Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Caqar
Caqar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bəzi tədqiqatçıların fikrincə, toponim türk dillərindəki caqar (qaladan kənarda divarla əhatə olunmuş, möhkəmləndirilmiş yer) sözü ilə bağlıdır. Lakin caqar sözü dilimizdə "cadarlanmaq" mənasında da işlənir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 417 nəfər əhali yaşayır. == Coğrafiyası və iqlimi == Kənd Qızılqaya dağının (Böyük Qafqaz) yamacında yerləşir. == İqtisadiyyatı == Rayon ərazisində çəkilmiş və 1973-cü ildə istifadəyə verilmiş Caqar-Cibir kanalı bu ərazilərin həqiqətən də susuz olduğunu göstərir. Samurçaydan başlanan bu kanal 45.6 km. uzunluğa malik olub, Qusar rayonu ərazisində 4 min ha. torpaq sahəsinin suvarılmasına xidmət edir.
Qaqar
Qaqar (lat. Gavia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinə aid heyvan cinsi. 5 növü var.
Tağar
Tağar — çəki ölçü vahidi. == Ümumi məlumat == Az işlənən çəki vahidlərindən olan tağar, mənbələrdən göründüyü kimi, Azərbaycanda XIV-XVIII əsrlərdə elxanilər və xanlıqlar dövründə daha çox istifadə olunmuşdur. Tağar və tağarbaşı adlanan vergilərin mövcudluğu da bu fikri təsdiqləyir. Tağardan daha çox arpa, buğda, darı, düyü və s. dənli bitkilərin məhsullarını ölçmək üçün istifadə edilmişdir. Ayrı-ayrı qaynaqlarda tağarın sabit olmadığı göstərilir; tağarın Təbrizdə 295 kq-a, Şamaxı xanlığında 400 kq-a bərabər olduğu, digər xanlıqlarda isə 240-600 kq arasında dəyişdiyi aydın görünür. Bəzi mənbələrdə isə tağarın konkret olaraq 83,2 kq-a bərabər olduğu haqqında bilgilər vardır. Xalqımızın yaddaşında "bir tağar darının yerində hərlənə bilmir" deyimi var. Bizcə, bu bir tağar toxum səpilən sahəni yox, biçiləndə bir tağar məhsul götürülən sahəni göstərir və sahə ölçüsü yox, yenə çəki vahidi yerində işlənir. Çünki tağarın sahə ölçüsü kimi işləndiyinə heç bir qaynaqda rast gəlinmir.
Zadar
Zadar (it. Zara, ing. Zadar) — Xorvatiyada yerləşən qədim şəhərlərdən biridir. Bu şəhər Ravni Kotari bölgəsində və Adriatik dənizi sahilində yerləşir. Şəhərin əhalisi 2011-ci il etibariylə 75,082 nəfər olub əhatə etdiyi ərazisi isə 25 km²-dir. Bu şəhər 1797-ci ildə Venesiya Respublikasının süqutundan sonra bu şəhər 1805-ci ildən 1813-cü ilə qədər Fransız hakimiyyəti altında qalmışdır.
Zanqar
Kukaş kurqanı və ya Cek kurqanı — Cek kəndinə aid Kukaş ərazisində kurqan. == Tarixi == Kukaş kurqanı 2011-ci ilin avqust ayında Cek kəndinə aid Kukaş ərazisində aşkarlanmışdır. Eyni zamanda Cek kəndinin Zanqar ərazisində də qədim yaşayış məntəqəsi aşkarlanmışdır. Ərazidə işləyən arxeoloq İdris Əliyevin bildirdiyinə görə, tapıntıların tunc dövrünə - e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Arxeoloq tapıntıların böyük əhəmiyyətə malik olduğunu deyib. Onun sözlərinə görə, yaşayış məntəqəsi və kurqanın tədqiqindən sonra bu ərazi ilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirilə bilər. Kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur. Mağaraların qədim insanların yaşayış məskəni olması ehtimal edilir. Tezliklə mağaralarda arxeoloji qazıntılar aparılacaq.
Zoqar
Zoqar (ibranicə "şəfəq", "işıq" deməkdir) — Kabbalanın ən məşhur kitabı sayılır. Kabbalistlərə görə, eramızın II–III əsrində ravvin Şimon bar Yoxayem tərəfindən yazılmış və XIII əsrdə Moşe de-Leon tərəfindən nəşr edilmişdir. Məşhur yəhudi dinşünas Gerşom Şolemin fikrincə, Moşe de Leon özü bu kitabı qələmə almış və Şimon bar Yoxayanın əsəri kimi göstərmişdir. == Məzmunu == Rəvayətə görə, ravvin Şimon bar Yoxay oğlu ilə birgə mağarada Kabbalanın sirlərini öyrənmiş, sonra isə öyrəndiklərini tələbələrinə tədris edərək, nəticədə "Zoqar" adlı kitabı yazmışdır. Kabbala ilə məşğul olanlar bu əsəri kabbalist təfəkkürünün əsası hesab edir və ona güclü mənəvi qüvvə kimi yanaşırlar. Onların əksəriyyəti tövsiyə edirlər ki, bu kitab hər evdə olmalıdır. Kabbalistlərə görə, əgər bir adam səslə "Zoqar"ı oxusa və oxuduğundan heç nə anlamasa belə, bu kitabdan şüuraltı səviyyədə fayda götürəcəkdir. XVI əsrdə "Zoqar" elə nüfuza malik idi ki, onu hər alim əldə etmək istəyirdi. Orta əsrlərdə kitabın oxucuları, əsasən, yəhudi mistisizmi ilə maraqlanan xristianlar idi. Onlar bu təlimi dinlərinə uyğunlaşdırmağa çalışmışlar.
Aqar
Aqar (Aqar-aqaroza)- ən möhkəm geləmələgətirmə qabiliyyətinə malik polisaxarid Bir çox polisaxaridlərin sulu məhlulları geləmələgətirmə qabiliyyətinə malikdirlər. Polisaxaridlərin bu xassəsi onların bioloji funksiyaları və praktiki əhəmiyyəti ilə bilavasitə bağlıdır. Polisaxaridlər əsasən okean yosunlarından alınır. Yosunlara okeanın sahilboyu zonalarında rast gəlinir. Qırmızı və qonur yosunlar təmiz "polisaxarid" hazırlayırlar. Onlar özlərində hüceyrələrarası maddə kimi spesifik turş polisaxaridlər saxlayırlar (qonur yosunlarda — algin turşuları, qırmızı yosunlarda- sulfatlaşdırılmış qalaktan turşuları vardır). Bu polisaxaridlərin hətta duru məhlulları möhkəm gel əmələ gətirirlər.Polisaxaridlərin gel əmələ gətirməsi üçün, özəklərdə həlledici (su) olmaqla zəncirvari molekulların fəza toru yaratması lazımdır. Polimerlərin geləmələgətirmə qabiliyyəti əsasən bu torun düyünlərinin təbiəti ilə bağlıdır. Bu zəncirlər arasında kovalent rabitə ola bilər: bu halda fəza toru böyük üçölçülü molekulu xatırladır. Polisaxarid gellərinin ən tipik nümayəndələri fəza torunun düyünlərindəki rabitənin kovalent rabitə olmayanlardır.
Zağa
Zağə
Ağboyun qaqar
Ağboyun qaqar (lat. Gavia pacifica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Ağdimdik qaqar
Ağdimdik qaqar (lat. Gavia adamsii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Dağar yeri
Dağar yeri- Ağcabədi rayonu ərazisində, Qaradolaq kəndi yaxınlığında oroqrafik obyektlərdən biri. == Toponimikası == Dağar sözü əski türklərdə "çəki", "ölçü" anlamı daşımışdır. Əvvəllər tərəkəmələr böyük ölçülü qaba dağar, kiçik ölçülü qaba isə dağarcıq deyərdilər.Orta çağda türk qurumlarında ordunu ərzaqla təmin etmək üçün rəiyyətdən yığılan natural vergi növünə dağar deyilmişdir.
Maqar (İsrail)
Maqar şəhəri (ivr. ‏מע'אר‏‎ ,ərəb. المغار‎) — İsrailin İsrail şimal dairəsində yerləşən yerli şuradır. Onun sahəsi 19810 dunam təşkil edir. Maqar şəhəri 1956-cı ildə yeri şura statusu almışdır. == Tarixi == === Qədim zamanlarda === Maqar şəhəri hələ Roma imperiyası dövründə "Zar" adı altında tarixçilərə məlum olmuşdur. Şərab istehsalı üçün bir çox zeytun ağacları və qədim mətbuat bu rayonda kənd təsərrüfatının uzun tarixi haqqında danışmağa imkan verir. Çoxsaylı mağaralarda qədim evlərə aid qalıqlar tapılmışdır. Şuranın adı ərəb sözündən götürülüb, mənası "mağara" deməkdir. === Osmanlı İmperiyası === 1596-cı ildə şura Osmanlı imperiyasının vergi siyahılarına daxil edilmişdir.
Qaradöş qaqar
Qaradöş qaqar (lat. Gavia arctica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Qırmızıdöş qaqar
Qırmızıdöş qaqar (lat. Gavia stellata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Tanjong Pagar
Tanjong Pagar (ing. Tanjong Pagar) — Sinqapurun Mərkəzi bölgəsində yerləşən tarixi rayon. == Adın etimologiyası == Tanjong Pagar (Malay dilində « mismar burnu») — adı burunda yerləşən balıqçı kəndini əks etdirir. Bu adın meydana gəlməsi haqqında müxtəlif fikirlər mövcuddur. Diqqət çəkən fikirlərdən biri: "kelonqaların" (malay kəndlərində su üzərində qurulan tikililər) formasıdır. Məhz bu tikililəri aşağıdan mismara bənzər dirəklər qoruyub saxlayır. Başqa versiyaya görə bu ad Tanjong Passarın qısaldılmış formasıdır, yol mənasını ifadə edir. Hansıkı bu yol South Bridge Roadu bu balqçı kəndi ilə birləşdirir. Corc Kolmenin 1836-cı ildə ki, xəritəsində bu yol qeyd edilib. Digər yerli rəvayətə görə kənd əhalisi vaxtilə qılıncbalıqların hücumuna məruz qalırmış.
Taqar mədəniyyəti
Taqar mədəniyyəti — Tunc və Dəmir dövrünə aid mədəniyyət. Altayda Yeniseyin orta axarı boyu yayılmış və yeddi əsrə qədər davam etmiş Taqar mədəniyyəti var. Onun xarakterik cəhəti kurqanların tikintisi və "skif heyvan üslubu"dur. == Həmçinin bax == Skiflər == İstinadlar == == Xarici keçidlər == Готлиб А. И., Зубков В. С., Поселянин А. И., Худяков Ю. С. Археология Хакасско-Минусинского края. — Абакан: Изд-во ХГУ, 2003. — 224 с. Киселев С. В. Древняя история Южной Сибири [2 изд.]. — М., 1951. Членова Н. Л. Происхождение и ранняя история племен тагарской культуры. — М.-Л., 1967.
Zadar Universiteti
Zadar Universiteti (xorv. Sveučilište u Zadru, lat. Universitas Studiorum Iadertina) — Xorvatiyanın Zadar şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru Diyana Vicandır. == Tarixi == Avropanın ən qədim universitetlərindən biri, Xorvatiyanın isə ən qədim universiteti olan Zadar Universitetinin əsası 1396-cı ildə qoyulmuşdur. Lakin 1807-ci ildə fəaliyyəti dayandırılmış, 2002-ci ildə isə fəaliyyətinin yenidən bərpası ilə əlaqədar olaraq Xorvatiya parlamentində qərar qəbul olunmuşdur. 2003-cü ilin yanvar ayından fəaliyyətə başlamışdır. == Tədris == Bütün Xorvatiya universitetlərində olduğu kimi bu ali məktəb də 2005/2006 tədris ilindən etibarən Bolonya prosesinə qoşulmuşdur. == Departamentləri == Universitetin 25 departamenti var ki, bu göstəriciyə görə o Xorvatiyanın ən böyük ali məktəbidir: Arxeologiya departamenti Klassik filologiya departamenti Yunan dili və ədəbiyyatı bölməsi Latın dili və ədəbiyyatı bölməsi Xorvat və Slavyan araşdırmaları departamenti Xorvat dili və ədəbiyyatı bölməsi Rus dili və ədəbiyyatı bölməsi Ekologiya, Aqronomiya və Akvakultura departamenti İqtisadiyyat departamenti İngilis dili departamenti Etnologiya və Antropologiya departamenti Fransız dili və İberoromans araşdırmaları departamenti Fransız dili və ədəbiyyatı bölməsi İberoromans araşdırmaları bölməsi Coğrafiya departamenti Alman araşdırmaları departamenti Sağlamlıq araşdırmaları departamenti Tarix departamenti İncəsənət tarixi departamenti İnformasiya elmləri departamenti İtalyan araşdırmaları departamenti Dilçilik departamenti Dənizçilik departamenti Dənizçilik araşdırmaları bölməsi Dəniz mühəndisliyi bölməsi Pedaqogika departamenti Fəlsəfə departamenti Psixologiya departamenti Dini elmlər departamenti Sosiologiya departamenti Qospik Müəllim Təhsili Tədqiqatları departamenti Müəllimlərin və Məktəbəqədər Müəllimlərin Təhsili departamenti İbtidai Məktəb Müəllimlərinin Təhsili bölməsi Məktəbəqədər Müəllimlərin Təhsili bölməsi Turizm və Kommunikasiya araşdırmaları departamenti == Kitabxanası == Universitetin zəngin kitabxana fondu var. == Kontingent == 2011/2012 tədris ilində universitetdə təxminən 6,000 tələbə təhsil almışdır.
Zanqar kurqanı
Kukaş kurqanı və ya Cek kurqanı — Cek kəndinə aid Kukaş ərazisində kurqan. == Tarixi == Kukaş kurqanı 2011-ci ilin avqust ayında Cek kəndinə aid Kukaş ərazisində aşkarlanmışdır. Eyni zamanda Cek kəndinin Zanqar ərazisində də qədim yaşayış məntəqəsi aşkarlanmışdır. Ərazidə işləyən arxeoloq İdris Əliyevin bildirdiyinə görə, tapıntıların tunc dövrünə - e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Arxeoloq tapıntıların böyük əhəmiyyətə malik olduğunu deyib. Onun sözlərinə görə, yaşayış məntəqəsi və kurqanın tədqiqindən sonra bu ərazi ilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirilə bilər. Kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur. Mağaraların qədim insanların yaşayış məskəni olması ehtimal edilir. Tezliklə mağaralarda arxeoloji qazıntılar aparılacaq.
Zaxar Dorofeyev
Zaxar Fedoroviç Dorofeyev (rus. Заха́р Фёдорович Дорофе́ев; 24 mart 1890 və ya 1890, Salazqor[d], Tambov quberniyası – 18 iyun 1952 və ya 1952, Moskva) — mokşa əsilli Rusiya və SSRİ şairi, müəllimi, tərcüməçisi, folklor tədqiqatçısı, tarixçisi, etnoqrafı, ictimai xadimi. O, müasir mokşa ədəbiyyatının qurucularından biridir. == Həyatı == Zaxar Fedoroviç Dorofeyev 24 mart 1890-cı ildə Rusiya imperiyası daxilindəki Tambov quberniyasının Salazqor kəndində anadan olmuşdur. Dorofeyev ibtidai və orta təhsilini aldıqdan sonra 1905-ci ildə Kazan Qeyri-rus Müəllimlər Seminariyasına daxil olmuşdur. O, 1909-cu ildə məzun olduqdan sonra məktəb müəllimi olaraq çalışmağa başlamışdır.1912-ci ildə Dorofeyevin "Xalq müəlliminin mahnıları və düşüncələri" şeirlər toplusu nəşr olunmuşdur. Birinci Dünya müharibəsi zamanı Dorofeyev cəbhəyə getmiş və döyüşlərdə ağır yaralanmışdır. 1920-ci illərin əvvəllərinə qədər Dorofeyev rus dilində yazıb-yaratmışdır. 1925-ci ildə şairin mokşa dilində ilk şeirlər toplusu "Mənim mahnılarım" nəşr olunmuşdur.Zaxar Fedoroviç Dorofeyev 18 iyul 1952-ci ildə SSRİ respublikalarından olan Rusiya SFSR-in paytaxtı Moskva şəhərində vəfat etmişdir. == Kitabları == "Xalq müəlliminin mahnıları və düşüncələri".
Ziqar (el)
Ziqar mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Ziqar mühafəzəsinin ərazisi 12.900 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.184.796 nəfər, inzibati mərkəzi Nəsiriyə şəhəridir.
Ziqar mühafazası
Ziqar mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Ziqar mühafəzəsinin ərazisi 12.900 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.184.796 nəfər, inzibati mərkəzi Nəsiriyə şəhəridir.
Ziqar mühafəzası
Ziqar mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Ziqar mühafəzəsinin ərazisi 12.900 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.184.796 nəfər, inzibati mərkəzi Nəsiriyə şəhəridir.
Ziqar mühafəzəsi
Ziqar mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Ziqar mühafəzəsinin ərazisi 12.900 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.184.796 nəfər, inzibati mərkəzi Nəsiriyə şəhəridir.
Agar.io
Agar.io — veb skaner və mobil platformalar üzərindən oynanılan 2 ölçülü onlayn oyundur. Oyunun məqsədi ətrafda tapılan yemləri və digər oyunçuların hüceyrələrini yeməkdir. Oyunun Android və İOS versiyası mövcuddur. Oyunun sağ üst hissəsində ən yüksək 10 bal yığan oyunçular göstərilir və Facebook ilə əlaqələndirildiyində səviyyə qaldığı yerdən davam edir. Oyun Türkiyə, Cənubi və Şimali Amerika, Avropa, Rusiya, Şərqi Asiya, Çin və Okeaniya kimi istənilən bölgələrin serverində oynanıla bilər.
Ağar Xan
Ağar Xan - türk, Altay və yakut mifologiyalarında canlılar tanrısı. "Ar Toyon" olaraq da bəhs edilər. Yer üzündəki bütün proseslərdə, insanlara və digər canlılara görə məsuliyyət daşıyır. Yakut dilində "Ürüng Ağar Xan" olaraq bəhs edilir. == Arıl xanım == Arıl Xanım - türk və altay mifologiyasında təmizlik tanrıçası. Ağar Xanın arvadıdır. Bir çox arı şanı vardır və arı eyni zamanda təmizliyi işarələr. Arı şanlarına qoruyucu ruhlar (iyeler) göndərir. Arı sözü saf, təmiz deməkdir. == Etimologiya == (Ağ / Ak) kökündən törəmişdir.