Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zaberqan
Zaberqan (yun. Ζαβεργάν; VI əsr – VI əsr) — 550 və 582-ci illər arasında hökm sürmüş Kutriqur Bulqarlarının hökmdarı və Avropa Hunlarının xanı. Ondan öncə gələn hökmdar Sinnion sondan gələn isə Qostundur.
Zadəgan
Zadəganlar, zadəganlıq — feodal dövlətlərdə ali, imtiyazlı silklərdən (ruhanilərlə bərabər) biri. Onların siyasi qüdrətinin əsasını təhkimli kəndlilərin işlədildiyi torpaq mülkiyyəti təşkil edirdi.
Zabrat
Zabrat — Bakının Sabunçu rayonunda qəsəbə. Abşeron yarımadasının mərkəzində, dəniz səviyyəsindən 20-30 m hündürlükdə yerləşir. == Toponim == Zabrat toponiminin mənasının araşdırmasında AMEA-nın Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d. Abasova Mahirə xanımın tədqiqinə görə yaşlı sakinlərdən topladığı məlumata görə bu kənd qədim -"Zər" kəndinin batdığı yerdə (zəlzələ nəticəsində) salınmışdır. Zər kəndi 5 əsr bundan əvvəl təbii fəlakət nəticəsində dağılmışdır. Həmin kəndin yerində hazırda II Zabrat (ən qədim kənd) və I Zabrat (110-120 il bundan əvvəl salınmışdır) kəndləri yerləşir. Zabrat toponimini İran dillərində "Zab"-qaynaq, çeşmə, bulaq, "at"- çıxarılan yer, bol, çoxlu, yeni neft bulağı" mənasında olmasını qeyd edir. Zabrat toponiminin başqa bir izahı da var: Zər kəndi(Zərkənd)-Zərbat-Zabrat. Zabrat toponiminin digər elmi izahını isə mərhum akademik Məşədi xanım Nemətə görə türk tayfalarından olan sabirlərin adı ilə bağlı olmasıdır. Sabir türklərinin bir qolu Zabrat kəndinin əsasını qoymuşlar.
Zabrat bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zadəgan məclis binası
Zadəgan məclis binası — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində iki mərtəbəli bina. == Tarixi == Don atamanı Matvey İvanoviç Platov, hazırda Platov prospekti və Erman meydanı adlanan ərazilərın ortasında özz ailəsi üçün ev tikdirməyi qərara alır. Onun binanın rikintisini başa çatdırmaq istəyi yarımçıq qalır. Matvey İvanoviç Platov vəfat edir. Obun ölümündən sonra təməli qoyulan bina ilə birlikdə ərazi şəhər gimnaziyasına verir. Ancaq don ordu komandanlıı fərqli düşünürdü. Onlar bu ərazidə 1836-cı ildə taxtadan zadənların toplaşması üçün bina inşa edirlər. 1841-ci ildə Zsdəgan məclisinin təsisi qərara alınır. Bu zaman Platovun vaxtı ilə sahibləndiyi ərazidə bina tikmək qəralaşdırılır. 1850-ci ildə bura yeni bina, Zadəgan məclisi inşa edilir.
Zabrat Hava Limanı
Zabrat hava limanı (IATA: ZXT, ICAO: UBTT) – Bakı şəhərinin 18 kilometr şimal-şərqində, Maştağa qəsəbəsinin cənub-qərbindən 5 km kənarda yerləşən ictimai hava limanı. III sinif hava limanıdır. Limanın aerodromu E sinifdəndir. == Tarixi == Hava limanı 2008-ci ilə qədər Azərbaycan Hava Yolları Dövlət Konserninə məxsus olub. Həmin il AZAL Qapalı Səhmdar Cəmiyyətə çevrilib, Zabrat hava limanı isə özəlləşdirilərək Silk Way Holding-ə daxil olan Silk Way Helicopter Services-in tabeliyinə keçib. == Xüsusiyyətlər == Təhlükəsizliyin təminatı məqsədilə ərazinin sərhədi boyu İsrailin RB Tech şirkətinin istehsalı olan xüsusi elektron hasarlarla əhatə edilmiş və xüsusi işıqlandırma sistemi ilə təchiz edilmişdir.Sərnişinlərin uçuşa yola salınması buraxılış qabiliyyəti saatda 240 nəfər olan sərnişin və yük terminalı vasitəsilə həyata keçirilir. Terminal gəlmə və getmə zallarından, VİP, brifinq otaqlarından, yük anbarı hissəsindən, qeydiyyat duracaqları bölməsindən, 120 oturacaqlı monitorlarla təchiz edilmiş kafe hissəsi olan gözləmə zalından ibarətdir.Uçuş-eniş zolağı 40 ton yükə hesablanmışdır. Həmçinin gecə uçuşlarının həyata keçirilməsi üçün səviyyədə işiqlandırma sistemi təchiz olunmuşdur. Vertolyotların qəbulunu təşkil etmək məqsədilə 12 vertolyot dayanacağı inşa edilmişdir.Zabrat hava limanında Almaniyanın BAN-2000 şirkəti tərəfindən, həm gecə vaxtı, həmçinin mürəkkəb meteo şəraitlərdə vertolyotların qəbulu və buraxılışı üçün nəzərdə tutulmuş ACAMS işıqlandırma kompleksi quraşdırılmışdır.Hava limanında aşağıdakı işıq-siqnal və radio-texnika avadanlıqları quraşdırılmışdır: Baklan-RN, Sirut-1, R-414 Bereza, ATSP-438 Sineva, işıq fanarları ZOV, ARP-80, PAR-10. == Həmçinin bax == Azərbaycan hava limanları == İstinadlar == == Xarici keçidlər == Landings.com saytında hesabat.
Zadəgan pişiklər (cizgi filmi, 1970)
Zadəgan pişiklər (ing. The Aristocats) — 1970-ci ildə istehsal olunmuş cizgi filmidir. "Zadəgan pişiklər" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 20-ci klassik qısametrajlı cizgi filmidir. Filmin ilk göstərilişi "Buena Vista Distribution" studiyasının distribüterliyi ilə 11 dekabr 1970-ci il tarixində ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində baş tutmuşdur. == İstinadlar == == Xarici keçidlər == Zadəgan pişiklər — Internet Movie Database saytında.