Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
AZALJET
AZALJet — Azərbaycan Hava Yollarına məxsus aşağı büdcəli brend. 2016-cı il martın 27-sində yaradılan "AZALJet" brendi "Azərbaycan Hava Yolları"nın (Azal) 3,5 saata qədər olan reyslərini həyata keçirir. == Uçuş istiqamətləri == "AZALJet" aşağı büdcəli hava şirkəti 10-dan çox beynəlxalq uçuşlar həyata keçirir. == AZALJET"in donanması == "AZALJET" brendi altıda uçuşlar "Azərbaycan Hava Yolları"-nın hazırkı donanmasındakı E170, E190, A319, A320, B757 təyyarələri ilə həyata keçirilir.
Hamlet
"Danimarka şahzadəsi Hamletin faciəvi əhvalatı" (ing. The Tragical Historie of Hamlet, Prince of Denmarke), və ya sadəcə "Hamlet" - məşhur ingilis dramaturqu Vilyam Şekspirin 1600-1601-ci illərdə yazdığı faciə. "Hamlet" Şekspirin ən məşhur əsərlərindən biridir. O həmçinin şairin həcminə görə ən nəhəng əsəridir. Pyesdə 4042 sətr və 29 551 söz var. Əsərin məzmunu Danimarka şahzadəsi haqqında bəhs edən əfsanədən götürülüb və ilk növbədə onun intiqamını özündə əks etdirir. Əsər ilk dəfə 1603-cü ildə nəşr edilib. Şekspirin sağlığında "Hamlet" daha 2 dəfə, 1604-cü və 1622-ci illərdə çap olunub. Azərbaycan səhnəsində "Hamlet" ilk dəfə 1926-cı ildə oynanılıb. Baş rolu Azərbaycanın məşhur aktyoru Abbas Mirzə Şərifzadə ifa edib.
Pallet
Pallet (Euro-pallet or EPAL - pallet) — ölçüləri 1200×800×144 mm
Paulet
Paulet (vulkan) — Antarktida ərazisində yerləşən vulkan. Paulet adası — Antarktida ərazisində yerləşən vulkanik ada.
Tablet
Tablet (ing. Tablet, ing. Tablet computer) — rahatcasına insanla daşına bilən kiçik Kompüterdir və mobil Telefondan böyük olduğu halda onun ləms olunan (touch screen) səhifəsi var. Planşetdə kilidlər yerinə onun hiss olunan səhifəsilə ondan faydalanmaq olur.
Tualet
Tualet və ya Ayaqyolu — İlk tualetin nə vaxt yarandığı bilinmir. Oturacaqlı tualetin eradan 2600 il əvvəl Şumer çariçasına aid olduğu iddia edilir. Şotlandiya ərazisindən isə 5000 il yaşı olan stulabənzər tualetin qalıqları tapılmışdır. E.ə. 2100-cü ilə aid tualetə Misirdə, daha sonralar isə Parisdə və Hindistan yarımadasında da rast gəlinmişdir.Romada ilk ictimai tualet təkcə ehtiyacları ödəmək üçün deyil, həm də fəlsəfi söhbətlər aparmaq üçün əlverişli yer olmuşdur. Daş stullar formasında olan tualetlərdə ilk olaraq nökərlər oturub daşı isidir, sonra isə varlı romalılar öz təbii ehtiyaclarını burada ödəyirdi. Bu tualetlərin xüsusi kanallara çıxışı var idi ki, onları da su yuyub aparırdı. Roma tualetlərindən ancaq imkanlı romalılar istifadə edirdi. Yerdə qalan əhali isə tualet ehtiyaclarını küçədə ödəyirdilər. Tualeti əvəz edən Roma küçələrini təmizləmək üçün xüsusi pullu xidmətçilər var idi.
Ədalət
Ədalət — mücərrəd mənalı sözlərdəndir. İnsanlar arasında mübahisəli məsələlərdə düzgün, qərəzsiz qərar verənlər ədalətli adlanırlar. Əxlaqi-hüquqi, həmçinin sosial-siyasi şüur kateqoriyası. Ədalət "Ədl" sözündən olub, ərəb dilində bərabərlik və insaflı mənalarını daşıyır. Gündəlik həyatımızda ədalət və zülmkarlığa aid çoxlu nümunələrlə rastlaşırıq. Məsələn, imtahanda qiyməti 3 olan şagirdə yersiz yerə 5 vermək, həmçinin cinayətkarı azad edib günahsızı zindana salmaq və s… buna misal ola bilər. == Ümumi məlumat == Ədalət anlayışı cəmiyyətdə ayrı-ayrı fərdlərin (sosial qrupların) praktiki rolu ilə onların sosial mövqeyi, hüquq və təəhhüdləri, əməl və əcri, əmək və mükafatlandırılması, cinayət və cəzası, insanın xidmətləri və bunların cəmiyyət tərəfindən qəbul edilməsi arasında uyğunluq tələbini ifadə edir. Bu nisbətin pozulması ədalətsizlik kimi qiymətləndirilir. Ədalət şəxsiyyət, cəmiyyət və dövlətin, həmçinin hüquqi münasibətlərdə iştirak edənlərin maraqları arasındakı tarazlığı müəyyənləşdirir, bərabərlik və azadlıq ideyalarını əks etdirir. İctimai şüur tarixində Ədalətin ilk anlamı ibtidai-icma quruluşu normalarına, ümumi qəbul olunmuş qaydalara danışıqsız riayət edilməsinin qəbulu ilə bağlı idi.
Ətalət
Ətalət – cismə başqa cisimlərin təsiri olmadıqda sürətin saxlanması hadisəsinə deyilir. Ətalət hadisəsi nəticəsində çox qısa müddətdə cismin sürətini artırmaq və sürətlə hərəkət edən cismi ani olaraq dayandırmaq qeyri-mümkündür. Cismin Nyutonun birinci və ikinci qanunlarını ödəyən xassəsidir. Kütlə cismin ətalət ölçüsüdur.
Əyalət
Əyalət — ölkə (dövlət) daxilində, bir neçə şəhər və kənddən ibarət olan inzibati-ərazi vahidi.
Azalea
Azaliya (lat. Azalea) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi.
Aalen
Aalen (alm. Aalen‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Ştutqart inzibati dairəsində şəhər. Sahəsi 146.624 km2, əhalisi 66252 nəfərdir (2007). Burada Qədim Roma dövründən xarabalıqlar var. Dəmiryol qovşağıdır. Müxtəlif sənaye, dəzgah və alət zavodları var.
Balet
Balet (fr. balleto - rəqs edirəm) səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsidir. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir. == Balet tarixi == Bu sintetik janrın kökləri cox qədimdir. İbtidai icma və quldarlıq cəmiyyətin həyatında onun rolu vacibdir. Misirin, Yunanıstanın, Hindistanın mədəni abidələri bunu təsdiq edir. Əvvəllər balet "çox ədəbli" saray şənliklərinin tərkib hissəsi olmuşdur (Lüllinin, Ramonun operabaletləri, Molyerin komediya-baletləri və b. buna daxildir). Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var.
Zaxle
Zəhlə (ərəb. زحلة‎) — Livanda Bekaa muxəfazasının inzibati mərkəzi olan şəhərdir. Şəhərin əhalisi təxminən 100 000 nəfər təşkil edir. (2006). 2013-cü ildə əhali 56000 nəfərə qədər azalmışdır. Əhalisinin sayına görə şəhər Beyrutdan və Tripolidən sonra Livanda üçüncü şəhərdir. Əhalisi əsasən xristianlardan təşkil olunub. Livan Melkite Yunan Katolik kilsəninin mərkəzidir. Zəhlə şəhəri Bekaa vadisinin mirvarisi hesab edilir. O təmiz havası ilə, kurortlar ilə və orijinal mətbəxi ilə məşhurdur.
Aşıq Ədalət
Aşıq Ədalət (Ədalət Məhəmmədəli oğlu Nəsibov; 27 yanvar 1939, Qazax – 14 sentyabr 2017, Bakı) — Azərbaycan aşığı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1990). == Həyatı == Ədalət Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda pinəçi ailəsində anadan olmuşdur. Saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır. 11 yaşındaykən Kremlin Qurultaylar Sarayında saz çalır. 1950-ci ildə Bakıya dəvət olunur. Aşıq Ədalət sazı 50-dən çox ölkədə tanıdır, saza yeniliklər gətirir.Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuşdur. UNESCO-da dünyanın nadir musiqi ifaçıları sırasında diski buraxılmışdır. Saza 5 pərdə, o cümlədən 7 yarım pərdə, 6 sinə pərdəsi əlavə etmişdir. Xalq yazıçısı Mirzə İbrahimov onun haqqında demişdir: "Əgər Azərbaycan xalqının incəsənət aləmində heç bir nümayəndəsi olmasaydı, təkcə Ədalətin sazı ilə dünya mədəniyyəti meydanına çıxa bilərdik." Türk yazıçısı Əziz Nesin onun haqqında söyləmişdir: "Ədalətin ifası təkrarsız həyat kimidir.
Bali (əyalət)
Bali — İndoneziya əyaləti və Kiçik Sunda adalarının qərb tərəfi. Yavanın şərqində və Lombokun qərbində yerləşən əyalətə Bali adası və bir neçə daha kiçik qonşu adalar, xüsusən Nusa Penida, Nusa Lembonqan və Nusa Ceninqan daxildir. Əyalətin paytaxtı Denpasar, Kiçik Sunda adalarının ən sıx olduğu və Şərqi İndoneziyadakı Makasardan sonra ikinci ən böyük şəhərdir. Bali İndoneziyada əhalinin 83,5% -i Bali Hinduizminə sadiq qalan yeganə hindu əyalətidir. == İstinadlar == == Xarici linklər == Bali // Britannika Ensiklopediyası. 3 (XI). 1911.
Hamlet Aslanov
Aslanov Hamlet Qurbanəli oğlu (10 dekabr 1938, Sultanabad, Amasiya rayonu) — görkəmli meliorator alim, kənd təsərrüfatı elmləri doktoru, professor. == Həyatı == 10 dekabr 1938-ci ildə Ermənistan SSR-nin Amasiya rayonunun Şurabad kəndində ziyalı ailəsində anadan olmuşdur. 1955-ci ildə Bakı Hidromeliorasiya Texnikumuna daxil olmuşdur, 1959-cu ildə Texnikumu fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya fakültəsinə daxil olmuşdur. İnstitutda təhsil illərində, ictimai fəaliyyətinə və fərqlənmə təhsilinə görə III kursdan Lenin təqaüdçüsü olub. == Mükafatları == 2002-ci ildə Amerika Hidrologiya İnstitutun AR üzrə təmsilçisi seçilmişdir; 2002-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının üzvi seçilmişdir; 2004-cü ildə isə həmin institutun “Peşəkar Hidroloq” tituluna layiq görülmüşdür. == Elmi fəaliyyəti == 1965-ci ildə Azərbaycan Politexnik İnstitutunu fərqlənmə diplomu ilə bitirib institutun “Hidromeliorasiya“ kafedrasında assistent vəzifəsində saxlanılmışdır. 1966-cı ildə Azərbaycan Politexnik İnstitutunun “Hidrotexniki tikililər və qurğular“ ixtisası üzrə aspiranturasına daxil olmuşdur. 1970-ci ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək texniki elmlər namizədi alimlik dərəcəsi almışdır. Aspiranturanı bitirdikdən sonra “Hidromeliorasiya“ kafedrasında baş müəllim işləmişdir. 1975-ci ildə Azərbaycan Politexnik İnstitutunun bazasında Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yaradılması ilə əlaqədar olaraq keçirilmişdir.
Hamlet Qoca
Hamlet Göyüş oğlu Qoca (22 dekabr 1942, Ağdaş – 7 may 2019, Bakı) — Azərbaycan yazıçısı, nasir-tərcüməçi, ictimai xadim. SSRİ Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü. Fransa Mədəniyyət Nazirliyinin "İncəsənət və ədəbiyyat Komandoru" ordeni və fəxri adı laureatı. == Həyatı == Hamlet Qoca 1942-ci ilin 22 dekabr tarixində anadan olub. Orta təhsil illərindən Avropa dillərini öyrənməyə başlamış, Ağdaş şəhərində 1 saylı tam orta təhsil məktəbini bitirdikdən sonra 1960-cı ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun (indiki ADU) fransız dili və ədəbiyyatı fakultəsinə qəbul olunmuşdur. Təhsil illərində əlaçı olmuş, fransız dili ilə bərabər ingilis dilini də mükəmməl öyrənməyə səy göstərmiş, fransızca səlis, qramatik nitqə və tərcüməçilik qabiliyyətinə malik olmuşdur. 1963-cü ildə Tbilisidə keçirilən Tələbə Elmi Cəmiyyətlərinin Ümumittifaq konfransında fransız dilində məruzəsinə Fransalı nümayəndələr yüksək qiymət vermiş və təhsilinin davamı üçün onu Sarbon universitetinə dəvət etmişdilər, lakin dövrün məlum siyasətinin qoyduğu qadağalar qarşısında o, dəvətdən imtina etməyə məcbur olmuşdur. Hamlet Qoca hələ tələbə ikən 1964–1966-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix institutunda fransız dilində olan elmi-tarixi arxiv materiallarını ana dilimizə çevirməklə iş fəaliyyətinə başlamışdır. İnstitutu əla qiymətlərlə bitirəndən sonra 1966-cı ildə Afrikaya, Mali Respublikasındakı sovet səfirliyinə mütərcim təyinatı alır. 1968-ci ilə qədər burada çalışır və eyni zamanda Malinin tarixi-mədəni, ictimai-sosial, etnik xüsusiyyətlərini araşdırmaqla məşğul olur ki, bu da sənədli memuar tipli ilk əsərinin, "Tam-tamlar ölkəsində" (1971) kitabının yazılmasına imkan yaradır və sonralar bu silsiləni davam etdirərək işlədiyi, ezamiyyətdə olduğu Afrika ölkələrinin özəlliklərini əks etdirən "Afrikada gördüklərim" (1986), "Üç Afrika ölkəsi" (1989) kimi əsərlərini qələmə alır.
Hamlet Qurbanov
Hamlet Ağadadaş oğlu Qurbanov (13 oktyabr 1938, Bakı – 16 noyabr 1995, Bakı) — Azərbaycan-sovet kino və teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1982). == Həyatı == Hamlet Qurbanov 13 oktyabr 1938-ci ildə teatr və kino aktyoru Ağadadaş Qurbanovun və Opera müğənnisi Gülxar Həsənovanın ailəsində anadan olmuşdur. H.Qurbanov 1961-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitututunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) böyük rejissor Mehdi Məmmədov kursunu bitirmişdir. O,1957-1992-ci illərdə Azərbaycan Milli Dram Teatrında yaddaqalan obrazlar yaratmışdır. C.Məmmədquluzadənin "Dəli yığıncağı" pyesində (1978) doktor Lalbyüz rolunda müvəffəqiyyətlə çıxış etmişdir. Hamlet Qurbanov Azərbaycan televiziyasının hazırladığı bir sıra tamaşalara və "Azərbaycanfilm"in istehsal etdiyi filmlərə çəkilmişdir. Hamlet Qurbanov 16 noyabr 1995-ci ildə xərçəng xəstəliyindən vəfat etmişdir. == Ailəsi == Hamlet Qurbanov aktyor Ağadadaş Qurbanovun və opera müğənnisi Gülxar Həsənovanın oğludur. Aktrisa Gülşən Qurbanovanın və rejissor və kino rəssamı Firəngiz Qurbanovanın ögey qardaşıdır (ata bir, ana ayrı). == Xatirəsi == 2013-cü ildə 75 illik yubleyi münasibətilə İTV-də "Xatırlananlar" adlı xatirə verilişi hazırlanmışdır.
Hamlet Xanızadə
Hamlet Bəbir oğlu Xanızadə (5 iyun 1941, Şağan – 3 fevral 1990, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1982). == Həyatı == Hamlet Bəbir oğlu Xanızadə 1941-ci ildə doğulmuşdu. Hamlet Xanızadə Bakının Şağan qəsəbəsində dünyaya göz açmışdı. Burada orta təhsil almışdı və atası Bəbir kişi heç onu aktyor görmək istəmirdi. Amma balaca Hamletin qəlbində baş qaldıran aktyorluq həvəsi hər şeyə qalib gəldi. Müharibənin dəhşətli ağrılarını hələ körpəliyində çəkən bu uşağın taleyində çox şeylər ağrılı olmuşdu. Hamlet uşaqlıqdan teatra, kinoya meyilli idi. İncəsənət Universitetinə 50-ci illərin sonlarında daxil olmuşdu, 1961-ci ildə isə artıq aktyor kimi Akademik Dram Teatrına işə gəlmişdi. Hamlet Xanızadə elə institut illərindən özünü istedadlı aktyor kimi təqdim etmişdi. Tədris teatrında yaratdığı rollar müəllimlərin də, uşaqların da qəlbində özünə yer almışdı.
Hamlet İsaxanlı
Hamlet İsaxanlı (tam adı: İsayev Hamlet Abdulla oğlu; 1 mart 1948, Kosalı, Qardabani rayonu) — riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor, şair, yazıçı, publisist, tərcüməçi, elm, mədəniyyət və təhsil tarixi üzrə mütəxəssis, ədəbiyyat və dilçilik, tarix və fəlsəfəyə dair çoxsaylı əsərlərin müəllifi. İsaxanlı soyadını о, poetik yaradıcılığında, həmçinin humanitar və sosial elmlər sahəsində yazdığı əsərlərində işlətmişdir. Onun bütün riyazi əsərləri "İsayev" soyadı ilə çap olunmuşdur. Hazırda o, geniş ictimaiyyət arasında daha çox Hamlet İsaxanlı kimi tanınır. Hamlet İsaxanlı müxtəlif sahələrdə geniş fəaliyyət göstərmiş və göstərməkdə olan ensiklopedik elm və sənət adamıdır — riyaziyyatçı, humanitar və sosial elmlərin bir çox sahələrində yazılmış elmi-tədqiqat işlərinin müəllifi, poetik və bədii-publisistik əsərlərin müəllifi, tərcüməçi, maarifçi, Xəzər Universitetinin təsisçisi və ilk rektoru, Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, Dünya məktəbinin (ibtidai, ümumi orta, tam orta) təsisçisi, nəşriyyat təsisçisi, redaktor, ictimai xadim və s. 1920-ci illərin sonu və 1930-cu ildə Gürcüstan və Ermənistanda Sovet hakimiyyətinə qarşı üsyana başçılıq etmiş məşhur Qaçaq İsaxanın nəvəsidir. Avrasiya Akademiyasının qurucu üzvlərinin biridir. == Həyatı == Hamlet İsaxanlı 1948-ci il martın 1-də Gürcüstanın Qarayazı rayonunun Kosalı kəndində anadan olmuşdur. 1965-ci ildə orta məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsinə qəbul olundu və 1970-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdi. 1970-ci ildə Nailə xanım Əsgərli ilə evləndi.
Hamlet İsayev
Hamlet İsaxanlı (tam adı: İsayev Hamlet Abdulla oğlu; 1 mart 1948, Kosalı, Qardabani rayonu) — riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor, şair, yazıçı, publisist, tərcüməçi, elm, mədəniyyət və təhsil tarixi üzrə mütəxəssis, ədəbiyyat və dilçilik, tarix və fəlsəfəyə dair çoxsaylı əsərlərin müəllifi. İsaxanlı soyadını о, poetik yaradıcılığında, həmçinin humanitar və sosial elmlər sahəsində yazdığı əsərlərində işlətmişdir. Onun bütün riyazi əsərləri "İsayev" soyadı ilə çap olunmuşdur. Hazırda o, geniş ictimaiyyət arasında daha çox Hamlet İsaxanlı kimi tanınır. Hamlet İsaxanlı müxtəlif sahələrdə geniş fəaliyyət göstərmiş və göstərməkdə olan ensiklopedik elm və sənət adamıdır — riyaziyyatçı, humanitar və sosial elmlərin bir çox sahələrində yazılmış elmi-tədqiqat işlərinin müəllifi, poetik və bədii-publisistik əsərlərin müəllifi, tərcüməçi, maarifçi, Xəzər Universitetinin təsisçisi və ilk rektoru, Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, Dünya məktəbinin (ibtidai, ümumi orta, tam orta) təsisçisi, nəşriyyat təsisçisi, redaktor, ictimai xadim və s. 1920-ci illərin sonu və 1930-cu ildə Gürcüstan və Ermənistanda Sovet hakimiyyətinə qarşı üsyana başçılıq etmiş məşhur Qaçaq İsaxanın nəvəsidir. Avrasiya Akademiyasının qurucu üzvlərinin biridir. == Həyatı == Hamlet İsaxanlı 1948-ci il martın 1-də Gürcüstanın Qarayazı rayonunun Kosalı kəndində anadan olmuşdur. 1965-ci ildə orta məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsinə qəbul olundu və 1970-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdi. 1970-ci ildə Nailə xanım Əsgərli ilə evləndi.
Marina Zablit
Marina Zablit (d. 4 mart 1987) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Marina Zablit, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Mavlet Batirov
Mavlet Alavdinoviç Batirov (12 dekabr 1983, Xasavyurt, Dağıstan MSSR -də anadan olub) — rusiyalı sərbəst güləşçi, iki qat Olimpiya çempionu (2004 və 2008), 2007-ci ildə dünya çempionu, 2006-cı ildə Avropa çempionu, dəfələrlə Rusiya çempionu; Asiya çempionu Adəm Batirovun böyük qardaşı. Yalnız Mavlet Batirov, Buvaysar Saytiyev və Roman Vlasov Rusiya millisinin tərkibində güləş idman növündə birdən çox Olimpiya qızıl medalını qazana biliblər (1996-2016). == Həyatı == Mavlet Batirov Dağıstan əsilli avardır.Güləş sevgisi Batirova uşaq ikən, onu kiçik yaşlarından müxtəlif turnirlərə və yarışlara aparan atası Alavdin Niyazbəyoviç tərəfindən aşılanmışdır. İlk dəfə atası Mavleti və kiçik qardaşı Adəmi yeddi yaşında olarkən idman zalına gətirir. Batirovun iştirak etdiyi ilk yarışma, birinci yeri qazandığı Xasavyurtdakı gənclər turniri idi. O vaxt Mavlet Batirovun on yaşı var idi və çəkisi 22 kiloqram idi. Onun ilk məşqçisi Sayqidpaşa Umaxanov idi. Batirov 2003-cü ildən Rusiya millisində çıxış edirdi. CSKA klubunu təmsil edirdi. Şəxsi məşqçilər: Sayqidpaşa Umaxanov, Maqomed Əzizov, Çambolat Tedeyev idi.
Mitte (əyalət)
Mitte (alm. Mitte‎ — «mərkəz») — 2001-ci ildən bəri mövcud sərhədlərdə olan Berlinin mərkəzi inzibati bölgüsü. Əyalət üç keçmiş müstəqil rayon Mitte, Tierqarten və Toyun birləşməsi ilə Berlinin inzibati bölgüsünün genişmiqyaslı islahatı zamanı formalaşmışdır. İslahat həmçinin əyalətlərdəki rayonları da əhatə etdi və keçmiş Mitte rayonu eyni adlı yeni əyalət statusu aldı. == Coğrafiyası == Bundestaq, Bundesrat və federativ hökumət təşkilatlarının əksəriyyəti Mitte əyalətində yerləşir. == Əyalətin daxilindəki rayonlar == 01 Əyalət Mitte 0101 Mitte (əvvəl — müstəqil rayon) 0102 Moabit (əvvəl — rayon Tirqarten) 0103 Qanzafirtel (əvvəl — округ Tirqarten) 0104 Tirqarten (əvvəl — rayon Tirqarten) 0105 Veddinq (əvvəl — rayon Veddinq) 0106 Qezundbrunnen (əvvəl — rayon Veddinq) == Görməli yerləri == Admiralspalast Aleksanderplats Berlin teleqülləsi Berlin kafedralı Bradenburq qapısı Bradenburq muzeyi Podevils sarayı Saray meydanı Saray körpüsü Jandarmenmarkt Qırmızı ratuşa Çətənə muzeyi Ada muzeyi Nikolaifirtel Postdam meydanı Reyxstaq Unter-den-Liden Razılaşma Şapeli Tsionskirxe == Xarici keçidlər == Vikianbarda Mitte əyaləti ilə əlaqəli mediafayllar var.
Qrafik tablet
Qrafik planşet - (ing.graphics tablet, ru.графический планшет) – plastikdən hazırlanmış və səthinin altında elektron içlik olan yastı düzbucaqlı; koordinat qurğusu (məsələn, siçan, trekbol və s.) ilə birlikdə mühəndis və konstruksiya işlərinin yerinə yetirilməsində, eləcə də şəkillərin yaradılması və onlarla işləmək üçün istifadə edilir. Koordinat qurğusunu planşetin səthi üzərində hərəkət etdirdikdə qurğunun yeri (mövqeyi) sistem tərəfindən izlənir və ekranda göstəricinin mövqeyinə çevrilir. Qrafik planşetlə işləmək üçün, adətən, qələmdən (STYLUS) istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.