Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ruskiy Zavarot
Ruskiy Zavarot — Barens dənizi sahilində, Nenets Muxtar Dairəsi ərazisində yerləşən yarımada. Yarımada 2-3 km enə və 45 km uzunluğa malikdir. Yarımada bütünlüklə tundra bitkiləri ilə örtülü olur. Yarımadadan cənubda yerləşən dəniz ərazisi Peçora dənizi adlanır. Yarımada qum materialından təşkil edilmişdir. Yarımada eyni adlı burunla bitir. Yarımadadan şərqdə Gəzən Pişiklər adaları yerləşir. Vaxtı ilə isə burunun cənubunda Xodovarixa qəsəbəsi yerləşirdi.
Bavaric
Bavaric — Baricah dəniz gəmilərinə görə Bavaric adlandırılan, Qucaratdan olan, Hindistan və Çinə səfər edən ərəb gəmilərini təqib edən Sind dəniz quldurları. == Haqqındɑ == VIII əsrin sonu və IX əsrin bir neçə onilliyi ərzində Oman sahilləri də Bavariclər tərəfindən hücumlara məruz qalırdı. Bu hücumların qarşısı İmam Həsən ibn Abdulla (809-823) tərəfindən dəf edilmişdi. Bir neçə il sonra isə İmam Muhənnə ibn Cəfər bu cür hücumların qarşısını almaq üçün 300 nəfərlik donanmaya malik olduğunu qeyd edir.X əsrin sonu XI əsrdə hind dəniz quldurları daha çox tanınmağa başladılar. Ərəb coğrafiyaçısı və səyyahı Əbu İshaq İbrahim ibn Məhəmməd əl–Farisi əl-İstəxri (850—934), X əsr ərəb coğrafiyaşünas-səyyahı Əbu-l-Qasim ibn Havqəl ən-Nisibi Qətər barədə Qətəriyyə formasında məlumat verir. Onun sözlərinə görə, Qətəriyyədə Sokotra və Qırmızı dənizə yaxın adaların sakinləri məskunlaşmışdı. Bu ərazi Bavaric adlanan hind dəniz quldurlarını tez-tez ziyarət etdiyi məntəqələrdən biri idi. Baricah dəniz gəmiləri cəmdə Bavaric mənasını ifadə edir. Bunu Sir Elliot da təsdiq edir. Onu da sözlərinə görə, Bavaic ərəb sözü olub, sözün kökü ərəb dilində Barica sözündəndir və böyük hərbi gəmi mənasını verir.Ensiklopediyaçı alim və mütəfəkkir Əl-Biruni yazır ki, Bavaricin əsası Kaç və Somnatda qoyulmuşdu.Samma sülaləsi dövründə İslamı qəbul ediblər.
Zavadıq
Zavadıx — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarqar kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Zavadıx kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Zavadıq Xotavənd məbədində 1182-ci ilə aid ermənicə kitabdə Tsovatex kimidir. 1727-ci ilə aid mənbədə Yuxarı Qarabağın Köçəz nahiyəsində Zəvadıq kimidir. 1828-ci ildə İrandan köçürülmüş ermənilər yerləşdirildikdən sonra kənd ermənicə Tsovatex kimi ad vermişdir. Hələlik mənası məlum olmayan zaba və türk dillərində tıq "meşəsiz (dağ, təpə)" sözlərindəndir. Ermənistanda əhalisi azərbaycanlılardan ibarət olmuş Zaba kənd adı ilə müqayisə edilə bilər. Ola bilsin bu ad zeyvə (ərəbcə zaviyə "kürüc", "bucaq", "ibadətgah" sözündən və -dıq (lıq) şəkilçisindən ibarətdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Zavadıx
Zavadıx — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarqar kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Zavadıx kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Zavadıq Xotavənd məbədində 1182-ci ilə aid ermənicə kitabdə Tsovatex kimidir. 1727-ci ilə aid mənbədə Yuxarı Qarabağın Köçəz nahiyəsində Zəvadıq kimidir. 1828-ci ildə İrandan köçürülmüş ermənilər yerləşdirildikdən sonra kənd ermənicə Tsovatex kimi ad vermişdir. Hələlik mənası məlum olmayan zaba və türk dillərində tıq "meşəsiz (dağ, təpə)" sözlərindəndir. Ermənistanda əhalisi azərbaycanlılardan ibarət olmuş Zaba kənd adı ilə müqayisə edilə bilər. Ola bilsin bu ad zeyvə (ərəbcə zaviyə "kürüc", "bucaq", "ibadətgah" sözündən və -dıq (lıq) şəkilçisindən ibarətdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Avarim
Avarim — İordaniyada dağ silsiləsi. İordan çayının şərq sahilində, keçmiş Moav torpağında, israillilərin səhrada 40 illik səfərinin sonunda düşərgə saldıqları yerdədir. Bu silsilənin Nevo adlanan zirvələrindən birində Musa ölümündən əvvəl dayanmış və son dəfə İsrail torpaqlarını seyt etmişdir. O, orada vəfat etmiş və ərazidəki vadidə basdırılmışdır.
Aşarit
Aşarit — mineral, Mg[HBO3] == Haqqında == Aşarit - Rombik. Habitus. Lifli, iynəvari, təbaşirəbənzər. Rəngi ağ. Sərtliyi 3,5. Xüsusi çəkisi 2,68. Boratların çökmə yataqlarında, duzlu süxurlarda; metasomatik yataqlarda lüd­vi­qit və serpentinlə birgə. Bor elementinin filizi. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Pavarı
Pavarı (az.-əbcəd پاوارێ‎, fars. پاوه‌رود‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 558 nəfər yaşayır (172 ailə).
Avarı
Avarı — Azərbaycanda yaşayan avarlara mənsubdur. "Avarı" rəqsi azərbaycanlılar arasında da geniş yayılmışdır. Üç hissəsi vardır. Rəqsin melodiyası aram-aram başlayır. Sonradan tempı artırır, orta templə keçir, nəhayat, Ləzginka ritmində cəld səslənən tempramentli rəqsə çevrilir. Zaqatalada da bu rəqs "Tala" da deyilir. "Avarı"nın qadın ifasının melodiyası kişi rəqsinin melodiyasından fərqlənir. Şəkidə solo ifa olunur. Zaqatalada solo yada kollektiv surətdə ifa edilir.
Arbutus pavarii
Arbutus pavarii (lat. Arbutus pavarii) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin çiyələk ağacı cinsinə aid bitki növü.
Navarin Qalası
Navarin Qalası — Yunanistandakı Mora yarımadasının qərb sahilində Pylosda yerləşən bir qaladır.Navarin dəniz döyüşü bu qalanın ətrafında gerçəkləşmişdir. 15-ci yüz ilə qədər Venesiya əhalisi burada böyük bir qala inşa etmişlərdir. Osmanlılar 1499-cu ildə Navarin qalasını işğal etdilər və 1572-ci ildə qalanı təkrardan inşa edərək Anavarin-i atik adını verdiler.1686-1715-ci illər arası Venesiyalılar, qalanı əllərində tutmağı bacardı. Amma sonra Osmanlı İmperiyası təkrardan qalanı ələ keçirtdi (Mora döyüşü). Osmanlılar 18-ci əsrdə qalanı Anavarin-i Cedid adı altında təkrar inşa etdilər. Lakin qısa bir müddətdən sonra yenidən qalaya ziyan dəydi.1827-ci ildə Osmanlı donanması İngilis,Fransız və Rus donanmaları tərəfindən Navarin limanında məğlubiyyətə uğradıldı. Bu məğlubiyyətdən 7 il sonra Osmanlı Dövləti Yunanıstan'ın müstəqilliyini qəbul etmək məcburiyyətində qaldı və Navarin yeni qurulan Yunan Krallığı‘nın bir parçası oldu. == Ədəbiyyat == Bées, N.; Savvides, A., Navarino, 7, 1037–1039 Bon, Antoine, La Morée franque.
Navarin Qətliamı
Navarin qətliamı — Yunanıstanın müstəqillik qazandığı zaman baş verən qətliam silsiləsinin bir hissəsi olan bir vəhşilikdi. Qırğın 1821-ci il 19 Avqust günü Mora Yarımadasındakı Navarin şəhərində baş tutdu və şəhərin təxminən 3000 nəfərlik Türk sakini qətlə yetirildi. == Şəhərin mühasirəsi == Şəhərin Türk sakinləri, aclıq üzündən təslim olmağı təklif etdi. Yunanlar da bunun üzərində şəhərin sakinlərini Misirə etibarlı bir şəkildə aparmağı təklif edib. Təslim olma prosesi bitəndə, Türklər şəhərdəki bütün mallarını, bütün pullarını və zinətlərini Yunanlara təslim etdi. Amma Yunanlar söz verdikləri etibarlı səfəri həyata keçirməyə niyyətli deyildilər. Müzakirə edən Yunanlardan biri olan Poniropoulos, illər sonra General Qordona təslim olma sənədinin Türklərdə surətini yox etdiyini və beləliklə də geridə belə bir razılaşmaya dair bir dəlil olmadığını söylədi. === Türklərin qətlə yetirilməsi === 1821-ci il 19 avqust günü qapılar açılanda, Yunanlar dərhal içəriyə hücum etdi və qaçan 160 nəfər başqa, 3000 nəfərlik bütün əhali öldürdü. Tarixçi Corc Finlay, Phrantzes adlı Yunan keşişin qətliama şahidlik etdiyini söylədi və onun danışdıqlarından yola çıxaraq aşağıdakı tərifi edib: Güllələr və qılınclarla yaralanmış qadınlar qaçmaq ümidi ilə dənizə qaçdı, bu zaman qəsdən vuruldular. Qollarında körpələri olan anaların paltarları oğurlandı və tək gizlənmə yeri olan dənizə qoşdular, suda mənasız insan olmayan tüfəngli əsgərlər tərəfindən döyüldülər.
Navarin burnu
Navarin burnu (çuk. Роратын, kerek. Йуйатын) — İnzibati baxımından Rusiya Federasiyasının Çukotka Muxtar Dairəsi ərazisinə daxil olan burun. Sahillərini Berinq dənizi suları yuyur. Çukot dilindən tərcümədə "Kolbasa" mənasını verir. == Tarixi məlumat == Burun ilk dəfə 1828-ci ildə «Senyavin» şlyupunda Fyodor Petroviç Litkenin rəhbərliyi altında kəşf edilmişdir. Burun Navarin döyüşündə əldə edilən qələbənin şərəfinə adlandırılmışdır. 1934-cü ildə burunda Çukotkada ilk dəfə fəaliyyət göstərən radiometroloji stansiya olmuşdur. Stansiya Şimal Dəniz yolunun üzərində yerləşirdi. 1990-cı illərdə stansiya tərk edilmişdir.
Navarin döyüşü
Navarin dəniz döyüşü— Navarin dəniz döyüşü 20 oktyabr 1827-ci ildə Osmanlı-Misir donanmaları ilə İngilis,Rus və Fransız donanmaları arasında baş vermiş dəniz döyüşüdür. Bu döyüş Osmanlı tarixinə Navarin hadisəsi,Navarin Faciəsi kimidə düşmüşdür. == Döyüşün gedişi == Böyük Britaniya, Fransa və Rusiya aralarında müqavilə imzalayaraq Yunanistana müstəqillik verilməsini istədilər. Sultan II.Mahmud bu tələbi rədd etdikdə, Baltik dənizinə açılan rus donanmasının bir hissəsi İngilislərlə birləşərək və Aralıq dənizinə girdi. Rus-İngilis dəstələrinə Fransız dəstələridə qoşuldu.Kodrinqton'un komandanlığı ilə Rusiya və İngiltərə müttəfiq donanması İbrahim Paşanın qüvvələrinə qarşı dəniz təxribatına keçdi. Bu zaman Pelopennes yarımadasında üsyan var idi. Peloponnes üsyanında Osmanlı və Misir gəmiləri Navarin limanında idi. Müttəfiq Dəniz Qüvvələri Navarin Limanını mühasirəyə aldı. Admiral Kodrinqton, müttəfiqlərin əvəzindən Osmalı və Misir əsgərlərinin Yunanıstanı tərk etməklərini istədi. Lakin bu istək qəbul edilmədi.
Zaxariy Çxubianişvili
Zaxari Nikolayeviç Çxubianişvili (gürc. ზაქარე ნიკოლოზის ძე ჩხუბიანიშვილი; 1903 – 1980) — Sovet partiya xadimi. == Həyatı == 1937-ci ildən 1940-cı ilin mart ayınadək Gürcüstan SSR meşə sənayesi xalq komissarının vəzifəsində çalışırdı. 1940-41-ci illərdə Gürcüstan Kommunist Partiyasının Siqnaxi rayon komitəsinin katibi idi. 1941-ci ilin 1 aprelindən 1943-cü ilədək Gürcüstan KP (b) MK-nın sənaye üzrə katibi olmuşdur. 1945-ci ilin 8 aprelindən 1953-cü ilin 14 aprelinə qədər Gürcüstan KP MK Bürosunun üzvü idi. 1946-1952-ci illərdə Gürcüstan SSR Nazirlər Sovetinə rəhbərlik etmişdir. Daha sonra 1953-cü ildən Gürcüstan Ali Soveti Rəyasət Heyətinin sədri təyin olunmuşdur. 1953-cü ildən 1970-ci ilə qədər müxtəlif vəzifələrdə işləyirdi: meşə və kağız sənayesi naziri, meşə sənayesi naziri, Gürcüstan SSR Xalq Təsərrüfatı Şurasının İdarəsinin rəisi, Tbilisi Meşə sənayesi elmi-tədqiqat institutunun direktoru.
Çarlz Savarin
Çarlz Ancelo Savarin (ing. Charles Angelo Savarin; 2 oktyabr 1943, Portsmut[d], Sent-Con səmti[d]) — 2013-cü ildən etibarən Dominikanın Prezidenti olan dominikalı siyasətçi. == Fəaliyyəti == Patrik Con hökumətinin süqutundan sonra Savarin Milli Qurtuluş Komitəsinin sədri seçildi. Dominikan Cəmiyyətinin böyük bir hissəsinin üzvlərindən ibarət olan bu orqan, müvəqqəti hökumətə keçidi nəzarət etməklə vəzifələndirildi. Savarin 1980-ci il ümumi seçkilərində Dominika Azadlıq Partiyasından Mayk Duqlasa uduzdu. Savarin Duqlasın 531 səsinə 405 səs aldı. 1983-cü ildə Baş nazir tərəfindən ticarət, sənaye və turizmdən məsuliyyət daşıyan Pprtfelsiz nazir olaraq təyin edildi. 1986-cı ildə Avropa Birliyində səfir/daimi nümayəndə təyin edildi. Eyni zamanda Afrika/Karib dənizi/Sakit Okean ölkələrinin banan ticarətində səfir sözçüsü olaraq da çalışdı. 1993-cü ildə Dominikaya qayıtdıqdan sonra Milli İnkişaf Korporasiyasının baş direktoru oldu.
Pavarı Qışlağı
Pavarı Qışlağı (az.-əbcəd پاوارێ قێشلاغێ‎, fars. قشلاق پاوه‌رود‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 49 nəfər yaşayır (13 ailə).
Typhlodromus zafari
Typhlodromus zafari (lat. Typhlodromus zafari) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus zafari Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Vladimir Zvariç
Vladimir Vasilyeviç Zvariç (Zvarıç) (ukr. Володимир Васильович Зварич; 7 fevral 1919 – 5 dekabr 1998, Lvov) — Ukrayna və sovet numizmatika alimi və arxeoloq. == Həyatı == Orta gəlirli kəndli ailəsində anadan olmuşdur. 1938-ci ildə Ternopil Ukrayna Gimnaziyasını bitirdikdən sonra Lvov İlahiyyat Akademiyasına daxil oldu. Lakin artıq 1939-cu ildə Qərbi Ukraynanın Ukrayna SSR-ə birləşdirilməsindən sonra akademiya fəaliyyətini dayandırdı və bağlandı. V. Zvariç doğma kəndinə qayıtdı, burada ibtidai məktəbin rəhbəri oldu. Müharibənin başlanğıcında, xəbərçilik etdiyinə görə alman hakimiyyəti 1941-ci ilin yayında gənc pedaqoqu tutaraq Ternopil həbsxanasına göndərdi. Altı aylıq istintaqdan sonra V. Zvariç nasistlərin bir düşərgəsindən o birisinə göndərilirdi. Əvvəlcə Lvovda Yanovsk konslagerində oldu, daha sonra dəhşətli nasist məhv düşərgələrindən biri olan Maydanek və həmçinin Qross-Rozen və Litomerjitsedə (Çexiya) oldu. Yalnız 12 may 1945-ci ildə Amerika qoşunları Zvariç də daxil olmaqla sağ qalan az sayda məhbusu sərbəst buraxdı.
Zahari burnu
Zahari burnu (Nos Zahari \'nos za-'ha-ri\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən cənub-qərbdə yerləşən buzlaqlardan azad olan burundur. Mikalvi buxtasından şimal-qərbdə yerləşmişdir. Buzlaqlardan azad olan burnun səthinin sahəsi 21 hektardır.Burun Bolqarıstan yazıçısı və tarixşünası Zahari Stoyanovun (1850–1889) adını daşıyır. == Yerləşməsi == Neqra burnundan 6.8 km cənub-şərqdə, Beron burnundan 1.8 km cənub-şərqdə, Edvards burnundan 2 km şimal-qərbdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
Zakari Teylor
Zakari Teylor (ing. Zachary Taylor; 24 noyabr 1784, Barbursvil, Virciniya, ABŞ — 9 iyul 1850, Vaşinqton, Kolumbiya Federal Dairəsi, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 12-ci prezidenti (1849-1850), peşəkar hərbçi. Onu bəzən apolitik (siyasətdən kənar) prezident də adlandırırlar. Doğrudan da C.Vaşinqton və E.Cekson kimi Zakari Teylor da hərbdə qazandığı uğurlardan siyasi karyera qurmaq üçün istifadə etmişdir. Onun şəxsində ilk dəfə olaraq peşəkar əsgər Ağ Evin sahibi olmuşdur. 1846-1848-ci illər ABŞ-Meksika müharibəsində ABŞ ordusuna komandanlıq etmiş və Meksika ordusu üzərində bir neçə əhəmiyyətli qələbə qazanmışdır. 1912-ci ildə Vudro Vilsonun prezident seçilməsinədək cənub ştatlarından seçilən son prezident olmuşdur. Zakari Teylor 1850-ci ildə qastroenteritdən vəfat etmişdir. 1991-ci ildə onun qalıqlarının kimyəvi təhlili zamanı arsenlə zəhərləndiyi barədə iddialar öz təsdiqini tapmamışdır. == Erkən həyatı == Zakari Teylor 24 noyabr 1784-cü ildə Virciniya Ştatının Orinc dairəsində anadan olmuşdur.
Zaxari Dörnli
Zaxari Dörnli (28 sentyabr 1998, Şeffild, İngiltərə) — İngiltərə təmsilçələrindən olan Mançester Yunayted klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Mançester Yunayted === Villok öz peşəkar karyerasında debütünü 21 may 2017-ci ildə mövsümün son oyununda Kristal Palas klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Mançester Yunayted rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir.
Zaxari Ketsxoveli
Zaxari Nikolayeviç Ketsxoveli (gürc. ზაქარე ნიკოლოზის ძე კეცხოველი; 1902 – 1970) — sovet və gürcü partiya xadimi. == Həyatı == 1902-ci ildə anadan olmuşdur. 1941-ci ildən Üik(b)P üzvüdür. 1940-cı il noyabrın 6-da SSRİ Xalq komissarlığının Gürcüstan SSR-in tədarük məsələləri üzrə müvəkkili vəzifəsinə təyin olundu. 1942-ci ildən 1947-ci ilin 26 martına qədər Gürcüstan SSR Xalq Komissarları Sovetinin (Nazirlər Şurası) sədrinin müavini işləyirdi. 1944–1946-cı illərdə Gürcüstan yeyinti sənayesinin xalq komissarı (nazir) vəzifəsində çalışırdı. 30 sentyabr 1946-cı ildən 26 mart 1947-ci ilə qədər dad sənayesi naziri idi. Bundan sonra 1952-ci ilə qədər Gürcüstan SSR Nazirlər Soveti sədrinin birinci müavini idi. 1953-cü il aprelin 14-dək Gürcüstan KP MK Bürosunun üzvü idi.
Zaxari Paliaşvili
Zaxari Paliaşvili (gürc. ზაქარია ფალიაშვილი; 16 avqust 1871, Kutaisi – 6 oktyabr 1933[…], Tiflis) — gürcü əsilli bəstəkar. Gürcüstan Filarmoniya Birliyinin qurucusu, Tiflis Dövlət Konservatoriyasının rəhbəri. == Həyatı == Zaxari Paliaşvili 16 avqust 1871-ci ildə Kutaisi şəhərində anadan olmuşdur. Atasının adı Pitr İvanes dze Paliaşvili, anasının adı isə Mariya Pavles asuli Mesarkişilidir. O, on səkkiz uşaqlı ailənin üçüncü uşağı olmuşdur. Tiflisdəki Gürcü Katolik Kilsəsində işləməyə başlaması ilə Covanni Palestrina, Orlanda de Lassus, İohann Sebastyan Bax,Georq Fridrix Hendel, Volfqanq Amadey Motsart kimi sənətkarların fəaliyyəti ilə tanış olmuş və musiqi biliklərini genişləndirmək üçün fürsət qazanmışdır.1886-cı ildə onun təşəbbüsü və tanınmış ictimai xadim Lado Aqniaşvilinin də dəstəyi ilə Gürcüstan Etnoqrafiya xorunun ilk tamaşası baş tutdu. Zaxari Paliaşvili 1891-ci ildə F.F. Parizekin "valtorn" məktəbinə daxil olmuşdur. Perizekin 1897-ci ildə məktəbdən çıxmasından sonra A.İ. Moskonun rəhbərliyi altında təhsilini davam etdirdi. 1895-ci ildə "valtorn" məktəbini bitirdi.
Zaxari Yansen
Deyilənə görə, Hollandiyanın Middelburq şəhərində təxminən 400 il bundan əvvəl eynək ustasının oğulları qısa mis borunun içərisinə eynək şüşələri qoyaraq baxdıqda ətrafdakı əsyaların xeyli böyüdüyünü müşahidə etdilər. Uşaqların atası belə şüşələri olan uzun və hərəkətli boru düzəltdi. Beləliklə, ilk mikroskop meydana gəldi. Onu ilk dəfə 1590-cı ildə eynək ustası Zaxari Yansen, daha doğrusu, onun oğulları təsadüfən ixtira etdilər. Qeyd edək ki, Zaxari Yansen Haaqada anadan olmuşdur.
Zaxari Çiçinadze
Zaxari İqnatoviç Çiçinadze (həmçinin Zakariya Çiçinadze, gürc. ზაქარია ჭიჭინაძე; 8 fevral 1854, Tiflis – 27 dekabr 1931[…]) — Gürcü tarixçi, yazıçı və nəşriyyatçısı. Əsərləri Mtatsmindeli təxəllüsü ilə nəşr edilmişdir. == Həyatı == Atası İqnat Çiçinadze - Xotevi kəndindən idi (indi Raça-Leçxumi və Aşağı Svanetinin Ambrolaur bələdiyyəsi). O, gənc ikən evləndiyi Tiflisə gəlmişdi.Zaxari ailənin sonuncu, on beşinci övladı idi. Tiflis məktəblərində oxumuş və iki dəfə sinif yoldaşı ilə dalaşdıqdan və riyaziyyatdan zəif nəticə göstərdiyi üçün ordan xaric edilmişdi. Valideynlər oğlunun məktəbdən məzun olmasını istəyirdilər və onu başqa təhsil müəssisələrinə göndərmək arzusunda idilər, amma Zaxari oxumağa marağını itirərək məktəbi birdəfəlik tərk etdi. Sonradan özünü təhsillə məşğul oldu. 13 yaşında əmək fəaliyyətinə tütün fabrikində başladı, sonra oteldə, sonra kitab anbarında işə düzəlmişdi. Kitab anbarında oxumağa həvsi yarandı.