Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avila
Avila (Latınca: Abila və ya Óbila) – İspaniyanın Kastiliya və Leon Muxtar Regionundakı vilayət və bu vilayətin mərkəzi şəhər. Tarixi Köhnə Kastiliya regionunun cənubunda yerləşir. Şəhər İspaniyanın 1117 metr hündürlüyü ilə ən yüksək əyalət mərkəzidir. Madridə olan məsafəsi 115 km-dir. 2005-ci il hesablamalarına görə şəhərin əhalisi 53.000 nəfərdir. Şəhərin tarixi əraziləri 1985-ci ildə UNESCO tərəfindən Dünya İrsi elan edilmişdir.
Coreopsis davilae
Coreopsis davilae (lat. Coreopsis davilae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin koreopsis cinsinə aid bitki növü.
Senecio davilae
Senecio davilae (lat. Senecio davilae) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Zariyat Surəsi
51-ci surə əz-Zariyat (Sovurub dağıdan küləklər) surəsi (Məkkədə nazil olmuşdur, 60 ayədir). Surə adını ilk ayədə işlənən və sovurub dağıdan küləklər mənasına gələn əz-Zariyat sözündən götürmüşdür.
Marqarita Zavala
Marqarita Zavala (25 iyul 1967, Mexiko) — Meksikanın birinci xanımı. Marqarita Zavala 1967-ci ilin iyulun 25-də dünyaya gəlib. Ailədə 7 uşaqdan beşinci olan Zavala Meksikada hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 1993-cü ildə Meksika prezidenti Filipe Kalderonla ailə həyatı quran Zavalanın üç övladı var. Birinci xanım Meksika ailələrinə yardım üzrə dövlət qurumunun məsləhət şurasının prezidentidir.
Zavala monastırı
Zavala monastırı (serb. Манастир Завала, bosn. və xorv. Manastir Zavala) — Müqəddəs Məryəm ana məbədinə giriş şərəfinə - Bosniya və Herseqovina Federasiyası, Ravno icması, Herseqovina-Neretva Kantonunun Zaxumsko-Herseqovina və Serb Pravoslav Kilsəsinin Primorski yeparxiyasının Zavala kəndindəki monastırı. Məbəd Ostroq dağının ətəyində Popovo-Polye vadisində yerləşir. Zavala monastırının dəqiq qurulma tarixi məlum deyil. Xalq arasında deyilənlənlərə istinadən, bu ərazidə ilk kilsə İmperator I Konstantin tərəfindən ucaldılıb. Monastr haqqında ilk yazılı qeyd 1514-cü ilə aiddir və bu qeyd Abbat Serapionun rəhbərliyi ilə Orahov Do kəndində üzüm bağlarından alınan məhsuldarlıq ilə bağlı idi. 1587-ci ildə yeni məbəd tikildi. 1619-cu ildə Hilandr rahibi Georq (Mitrofanoviç) tərəfindən qeydə alınıb.
Pedrarias Davila
Pedrarias Davila və ya Pedro Arias de Avila (isp. Pedrarias Dávila; 1443, Seqoviya, Kastiliya və Leon – 6 mart 1531) — Amerikada ilk Avropa koloniyalarını idarə edən İspaniya konkistadoru. Konkistador Xil Davilanın əmisi oğludur. 1514-cü ildə 19 gəmi və 1,500 əsgərlə İspaniyadan yola düşdü. O, 12 il Panamada, daha 4 il isə Nikaraquada qubernator olmuşdur. 1519-cu ildə rəqibi Nunyes de Balboanı edam etdirmiş və Panama şəhərinin əsasını qoymuşdur. 1524-cü ildə İnk imperiyasını fəth etmək üçün Pisarronu göndərmişdir. Onun kürəkəni Ernando de Soto Luiziana və Texası kəşf edən və Missisipiyə çatan ilk avropalı idi. O, Panamanın əsasını qoyaraq Cənubi Amerikanın qərb sahillərinin kəşfi və daha sonra Perunun fəth edilməsinin əsasını qoymuşdur.
Avila vilayəti
== Ərazisi == Avila vilayətinin ərazisi 8 048 km2-dır. İspaniyanın 50 vilayəti sırasında Avila vilayəti ərazisinə görə 24-cü yeri tutur. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Avila vilayətinin əhalisi 168 826 nəfərdir. İspaniyanın 50 vilayəti sırasında - vilayəti ərazisinə görə - pilləni tutur.
Emilio Avila
Manuel Avila Kamaço
Manuel Avila Kamaço (isp. Manuel Ávila Camacho; 24 aprel 1897[…] – 13 oktyabr 1955[…], Mexiko) — 1 dekabr 1940-cı ildən 30 noyabr 1946-cı ilə qədər Meksika Prezidenti. 1937–1939-cu illərdə radikal Lasaro Kardenas hökumətində hərb naziri kimi xidmət etmişdir. Meksikada "Centlmen Prezident" kimi tanınırdı. O, 1938-ci ildə xarici neft şirkətlərinin əmlakının milliləşdirilməsi zamanı yaranan münaqişəni həll etməyə, İkinci Dünya müharibəsi illərində ABŞ və onun müttəfiqləri ilə əməkdaşlıq qurmağa nail olmuşdur. Müharibədən sonra o, Amerika hökuməti ilə əlaqələri gücləndirməyə davam etmişdir. Onun daxili siyasəti Kardenasın islahatlarından uzaqlaşması ilə səciyyələnirdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Camp, Roderic A. Mexican Political Biographies. — Tucson, Arizona: University of Arizona, 1982.
Pedro Arias de Avila