Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jilina
Jilina (slovak. Žilina, mac. Zsolna, alm. Sillein‎, pol. Żylina) — Slovakiyanın şimal-qərbində şəhər. Vaq çayına Kisutsa və Rayçyankanın töküldüyü yerdə yerləşir. Jilina bölgəsinin inzibati mərkəzidir. Əhalisi 86 min nəfərdir. == Baxımlı yerlər == Jilinanın köhnə şəhəri Bratislavadaki kimi çox böyük turist piyada zonasına çevrilib. == İqtisadiyyat == Jilinada Hyundai kompaniyasına məxsus Kia Motors Slovakia avtomobil zavodu yerləşir.
Böyük Pliniy
Böyük Plini (lat. Plinius Maior); əsl adı Qay Plini Sekund (lat. Gaius Plinius Secundus; ən tezi 23 və ən geci 24[…] – 79[…], Stabie[d], İtaliya[d], Roma imperiyası[…]) — Qədim Roma yazıçısı və filosofu. == Təbiət tarixi == Bir çox yüzilliklər ərzində "Təbiət tarixi" (lat. Naturalis Historia) əsəri avropalıların maddi aləm haqqında aldıqları biliklərin ən mühüm mənbəyi olmuşdur. Əsər 36 kitabdan ibarətdir. Burada Plini kainatın Roma və yunan filosoflarının təssəvvür etdiyi formadakı təsvirini verirdi. Kainatı özünün gördüyü kimi təsvir edirdi. Onun birinci kitabına astronomik və fiziki müşahidələrə dair məlumatlar var idi. Növbəti 4 kitab isə coğrafiyaya aid idi.
Jilina FK
Jilina FK – Slovakiyanı təmsil edən peşəkar futbol klubu. 1908-ci ildə yaradılan klub 1928 və 1929-cu illərdə Slovakiya çempionu olub. Daha sonra klub Çexoslavakiya liqasında çıxış edib. Müstəqillik əldə edildikdən sonra "Corqon liqa" adı altında yaradılan Slovakiya çempionatında 2001-02; 2002-03; 2004-05; 2006-07-ci illər mövsümündə 5 ildə 4 dəfə olmaqla ölkə çempionluğunu əldə edib. 2009-10; 2011-12-ci illər mövsümlərində də çempion olan klub bundan başqa 1 ölkə kuboku və 4 ölkə super kubokunun qalibidir.
Jilina bölgəsi
Jilina diyarı (slovak. Žilinský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Jilina şəhəridir. Sahəsi 6788 km², əhalisi isə 691 201 nəfər (2001) təşkil edir. Jilina diyarı Slovakiyanın şimal-qərbində yerləşir və Çexiya və Polşa ilə sərhədlənir. == İnzibati bölünmə == Jilina diyarı "okres" adlanan 11 rayona bölünür: Bitça rayonu Çadtsa rayonu Dolnı Kubin rayonu Kisutske Nove Mesto rayonu Liptovski Mikulaş rayonu Martin rayonu Namestovo rayonu Rujomberok rayonu Turçyanske Teplitse rayonu Tvrdoşin rayonu Jilina rayonu == Statistik məlumatlar (2001) == Diyarda əhalinin sıxlığı 102/km² nəfər təşkil edir. Diyarın innzibati mərkəzi Jilina şəhəri sayılır (almanca Sillein). Diyarın digər böyük şəhərləri: Martin, Rujomberok (Rosenberg) və Liptovski Mikulaşdır (Liptau-Sankt Nikolaus).
Jilina diyarı
Jilina diyarı (slovak. Žilinský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Jilina şəhəridir. Sahəsi 6788 km², əhalisi isə 691 201 nəfər (2001) təşkil edir. Jilina diyarı Slovakiyanın şimal-qərbində yerləşir və Çexiya və Polşa ilə sərhədlənir. == İnzibati bölünmə == Jilina diyarı "okres" adlanan 11 rayona bölünür: Bitça rayonu Çadtsa rayonu Dolnı Kubin rayonu Kisutske Nove Mesto rayonu Liptovski Mikulaş rayonu Martin rayonu Namestovo rayonu Rujomberok rayonu Turçyanske Teplitse rayonu Tvrdoşin rayonu Jilina rayonu == Statistik məlumatlar (2001) == Diyarda əhalinin sıxlığı 102/km² nəfər təşkil edir. Diyarın innzibati mərkəzi Jilina şəhəri sayılır (almanca Sillein). Diyarın digər böyük şəhərləri: Martin, Rujomberok (Rosenberg) və Liptovski Mikulaşdır (Liptau-Sankt Nikolaus).
Lişniy adası
Lişniy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasından 2 km aralıda yerləşir. Bolşevik adasından Nenametnıy boğazı ilə ayrılır. Lişniy adasından cənubda Vstreçnıye adaları yerləşir. Lişniy adasının qrupa daxil ən yaxın adası arasında məsafə 400 metrdir. Ada ərazisi kiçik təpəciklərdən ibarətdir. == Təsviri == Cənubdan şimala doğru uzanır. Uzunluğu 6 km, eni 3,5 km təşkil edir.
Maksim Mirnıy
Maksim Nikolayeviç Mirnıy (belar. Максім Мікалаевіч Мірны; doğulub 6 iyul 1977-ci ildə, Minsk, SSRİ) — Belarusiyalı peşəkar tennisçi, əməkdar idman ustası. Keçmişdə dünyadakı ilk raketkası (cütlükdə); qarışıq cütlərdə 2012 Olimpiya çempionu; cütlüklərdə Böyük Dəbilqə turnirlərinin 10 qat qalibi; cütlüklərdə ATP Final Turnirinin ikiqat qalibi (2006, 2011); 53 ATP turnirinin qalibi (onlardan biri təkdir). 29 Noyabr 2018-ci ildə idman karyerasının başa çatdığını elan etmişdir . == Bioqrafiyası == Maksim - Nikolay və Tatyana Mirnıyın iki oğlundan böyüyü idi; qardaşının adı Peterdir. Maksimin ailsə idmançı ailəsi idi: atası 1960-cı illərdə voleybolda SSRİ çempionatının elit divizionunda oynayıb, anası isə keçmiş üzgüçü olub, 1971-ci ildə 200 metr kəpənəkdə (butterfly) BSSR rekordunu müəyyənləşdirmişdir. Maksim 2004-cü ildə model Ksenia Rubçeniya ilə evləndi. Onların dörd övladı var: qızları Melaniya (2004) və Petra (2007), oğulları Demid (2009) və Trofim (2014). Maksim yeddi yaşından tennislə məşğuldur; uşaqlıqdan onun məşqiçisi zaman-zaman Amerikanın müxtəlif mütəxəssisləri tərəfindən köməklik olunan atası idi. Oyun karyerasından əlavə olaraq Mksimin bir sıra qeyri-idman layihələri var: Bradentonda, yerli tennis mərkəzindən aralıda Maksim öz pizza məkanını işlədir.
Milliy stadionu
Milliy stadionu (özb. Milliy Stadioni) — Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən çoxməqsədli stadion. Əsasən futbol yarışları üçün istifadə olunur və "Bunyodkor" futbol klubunun ev stadionudur. Bu stadion tikilməzdən qabaq "Bunyodkor" 1986-cı ildə tikilmiş MHSK stadionunda oyunlarını keçirmişdir. 2008-ci ildə MHSK stadionu yeni stadion tikmək üçün sökülmüşdür. 2008 və 2009-cu ilin payızında stadion tamamilə sökülmüşdür. Yeni stadionun tikintisi isə 2012-ci ilin avqustunda başa çatmışdır. Yeni stadion klubun 2009-2012-ci illər aralığında oynadığı JAR stadionunun yerində tamamlanmışdır. Stadionun tamaşaçı tutumu 34.000 nəfərdir. Stadion Almaniyanın GMP memarlıq və dizayn şirkəti tərəfindən dizayn edilmişdir.
Nauyoyi Vilniya
Nauyoyi Vilniya (pol. Nowa Wilejka) - şəhər Vilniya çayının sahilləri boyunca Litvanın paytaxtı Vilnusun şərq qonşuluğunda yerləşir. Şəhərin seniyuniya statusu var. 2011-ci ildəki siyahı almaya görə bələdiyyədə qeydiyyatda olan 31, 933 nəfər var. Şəhərin tarixi 19-cu əsrə qədər uzansa da, tarixi əhəmiyyətliliyi özünü Birinci Dünya müharibəsi ərəfəsində və müharibə dövründə özünü göstərib. Şəhər keçmişdən bəri dəryaz və mismar istehsalında ixtisaslaşıb. Belə ki, Birinci Dünya müharibəsindən əvvəl 3 milyondan çox dəryaz istehsal edilib. O dövrdə şəhər Dünyadakı ən böyük dəryaz və mismar istehsal edən fabrikə sahib idi.. 1941-ci ildəki İyun deportasiyası zamanı 30 000-dən çox köçkün Nauyoyi Vilniya dəmiryolu stansiyasından keçmişdi. 1911-ci ildə Müqəddəs Kasimir kilsəsi tikilib.
Nijniy Lomov
Nijniy Lomov — Rusiya Federasiyasında yerləşən şəhər Penza vilayətinə daxildir.
Nijniy Taqil
Nijniy Taqil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Nijnıy (ada)
Nijnıy adası — Xəzər dənizinin şimal-qərbində Volqa deltasında olan ada. Ada inzibati cəhətdən Rusiyanın Həştərxan vilayətinin Kamızyak rayonuna daxildir. Qışda sahil suları donu.
Nijnıy adası
Nijnıy adası — Xəzər dənizinin şimal-qərbində Volqa deltasında olan ada. Ada inzibati cəhətdən Rusiyanın Həştərxan vilayətinin Kamızyak rayonuna daxildir. Qışda sahil suları donu.
Rıbnıy yarımadası
Rıbnıy yarımadası — Taymır yarımadasının şimal-qərbində yerləşir. Materikin əsas hissəsindən Xutuqa Fiordu vastəsi ilə ayrılır. Kara dənizinin Pyasin və Minina körfəzləri onun sahillərini yuyur. Yarımada Tundra bitkiləri ilə örtülüdür. Şimalda Pessovıy adasından Sterleqov boğazı vastəsi ilə ayrılır. Sahilləri çox parçalıdır və fiordlar 15 km daxilə keçir. Yarımadada bir sıra çay və göllər vardır. Onlardan ən irisi Vısokoye gölü Taymırın ən irisidir. Yarımadada daimi yaşayış məntəqəsi olanasada burada balıqçı düşərgələrinə rast gəlmək olar. Yarımada bütünlüklə 1993-ci ildə təşkil olunan Böyük Arktik qoruğunun ərazisinə daxildir.
Vışniy Voloçyok
Vışniy Voloçyok — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Ablakim İlmiy
Ablakim İlmiy — (1887 – 1947, Mecidiya[d], Konstantsa) — krım tatar yazıçı, jurnalist, pedaqoq, ictimai xadim. == Haqqında == Ablakim İlmiy 1887-ci ildə Tavrida quberniyasının Simferopol uyezdinin Duvankoy volostinin Eski-El kəndində anadan olub. İbtidai təhsilini kənd məktəbində aldıqdan sonra Baxçasarayda orta təhsilini davam etdirib. İstanbulda təhsil aldığı dövrdə krım tatar tələbələrinin gizli "Tələbə cəmiyyəti" təşkilatına üzv olub. Burada o Krım tatar milli hərəkatının fəalları Cəfər Seyidəhməd Krımər, Noman Çələbi Cihan, Həbibulla Odabaş ilə tanış olur. Ablakim İlmiyin "Xanların çəhrayı gül bağı və ya Krımın tarixi" kitabının tərcüməsi onu tanıdan əsas əsərlərdən biri olur. Bu əsər 1811-ci ildə Gəraylar nəslindən olan Həlim Gəray tərəfindən Krım xanlığının tarixi haqqında yazılıb. 1909-cu ildə Ablakim İlmiy öz şərhləri ilə bu əsərin tərcüməsini İstanbulda çap etdirdi. 1914-cü ildə Ablakim İlmiy Krıma geri dönür. Tavdair mədrəsəsinin rektoru kimi fəaliyyət göstərir.
Dalniy adası (Kara dənizi)
Dalniy adası (rus. Дальний) — Yeni Torpaq arxipelaqına daxil olan kiçik adalardan biri. Ada Kara dənizində yerləşən Oqa körfəzinin girəcəyində yerləşir. Şimal-şərqdən cənub-qərbə istiqamətlənir. Səthi hamardır. Sahilləri isə sıldırımlıdır. Burada göl və çay yoxdur. Bitki örtüyündən məhrumdur. Səbəb isə onun Şimal Qütb dairəsi daxilində yerləşməsidir. İqlimi olduqca sərtdir.