Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
DruGOY
DruGOY (rus. ДруGOY) – Filipp Kirkorovun sonuncu studia albomu. Albom promo versiyası 2010-cu ildə OK! jurnalına əlavə olaraq verilmişdir. Tam versiya 3 cd-dən ibarət olacaq və 2011-ci ilin aprel ayında çıxacağı gözlənilir. == OK ! ==
Folsom
Folsom — Preri Platosunda (ABŞ) Paleolit dövrünə aid arxeoloji mədəniyyət. Bu termin ilk dəfə Kolorado Təbii Tarix muzeyinin direktoru Dade Figins tərəfindən 1927-ci ildə istifadə edilmişdir. İlk dəfə Nyu -Meksiko ştatında Folsom şəhəri yaxınlığında aşkar edilmişdir. Folsom düşərgələri bizon ovçularının müvəqqəti sığınacaqları olmuşdur. Kolorado ştatının şimal-şərqində uzun müddət istifadə olunmuş Lindenmeyer düşərgəsi müstəsnalıq təşkil edir. Buradan ocaq yeri, bizon, dəvə və s. heyvan sümükləri, daş nizə ucluqları, daş bıçaqlar, qaşovlar, muncuq və s tapılmışdır.
Druid
Druid (vall .derwydd, irl. druí, şot.kelt Draoidh) — Qərb xalqlarında yəni keltlərdə(Qədim İspaniya, Fransa, İngiltərə, Uels, İrlandiya, Belçika və İtaliya xalqları) din xadimi, ruhani. == Etimologiya == Druid kəlməsi çox ehtimal ki, Keltlərin ağac cadusu vaxtından əvvəlki zamana gedib çatır."Deru" kəlməsi "sabit olmaq,bərk qalmaq" deməkdir.
Kolosov adaları
Kolosov adaları — Şimal Torpağına daxil olan iki adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. == Coğrafiyası == Kara dənizinin qərbdə yerləşir. Jiloy yarımadası ilə Paris Kamunası yarımadası arasında qərarlaşır. Ətrafında kiçik adalar vardır: Obmannıy adası 4 km cənub-şərqdə, Blizkiy adası 8,2 km şimal-şərqdə, Bazovıy adası 2,7 km şərqdə və Pustoy adasından 9 km şmalda yerləşir. Arxipelaqa daxil adalar arasında 500 m məsafə vardır. == Xüsusiyyətləri == Şimal-qərbdən cənub-şərqə 750 m uzunluğa malikdir. Sahilləri sıldırımlıdırc. Ada alcaqboylu otlarla örtülü tundra bitkiləri ilə örtülü olur.
Draugiem.lv
Draugiem.lv (latış dilindən "dostlar üçün" kimi tərcümə olunur) — 2004-cü ildə yaranan sosial şəbəkə veb saytı. O, təxminən 2,6 milyon qeydiyyatdan keçmiş istifadəçisi olan Latviya və bütöv Baltikyanı bölgəsində ən böyük sosial şəbəkə veb saytıdır. "Draugiem" sosial şəbəkəsi "Draugiem Group" adlı çətir təşkilatının rəhbərliyi altında fəaliyyət göstərir. Həmin şirkət sosial şəbəkə üçün texnologiya təminatçılığı ilə məşğul olan İT ilə əlaqəli digər şirkətlərə də sahibdir. == Tarixi == "Draugiem.lv" sosial şəbəkəsi 2004-cü ildə Lauris Liberts, Aqris Tamanis və Martins Piksens tərəfindən qurulmuşdur. 2007-ci ildə şirkət 1.000.000 istifadəçiyə çatdığını bildirdi. 2017-ci ilədək şirkət Tsesis, Barselona, Los-Anceles, Şarlott və Tixuana şəhərlərində ofislər açdı, həmçinin Riqa qərargahları Tornyakalns tərəfdə daha böyük binaya köçürüldü. 2019-cu ildə "Mapon" ("Draugiem Group"un bir hissəsi) Estoniya və Finlandiyada ofislərini açdı. 6 oktyabr 2018-ci il Latviya parlament seçkiləri zamanı "Draugiem.lv"nin əsas səhifəsinə kiber-hücum edildi və oraya Rusiya bayrağının, Rusiya prezidenti Vladimir Putinin və Rusiya ordusunun şəkli və rus dilində belə mətn yerləşdirildi: "Latış yoldaşlar, bu sizə aiddir. Rusiyanın sərhədi heç harda bitmir", eyni zamanda fonda Rusiya himni səslənirdi.
Nectandra krugii
Nectandra krugii (lat. Nectandra krugii) — dəfnəkimilər fəsiləsinin nectandra cinsinə aid bitki növü.
Qoran Draqiç
Qoran Draqiç (6 may 1986[…], Lyüblyana) — Milli Basketbol Assosiasiyası (NBA) klublarından Mayami Hitda forma geyinən sloveniyalı peşəkar basketbolçu. 1.91 metr boya, 86 kiloqram ağırlığa sahib bir guarddır. 2008-ci ildə NBA-yə gəlmədən əvvəl Sloveniyada və İspaniyada basketbol oynamışdır.
Aleksandr Duqin
Aleksandr Duqin (rus. Александр Гельевич Дугин; tam adı: Aleksandr Qelyeviç Duqin; 7 yanvar 1962, Moskva) — Rusiya filosofu, siyasi analitiki və ictimai xadimi. == Həyatı == Aleksandr Duqin 7 yanvar 1962-ci ildə Moskvada, Qeliy Aleksandroviç Duqin ilə Qalina Duqinin ailəsində dünyaya gəlmişdir 1979-cu ildə Moskva Aviasiya Universitetinə qəbul olsa da, universiteti bitirməmiş və fərqli bir univeristetdə və ixtisas üzrə təhsilini davam etdirmişdir. == Karyerası == 1980-ci illərdə Duqin məşhur müxaliflərdən idi. O anti-kommunist çıxışları ilə tanınırdı. Məhz bu səbəbdən Duqin, yaxın yoldaşı Heydər Camal ilə birlikdə universitetdən uzaqlaşdırılır. Siyasi arenaya çıxmazdan qabaq o, jurnalist kimi fəaliyyət göstərmişdir. 1988–1992-ci illərdə Heydər Camalla birlikdə SSRİ arxivlərində işləyərkən Hitlerin məşhur layihəsi "Ananerbe"nin sənədləri ilə tanış olurlar. Onların əldə etdikləri materialların bir qismi televizyada yayımlanır. 1991-ci ildə "Müqəddəs Mələk" provaslav almanaxı və elementlər jurnallarının baş redaktoru, eyni zamanda Arktogey Ortodoks tədqiqatlar dərnəyinin sədri olmuşdur.
J.Drumm.
Ceyms Drummond (ing. James Drummond, 1787[…] və ya 1784 – 26 mart 1863) — Şotlandiya-Avstraliya botaniki, mikoloqu, təbiətşünası, bitki kolleksiyaçısı. == Təsnif etdiyi taksonlar == Boronia molloyae Dasypogon hookeri, J. Drumm., 1843 Drakaea livida, J. Drumm., 1842 Diuris picta, J. Drumm., 1853 Dricrastylis reticulata, J. Drumm. ex Harv., 1855 Dicrastylis stoechas, J. Drumm. ex Harv., 1855 Gastrolobium leakeanum Hakea victoria, Royal Hakea Macropidia fumosa, J. Drumm. ex Harv., 1855 İri vertikordiya (Verticordia grandis) == İstinadlar == == Xarici keçidlər == James Drummond (c.
Mario Dragi
Mario Dragi (it. Mario Draghi; 3 sentyabr 1947[…], Roma) — 13 fevral 2021-ci ildən etibarən İtaliya Baş naziri olan italyan iqtisadçı, bankir, akademik və dövlət xadimi. İtaliyada akademik iqtisadçı olaraq fəaliyyətdən sonra, Dragi 1980-ci illərdə Vaşinqtonda Dünya Bankında çalışdı və 1991-ci ildə Romaya qayıdaraq İtaliya Xəzinədarlığının baş direktoru oldu. On ildən sonra "Goldman Sachs"-a qoşulmaq üçün bu postu tərk etdi və 2006-cı ildə İtaliya Bankının sədri təyin olunana qədər orada qaldı. Sədr fəaliyyəti 2008-ci il böhranı ilə üst-üstə düşdü və bununla mübarizə aparmaq üçün seçildi. Maliyyə Sabitliyi Forumunu əvəz edən qlobal standart quram olan Maliyyə Sabitliyi Şurasının ilk sədri. 2011-ci ildə Avropa Şurası tərəfindən Avropa Mərkəzi Bankının Prezidenti vəzifəsinə təyin olunandan sonra bu postu tərk etdi. Avrozona böhranı zamanı quruma başçılıq etdi və avronun düşüşünün qarşısını almaq üçün "lazım olan hər şeyi" etməyə hazır olacağını söyləməklə bütün dünya gündəmində məşhurlaşdı. 2014-cü ildə Dragi "Forbes" jurnalı tərəfindən dünyanın ən güclü səkkizinci adamı olaraq siyahıya alındı. 2015-ci ildə "Fortune" jurnalı onu "dünyanın ən böyük ikinci lideri" olaraq sıraladı.
Mario Draqi
Mario Dragi (it. Mario Draghi; 3 sentyabr 1947[…], Roma) — 13 fevral 2021-ci ildən etibarən İtaliya Baş naziri olan italyan iqtisadçı, bankir, akademik və dövlət xadimi. İtaliyada akademik iqtisadçı olaraq fəaliyyətdən sonra, Dragi 1980-ci illərdə Vaşinqtonda Dünya Bankında çalışdı və 1991-ci ildə Romaya qayıdaraq İtaliya Xəzinədarlığının baş direktoru oldu. On ildən sonra "Goldman Sachs"-a qoşulmaq üçün bu postu tərk etdi və 2006-cı ildə İtaliya Bankının sədri təyin olunana qədər orada qaldı. Sədr fəaliyyəti 2008-ci il böhranı ilə üst-üstə düşdü və bununla mübarizə aparmaq üçün seçildi. Maliyyə Sabitliyi Forumunu əvəz edən qlobal standart quram olan Maliyyə Sabitliyi Şurasının ilk sədri. 2011-ci ildə Avropa Şurası tərəfindən Avropa Mərkəzi Bankının Prezidenti vəzifəsinə təyin olunandan sonra bu postu tərk etdi. Avrozona böhranı zamanı quruma başçılıq etdi və avronun düşüşünün qarşısını almaq üçün "lazım olan hər şeyi" etməyə hazır olacağını söyləməklə bütün dünya gündəmində məşhurlaşdı. 2014-cü ildə Dragi "Forbes" jurnalı tərəfindən dünyanın ən güclü səkkizinci adamı olaraq siyahıya alındı. 2015-ci ildə "Fortune" jurnalı onu "dünyanın ən böyük ikinci lideri" olaraq sıraladı.
Naş qolos
Naş qolos — gündəlik ədəbi, ictimai-siyasi, menşevik qəzeti. == Tarixi == 1-ci nömrəsi 1918-ci il yanvarın 6-da, sonuncu (59-cu) nömrəsi həmin ilin martında Bakıda çıxmışdır. Qəzet redaksiya heyəti tərəfindən buraxılırdı. Erməni-daşnak silahlı dəstələrinin Bakıda Azərbaycan xalqına qarşı törətdiyi Mart soyqırımı (1918) günlərində "Naş qolos" şəhərdəki vəziyyəti təsvir edərək yazmışdı: "Hər yerdə meyitlər qıc olmuş, eybəcər hala salınmışdır. Təzəpir məscidinin yanında ağır mənzərə var. Məscid atəşdən zərər çəkmişdir. İbadətgahın təhqir olunması geniş kütlələrin qəlbini göynədir, meyitlər onları daha çox narahat edir. Nifrət və təhqir zəhərinin necə dərinliyə işlədiyi hiss olunur. Bu düşmənçiliyi aradan qaldırmaq, bu nifrətin qəzəbli intiqam hissinə çevrilməsinin qarşısını almaq üçün çox iş görmək lazım gələcək" ("Naş qolos", 24 mart, 1918-ci il).
Raqim Hadiyev
Raqim Teymur oğlu Hadiyev (19 mart 1999, Ələzəpin, Lənkəran, Azərbaycan — 4 noyabr 2020, Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Raqim Hadiyev 1999-cu il martın 19-u Lənkəran rayonunun Alazepin kəndində anadan olub. Orta təhsilini Alazepin kənd məktəbində aldıqdan sonra hərbi xidmətə yollanıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Həci Hüseynov Füzuli, Cəbrayıl, Hadrut istiqamətində gedən döyüşlərdə savaşıb. 4 noyabr 2020-ci il tarixində Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Lənkəranda torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Raqim Hadiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Raqim Hadiyev "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Raqim Hadiyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Raqim Hadiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Folsom küçəsi yarmarkası
Folsom küçəsi yarmarkası (ing. Folsom Street Fair) — 1984-cü ildən etibarən San-Fransisko şəhərində hər il sırf könüllülük əsasında sentyabr ayının son bazar günü qeyd olunan kütləvi festival. Bu, BDSM submədəniyyətinin ən geniş və kütləvi tədbirlərindən biri hesab olunur; belə ki, həmin festival çərçivəsində, yetkin yaşlı və alternativ seksual düşüncəyə malik insanlar, təhlükəsiz şəkildə özünüifadə etmək azadlığına sahibdirlər. Burada həmçinin müxtəlif seks oyuncaqlar, sadomazoxizm, flagelyasiya, bondaj üçün dəri materiallardan əşyalar satılır. Folsom küçəsində daim şənlik, bayram, flirt və azad seks ruhu hökm sürür, festivaldan əldə olunan vəsait gəlirləri isə, ənənəvi olaraq yerli xeyriyyə təşkilatlarına ianə edilir. Bəzən qısaca olaraq FSF adlandırılan bu festival-yarmarka, San-Fransisko şəhərinin cənubunda yerləşən Market (ing. South of Market, SoMa) rayonun 8-ci və 13-cü küçələri arasında qərarlaşmış reprezentativ Folsom küçəsində keçirilir. Onunla perpendikulyar şəkildə məşhur Embarkadero liman sahil şossesi və Alleman bulvarı kəsişir. Yarmarkada həmçinin maraqlı diskount sistemi mövcuddur; belə ki, əhalinin kasıb təbəqəsi üçün istiqamətləndirilmiş $10 və ya daha çox ianələr müqabilində, qonaqlara yarmarkada alınmış hər bir spirtli içki üçün 2 dollar endirim təklif edilir. == Dəri submədəniyyətinin mənşəyi == Dəri həvəskarları tərəfindən formalaşdırılmış submədəniyyət başlıca olaraq müxtəlif qeyri-standart seksual hərəkətlər və geyim tərzi ilə xarakterizə olunur; belə ki, bu mədəniyyətin davamçıları, dəridən hazırlanmış gödəkcə, jilet, çəkmə, hörmə və başqa bu kimi predmetlərə xüsusi önəm verirlər.
DruGOY Filip Kirkorov albom
DruGOY (rus. ДруGOY) – Filipp Kirkorovun sonuncu studia albomu. Albom promo versiyası 2010-cu ildə OK! jurnalına əlavə olaraq verilmişdir. Tam versiya 3 cd-dən ibarət olacaq və 2011-ci ilin aprel ayında çıxacağı gözlənilir. == OK ! ==