Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cəngəl
Cəngəl— İranın Rəzəvi Xorasan ostanının Roştxar şəhristanının Cəngəl bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,232 nəfər və 1,384 ailədən ibarət idi.Cəngəl, fars dilində meşə anlamındadır.
Jenşen
Jenşen (lat. Panax) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. Jenşen şəfalı bitki kimi yüz ildən çoxdur ki, istifadə edilməkdədir. Çin ölkələrində becərilsə də vətəni Çənubi Amerikanın qərb hissəsi hesab edilir. XIX əsrdən bu bitkinin kökləri və yarpaqları ABŞ-də ağdərililər tərəfından müalicə məqsədilə Çin və Hong-Konglu tacirlərə satılır. Nyu-York və Kanadanın Ontario bölgəsində yayılmışdır. Ancaq məşhurluğu və şəfalı bitki kimi tez-tez istifadə edilməsinə məruz qalması, çox toplanması səbəbindən məhvolma altındadır. Artıq ABŞ ilə Kanadanın bir çox sahələrində çətin rast gəlinən hala gəlmişdir. Yeni şəhərsalma, marallar tərəfindən istehlak edilmə də həyat sahələrinin daralmasına gətirib çıxarmışdır.
Jinjer
Səndəl
Səndəl (lat. Santalum) — səndəlçiçəklilər sırasının səndəlkimilər fəsiləsinə aid bitki cinsi. 20-yə yaxın növü var. Ən tanınmış növü ağ səndəldir.
Xəngəl
Xəngəl və ya Xingal (azərb. xingal, xəngəl‎, gürc. ხინკალი, türk. hıngel) — xəmir xörəklərinə aid edilən, ətlə, yağda qovrulmuş soğanla, sarımsaqlı qatıqla və ya ələxsusda Azərbaycanın qərbində qurut ilə yeyilən xörək. Xəngəlin növləri hazırlanma qaydasına görə bir-birindən fərqlənir: ətli xəngəl, süzmə xəngəl, sulu xəngəl daha geniş yayılmışdır. Bölgələrə görə də xəngəlın növləri fərqlidir: Bakı xəngəlı (yarpaq xəngəlı), Qazax xəngəlı, Gürcü xəngəlı (xinkali) və s. Fərqli olsalar da, bütün növ xəngəllərın xəmiri eyni cur hazırlanır – ələnmiş una su və duz qatılıb xəmir yoğrulur. Sonra xəmir 1 mm qalınlığında yayılır və kiçik ölçüdə dairə və ya paxlava şəklində kəsilir. Gürcü xəngəlı hazırlanarkən xəmirin içərisinə lazım olan məlzəmələr qoyulduqdan sonra şəkərbura formasında bükülür. Hər xəngəlın ölçüsü təxminən 5–10 sm olur.
Penuel
Penuel (həmçinin Peniel, Fənuil və ya Fəniil; ivr. ‏פְּנוּאֵל‏‎ Pənūʾēl) — Yəhudi Bibliyasında təsvir olunan yer. Sukkotdan çox uzaqda yox, İordan çayının şərqində və indiki İordaniyada Yəbbuq çayının cənubunda yerləşir. Penuel Yaradılış kitabında Yaqubun mələklə güləşdiyi yer kimi qeyd olunur. Bu, Birinci Padşahlar kitabında möhkəmləndirdiyi Şimal İsrail çarlığının ilk padşahı Yarovamın paytaxtı kimi xatırlanır. 1970-ci ilə qədər Bibliya alimləri Penueli indiki İordaniyada Təlül əz-Zəhəb əkiz zirvələri ilə eyniləşdirdilər. Yaradılış kitabında verilən hesaba əsaslanaraq, alimlər Penuelin müqəddəs ziyarətgah yeri olduğuna inanırdılar və zirvələrdən birində Birinci Dəmir dövrünə və ya ondan əvvəllərə aid bir məbədin olduğunu güman edirdilər. Belə bir quruluş tapılmadığı üçün bu nəzəriyyə sual altına düşmüşdür.
Dəjəl
Dəjəl — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Şükürbəyli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 4 oktyabr 2020-ci ildə Qarabağ döyüşlərində kənd erməni işğalından azad edilmişdir. == Toponimikası == Düzənlikdədir. Yerli əhalinin verdiyi məlumata görə, kəndi şıxalıağanın qardaşı Əhmədxan salmışdır. Kəndin adı 1917-ci ildə Dejaq variantında qeydə alınmışdır. Dəjək sözü dialektlərimizdə "nişangah" mənasında işlənir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Arne Jensen
Arne Jensen (25 fevral 1998) — Tonqalı oxatan. Arne Jensen Tonqanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Arne Jensen birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Niderlandın nümayəndəsi Sjef van den Berg ilə üz-üzə gəldi. Həmin görüşdə Arne Jensen rəqibinə 3:7 hesabı ilə uduzdu.
Bengel cərəyanı
Bengel cərəyanı— Cənubi Atlantik okeanının şərq hissəsində formalaşan geniş, şimal-şərqə doğru axan soyuq okean axınıdır. == Xüsusiyyətləri == Cərəyan təxminən cənubda Afrikanın cənub burnundan şimalda Anqola-Bengel cəbhəsinə doğru 16° c. en-ə qədər uzanır. Cərəyanın axımı mövcud cənub-şərq küləkləri tərəfindən yönləndirilir. 200–300 m dərinliyində olan soyuq, qida ilə zəngin sular fitoplanktonun yüksək artımına səbəb olur və məhsuldar Bengel ekosistemini saxlayır.
Jenşen (cins)
Mendel qanunu
Mendel qanunu — Qreqor Yohan Mendelin təcrübə və tədqiqatlarına əsaslanan orqanizmlərin irsi əlamətlərinin nəsildən-nəsilə ötürülməsi prinsiplərini izah edən klassik genetikanın əsasını təşkil edən, irsiliyin molekulyar mexanizmlərini və "təmiz qamet hipotezini" izah edən qanun. Mendel qanununun məğzi ondan ibarət idi ki, hər bir canlı orqanizm irsi əlamətləri daşıyan, hal-hazırda gen adlandırılan əsas hissəciklərə malikdirlər. Bu hissəciklər vasitəsilə irsi xasiyyət və əlamətlər nəsildən-nəsilə ötürülmüş olur. Qeyd etmək lazımdır ki, Qreqor Yohan Mendelə qədər əldə olunmuş nəticələr qanun şəklində verməmişdir. XIX əsrin ortalarında (O.Sarje, Ş Noden) dominantlıq halı haqqında ilk təsəvvürlər meydana çıxmış olur. Çox vaxt birinci nəsil hibridləri bir-birilərinə və valideynlərin biri ilə (əlamət dominantlıq təşkil etdiyi üçün) oxşar olurlar. Resessiv olan və ya üzə çıxmayan əlamətlər itməyərək hibridlərin bibr-biri ilə çarpazlaşdırılmasından yaranan nəsildə üzə çıxa bilir. C. Qoss göstərmişdir ki, öz-özünə tozlanmada ikinci nəsil hibridlərində dominant əlamətlər iki cür: parçalanan və parçalanmayan ola bilirlər. Lakin tədqiqatçıların heç biri öz müşahidələrini nəzəri cəhətdən qiymətləndirə bilməmişdirlər. Növbəti iki biologiya imtahanından kəsilən Qreqor Yohan Mendel Avqustin monastrında abbatlıq etməyə başlamışdır.
Qreqor Mendel
Qreqor Yohan Mendel (alm. Gregor Johann Mendel‎); (20 iyul 1822, Heinzendorf bei Odrau, Sileziya, Avstriya İmperiyası — 6 iyun 1884, Brno, Avstriya-Macarıstan) avstriya bioloq və botaniki, irsiyyət haqqındakı təsəvvürlərin inkişafında mühüm rol oynamış, genetikanın atası və İrsi əlamətlərin qanunauyğunluğunun müəllifi. Qreqor Yohan Mendel 20 iyul 1822-ci ildə Avstriya imperiyasının Heinzendorf bei Odrau şəhərciyində (indiki Çexiya) kəndli Anton Mendelin ailəsində doğulmuşdur. Təbiətə erkən yaşlarında maraq göstərmiş və bağbanlıq etmişdir. İki il Olmüç universitetində fəlsəfə sinifində oxuduqdan sonra, 1843-cü ildən Brnodakı Avqustin ordeninin Müqəddəs Foma monastrında Qreqor adı altında monarxlığa başlayır. 1844-1848-ci illərdə Brno ali ruhani məktəbində oxumuş və 1847-ci ildə rahib olmuşdur. Bir çox elmlərə maraq göstərərək onları öyrənmiş, bir məktəbdə yunan dilindən, hesabdan dərs demişdir. 1849-1851-ci illərdə Znoym gimnaziyasında riyaziyyatdan, latın və yunan dilinən dərslər demişdir. 1851-1853-cü ildə Vyana universitetində sitoloq Ungerin rəhbərliyi altında təbiət hadisələrini öyrənmiş, bitkilərin çalaqlaşdırılması metodları ilə maraqlanmışdir. 1854-cü ildə diplomsuz mütəxəssis olsa da Brno ali real məktəbində fizikadan və təbiətşünaslıqdan dərs demək üçün təklif almışdır.
Tənbəl ayı
Tənbəl ayı (Melursus ursinus) — Ayıkimilər fəsiləsinə daxil olan məməıi növü. Bu növ öz cinsinin yeganə nümayəndəsidir. Bu növün özünə məxsus görünüşü sayəsinədə tənbəl ayı adını almışdır. Tənbəl ayılar xarici görünüş və həyat tərzi baxımından əsl ayılrdan kəskin fərqləndiyindən onları ayrıca cinsə daxil edirlər. Bu canlıların dodaqları tüksüz olması ilə yanaşı uzun olur. Bu canlıların ölçüləri elədə iri olmur. Tənbəl ayıların uzunluğu 180 sm, quyruqları 10-12 sm, dik durduqda 60—90 sm; çəkiləri isə 54—140 kq (adətən 90—115 kq) təşkil edir. Erkəklər diçilərdən 30—40 % iri olurlar. Ümümi görünüş ayıları xartırladır. Ayaq üstə bədəni əzələlidir.
Villiam Henzel
Villiam Henzel (23 mart 1982) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Villiam Henzel Avstraliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Villiam Henzel Avstraliyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Villiam Henzel Avstraliyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Yalançı jenşen
Yalançı jenşen (lat. Panax pseudoginseng) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin jenşen cinsinə aid bitki növü. P. pseudoginseng ssp. himalaicus P. pseudoginseng ssp. pseudoginseng P. pseudoginseng ssp.
Yəngel (Əbyəlil)
Yəngel kəndi (başq. Йәнгел) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Yəngel kənd sovetliyinə daxil olan kənd. Məsafələr: rayon mərkəzindən (Askar): 37 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 44 km. Maqnitaqorsk:40 km; Beloresk: 123 km. Совет муниципальных образований Республики Башкортостан.
Çəngəl (şahmat)
Çəngəl — Şahmat termini. Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu.
Üçyarpaq jenşen
Üçyarpaq jenşen (lat. Panax trifolius) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin jenşen cinsinə aid bitki növü.
İda Qendel
İda Qendel (ing. Ida Haendel; 15 dekabr 1928, Xelm[d] – 30 iyun 2020 və ya 1 iyul 2020, Mayami, Florida ) — Polşa mənşəli Britaniyalı skripkaçı, Britaniya imperiyasının ordeni komandiri. İda Qendel Xelm şəhərində yaşayan yahudi ailəsində doğulub. O Natan və Fela Qendellərin kiçik qızı idi. Atası rəssam və qeyri-peşəkar skripkaçı idi. İda skripkada çalmağı 3 yaşında Varşava şəhərində Meçislav Mixayloviç adlı skripkaçıdan öyrənməyə başlayır. 5 yaşında o, Betxovenin konsertini ifa etdiyinə görə, Bronislav Quberman mükafatına layiq görülür. 1953-ci ildə İda Venyavskiy adına Birinci skripkaçıların beynəlxalq müsabiqəsinin ən gənc iştirakçısı olur. Karl Fleş və Corce Eneskunun rəhbərliyi altında təkmilləşir. 1937-ci ildə Londonda Henri Vudun rəhbərliyi altında orkestrlə çıxış edir.
Şao Jenlen
Ran Ran Şou və ya Şao Jenlen (d. 19 noyabr, 1907, Tsin imperiyası – ö. 7 yanvar, 2014, Honkonq, Çin) — Honkonq mediamaqnatı, milyarder, mesenat, Ran Ran Şou mükafatının təsisçisi. 19 noyabr 1907-ci ildə anadan olub. Şou adlı qardaşı ilə Shaw Organisation adlı beynəlxalq media şirkətini təsis edib və 1958-ci ildə onu Shaw Brothers adlı aparıcı Asiya kinostudiyasına çevirib. 1967-ci ildə dünyada ən iri teleşirkət olan TVB-ni yaradıb. Mesenatlıqla məşğul olmuş, xeyriyyə, tibbi və təhsil təşkilatlarına kömək etmişdir. 2002-ci ildə öz adına təsis etdiyi nüfuzlu elmi mükafatı "Asiyanın Nobel mükafatı" da adlandırırlar. Mükafatın həcmi bir milyon dollardır və riyaziyyat, astronomiya və tibb sahəsi üzrə verilir.
Şərqi Rennel
Şərq Rennell YUNESKO-nun Ümumdünya İrs mirası olaraq təyin olunan Solomon adalarındakı Rennell adasının cənub hissəsidir. Rennell dünyanın ən böyük mərcan atoludur və bir çox endemik növ Teqano gölü ətrafındakı Rennellin şərq hissəsindədir. 2013-cü ildə Ümumdünya İrs Komitəsi, Şərq Rennellini Ümumdünya İrsi mirasına daxil etdi. Rennell Qərbi Sakit okean bölgəsində yerləşir və Solomon adalarının cənubundadır, təqribən 86 ilə 15 km məsafədədir. Dünyadakı ən böyük mərcan atollu 37.000 hektar ərazini tutur. Ərazi sıx meşə ilə örtülmüşdür və adanın cənub mərkəzində bir vaxtlar atoll olan Teqano gölüdür vardır. Gölün səthi dəniz səviyyəsindədir və əsasən kələ-kötürdür. Şərqi Rennel qayalıqlarla əhatə olunmuş və bir sıra kiçik əhəng daşı adalarından ibarətdir. 1998-ci ildə Dünya İrsi mirası olaraq təyin olunan Şərqi Rennell adanın cənub ucundadır. Ərazi siklonlar tərəfindən zərər görməyə həssasdır və "elmi tədqiqat üçün əsl təbii laboratoriya" hesab olunur.
Əbu Cəndəl
Əbu Cəndəl (Məkkə, ərəb. أبو نَجِيحٍ العرباض بن سارية السلمي‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. O, həmçinin Abdullah ibn Süheylin qardaşı və Qureyş natiqi Süheyl ibn Əmrin oğlu olur. 624-cü ildə Bədr döyüşündən əvvəl İslamı qəbul edir. Bunu qəbul edə bilməyən atası Süheyl ibn Əmr tərəfindən zəncirlənir. Hüdeybiyyə müqaviləsi günü müsəlmanların yanına qaçır. Müqavilənin şərtlərindən biri olan geri qayıtma şərtinə görə onu Məkkə heyətini təmsil edən atası geri Məkkəyə aparır. Sonra yenidən qaçaraq Qırmızı dəniz sahilində bir mövqeyə yerləşir. Məkkədən qaçanlar müqavilənin şərtlərinə uyğun olaraq Mədinəyə gedib müsəlman cəmiyyətinə sığına bilməzdilər. Onların çoxu Qırmızı dənizin Sifülbəhr adlanan yerində toplanırdı.
Sengel dili
Sengel dili — türk dillərinin Sayan qrupuna aid dil. Tıva, Tofalar, Soyot-tuka və kök-monçaq dilləri ilə yaxın qohumdur. Bəzən Tıva və ya kök-monçaq dillərinin qərb dialeki hesab edilir. Monqolustanda, Sengel somonunda danışılır. Həm fonetika, həm də qrammatika baxımından arxaik xüsusiyyətlərə görə fərqlənir.
Adi jenşen
Adi jenşen (lat. Panax ginseng) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin jenşen cinsinə aid bitki növü. == Tarixçə == Jenşen bitkisi haqqında ilk tarixi məlumat e. ə. I əsrə aid olan və "Şennunbentsao" adlanan dərman maddələri haqda qədim çin yazısında qeyd olunub. Buna baxmayaraq şərq təbabətində onun istifadəsinin 4-5 min illik tarixi var. Tibb tarixində jenşen qədər əfsanəvi ikinci bir bitki olmayıb. İnsanlar onun nəinki bütün xəstəliklərin çarəsi olduğuna, həmçinin ölən adama həyat qaytardığına inanırdılar. Əhali arasında ona "həyat kökü", "dünyanın möcüzəsi", "ölməzlik zərbəsi" kimi adlar verilmişdi. Bitkinin belə qeyri-adi şöhrəti “jenşen qızdırmasının” yaranmasına və bir çox cinayət və bədbəxtliklərə səbəb olmuşdur.
Maykl Sendel
Maykl C. Sendel (Michael J. Sandel, 5 mart 1953, Minneapolis, Minnesota) — amerikalı siyasi filosof və fəlsəfi kommunitarist.Harvard Universitetinin professoru, Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü (2002). 23 dilə, ümumilikdə isə əsərləri 27 dilə tərcümə edilmiş kitabların müəllifidir. Washington Post onu "güman ki, ABŞ-ın ən məşhur universitet professoru" adlandırmış və 2010-cu ildə China Newsweek jurnalı onu Çində ilin ən nüfuzlu xarici siması adlandırdı. Asturiya Şahzadəsi mükafatının laureatıdır (2018). == Həyatı == Sendel Brandeis Universitetini əla qiymətlərlə bitirmiş (1975) və Phi Beta Kappanın üzvü olmuşdur. Doktoranturanı 1981-ci ildə Oksfordun Balliol Kollecində Rodos Təqaüdçüsü kimi bitirmişdir. Bir il əvvəl (1980-ci ildən) o, Harvard Universitetində siyasi fəlsəfədən dərs deməyə başladı, indi (2002-ci ildən) adlı professordur ( Anne T. və Robert M. Bass professoru, bu vəzifədə birincidir) ; 1999-cu ildən Harvard Kollecində professordur. 2001-ci ildən Sorbonnada qonaq professordur. Onun "Ədalət" kursu Harvardda internetdə və televiziyada sərbəst şəkildə yayılan ilk kurs idi və bütün dünyada milyonlarla insan tərəfindən izlənilmişdir. Onun digər kursları Etika, Biotexnologiya və İnsan Təbiətinin Gələcəyi, Etika, İqtisadiyyat və Hüquqdur.