və Platonun şagirdidir; irrasionallıq nəzəriyyəsini qurmuş, dodekaedr, ikosaedr və oktaedri kəşf etmişdir..
Beltes çayı
Beltes çayı (monq. Бэлтэсийн Гол) — Monqolustanın Xuvsqel aymakında axan çay. Beltes çayı başlanğıcını Rençinlxumbe sumundan, Xatqaldan təxminən 40 km şimal-qərbdə yerləşən Xordol-Sardaq dağlarından götürür. Altraqa sumunun mərkəzindən keçdikdən sonra Bayanzurxe sumunda Delqer-Muren çayına qarışır.
Dimitri Jeltov
Dimitri Jeltov (tam adı: Dimitri Stepanoviç Jeltov, erz. Дмитрий Степанович Желтов, rus. Дмитрий Степанович Желтов; 1890, Napolnoye[d], Simbirsk quberniyası[d] – 1961, Bişkek) — partiya işçisi. == Bioqrafiyası == Dmitri Stepanoviç Jeltov 1890-ci ildə Napolnoe Alatır kəndində (indiki Pores rayonu) anadan olmuşdur. 1910-cu ildə Pores müəllimlər seminariyasını bitirmişdir. Bundan sonra kənd məktəbində fəaliyyət göstərir. Vətəndaş müharibəsinin iştirakçısıdır. 1914-cü ildə orduya çağırılmışdsır. 1918-ci ildə Komunist partiyası Alatır qəza komitəsində fəaliyyət göstərmişdir. 1921-24-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Mordoviya katibi işləmişdir.
Jülyet Binoş
Jülyet Binoş (fr. Juliette Binoche) - Fransa aktrisası.
Necefet-pehtet
Necefet-pehtet (q.misir nDft pHtt — "Aşağı terebint ağacı",yun. ἡ Λύκων πόλις - "Canavar (çaqqal) şəhəri") — Yuxarı Misirin XIV nomu (əyaləti). Nomun mərkəzi Kus şəhəri olmuşdur. Həmin ərazinin totemi inək sayılır. Əsas tanrısı inək buynuzlu (sonradan tac kimi təqdim edilən) gözəl cazibədar qadın obrazında təsvir edilmiş Hathordur. Hathor kultunun mərkəzi Dendera şəhəri olmuşdur və buradan da "Denderanın sahib(əs)i" epiteti yaranmışdır. İlk əvvəl regional əhəmiyyət kəsb etsə də sonradan bu kult bütün Misiri əhatə etmişdir.
Red Velvet
Red Velvet (kor. 레드벨벳; RR: Redeubelbet) SM Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı qız qrupudur. Qrup ilk olaraq 2014-cü il avqustun 1-də Ayren(ing. Irene), Seolci (ing. Seulgi), Vendi (ing. Wendy) və Çoy (ing. Joy)-un dörd nəfərdən ibarət heyəti ilə "Happiness" adlı sinqlı ilə debüt etdilər. Beşinci üzv Yeri qrupa 2015-ci ilin mart ayında ilk mini albomu "Ice Cream Cake" buraxıldıqdan sonra qoşuldu. Musiqi baxımından Red Velvet-in işi öz qrup adını əks etdirir: onların əsasən pop olan "qırmızı" tərəfi bəzən elektron, funk və hip-hop ilə təcrübələr aparır, "Velvet" tərəfi isə ballada və caz elementləri ilə 90-cı illərin təsiri altında olan R&B-yə diqqət yetirir. Qrupun Koreya dilli diskoqrafiyasına iki studiya albomu, bir təkrar buraxılış albomu, bir kompilyasiya albomu və on genişləndirilmiş pyes daxildir — bunlardan on biri Cənubi Koreya "Gaon Albom Cədvəl"-də birinci yerdədir.
Reynhard Zelten
Reynhard Zelten (ing. Reinhard Selten; 5 oktyabr 1930[…], Vrotslav, Prussiya[d] – 23 avqust 2016[…], Poznan) — alman iqtisadçı. Reynhard Zelten Polşanın Vrotslav şəhərində anadan olub. Atası yəhudi, anası isə protestantdı. Oyunlar nəzəriyyəsi ilə bağlı tədqiqatlarına görə 1994-cü ildə Con Xarsani və Con Neşlə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Həmçinin məhdud səmərəlilik mövzusundakı tədqiqatları ilə də tanınır və təcrübi iqtisadiyyatın qurucularından biri olaraq hesab olunur. Bundan başqa Reynhard Zelten "Selten's Horse" adlı oyun hazırlamışdır. == Əsərləri == Preispolitik der Mehrproduktenunternehmung in der statischen Theorie, Berlin-Heidelberg-New York: Springer-Verlag. (1970) (Almanca) General Equilibrium with Price-Making Firms (Tomas Marşakla birlikdə), Lecture Notes in Economics and Mathematical Systems, Berlin-Heidelberg-New York: Springer-Verlag. (1974) A General Theory of Equilibrium Selection in Games (Con Xarsani ilə birlikdə), Cambridge, MA: MIT-Press.
Xəlvət (Keşavərz)
Xəlvət (fars. خلوت‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 703 nəfər yaşayır (162 ailə).
ELTE
Eötvöş Lorand Universiteti (ing. Eötvös Loránd University, mac. Eötvös Loránd Tudományegyetem) və ya qısaca ELTE — Macarıstanın ən böyük universitetidir. 1950-ci ildə universitet hal-hazırkı adını qəbul etdi. Universitetə dünya şöhrətli alim fizik Lorand Eötvöşün (Loránd Eötvös) adı verildi. Hal-hazırda universitetin səkkiz fakültəsi var: Təhsil və Psixologiya, Humanitar elmlər, İnformatika, Hüquq, Orta və məktəbdən əvvəl təhsil, Təbii elmlər, Sosial elmlər və Barçi Qustav adına Xüsusi təhsil fakültəsi. ELTE, beynəlxalq səviyyədə tanınan və qəbul edilən universitetdir və onun proqramları Macarıstan Akkreditasiya Heyəti tərəfindən akkeditasiya alıb. Universitet tərəfindən verilən diplomlar dünyada qəbul edilir və tanınır, onun kurs kreditləri Avropa Birliyi və ondan kənarda olan ölkələrdə hesablana bilir. Son yüz ildə ELTE-nin müəllimləri və keçmiş məzunları arasında dünyaca məşhur alimləri və Nobel mükafatı laureatları olub. Universitetdə təhsil alan tələbələrin sayı təxminən 28 minə çatır, müəllim-professor akademik heyətinin və tədqiqatçılarının sayı isə 1800 təşkil edir == Tarixi == 1635 - Kardinal Peter Pazman (Péter Pázmány), Nadsombatda (indiki Trnava, Slovakiya) universitetin əsasını qoyan sənədləri imzalayır.
Jele
Jele (fr. gelée) — kaloidli qida qarışığı (adi meyvələrdən), jelatin əlavəli (pektin, aqar), və bütün kütləni soyuduğu zaman jelatin görünüşü olur. == Haqqında == Jele həmçinin jelatinin buzağın ayaqlarından və başlarından hazırlanır. Şirin jele (fr. gelée), ətli jeledən fərqli olaraq (fr. l’aspic), yeməyin üzərinə tökülməsi isə rus-dilində xolodeç(soyuq) adlanır. Meyvələrdən və giləmeyvələrdən ibarət jele özündə çoxlu pektinləri birləşdirir. Onları jelatin əlavə etmədən də almaq olar çünki pektin ona xüsusi dad verir. Belə jeleləri turş almalardan hazırlayırlar. Jelenin ölçmə dərəcəsi litrdir.
Ələt
Ələt — Bakının Qaradağ rayonunda eyniadlı inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Xəzər dənizi sahilində, düzənlikdədir. Toponim türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adından yaranmışdır. Etnotoponimdir. == Tarixi == Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40–50-ci illərində bir neçə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması üçün qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar. 1881–1884-cü illərdə tikilən Bakı-Tiflis və 1921–1924-cü illərdə tikilən Bakı-İrəvan dəmir yolları Ələt qəsəbəsinin ərazisindən keçir. Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır. Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Qaradağ rayonunun tərkibindədir. Hazırda Ələt qəsəbəsinin inzibati ərazi vahidliyinə Şıxlar, Kötəl, Baş-Ələt, Ələt-Körpü və Pirsaat 2 yaşayış məntəqələri daxildir.Ərazidə "Ələt Azad İqtisadi Zonası" yerləşdir. == Etimologiyası == Ələt – Qaradağ rayonunda (Bakı) şəhər tipli qəsəbədir.
Eltən Qədimbəyli
Eltən İdris oğlu Qədimbəyli (7 yanvar 1979, Sədərək, İliç rayonu) — Qafqaz TV-nin direktoru, azərbaycanlı rejissor, yazar, tv menecmenti, yapımcı, "Çölçü" Sosial Klubunun yaradıcısı. == Həyatı == Eltən İdris oğlu Qədimbəyli 7 yanvar 1979-cu ildə Naxçıvan MR Sədərək kəndində anadan olmuşdur. İlk təhsilini Naxçıvan MR Sədərək rayonu 1 saylı orta məktəb almışdır. 1992–1995-ci illərdə təhsilini Bakı şəhərində, Kimya-biologiya təmayüllü liseydə davam etdirib. 1995–1999-cu illədrdə ADMİU teatr-kino fakültəsini dram rejissorluğu ixtisası üzrə başa vurduqdan sonra, 2010-cu ildə təhsilini K. Karpenko adına Kiev Dövlət Kino, Televiziya və Teatr Universitetinin ekran incəsənəti fakültəsində televiziya rejissorluğu ixtisası üzrə davam etdirib. 2011-ci ildə isə K. Karpenko adına Kiev Dövlət Kino, Televiziya və Teatr Universiteti kinoşünaslıq fakültəsinin aspiranturasında təhsil alıb. Bir neçə filmin və televiziya layihələrinin müəllifidir. "Qafqaz" Müstəqil Televiziya və Radio Şirkətinin rəhbəridir. Əsası Azərbaycanda qoyulan "Çölçü" sosial klubunun yaradıcısıdır. Elektron və yazılı mediada sosial mövzularda köşə yazıları yazır.
Jelyu Jelev
Jelyu Mitev Jelev (Желю Митев Желев, 3 mart 1935[…] – 30 yanvar 2015[…], Sofiya) — bolqar filosof, siyasi xadim, Bolqarıstanın demokratik yolla seçilmiş ilk prezidenti (1990–1992, 1992–1997). == Həyatı == Jelyu Jelev 3 mart 1935-ci ildə Bolqarıstanın Şumen vilayətinin Veselin kəndində anadan olub. 1954-cü ildə Müqəddəs Oxrodski adına Sofiya Universitetinin fəlsəfə fakültəsini bitirib. 1974-cü ildə fəlsəfə elmləri doktoru adını alıb. 1960–1965-ci illərdə Bolqarıstan kommunist partiyasının üzvü olub. Siyasi baxışlarına görə partiyadan təlxis olunub. Bir çox kitab və məqalə müəllifidir. Ən məşhur əsəri 1982-ci ildə çap olunan "Faşizm" kitabıdır.
Peter Şelte
Peter Şelte - Dəniz qazma platformalarının daşınması üçün nəzərdə tutulan dünyanın ən iri yük gəmisi. Cənubi Koreyadan ilk səfərinə çıxan gəminin dekabr ayında Rotterdama çatacağı bildirilir. == Haqqında == Eni 124 metrə və uzunluğu 382 metrə çatan gəmi İsveçrənin sualtı kəmərlərin tikintisi ilə məşğul olan Allseas firmasına məxsusdur. Cənubi Koreyanın Daewoo Heavy Industries kompaniyası tərəfindən tikilən Peter Şelte 3 milyard dollara başa gəlib və 48 min ton yükgötürmə qabiliyyətinə malikdir. == Digər sifariş == Allseas kompaniyası artıq eni 160 metr və uzunluğu 400 metr olan daha bir gəmi hazırlatmaq niyyətində olduğunu bəyan edib. 77 min ton yükgötürmə qabiliyyətinə malik bu gəminin 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
Səltə (Çaypara)
Səltə (fars. سالطه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Tələt Bakıxanov
Tələt Soltan oğlu Bakıxanov (13 iyun 1927, Bakı – 30 may 2000, Bakı) — Azərbaycan kamançaçalanı, muğam ifaçısı, Azərbaycan SSR əməkdar artisti (1975). == Bioqrafiya == Tələt Bakıxanov 13 iyun 1927-ci ildə Bakı şəhərində anadan olmuşdur. Musiqiçi kimi yetişməsində əmisi Əhməd Bakıxanovun böyük rolu olmuşdur. 1945–1947-ci illərdə teatr texnikomunu bitirmiş, 1947–1949-cu illərdə isə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Məktəbində kamança ixtisası üzrə Hafiz Mirzəliyevdən və Firuz Əlizadədən dərs almışdır. 1947-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansambılının solisti olmuşdur. Tələt Bakıxanov 30 may 2000-ci ildə Bakı şəhərində beyin insult xəstəliyindən vəfat etmişdir. == Yaradıcılığı == Fransa, İndoneziya, Malta, İran, Türkiyə, Suriya kimi bir sıra xarici ölkələrdə qastrol səfərlərində olmuş, muğam üçlüyünün tərkibində görkəmli xanəndələri müşayiət etmişdir. Azərbaycan muğamlarının, xüsusilə, “Segah” instrumental muğamının gözəl ifaçılarından biri kimi tanınmışdır. Tələt Bakıxanov respublika və beynəlxalq əhəmiyyətli müsabiqələrin, simpoziumların iştirakçısı və qalibi olmuşdur. 1970–1980-cı illərdə Səmərqənd şəhərində keçirilən “Yaxın və Orta Şərq xalqları peşəkar musiqisinin ənənələri və müasirlik” mövzusunda birinci və ikinci beynəlxalq simpoziumlarinin iştirakçısı olmuş, Bəhram Mansurov, Canəli Əkbərov və Alim Qasımov kimi sənətkarlarla birgə Azərbaycan muğam ifaçılığı sənətini təmsil etmişdir.
Tələt Dadaşov
Tələt Dadaşov (22 mart 1923, Bakı) — Azərbaycan memarı. == Həyatı == Tələt Mehdi oğlu Dadaşov 1923-cü il martın 22-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılır və Böyük Vətən müharibəsində iştirak edir. == Xatirəsi == 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Tələt Dadaşova həsr edilmişdir.
Tələt Kəngərli
Tələt Kəngərli (Kəngərli Tələt Nəsrulla oğlu; d. 21 noyabr 1948, Bakı şəh., Azərbaycan) — Geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın müxbir üzvü (2014). == Həyatı == Tələt Kəngərli 21 noyabr 1948 Bakı şəhərində anadan olub. == Təltif və mükafatları == SSRİ Geologiya Nazirliyinin Fəxri fərmanı == Kitabları == Tələt Kəngərli. Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press. 2013. 147.
Tələt Mehdiyev
Tələt Mehdiyev (Tələt Rzaqulu oğlu Mehdiyev) — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, əməkdar mədəniyyət işçisi, AMEA Fizika İnstitutunun İnformasiyanın qəbulu, saxlanması və işlənməsi şöbəsinin rəhbəri. == Həyatı == Tələt Mehdiyev iyunun 4-ü 1944-cü ildə Bakı şəhərinin tarixi rayonu olan İçərişəhərdə, ziyalı ailəsində anadan olmuşdur. Bakı xanı Səlim xanın, Səlimxanovlar nəslinin davamçısıdır. 1962-ci ildə Bakı şəhəri Voroşilov rayonunun 6 saylı orta məktəbini bitirərək həmin il S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş və 1970-ci ildə həmin fakültəni fizik ixtisası üzrə bitirmişdir. 1964-cü ildən, AMEA Fizika İnstitutunda işləyir. Tələt Mehdiyev 1977-ci ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək, əvvəl fizika-riyaziyyat elmləri namizədi, sonra isə, fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1975-ci ildə, AMEA Fizika İnstitutunda İnformasiyanın qəbulu, saxlanması və işlənməsi şöbəsini yaradaraq onun rəhbəri olmuşdur. O, 2015-ci ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Tələt Məcidov
Tələt Məcidov (azərb. Məcidov Tələt Tahir oğlu‎, d. 23 may, 1945, Bakı, Azərbaycan SSR, SSRİ) — iqtisad elmləri namizədi, Səbail Rayon İcra Hakimiyyətinin başçısı (2 sentyabr, 1999 – 8 fevral, 2005) == Həyatı == Tələt Məcidov 23 may 1945-ci ildə Bakı şəhərində anadan olub. == Tərcüməçilik fəaliyyəti == Tələt Məcidov 1 avqust 1968-ci ildən 2 iyul 1970-ci ilə qədər SSRİ Xarici İqtisad Əlaqələr üzrə Dövlət Komitəsində Əlcəzair və Suriyada, 2 aprel 1977-ci ildən 23 dekabr 1980-ci ilə kimi isə İraqda tərcüməçi işləmişdir. == Elmi fəaliyyəti == Tələt Məcidov 6 dekabr 1970-ci ildən 29 mart 1977-ci ilə kimi Azərbaycan SSR Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda aspirant, laborant, kiçik elmi işçi vəzifələrində çalışıb.3 yanvar 1981-ci ildən 1 iyul 1983-cü ilə kimi Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda Baş elmi işçi olmuşdur. == Siyasi fəaliyyəti == Tələt Məcidov 1 iyul 1983-cü ildən 28 dekabr 1990-cı ilədək Azərbaycan KP MK aparatında təlimatçı, sector müdiri kimi vəzifələrdə işləmişdir.14 dekabr 1990-cı ildən 4 mart 1992-ci ilə qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Prezidentin Xarici siyasət məsələlər üzrə müşavirinin xidmətində məsləhətçi, 4 mart 1992-ci ildən 12 may 1992-ci ilə qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Xarici əlaqələr şöbəsində Şöbə müdirinin müavini, 12 may 1992-ci ildən 8 iyul 1999-cu ilədək Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə Dövlət müşavirinin xidmətində məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışmışdır.2 sentyabr 1999-cu ildən 8 fevral 2005-ci ilə kimi Bakı şəhəri Səbail rayonu İcra hakimiyyəti başçısının aparatında başçı vəzifəndə işləmişdir.8 fevral 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Kadr məsələləri şöbəsində Şöbə müdiridir. == Mükafatları == 22 may 2015-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Tələt Tahir oğlu Məcidov "Şöhrət" ordeni ilə təltif edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Xaqani Səfəroğlu. "Prezident Administrasiyasında kimlər işləyir? - Karyera tanıtımı - II HİSSƏ" (az.).
Tələt Paşa
Tələt Paşa (1 sentyabr 1874, Qırcaəli, Osmanlı imperiyası – 15 mart 1921, Berlin) — V Mehmed Rəşad və VI Mehmed Vahidəddinin səltənətlərində 1 il 8 ay 5 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. İttihad və Tərəqqi cəmiyyətinin üzvü == Həyatı == === İlk illəri === 1 sentyabr 1874-cü ildə Ədirnə vilayətində dünyaya gəlmişdir. Atası Qırcaəli tabeliyindəki Çəpəlcə kəndindən Qazı Əhməd Vasif Əfəndi, anası isə vaxtilə Kayseridən köç etmiş türk-pomak soylu Hürmüz xanım idi. İlk təhsilini Kırklarelində aldıqdan sonra Ədirnə hərb məktəbinə daxil oldu. Atasının vəfatının ardından yaranan maddi sıxıntılar səbəbilə Ədirnə Poçt və Teleqraf idarəsində işləməyə başlayır və 1891-ci ildə buranın anbar təsərrüfat müdiri olur. Bu müddət ərzində bir yandan Alliance İsraelite Universelle adlı yəhudi məktəbində türk dili dərsləri verir, digər yandan isə xüsusi bir müəllimdən fransız və yunan dillərini öyrənirdi. Bu illərdə bacısının yoldaşı İsmayıl Yürükoğlu vasitəsilə jöntürk fəlsəfəsi ilə tanış olmuş, ideyanın təşkilatlanmasında iştirak etmişdir. Bolqarıstan türklərindən olan və sonralar "Şərq" adlı müxalif qəzetində redaktor çalışan İsmayıl Yürükoğlu, o illərdə Əhməd Zəki bəylə birlikdə İttihad və Tərəqqi cəmiyyətinin Ruse şəhərindəki mərkəzində çalışırdı. Sonralar Tələt bəy kiçik bürokrat və zabitlər tərəfindən Ədirnədə yaradılan müxalif təşkilata daxil oldu. Ancaq hökumət bu siyasi təşkilatın fəaliyyətinə göz yummadı və təşkilat üzvləri 1896-cı ildə həbs olundular.