Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Huyandi
Huyandi şanyü (v. e.ə. 67) — seçkilərlə hakimiyyətə gəlmiş bir hökmdar. Buna görə də əyanların əlində oyuncaq olaraq qalmışdı. Dövləti idarə edən Huluqunun həyat yoldaşı idi. Eramızdan əvvəl 83-cü ildə Hunlar bir Çin generalını öldürüb geri çəkilmişdilər. 3 il sonra şanyü böyük bir ordu ilə Çinə hücuma keçdi. Lakin məğlub olaraq geri döndü. Bir çox hun şahzadəsi Çinin tərəfinə keçərək üsyan etdilər. Sonraki illərdə şanyünün həyatı müharibələrlə keçdi.
Kuvandık
Kuvandık (rus. Куванды́к) — Rusiya Federasiyasının Orenburq vilayətinə şəhər. Kuvandık rayonunun mərkəzi. Sakmara çayının sol sahilində yerləşir. Dəmiryolu stansiyası, kriolit, mexaniki press, yağ zavodları, dəmiryolu nəqliyyatı müəssisələri, şəhər texniki peşə məktəbi, ölkəşünaslıq muzeyi və s. var. == Tarixi == == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == İstinadlar == == Mənbə == Кувандык // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.
Zuvanda
Zuvanda (lat. Zuvanda) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
Zuvandlı
Yeni Zuvand (əvvəlki adı: Zuvandlı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Masallı rayonunun Güllütəpə kənd inzibati ərazi dairəsi tərkibindəki Zuvandlı kəndi Yeni Zuvand kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi Lerik rayonunun indi mövcud olmayan Zuvand kəndindən (keçmişdə Masallı rayonunun adı da Zuvand olmuşdur) çıxmış ailələrin bu ərazidə məs­kunlaşması nəticəsində yaranmışdır. Oyko­nim "Zuvanddan gələnlər, zuvandlılar" mə­nasındadır. 2001-ci ildən kəndin adı Yeni Zuvand kimi rəsmiləşdrilmişdir. == Əhalisi == Əhalisi 888 nəfərdir. == Təhsil == Kənddə 1 tam orta məktəb fəaliyyət göstərir.
Zuvand
Köhnə Zuvand — Masallı rayonunda kənd. Yeni Zuvand — Masallı rayonunda kənd.
Eupatorium durandi
Ageratina anisochroma (lat. Ageratina anisochroma) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü. == Sinonimləri == Eupatorium anisochromum Klatt ex T.Durand & Pitt. Eupatorium anisochromum Klatt Eupatorium durandi Klatt Eupatorium durandi Klatt ex T.Durand & Pitt.
Zuvanda crenulata
Zuvanda crenulata (lat. Zuvanda crenulata) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin zuvanda cinsinə aid bitki növü.
Zuvanda exacoides
Zuvanda exacoides (lat. Zuvanda exacoides) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin zuvanda cinsinə aid bitki növü.
Zuvanda meyeri
Zuvanda meyeri (lat. Zuvanda meyeri) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin zuvanda cinsinə aid bitki növü.
Kuvandık dəhlizi
Kuvandık (Quandıq) dəhlizi və ya Orenburq dəhlizi (başq. Ҡыуандыҡ/Ырымбур коридоры, qaz. Қуандық/Орынбор коридоры (дәлізі), rus. Кувандыкский коридор, Оренбургский коридор) — Başqırdıstan ilə Qazaxıstanı ayıran Orenburq vilayətinin Kuvandık (Quandıq) və Qay rayonları üçün işlənilən geosiyasi ifadə. Bu ifadə akademik olaraq 2013-cü ildə ilk dəfə Pol Qobl iştədib. Onun fikrincə, Başqırdıstannan Qazaxıstanın ümumi sərhədin mövcudluğu Başqırdıstan və başqa İdil Ural respublikaların (Başqırdıstan, Tatarıstan, Mordoviya, Çuvaşıstan, Mari El və Udmurtiya) Rusiya Federasiyasının tərkibindən çıxmağı ilə nəticələnə bilər. Onnan Ukraynalı araşdırmaçı Pavlo Podobed də həmfikirdir. Halbuki, 6 İdel Ural respublikadan heç birində hazırda Rusiya Federasiyasının xarici sərhədlərinə çıxışı olmadığına görə, siyasətşunaslar və tarixçilər onların potensial müstəqillik qazanmasına şübhə ilə yanaşırlar. == Tarix == Tatarıstan Respublikasının Elmlər Akademiyasının Şihabetdin Mərcani adına tarix institutunun direktoru, Rafael Xəkimovun fikrinə görə bolşeviklər tatarlar ilə qazaxları ayırmaq məqsədi ilə Orenburq vilayətinə rusları, kazakları və ukraynalıları köçürdürdü: <…> Orenburqun əsasını tatarlar Asiya ilə ticarət üçün qoyub. Yavaş-yavaş nəyinki tatarlar azlıqda qalıb, tatarları qazaxlardan ayıran oblast qurulub.
Köhnə Zuvand
Köhnə Zuvand — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Güllütəpə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Köhnə Zuvand kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Əhalisi 625 nəfərdir.
Yeni Zuvand
Yeni Zuvand (əvvəlki adı: Zuvandlı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Masallı rayonunun Güllütəpə kənd inzibati ərazi dairəsi tərkibindəki Zuvandlı kəndi Yeni Zuvand kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi Lerik rayonunun indi mövcud olmayan Zuvand kəndindən (keçmişdə Masallı rayonunun adı da Zuvand olmuşdur) çıxmış ailələrin bu ərazidə məs­kunlaşması nəticəsində yaranmışdır. Oyko­nim "Zuvanddan gələnlər, zuvandlılar" mə­nasındadır. 2001-ci ildən kəndin adı Yeni Zuvand kimi rəsmiləşdrilmişdir. == Əhalisi == Əhalisi 888 nəfərdir. == Təhsil == Kənddə 1 tam orta məktəb fəaliyyət göstərir.
Zuvand itburnusu
Zuvand itburnusu (lat. Rosa zuvandica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-2 m olan koldur; budaqları yuxarı qalxan və ya bir az əyilmişdir. Tikanları yarpaqların bünövrəsində cüt yerləşmiş, düz və ya bir az əyridir. Orta yarpaqların uzunluğu 5-8 sm, yalançı zoğları ensiz, uzunluğu 8-10 mm, hər tərəfdən çılpaqdır, ancaq alt tərəfdə bol vəzicikli, kənarları cüt dişli və vəzicikli-kirpikciklidir. Əsas oxu gövdə vəzicikləri və seyrək tükcüklərlə örtülmüşdür. Xırda yarpaqları 7 ədəd, enli-ellipsvari, ucu qısa, biz, uzunluğu 1,2-1,8 sm, eni 0,7-1,1 sm-dir, yaşlı zoğlarda tünd, yuxarı tərəfi seyrək, alt tərəfi sıx tükcüklü, hər tərəfdən vəziciklidir, kənarları cüt dişli, dişcikləri vəziciklidir. İyun-iyul aylarında çiçəkləyir. Çiçəkləri xırda, çiçək saplağı hipanti kimi seyrək vəziciklidir, uzunluğu 1-1,2 sm-dir.
Zuvand qaraşəngi
Zuvand qaraşəngi (Elmi adı - Scrophularia zuvandica) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == İkiillik ot bikisidir. Gövdələr çox və ya az, 20-37 sm hündürlükdədir. Yarpaqlar, uzunsov, yumurtavari, lələkvari-kəsilmiş, hissəcikləri lansetvari və ya xətvari, üçkünc dişciklidir. Çiçək qrupu – uzunsov, dar süpürgədir. Ksacıq 2 mm uzunluğunda, kənardan ağ pərdəlidir. Tac 5 mm uzunluğunda, al qırmızı qonur-rəngli, kasacıqdan uzundur. Staminodi sırdadır. Erkəkciklər tacdan çıxır.
Zuvand rayonu
Lerik rayonu — Azərbaycan Respublikasında inzibati–ərazi vahidi. İnzibati mərkəzi Lerik şəhəridir. Lerik rayonu 1930-cu il avqustun 8-də təşkil olunmuşdur. 1938-ci ilədək Zuvand rayonu adlandırılmışdır. == Tarixi == Lerik rayonu 1930-cu ilin avqust ayında təşkil edilmişdir. 1938-ci ilə yanvar ayınadək mərkəzi Qosmalıan kəndi olmaqla Zuvand rayonu adlanmışdır. 29 kənd ərazi icra nümayəndəliyi və 29 bələdiyyə qurumu fəaliyyət göstərir. 1084 km² əraziyə malik olan rayonda 161 kənd və bir şəhər vardır. Prezident İlham Əliyevin 13 iyun 2008-ci il tarixli sərəncamı ilə rayon mərkəzi olan Lerik qəsəbəsinə şəhər statusu verilmişdir. Lerik rayonunun ərazisi ən qədim yaşayış məskənlərindən biridir.
Sin Şi Xuandi
Sin Şi Xuandi (çin. 秦始皇; E.ə. 259 – E.ə. 210) - ilk Çin İmperatoru. Sin xanədanının banisi. Hunlara və digər təhlükələrə qarşı Çin Səddini tikdirmişdir. Çində ilk mərkəzi bürokratik dövlət nizamı qurmuşdur. Ölkədə hər kəs üçün etibarlı olan bir qanun, pul vahidi, nəqliyyat sistemi, ağırlıq və uzunluq ölçüləri və yazı dilini tətbiq etmişdir. Xalqa köhnə ənənələri unutdura bilmək üçün, konfutsiçi elm adamlarına yazılan bütün kitabların yox edilməsini əmr edir. Bu hadisə tarixə "kitabların yandırılması" adı ilə daxil olmuşdur.
Zuvand Dövlət Təbiət Yasaqlığı
Zuvand Dövlət Təbiət Yasaqlığı – 1969-cu ilin iyulunda Lerik və Yardımlı rayonları ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında əsas məqsəd dağ quru bozqır şəraitində bezoar keçisi, kəklik və s. heyvanların qorunmasıdır. Sahəsi 15 000 hektardır. Ərazinin bitki örtüyü çox kasıb olub, quru bozqır bitkiləri komplekslərindən təşkil olunmuşdur. Əsasən yabanı dənli və paxlalı-dənli bitki qrupları üstünlük təşkil edir. Yasaqlığın ərazisi heyvanlar aləmi ilə çox zəngin deyil. Burada qayakeçisi, kaftar, çöl donuzu, dovşan, canavar, tülkü və s. heyvanlar yayılmışdır.