Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bərqə
Bərqə (ərəb. برقة‎ Barqa; q.yun. Βάρκη Bárkē) — Liviyada yerləşən qədim şəhər. Qədim Yunan və daha sonra Əhəmənilər, Roma və Bizans imperiyalarından asılı olmuşdu. VIII əsrin əvvəllərində ərəblər Şimali Afrikanı tutdular. Şimali Afrikaya vali təyin edilən Üqbə ibn Nafe bəzi yerləri ələ keçirməklə yanaşı bərbəriləri də İslama gətirməyə çalışmış və ordugah şəhəri olan Qeyrəvanı inşa etdirmişdir. Üqbə valiliyi zamanında özünə mərkəz olaraq Bərqəni seçmişdir. Bundan əvvəl Abdullah ibn Səd Bizansın Şimali Afrika valisini məğlub edərək Tərabülüs əl-Qərb ələ keçirmişdir. Sudan üzərinə göndərdiyi ordu isə heç bir nəticə əldə etmədən geri qayıtmışdır. Üqbə ibn Nafenin Şimali Afrikada qazandığı uğurları görən Müaviyə 675-ci ildə (hicri 55) onu Şama geri çağırıb Əbülmühaciri bu bölgəyə vali təyin etmişdir.
Cərgə
Sıra — bir neçə mənası vardır: Sıra — eyni situasiyada və statusda olan insanların, eyni tipli əşyaların bir sırada düzülüşü. Sıra — hansısa halın bir-birinin ardınca müəyyən qaydada düzülüşü. Sıra — ardıcıllıq. Sıra (riyaziyyat) — sonsuz sayda toplananların cəmi. Sıra (hərb) - hərbiçilərin çiyin-çiyinə bir xətt üzrə düzülüşü.
Kərgə
Kərgə (lat. Rhodeus) — Çəkikimilər fəsiləsinin nümayəndəsi. Bədəni hündür, yanlardan basıq, pulcuqlar iri, eninə pulcuq sıralarının sayı 32-40-dır. Yan xətt tam deyildir.Udlaq dişləri bir sırada yerləşir,sayı 5-5 olur.Dişlərin yanları basıq və hamardır.Ağız kiçik, azca çəpəki və aypara şəklindədir.Bel üzgəci uzunsovdur və qarın üzgəclərinin əsasından bir qədər geridəki səviyyədə başlayır.Anus üzgəci bel üzgəcinin qurtaracağına bir qədər qalmış vertikaldan başlayır.Periton pərdəsi qaradır.Bağırsaq kanalı uzundur.Kiçik balıqıardır. Azərbaycan sularında 1 növü yaşayır. Adi kərgə (Rhodeus amarus) == Növləri == Rhodeus amarus (Bloch, 1782) Rhodeus amurensis (Vronsky, 1967) Rhodeus atremius (Jordan and Thompson, 1914) Rhodeus colchicus Bogutskaya and Komlev, 2001 Rhodeus fangi (Miao, 1934) Rhodeus haradai Arai, Suzuki and Shen, 1990 Rhodeus laoensis Kottelat, Doi and Musikasinthorn in Kottelat, 1998 Rhodeus lighti (Wu, 1931), син. Pseudoperilampus lighti (Rhodeus ocellatus (Kner, 1866)) Rhodeus pseudosericeus Arai, Jeon and Ueda, 2001 Rhodeus rheinardti (Tirant, 1883) Rhodeus sciosemus (Jordan and Thompson, 1914) Rhodeus sericeus (Pallas, 1776) Rhodeus sinensis Günther, 1868 Rhodeus smithii (Regan, 1908) Rhodeus spinalis Oshima, 1926 Rhodeus suigensis (Mori, 1935) Rhodeus uyekii (Mori, 1935) == İstinadlar == == Ədəbiyyat == Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004,. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.168.
Lərgə
Lərgə (lat. Vicia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Bu bitkini ərzaq, yem və texniki məqsədlər üçün becərirlər. Yem məqsədi üçün onun dənindən, yaşıl kütləsindən və küləşindən istifadə edilir. Toxumun tərkibində 23-34% zülal, 24-45% sulu karbonlar, 0,5-0,7% yağ, 4,0-4,6% sellüloza və 2,0-2,5% kül vardır. Lərgə dəni dad keyfiyyətinə və həzm olunmasına görə noxud və mərcimək dənindən geri qalır. Ondan sənayedə yüksək keyfiyyətli kazein kleyi alırlar. Faner, parça və plastmas alınmasında istifadə olunur. Yaşıl kütləsində 20% xam zülal, 2,9% yağ, 42,8% azotsuz ekstraktiv maddələr var. Küləşində 6,8% protein və 15,4% azotsuz ekstraktiv maddələr olur.
Perge
Perge — (yun. Πέργη) Antalyanın 18 km şərqində, Aksu ilçəsi sərhədləri içində olan, bir zamanlar Pamfilya bölgəsinə paytaxtlıq etmiş antik bir şəhərdir. Şəhərdəki akropolisin tunc dövründə qurulduğu düşünülməkdədir. Ellinizm dövrü ərzində şəhər köhnə dünya içərisindəki ən zəngin və gözəl şəhərlər arasında sayılmaqdadır. Bundan əlavə Yunan riyaziyyatçısı Pergeli Apolloniusun məmləkətidir. Şəhərin tarixçəsinin başlanğıcı tək olaraq deyil, ancaq Pamfilya bölgəsi ilə birlikdə araşdırılır. Region içərisində tarix öncəsi çağa aid mağaralara və məskunlaşmalara rast gəlinməkdədir. Mağaralar içərisində ən tanınmış olan quru mağarası, Karainin qonşusu olan Öküzün mağarası, Beldibi, Bəlbas qaya sığınacaqları və Badamağacı bölgədəki ən tanınmış tarix öncəsi yaşayış sahələridir. Məskunlaşma nümunələri göstərir ki, Pamfilya ovası tarix öncəsi çağlardan etibarən məskunlaşması əlverişli və sevilən bir bölgədir. Perge akropolisinin plato düzləminin tarix öncəsi dövrlərdən etibarən yaşayış üçün seçim edilən bir sahədə olduğu qəbul edilmişdir.
Serqe
Serqe (bur. сэргэ) — Buryatlar və yakutlar arasında yayılmış olan ayin ağac və dirəkləri. Serqe quraşdırıldığı ərazinin bir sahinin olması deməkdir. Alaçığın yanında, evin qapılarında yerləşdirilir ("serqe əgər dik durursa, demək ailə sağdır"). Serqeni dağıtmaq olmaz, o özü yararsız hala gəlməlidir. Serqe ata pərəstiş ilə əlaqələndirilir. Ev sahibləri və qonaqlar atları bu dirəyə bağlayırdılar. Bu dirək həm üç dünyanı birləşdirən dünya ağacının da simvoludur. Dirəkdə üç üfüqi yiv kəsilir. Yuxarı üst dünyadakı göylərin atlarını bağlamaq üçün, orta insanların atları üçün, alt hissəsi yeraltı atlar üçün nəzərdə tutulmuşdur.
Adi kərgə
Adi kərgə (lat. Rhodeus sericeus) — çəkikimilər dəstəsinin nümayəndəsisdir. == Yayılması == Kərgəyə Fransadan tutmuş Neva çayı hövzəsinədək rast gəlmək olar.Qaradəniz hövzəsində, Xəzərdə, Qabırı çayı hövzəsində yaşayır. Kiçik Asiyada da qeydə alınır. Azərbaycan hüdüdlarında Aşağı Kürdə onun bütün qollarında, müxtəlif göl və axmazlarda, eləcə də Soyuqbulaq, Gəncə çaylarında, Həkərinin aşağılarında və Kiçik Qızılağac körfəzində yayılmışdır. == Morfoloji əlamətləri == Bədəni hündür, pulcuqları iridir. Yan xətti 4-9 pulcuqdan ibarətdir.Qarın tərəfi qaradır. Uzunluğu 10 sm-ə qədərdir. Bədənin arxa hissəsində ensiz gümüşü zolaq vardır. Cinsi differensiasiya aşkar ifadə olunmasa da, kürütökmə zamanı erkəyin böyürləri və qarnı qövsi-qüzeh rəngi alır, bel və anal üzgəcləri qızarır.
CERGE-EI
CERGE-EI (Center for Economic Research and Graduate Education – Economics Institute) Nyu-York Dövlət İdarə Heyətinin imtiyazıyla Amerikan üslublu İqtisadiyyat üzrə Master və Doktorantura, həmçinin Tətbiqi İqtisadiyyat üzrə Master (MAE) proqramları və Mərkəzi Avropa Elmləri üzrə bakalavr tələbə proqramı təchiz edən akademik institutdur. CERGE-EI həmçinin nəzəri və tətbiqi siyasi iqtisadiyyat üzrə tədqiqatlar da həyata keçirir. CERGE-EI Çarlz Universitetinin İqtisadi Tədqiqatlar və Aspirantura Təhsili üzrə Mərkəzinin və Çex Respublikasının Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun birgə səyi nəticəsində ərsəyə gəlmişdir. Mərkəz 1991-ci ildə Jan Švejnar və Jozef Zieleniec tərəfindən post-kommunist ölkələrindən yeni nəsil iqtisadiyyatçıların yetişdirilməsi məqsədilə yaradılmışdır. Hal-hazırda CERGE-EI-yə təhsil üçün Mərkəzi və Şərqi Avropadan, Rusiyadan və keçmiş Sovet respubliklarından, Mərkəzi Asiya və digər ölkələrdən tələbələr gəlirlər. == CERGE-EI-nin akademik icması == İnstitutun tələbə icması dünyanın 30 ölkəsindən, əsasən də Mərkəzi və Şərqi Avropa və post-Sovet ölkələrindən gələn təxminən 120 tələbədən ibarətdir. CERGE-EI nin daimi müəllim heyətini müxtəlif ölkələrdən olan 19 alim təşkil edir. Əsas heyət üzvləri iqtisadiyyat üzrə PhD dərəcəsini tanınmış ABŞ və Qərbi Avropa universitetlərində almışlar. Yeni müəllim heyətinin üzvləri akademik iqtisadiyyatçıların beynəlxalq bazarı vasitəsilə cəlb edilir. İnstitutun iş dili İngilis dilidir.
Cərgə taktikası
Cərgə taktikası ya Xətt taktikası - XVII - IX əsrlərdə döyüş aparmaq üçün mövcud olmuş seçilən nəzəri və praktik taktika. Bu zaman sərəncamda olan ordunun ya donanmanın tərkibindəki hərbi qüvvə: canlı qüvvə və hərbi gəmilər bərabər qaydada nizamla cərgələrə sıra ilə düzülür. Cərgə taktikası Avropada XVI əsrin sonlarında XVII əvvəllərində Niderland piyada qoşununda formalaşmışdır. Bu zaman dördbucaqlı sıraları xətti cərgələr əvəzləmişdir. Bu taktiki düzülüşü ilk dəfə olaraq holland Morits van Oranye və onun əmisi oğlanları Vilhelm Lüdviq (Nassau-Dillenburq), VII Yohann (Nassau-Ziegen) orduda tətbiq etmişdir. Bununla Morits van Oranye nizam intizamı saxlamaq, zabit hazırlığının keyfiyyətini artırmaq məqsədi güdürdü. Cərgə taktikası İsveçdə II Qustav Adolfun ordusunda 1618—1648 ci illərdə Otuzillik müharibədə tam olaraq tətbiq olunduqdan sonra bütün Avropa ölkələrində tətbiq olunmağa başlanılmışdır. Bu zaman piyadalar bəzən cəbhə boyu bir və iki sıralı cərgədə bir düz xətt boyunca düzülmüş olurlar. Hərbir xətti cərgələr arasında müvafq miqdarda məsafələr saxlanılırdı ki, top mərmilərinə kütləvi şəkildə tuş gəlməsinlər. Hər cərgədə iki sıranın olması isə muşket atıcılığından irəli gəlirdi ki, Bu zaman öndəki muşket atıcıları atəş açdıqdan sonra silahı doldurmaq üçün və ikinci sıranın atəş açmalarına imkan yaratmaq üçün onları önə buraxırdılar.
Qara lərgə
Qara lərgə (lat. Vicia nigricans) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü. Ervum nigricans (Hook. & Arn.) Alef. Vicia nigricans var. gigantea (Hook.) Broich Vicia nigricans var.
The Verge
"The Verge" (ingilis dilindən – "hüdud") — ABŞ kompüter, qadcet və həyat tərzi veb saytı. 1 noyabr 2011-ci ildə fəaliyyətə başlayan sayt "Vox Media" holdinqinin bir hissəsidir. "The Verge" ABŞ-nin 271-ci ən populyar veb-saytıdır və eyni zamanda qlobal miqyasda 615-ci yerdədir. 2011-ci ilin aprelində "This Is My Next" adlı texnoloji bloq fəaliyyətə başlamışdır. Gündə 3-5 məqalə dərc edən sayt 1 milyona yaxın unikal ziyarətçi cəlb etməyə nail olmmuş və 23 avqust 2011-ci il tarixində görə məşhur IT saytları siyahısında 22-ci yerdə qərarlaşmışdı. Saytda məqalələrlə yanaşı, müntəzəm olaraq audio podkastlar da dərc olunurdu. 1 noyabrda "This Is My Next" fəaliyyətini dayandıraraq, öz yerini yaradıcıları Coşua Topolski və Pol Millerin "The Verge" adlı yeni layihəsinə vermişdir. 2014-cü ilin avqustunda saytın həmtəsisçisi Coşua Topolski yaratdığı layihəni tərk edərək "Bloomberg"ə keçmişdir. Bundan sonra baş redaktor vəzifəsini Nilay Patel götürmüşdür. D. Aamoth.
Jerve Ndirakobuka
Jerve Ndirakobuka ( fr. Gervais Ndirakobuca; 1970, Bukinanyana kommunası[d], Kibitoke[d]) — Burundi siyasətçisi, keçmiş polis məmuru və üsyançı komandir, 7 sentyabr 2022-ci ildən Burundi Baş naziri vəzifəsini icra edir. O, əvvəllər Daxili İşlər, İctimai Təhlükəsizlik və İcma İnkişafı Naziri olmuşdur. Ndirakobuka 2015-ci ildə Burundidə vətəndaş etirazlarını zorakı yolla basdırması ilə tanınır. Prezident Evarist Ndayişimiye onu təhlükəsizlik naziri təyin etdiyi zaman Ndirakobuka insan haqlarının pozulmasına görə ABŞ və Avropa İttifaqının sanksiyaları altında idi.
Ocotea jorge-escobarii
Ocotea jorge-escobarii (lat. Ocotea jorge-escobarii) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü.
Sen-Jerve (İzer)
Sen-Jerve (fr. Saint-Gervais) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38390. Kommunanın 2008-ci il üçün əhalisi 535 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 20 km qərbdə yerləşir.
Yuxarı Vərqə (Çaroymaq)
Yuxarı Vərqə (fars. ورقه عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 448 nəfər yaşayır (84 ailə).
Şərqə Doğru (1930)
Tammetrajlı sənədli film sovet hakimiyyəti illərində respublikada gedən dəyişikliklərdən, Azərbaycanda yaşayan xalqların məişətindən, onların adət-ənənələrindən, milli xüsusiyyətlərindən söhbət açır. Film saxlanılmayıb. Rejissor: Aleksandr Makovski Ssenari müəllifi: Aleksandr Makovski Operator: İvan Manakov Lətif Səfərov Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Şərqə doğru (film, 1930)
Tammetrajlı sənədli film sovet hakimiyyəti illərində respublikada gedən dəyişikliklərdən, Azərbaycanda yaşayan xalqların məişətindən, onların adət-ənənələrindən, milli xüsusiyyətlərindən söhbət açır. Film saxlanılmayıb. Rejissor: Aleksandr Makovski Ssenari müəllifi: Aleksandr Makovski Operator: İvan Manakov Lətif Səfərov Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Cümhuriyyəti Şərqə gətirənlər (film, 2018)
== Məzmunu == Film müsəlman Şərqində ilk Cumhuriyyətin yaranmasına və mövcud olduğu 23 ayda olduqca böyük işlərə imza atmış Azərbaycan Xalq Cumhuriyyətinin tarixinə və bu intibahı Azərbaycanda reallaşdıran fədakar ziyalılara: Məhəmmədəmin Rəsulzadəyə, Fətəli xan Xoyskiyə, Nəsib bəy Yusifbəyliyə,Əlimərdan bəy Topçubaşevə və onlarla cəfakeş, məğrur Azərbaycan oğluna həsr olunub. == Film haqqında == 1918 — ci ilin may ayıında ilk dəfə olaraq Qoca Şərqə Cumhuriyyət günəşi doğuldu... Bu günəşin Odlar Yurdu Azərbaycandan yayılan şəfəqləri bütün Şərqi nura bələyə -bələyə, insanlara hürriyət, xalqalara azadlıq kimi müqəddəs bir neməti gətirdi... Cəmi 18 ay mövcud olan, lakin böyük işlərə imza atan, müsəlman Şərqində ilk dəfə qadınlara səsvermə hüququ verən bu Şərq günəşinin qarşısını 71 il qara buludlar aldı... Lakin, xalqın əlindən azadlığı alınsa da, azadlıq eşqini kimsə ala bilmədi... Hürriyət günəşinin doğulduğu müqəddəs tarixdən beş il sonra dünyaya bir dahi göz açacaqdı... və o, tarixin keşməkeşlərindən keçən müstəqilliyimizin əbədiliyini təmin edəcəkdi...O, dahi lider məhz, Heydər Əlirza oğlu Əliyev idi... Onun misilsiz xidmətləri ikinci dəfə qazanılan azadlığımızı möhkəmləndirdi və əbədiyyət yoluna çıxartdı... Film 2 hissədən ibarət olmaqla ADR-in fəaliyyətini tam əhatə etməklə onun həyata keçirdiyi, dünya üçün sesasiya, Şərq üçün inanılmaz olan işlərə, tariximizin bu şanlı səhifəsinə tam aydınlıq gətirir. Təbii ki, bu yolda adları keçən fədakar ziyalılarımızın- Məmməd Əmin Rəsulzadənin, F.x.Xoyskinin, N.b.Yusifbəylinin, M.Topçubaşovun, S.b.Mehmandarovun, Ə.Şıxlinskinin, Hacinskinin, Xasməmmədovun, C.Hacıbəylinin, Rəfibəylilərin və onlarla başqalarının fəaliyyəti ön plana çəkilib, onların fədakar işləri barədə danışılacaq.
Sen-Jerve (Val-d'Uaz)
Sen-Jerve (fr. Saint-Gervais) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 893 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 55 km şimal-qərb, Serji bələdiyyənin 26 km şimal-qərbdə yerləşir.
Sen-Jerve (Val-d’Uaz)
Sen-Jerve (fr. Saint-Gervais) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 893 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 55 km şimal-qərb, Serji bələdiyyənin 26 km şimal-qərbdə yerləşir.
Bergen
Bergen (norv. Bergen) — Norveçin ikinçi böyük şəhəri, Hordaland fülkesinin mərkəzi və Qərbi Norveçfülkesinin ən böyük şəhəri. Şəhər ölkənin qərbində, Şimali dənizinin sahilində yerləşir. 1299-cu ilə qədər Norveçin paytaxtı olub, 1830-cu ilə ilə kimi Norveçin ən böyük şəhəri hesab edilirdi. Bu günlərdə Bergen — böyük liman şəhəridir, bundan başqa şəhərdə Bergen Universiteti fəaliyyət göstərir. Orta əsr Brüggen (Bergen) sahili UNESCO Ümumdünya irsinə daxil edilib.
Bergü
Bərdə
Bərdə — Azərbaycan Respublikasının Bərdə rayonunun Bərdə şəhər inzibati ərazi dairəsində şəhər, Bərdə rayonunun inzibati mərkəzi. 1948-ci ildə rayon tabeli şəhər statusu almışdır. == Tarixi == Qədim Bərdə şəhəri indiki ərazisindən təqribən 5 kilometr kənarda yerləşib. Tarixi mənbələrə görə, eradan əvvəl 4–5 ci əsrlərdən inkişaf edən bu şəhər 1500 il əvvəl Qafqazın ən böyük şəhərindən biri olub və sonralar Azərbaycan ərazisindəki Albaniya dövlətinin iri yaşayış məntəqəsi hesab edilib. 75 kvadratmetr ərazidə aparılan arxeoloji tədqiqatlar zamanı şəhərin tarixini 3 təbəqədə izləmək mümkün olub. Üst təbəqə IX–X əsrləri, 2-ci mədəni təbəqə II əsrdən VIII əsrə qədər olan dövrü, 3-cü təbəqə b.e.ə. IV əsrdən bizim eranın III əsrinə qədər olan dövrü əhatə edir. Qədim alban tayfalarının məskunlaşdığı Bərdənin xarabalıqları altından müxtəlif dövrlərə aid sənətkarlıq nümunələri ilə yanaşı evlərin qalıqları, təndirlər, ocaq yerləri, quyular aşkar edilib. Arxeoloqlar qazıntılar zamanı Bərdə şəhərinin 943-cü ildə ruslar tərəfindən işğalını əks etdirən izlərə də rast gəlib. Bərdə ərazisindən Mesopotomiya, Yunan və Parfiya mədəniyyəti dövrlərinə aid pullar da tapılıb.
Dərgi
Jurnal (fr. journal — gündəlik, gün qeyd etmək, fr. jour — gün sözündən) — kütləvi informasiya vasitəsi olub, çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənən, mətbuatda reklam vasitələindən biri. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir. Jurnallar təyinatına görə fərqlənirlər: elmi jurnallar və populyar jurnallar. == Azərbaycanda jurnal növləri == === Elmi jurnal === Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında təhsil və elm sistemində fəaliyyət göstərən elmi və elmi-metodik nəşr. Azərbaycanda elmi jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə dərc olunur. === Populyar jurnal === Bu gün (2008) Azərbaycanda 500-dən çox qəzet və bir neçə jurnal nəşr olunur və bu mətbuat orqanlarında çoxsaylı jurnalist ordusu fəaliyyət göstərir.
Dərgəz
Dərgəz (Farsca: درگز, qədim adı: 'Məhəmmədabad') — İranın Rəzəvi Xorasan ostanında şəhər. Ostanın eyni adlı Dərgəz şəhristanının idarə mərkəzi olan şəhərin 2006-cı ildə rəsmi əhalisi 34.305 nəfər ve 9.196 ailədir. Şəhər əyalətin şimalında, Türkmənistan sərhəddi yaxınlıqında yerləşir. Məşhədə 266 km. uzaqlıqdakı şəhər, 22 nömrəli magistralından 130 km. içəridədir. Qədim adı 'Məhəmmədabad' olan şəhər, şübhəsiz İran mədəniyyətinin ən əski mərkəzlərindən birisidir. Yaxınındakı dağlıq saytda aparılan qazıntılar, Fars və Sasani dönəmləri və tarix öncəsi çağlara qədər uzanan əsərlər ortaya qoymuşdur. Çox sayda höyük və digər antik saytları da saytın zəngin tarixi və mədəni irsin çox dəlil vermişdir. İslam döneminden sonra Dara, Daragyard, İslam öncəsi dönəmdə fars Pavart və Bavard, Əbivərd adlarıyla şəhər ətrafı tarix boyunca fərqli adlarla məlumdur.
Dərəq
Dərəq- İranın Şimali Xorasan ostanının Gərmə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,594 nəfər və 1,012 ailədən ibarət idi.
Ferae
Ferae (hərfi mənası: vəhşi heyvanlar) — heyvanların qranddəstəsi.
Gərgər
Gərgər bu mənalarda gələ bilər: == Gərgər == Gərgər (Loru) — Gərgər (Cəlaloğlu) — Tiflis quberniyasının Borçalr qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Gərgər — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Gərgər (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Gərgər (Adıyaman) — Türkiyənin Adıyaman vilayətinin inzibati rayonlarından biridir . Gərgər (Hadişəhr) — Hadişəhrin cənubi qisminin tarixi adıdır. Gərgər mahalı — Arazın cənubunda yerləşən kiçik bir mahalıdı. Gərgər (çay) — İranın Xuzistan ostanının Şuştər şəhərində Karun çayının bir qolu. Gərgər qapısı — Gərgərlər — Gərgər — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda çay.
Gərmə
Gərmə — İranın Şimali Xorasan ostanının şəhərlərindən və Gərmə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 24,368 nəfər və 6,332 ailədən ibarət idi.
Qərçə
Qərçə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Lahıc qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə İsmayıllı rayonunun Lahıc qəsəbə inzibati-ərazi vahidinin tərkibindəki Qərçə kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Qərəq
Qərəq — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən gənc lər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Qərəq oyunu Novruz bayramı günlərində, eləcə də el şənliklərində, müxtəlif yığıncaqlarda gənclərin və cavanların, xüsusən orta əsrlərdə, Səfəvilər dövründə geniş yayılmış atüstü oyunlardan biri olmuşdur. Bu oyunun rəsm təsvirlərinə Səfəvilərin Qəzvin şəhərindəki "Qırx sütun" sarayının daxili divarında rast gəlmişdir. XVI əsr İran şairi Əbdi bəy Şirazi "Çiçəklər bağı" əsərində həmin rəsmdən bəhs etmişdir. Məlumata görə, Qərəq oyununda 6–8 nəfər iştirak edirmiş. Meydanın ortasında basdırılmış hündür dirəyin-"qərəq" ağacının ucuna içi gümüş pulla dolu kiçik bardaq və qızıl bir cam-piyalə qoyulur. El-oba şənliklərində, təntənəli günlərdə keçirilən oyunlarda bardaq qızıl sikkələrlə doldurulmuş. Oyunçular atlarını çaparaq müəyyən məsafədən tək-tək hədəfə ox atırlar. Hədəfi vuran qalib sayılır və bardaqdan tökülən sikkələr ona çatardı. Novruz bayramı ensklopediyası.
George
George — ad. George Çerney — Rumıniyalı kişi ağır atlet. George Peebles — Yarımmüdafiəçi kimi çıxış etmiş Şotlandiya futbolçusu və baş məşqçisi George Yonashiro — keçmiş Yaponiya futbolçusu.