Folsom küçəsi yarmarkası (ing. Folsom Street Fair) — 1984-cü ildən etibarən San-Fransisko şəhərində hər il sırf könüllülük əsasında sentyabr ayının son bazar günü qeyd olunan kütləvi festival.[1] Bu, BDSM submədəniyyətinin ən geniş və kütləvi tədbirlərindən biri hesab olunur; belə ki, həmin festival çərçivəsində, yetkin yaşlı və alternativ seksual düşüncəyə malik insanlar, təhlükəsiz şəkildə özünüifadə etmək azadlığına sahibdirlər. Burada həmçinin müxtəlif seks oyuncaqlar, sadomazoxizm, flagelyasiya, bondaj üçün dəri materiallardan əşyalar satılır. Folsom küçəsində daim şənlik, bayram, flirt və azad seks ruhu hökm sürür, festivaldan əldə olunan vəsait gəlirləri isə, ənənəvi olaraq yerli xeyriyyə təşkilatlarına ianə edilir.
Folsom Street Fair | |
---|---|
| |
Ölkə | |
Qeyd olunmağa başlayıb | 1984 |
Başlayır | sentyabr ayının son bazar günü |
folsomstreet.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Bəzən qısaca olaraq FSF adlandırılan bu festival-yarmarka, San-Fransisko şəhərinin cənubunda yerləşən Market (ing. South of Market, SoMa) rayonun 8-ci və 13-cü küçələri arasında qərarlaşmış reprezentativ Folsom küçəsində keçirilir. Onunla perpendikulyar şəkildə məşhur Embarkadero liman sahil şossesi və Alleman bulvarı kəsişir. Yarmarkada həmçinin maraqlı diskount sistemi mövcuddur; belə ki, əhalinin kasıb təbəqəsi üçün istiqamətləndirilmiş $10 və ya daha çox ianələr müqabilində, qonaqlara yarmarkada alınmış hər bir spirtli içki üçün 2 dollar endirim təklif edilir.[2]
Dəri həvəskarları tərəfindən formalaşdırılmış submədəniyyət başlıca olaraq müxtəlif qeyri-standart seksual hərəkətlər və geyim tərzi ilə xarakterizə olunur; belə ki, bu mədəniyyətin davamçıları, dəridən hazırlanmış gödəkcə, jilet, çəkmə, hörmə və başqa bu kimi predmetlərə xüsusi önəm verirlər. Dəridən hazırlanmış geyimlərdən aktiv şəkildə istifadə edən submədəniyyət iştirakçıları, özlərini bununla başqa hakim seksual mədəniyyətlərdən ayırd etməyə çalışırlar.
Bir çox insanlar dəri həvəskarlarının submədəniyyətini BDSM ilə assosiasiya edirlər (BDSM abbreveaturasının tərcüməsi — Bondaj və Dominantlıq, yəni intizam passivlər, hökmranlıq isə aktivlər üçün), həmçinin "SM" və ya "S & M" olaraq adlandırılanlan Sadizm və Mazoxizm). Bununla belə, digər insanlar üçün qara dəri geyiminin demonstrasiyası, özündə sanki hiperaktivlik, kişilik və cəsarəti birləşdirən erotik dəb kimi qiymətləndirirlər. Motosikllərdən istifadə, motoklublara, müstəqilliyə və seksual dominantlığa (humilyasiya) olan sevgi, dəri fetişizminin fərqləndirici xüsusiyyətlərindəndir.[3]
Tarixə nəzər saldıqda, sadomazoxizmin hələ Qədim Roma dövründən çox əsrlər boyunca tətbiq edildiyini müşahidə edə bilərik, lakin müasir gey-dəri fetişizminin tarixi olduqca cavandır, Birləşdirilmiş Ştatlarda 1945-ci ildən inkişaf etməyə başlamışdır. Buna səbəb, İkinci dünya müharibəsinin bitməsinə az qalmış minlərlə homoseksual əsgərlərin "mavi dərəcə" (ing. blue discharge) alaraq, hərbi xidmətdən uzaqlaşdırılması və ABŞ-nin böyük liman şəhərlərinə geri qayıtması oldu. Onlar bu şəhərlərdə məskunlaşaraq, bir çox gey-gettoların əsasını qoyurlar. İlk gey-getto ABŞ-nin şərq sahilində, Nyu York şəhərinin Manhetten rayonunda kompakt və yığcam klaster şəklində formalaşmışdır, daha sonrakı illərdə bu cür gettolar həmçinin San-Fransiskonun Kastro və Çikaqonun Nord-Sayd məhəllələrində yaradılmışdır.
1953-cü ildə rejissor Laslo Benedekanın və aktyor Marlon Brandonun baş rolda çəkildiyi Üsyankar (ing. The Wild One) filmi efirlərdə nümayiş olunmuşdur. Film, bayker və motohəvəskarlarının özünəməxsus üslubunun formalaşmasına güclü təsir göstərmişdir və məhz bu səbəbdən də, bəzi geylər qara dəri materialından hazırlanan gödəkcə, qara rəngli çəkmə və cinslər geyinərək artıq ikonik obraza çevrillmiş Brandonu yamsılamağa çalışırdılar.[4]
Con Uilli təxəllüsünün altında daha çox məşhur olan Con Aleksandr Skott Koutts (9 dekabr 1902-ci il — 5 avqust 1962-ci il) rəssam və fetiş-fotoqraf olmaqla yanaşı, həmçinin Bizarre adlı tanınmış fetiş-jurnalının ilk 20 buraxılış nömrələrinin baş redaktoru və naşiri idi. Bizarre jurnalının ilk buraxılışı 1945-ci ilin sonunda çap edilmişdir, həmin dövrdə Koutts Kanadada yaşayırdı.[5]
Uilli amerikan fetiş andeqraund cəmiyyətinə ilk dəfə olaraq Çarlz Qayet tərəfindən təqdim edilmişdir və o, daha sonralar əxlaqsızlıqda ittiham edilmiş qəmgin məlum BDSM merçendayzer İrvinq Kloudun yaxın tərəfdaşına çevrilmişdir. İrvinq Kloud bütün ittihamlara baxmayaraq, dərgi oxucularının sevimlisi idi, çünki o, məşhur Sweet Gwendoline adlı komiks personaj-fetişinin yaradıcısı idi, onun yaradıcılığı və üslubu daha sonralar Cin Bilbryu və Erik Stenton kimi rəssamların fəaliyyətinə təsir göstərmişdir.[6]
Merilin Mensonun sevgilisi olmuş Burlesk səhnələrinin unudulmaz rəqqasəsi və fetiş ikonası Dita fon Tiz, müsahibələrin birində, onun estetik zövqünün formalaşmasına üç şeyin - rejissor Jorj Batayın "Gözün tarixi" adlı əsərinin[~ 1], 40-cı illərin kinomüzikllarının və nəhayət məşhur Bizarre jurnalının təsir göstərdiyini etiraf etmişdir |
Bizarre (ingilis dilindən tərcümədə "son dərəcə qeyri-adi", "qəribə") fetişizm jurnalının ABŞ kimi puritan bir ölkədə kifayət qədər uzun tarixi vardır. Depressiya dövründə, insanların əhval ruhiyyəsinin artırılması məqsədilə, "pin-up girls" adlı bədii hərəkatın əsası qoyulmuşdur. O dövrün pin-up (oxunur Pinap) jurnallarının üz qabığını cəzbedici pozalarda əyilmiş xanımların portretləri bəzəyirdi. Amerikalı kişi oxuyucular dərhal belə nəşrlərin arxasınca ova düşürlər: onlar həmin jurnalların üz bölümünü amansızcasına qopardırdılar və məftunedici gözəl qızların şəkillərini öz subaylıq yuvalarının divarlarına sancaqlayırdılar. İkinci Dünya müharibəsi illərində, ABŞ əsgərlərinin ruhdan düşməmələri üçün az qala rəsmi şəkildə çəhrayıyanaq seksual qızların posterləri ilə təchiz edilirdilər. Şəkillərin təsvir etdiyi süjetlər olduqca məsum idi. Fetiş obyektinə çevrilən qızların ətəkləri qapı qulplarına ilişərək və ya güclü küləkdən yuxarıya qalxaraq, cəlbedici corabların tarım rezin bağlarını və ya krujevalı pantalonları demonstrasiya edirdi. Bu cür şəkillərə baxan, vətənə dönüş və doğma diyarlarında bu cür qızlarla ailə həyatı qurmaq xəyalları ilə ruhlandırılmış ABŞ əsgərləri böyük şövqlə döyüşə can atırdılar.
50-ci illərdə həm bədii rəsm, həm də fotoqrafiyada çiçəklənmiş bu janrın ulduzları, sarışın Merilin Monro və qara saçlı Betti Peyc oldu.[7] Məhz bu zamanda Pinap üslubu erotik görkəm alır: bu janrım rəssamları qadın modellərini artıq kürəkdən çılpaq şəkildə təsvir edirdilər, xüsusilə cəsarətli rəssamlar isə, hətta qadın sinəsini təsvir etməkdən çəkinmirdilər. Pinap janrı fetişizm və sadomazoxizmin müxtəlif motivlərini meydana çıxardır və hündür dabanlı ayaqqabılar, bondaj, amputasiya fetişizmi, transvestitizm və bədən modifikasiyası kimi mövzuları geniş publikaya təqdim edirdi.[8]
Bizarre jurnalında "Özün yarat" adlı rubrika mövcud idi; belə ki, burada ixtiraçı redaktor korset biçmələrini yerləşdirirdi, 4,75 düym hündürlüyü olan ayaqqabı dabanlarının 6 düymə qədər uzadılması və ya qara parçadan seksual geyimlərin hazırlanması üzrə effektiv məsləhətlər yerləşdirirdi. Con Uilli müəllif olduğu komikslərin birində, istehza ilə, belin həcminin azaldılması üçün nəzərdə tutulmuş maşının qadını iki hissəyə parçalamasını təsvir etmişdir. Dəbdən feminizmə qədər hər bir mövzu Baş redaktorun ironiya obyektinə çevrilirdi. O, həmin dövrlərdə kişilərə xas olan pivə içmək, siqaret çəkmək, qalstuk və ya şalvar geyinmək və qolf oynamaq kimi vərdişləri özününkiləşdirməyə can atan qadınlara yay aylarında dənizə istirahətə gedərkən, çimərlik paltarlarından imtina edərək, kişilərin istifadə etdikləri üzgüçü alt paltarını geyinmələrini təklif edirdi və bu cür geyimin daha seksual görünəcəyini bildirirdi. 50-ci illərdə, dəbə Kristian Diorun təşəbbüsü ilə işıq sürəti ilə dar və qısa, geniş və uzun ətəklərin daxil olduğu dövrdə, Con Uilli xanımlara ümumiyyətlə geyimlərdən imtina etməyi və şəhərdə çılpaq gəzişməyi təklif edirdi.
San-Fransiskoda dəri fetişizminin tərəfdarlarının ilk klubu, 1938-ci ildə Embarkadero YMCA-nın yaxınlığında açılmış və eynicinsli seksual əlaqələrin axtarışında olan ABŞ-nin Hərbi-Dəniz Qüvvələrlərinin piyada qoşununlarına xidmət göstərmiş Sailor Boy adlı taverna idi[4].
Folsom küçəsi 1960-cı illərin ortalarından etibarən San-Fransiskoda kişi dəri cəmiyyətinin mərkəzinə çevrilmişdir. Market məhəlləsinin cənub hissəsində qərarlaşmazdan öncə, dəri-fetiş mövzusuna dost mövqeydə olan bir çox bar və gecə klubları daha çox Embarkadero (1952–1963-cü ildə Embarkadero 111 küçəsində fəaliyyət göstərmiş Jack's On The Waterfront, və On The Levee klubları), və Tenderluan rayonlarında yerləşirdilər (Tenderluan rayonunun 126 Tark küçəsində mövcud olmuş The Spur klubu, 1959-cu ildə bir qrup homofob dəstənin etdiyi aqressiv reyd nəticəsində bağlanmışdır, 518 Ellis küçəsində 1960-cı ildə açılmış The Why Not klubunun reklamasiyası zəif olduğundan, o, bir müddət sonra bağlanmışdır, 438 Eddi küçəsində yerləşən The Hideaway barı isə diskriminativ reydlər səbəbindən başqa ünvana köçürülmüşdür). Qısaca olaraq SoMa adlandırılan cənubi Marketdə 1961-ci ildə təntənəli açılış mərasimi olmuş The Tool Box fetiş mərkəzi üç yüzdən artıq qonağa xidmət göstərmək imkanına malik idi.[9] Klublara edilən reydlər, şəhər sakinlərinin aqressiv hərəkətləri və geylərin üzləşdiyi çətinliklər haqda ilk məlumatlar, hələ 1964-cü ilin iyununda Pol Uelçin müəliffi olduğu "Amerikada Homoseksualizm" adlı, məşhur Layf jurnalında nəşr edilmiş məqalədə aşağında preambula şəklində bildirilirdi:
Homoseksualizm Amerika həyatının bütün spektrlərinə — peşələrə, incəsənətə, biznesə və əməyə yayılır. Müasir ABŞ-nin böyük şəhərlərində, homoseksuallar öz gizli həyatlarından imtina edirlər və açıq şəkildə gey olduqlarını nümayiş etdirirlər. Homoseksuallar öz içki məclisləri üçün xüsusi istirahət yerləri yaradırlar, onların kompakt məskunlaşdığı xüsusi küçələr mövcuddur, onlar həmçinin özəl təşkilatların əsasını qoyurlar. Pol Uelç (ing. Paul Welch, Homosexuality in America.[10]
Orijinal mətn (ing.)Homosexuality shears across the spectrum of American life — the professions, the arts, business and labor. But today, especially in big cities, homosexuals are discarding their furtive ways and openly admitting, even flaunting, their deviation. Homosexuals have their won drinking places, their special assignation streets, even their own organizations.
Kaliforniya ştatında homoseksualların hüquqlarını müdafiə edən ilk təşkilat, 1950-ci ildə gey-aktivist Harri Hay tərəfindən əsası qoyulmuş Mattaçine cəmiyyəti olmuşdur. Mattaçine cəmiyyəti öz adını, Fransada yerləşən Maska teatrının aktyorlarının eyniadlı qrupundan (fr. Société Mattachine, İngiliscə /ˈmætəʃiːn/) götürmüşdür. Cəmiyyətin üzvlərinin əksəriyyəti ABŞ Kommunist partiyasının aktivistləri idilər.[11] Cəmiyyət gey və lesbiyanlara hüquqi və psixoloji yardım göstərir, San-Fransisko şəhərinin əhalisi içərisində isə aktiv maarifçilik fəaliyyətini həyata keçirirdi. 1953-cü ildə Mattachine Society öz işçilərinə qarşı daha radikal yanaşmanı təşəbbüs etdi. Artıq cəmiyyətin üzvlərinin zahiri görünüşlərində ləyaqət və respektabellilik, davranışlarında isə ədəb-əxlaq normalarının qorununb saxlanılması tələb olunurdu (bu addımı, cəmiyyət gey və lesbiyanların digər insanlardan heç nə ilə fərqlənmədiklərini göstərməyə çalışırdı).[12]
Eyni zamanda cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş gender stereotiplərinə qəti surətdə cavab verməyən insanların sayı artmağa başladı: incə və maneralı kişilər ilə comərd qadın obrazları, eləcə də əks cinsin əlbisələrini geyinərək, onların həyat tərzini təqlid etməyə çalışan kişilər, Mattaçine cəmiyyətinin qəti narazılığına səbəb olurdu, çünki onlar, homoseksualların digər şəhər sakinlərindən nə görünüş, nə də digər kritereliyalar etibarilə fərqlənməməli və seçilməməli olduqlarını iddia etməyə davam edirdilər.[13]
San-Fransisko LGBT cəmiyyətinin daha bir görkəmli şəxsiyyəti, ABŞ rəssamı, rəqqas, səhnə dekoratoru, baletmeyster və gey vəkil Çak Arnett idi.[15] Arnett Folsom küçəsi və Kastro rayonunda mövcud olmuş gey barlarında çalışan və dəri fetişizminə rəğbət bəsləyən insanların rəngli şəkillərini çəkərək, geniş fotokataloq nəşr etmişdir.[16] Nəşr edilən kataloqda, o, San-Fransiskonu geylərin paytaxtı adlandırırdı və bu, bir çox gey cütlükləri San-Fransiskoya köçməyə ilhamlandırmışdır.[9]
Dəri fetişizmi tematikası ilə məşhurlaşan və Folsom küçəsi ilə 11-ci küçənin cənub-qərb küncündə yer alan Febe adlı ilk gey klubun açılış mərasimi 25 iyul 1966-cı ildə baş tutmuşdur. Folsom küçəsi 1535 ünvanında yerləşən The Stud adlı daha bir köhnə klub, başlanğıcda Cəhənnəm mələklərinin pritonu (seks yuvası) hesab edilirdi;[~ 2] 1969-cu ildə klubun rəhbərliyi burada hippi icması üçün yönəldilmiş yeni rəqs mərkəzinin yaradılması qərarını alır. Klubun interyerini Çak Arnettin müəllifi olduğu müxtəlif psixodelik və hallüsinogen tərzlərində divar rəsm əsərləri bəzəyirdi. Yuxarıda adları qeyd olunan gey klubların başlıca fərqləndirici xüsusiyyətlərindən birisi də, onların zirzəmilərində "qaranlıq otaqların"[~ 3] və saunaların mövcud olması idi.
Dəri fetişizmi və BDSM ilə məşğul olan şəxslər 1971-ci ildə "Bandana kodu" adlı bir yeniliyə imza atdılar. Bandana, yaxud Hanky Code (ingilis dilində tam adı handkerchief code, "burun örpək kodu" olaraq tərcümə olunur) — seksual üstüntutmaların və şəhvət arzularının nümayişi üçün xidmət göstərən və burun örpəklərindən, bandanalardan və ya müxtəlif rəngli dəsmallardan ibarət olan nişanların kod sistemi idi. Sistem, San-Fransiskoda geylərə qarşı həyata keçirilən təqiblərin və homofobiya təbliğatların aktivləşdiyi dövrdə, yəni 1970-ci illərdə gizli dil kodu olaraq yaradılmışdır və qeyri-leqallıq şəraitində homoseksualların özlərinə uyğun seksual partnyorların axtarışı üçün istifadə edilirdi.[17] 1983-cü ildə çap edilmiş The Leatherman's Handbook II kitabında burun örpəklərinin rənglərə görə klassifikasiyası təqdim olunmuşdur; belə ki, örpəyin hər bir rəngi, müxtəlif seks pozisiyasına işarə edirdi, bandanaların sol cibdə daşınması seksual dominantlığı (top), sağ cibdə daşınması isə passiv (bottom) seksual rolu simvolizə edirdi.[18]
Dəri fetişizminə rəğbət bəsləyən insanların bir çoxu Embarkadero sahilində yerləşən YMCA-nın (Gənc Xristian Assosiasiyası) üzvləri idilər və assosiasiyanın qərargahında yerləşən fitnes zallarında idmanla məşğul olurdular (1975-ci ilə kimi, qadınlara YMCA-ya daxil olmaq qadağan idi. Bunun başlıca səbəbi kimi, idman ayaqqabıları istisna olmaqla, oğlanların digər idman geyimlərindən tam şəkildə imtina etmək azadlığının mövcud olması gödtərilirdi; məşqlərə gələn və ya üzgüçüklə məşğul olan geylərin əksəriyyəti nudizmə üstünlük verirdilər).
1970-ci illərin sonunda Folsomun Möcüzəvi milində (ing. Miracle Mille) LGBT və BDSM fetişizminə xidmət göstərən 30 yaxın klub, rəqs və alış-veriş mərkəzi, sauna və azad seks barları yaradılmışdır. Piyada şəklində "Möcüzəvi mildə" yerləşən bütün istirahət və əyləncə mərkəzlərinə baş çəkmək mümkün idi.
Adı | Yaradılma tarixi | Növü | İzahı |
---|---|---|---|
The Barracks at 72 Hallam St. | 1972 | hamam | sərt sadomazoxizmi sevənlər üçün nəzərdə tutulmuş hamam. Onun hər otağı, müxtəlif fetiş-fantaziyaların reallaşdırılmasına xidmət göstərən səhnələr kimi dekorasiya edilmişdir. |
The Red Star Saloon | 1973 | salon | interyeri Çak Arnettin rəsm əsərləri ilə bəzədilmiş içki salonu idi |
The EndUp | 1973 | gecə klubu | əsəbi zəiflər üçün olmayan gecə klubu, öz rəqs mədəniyyəti, provokativ işıqlandırma sistemi ilə məşhurdur.[19] |
Folsom Prison, The Ambush, Big Tow | 1974 | moll | Folsom ilə 6-cı və 7-ci küçələrin kəsişdiyi yerdə yer alan böyük ticarət mərkəzləridir. Burada dəri fetişistləri üçün müxtəlif brendlərin dəri məhsulları və BDSM oyuncaqları təklif olunur. |
Hombre, The Catacombs | 1975 | seks bar | sərt fistinq sevənlər üçün qaranlıq otaqla (darkroom ilə) təchiz olunmuş bar. Katakombalar yarımgizli yer hesab edilirdi; giriş ancaq tanışlıq və rekomendasiya ilə mümkün idi. Buranın daimi qonaqları içərisində yazıçı Patrik Kalifiyanın adı xüsusilə qeyd etmək olar.[20] Katakombalar seksual antropoloq Geyl Rubin tərəfindən təfərrüatlı şəkildə təsvir edilmişdir.[21] |
The Trading Post, The Slot | 1976 | seks bar | sərt flagellyasiya üçün nəzərdə tutulmuş bar |
The Sutro baths, Black & Blue | 1977 | hamam | BDSM nümayəndələri tərəfindən sevilən hamam və saunalar. Zirzəmi mərtəbəsində orgiya üçün otaqlar yerləşirdi. Sutro baths gender fərqi qoymurdu və buranın xidmətlərindən lesbiyanlar və transseksuallar da istifadə edirdilər.[15][22] |
The Plunge | 1980 | üzgüçülük mərkəzi | böyük basseyn ilə təchiz olunmuş BDSM üzgüçülük mərkəzi. Burada həmçinin rəqs salonu, pissinq seksi üçün qapalı otaqlar və kiçik otel mövcud idi. |
Kütləvi LGBT yarmarkalarının düzənlənməsi ideyasının meynstrimə çevrilməsindən öncə, motoklubların həvəskarları tərəfindən Folsom-stritdə karnavallar keçirilirdi. Kaliforniya motoklub karnavalı (CMC) geyləri, dəri həvəskarlarını və BDSM üzvlərini rəqs və şənlik ampluasında birləşdirirdi. Karnaval 1960-cı illərin ortalarından 1980-ci illərin sonuna kimi, yəni ABŞ-də baş vermiş QİÇS epidemiyasının bu tədbirin imicinə ciddi xələl gətirərək, onun qapatılmasına qədər, hər il boyunca yarımgizli bir yerdə, Disc Jockey-lərin, musiqi həvəskarlarının və kejual seks[~ 4] etmək arzusunda olan şəxslərin birgə iştirakı ilə keçirilirdi. 1980-ci ildə keçirilmiş sonuncu tədbirə rekord sayda 4000-dən artıq insan qatılmışdır.[23][24]
CMC karnavalı, Kaliforniya dəri və motosikl həvəskarları klubunun üzvləri tərəfindən təşkil edilmişdir. Bu gey-motoklubların üzvləri əsasən Harley-Davidson motosikllərində gəzməyi, şənbə və bazar günlərində isə, periodik olaraq Syerra Nevada adı ilə məşhur olan və Şimali Amerika kordilyerlərin qərb qayışında yerləşən dağ silsiləsində piknik etməyi sevirdilər. Əsası 1954-cü ildə qoyulmuş Satyrs, ABŞ-nin ilk gey-motosikletsevənlər klubu idi. 1960-cı ildə fəaliyyə başlamış Warlocks isə, San-Fransiskonun ilk gey-motosiklet mərkəzi hesab edilirdi. Burada formalaşan tolerantlıq abu havası, elə həmin ildə fetişizmə maraq göstərən şəxslər üçün California Motorcycle klubunun açılmasına və qısa zaman içərisində Market meydanının cənub məhəllələrinin, Barbary Coasters və Constantines and Cheaters adlı motoklubların da daxil olduqları geniş LGBT mərkəzinin formalaşmasına səbəb olmuşdur.[25]
Gey-motoklublar maliyyə problemləri olan, həmçinin ziyarətçilərin az olduğu bir sıra dərisevənlər barlarında çoxlu sayda filantrop aksiyalarını təşkil edir və bu barların populyarlaşmaları üçün yardım edirdilər. Motosikllərin dəbli nəqliyyat vasitəsinə çevrilməsi, Folsom küçəsinin hər iki tərəfində park edilmiş motosikllərin kifayət qədər uzun növbələrin yaranmasına səbəb olmuşdur. Təəssüf ki, 1982-ci ildə başlamış QİÇS böhranı, motoklublara olan marağın sürətlə azalmasına gətitib çıxarmışdır.[26]
1979-cu ildə San-Fransiskoda lesbiyan qadınların birgə səyi nəticəsində yenicə yaradılmış Dykes on Bikes motosikl klubu tərəfindən Kaliforniya ştatında yaşayan geylərin azadlığı şərəfinə genişmiqyaslı motoyürüş keçirilmişdir (1994-cü ildən etibarən sözügedən tədbirın adı "San-Fransisko qürur paradı" olaraq dəyişdirilmişdir).[27]
1980-ci ilin ortalarında digər şəhərlərdə yaşayan lesbiyanlar kiçik motoklubların əsasını qoyurlar.[25] Əldə edilən gəlirlər, həmin motoklubların rəhbərləri tərəfindən QİÇS-dən əziyyət çəkən minlərlə geylərin sağalmaları üçün istifadə olunurdu. Hələ 1976-cı ildə lesbiyanların hüquqularının müdafiəsi ilə məşğul olmuş Soni Volf, 2018-ci ildə San-Fransiskoda keçirilən LGBT yürüyüşünün baş marşalı olmalı idi. Lakin Volfun 2018-ci ilin aprel ayında qəflətən vəfat etməsi nəticəsində, parad yürüyüşünün onun şərəfinə adlandırılması qərara alınmışdır. Əsasən katolik rahibə obrazlarından istifadə edərək, cəmiyyətdə aktual olan ksenofobiya, gender və homofobiya problemlərini padodiya şəklində təqdim edən Sonsuz mərhəmət bacıları (ing. Sisters of Perpetual Indulgence) adlı beynəlxalq xeyriyyə təşkilatının üzvləri, 2016-cı ildə Soni Volfu "bütün həyatı boyunca insanların hüquqlarının müdafiəsi üzrə külli miqdarda vəsait toplayan cəsarətli aktivist qadın" adlandırılaraq, kanonizasiya etmişdilər.[28][29]
1960–1970-ci illərdə yaşayan bəzi homoseksuallar "pozer" slenq ifdəsindən tez tez istifadə edirdilər; belə ki, bu ifadə Harley Davidson və ya başqa brenddən olan motosikllərdən istifadə etməyi bacarmayan və dəri fetişizmini anlamayan ədəbaz təqlidçilərə qarşı istifadə olunurdu.[30]
San-Fransiskonun cənubunda yerləşən Market meydanı ərazisində Dəri fetişizminin tarixi adlı geniş ekspozisiya xiyabanı yerləşir. 2017-ci ildə açılmış və Rinqold küçəsi boyunca uzanan xiyabanda 4 məşhur incəsənət əsəri yerləşdirilmişdir.[31][32] Dəri memuarı müxtəsər adı ilə məşhur olan ekspozisiya landşaft memarı Ceffri Millerin səyi nəticəsində yaradılmışdır və aşağıdakı sənət əsərlərini özündə birləşdirir:[33][34][35]
1970-ci illərdə San-Fransiskonun SoMa məhəllələrində başlanılmış ambisioz şəhər yenidənqurma proqramına qarşı LGBT cəmiyyəti fəal şəkildə müqavimət göstərirdilər. Tarixən formalaşmış anbar və sənaye rayonu ərazisində şəhər hakimiyyəti çoxmərtəbəli binaların inşasına start vermişdir (bunun başlıca məqsədi, Rinkon Hill rayonun davamı kimi, bu ərazilərin canlandırılması istəyi idi).
1980-ci ildə başlanmış QİÇS epidemiyası nəticəsində gey icmanın uzun müddət qoruyub saxladığı nisbi muxtariyyəti kəskin şəkildə zəifləmişdi, şəhər şurası bu faktordan yetərincə yararlanaraq, ictimai səhiyyə naminə Folsomdakı bir çox hamamları bağlatdırmağa, klubların əksəriyyətinin isə nizamlı formada fəaliyyət göstərmələrinə nail olmuşdu.[36]
Yarmarka hər il 250 000-dən çox insanı cəlb edir, və onlardan bir çoxu cəmiyyətin aktiv iştirakçısı hesab olunurlar. Yarmarkanı ilk dəfə ziyarət edən insanların da sayı durmadan artır və onların qarşılaşdığı ilk problem, buraya hansı geyimdə daxil olmağı və yaxud digər tədbir qonaqları ilə necə hərəkət etməli olduqları haqda məlumatsızlıqdır. Bura, sadomazoxizm hərəkətlərinin publik, yəni hər kəsin gözü önündə keçirilməsinin təqdir olunduğu azsaylı yerlərdən biridir. Şəhər manşetlərinin ən aktual xəbəri olan yarmarka, yüzlərlə fotoqraf və videooperatorların diqqətini cəlb edir. İştirakçıların geyindikləri əlbisələrin, kostyumların və təşkilatın ümumi formatının çox zaman transqressiv xarakter daşımasına baxmayaraq, insanların bir çoxu bu tədbirləri olduqca pozitiv və reallığı əks etdirici adlandırılar.[37]
Bununla belə, rezonans doğuran bu hadisə bəzən ictimai və ölkədaxili tənqidə məruz qalır,[38][39] ədəbsizliyə göstərilən geniş tolerantlıq, bir sıra anti-gey təşkilatların, misal üçün AFTAH birliyinin üzvlərinin əks tədbirlərə əl atmalarına imkan yaradır.[40] AFTAH seksual oriyentasiyanın anadangəlmə olması ideyasını qətiliklə rədd edir və hesab edir ki, insanlar homoseksual həyat tərzini "tərk edə" bilərlər.[41] AFTAH həmçinin iddia edir ki, geylərin hüquqları ilə din azadlığı arasında fundamental münaqişə mövcuddur.[42]
Folsom təşkilatçıları şəhər məmurları tərəfindən böyük etibara layiq görülmüşdülər, çünki onlar təkcə cəmiyyətin və könüllülərin dəstəyinin xüsusi səviyyəsini nümayiş etdirmədilər, həm də San-Fransiskoda müxtəlif müxalifyönümlü qonşu qrupların diskriminativ hərəkətləri ilə rastlaşan başqa küçə yarmarkaları üçün yamsılama nümunəsinə çevrilmişdilər. 2006-cı ildə, Sonsuz mərhəmət bacıların birgə yardımı sayəsində Folsomdan gələn gəlirin təxminən 300.000 dolları şəhərdə bir sıra yardım layihələrinin icrasına ianə edilmişdir. Ümumiyyətlə, "Sonsuz mərhəmətin" LGBT rahibələri şəhər sakinləri tərəfindən çox sevilirlər və böyük rəğbət hissinə layiq görülürlər. Bunun başlıca səbəbi, rahibələrin şəhər əhlinin rifahı və inkişafı üçün etdikləri böyük maddi yardımlardır. 31 oktyabr 1989-cu ildə, yəni güclü Loma Priyeta zəlzələsindən iki həftə sonra (15 saniyə davam etmiş və maqnitudası 6.9 olan təbii fəlakət, San-Fransisko şəhərinin bir çox hissəsini xarabalığa çevirmiş və şəhərə 5.6 – 6 mlrd. dollar iqtisadi ziyan vurmuşdur), rahibələr dağılmış küçələrə çıxaraq, sakinlərlə birgə möhtəşəm Hellouin şənliklərini düzənləyirlər və əldə olunan bütün vəsait gəlirlərini, şəhərin bərpa edilməsinə xərcləyirlər.[43][44]
Sonsuz şəhvət və şənlik ruhu ilə coşan bu yarmarka, BDSM seksə valeh olan və dünyanın istənilən nöqtəsindən olan 400 000-ə yaxın ziyarətçini toplayır və Qızılgül paradından və San-Fransisko qürur praydından sonra öz ölçülərinə və masştabına görə dünyada üçüncü yerdə qərarlaşır.[45][46][47][48] Folsom-stritdə yarmarkadan gələn təmiz gəlir, ixtisaslaşdırılmış yerli benefisiar xeyriyyə təşkilatlarına da ötürülür. Bu səbəbdən yerli ictimai səhiyyə, sosial xidmətlər və sənət sahəsində işləyən xeyriyyə təşkilatları fəaliyyətlərini davam etdirə bilmələri üçün əlavə gəlir əldə etmiş olurlar.[49]
Təşkilatçılar adətən məhəllədə bir və ya iki canlı səhnə yaradırlar ki, bu da müxtəlif alternativ musiqi qrupları və ya solo ifaçılarına öz istedadlarını geniş gey kütləsinə təqdim edə bilmələrinə imkan yaradır. Daha öncəki yarmarkaların keçirilməsi zamanı, Austra, Little Boots, Miami Horror, Ladytron, Dragonette, Imperial Teen, Berlin, The Presets, Monarchy, The English Beat, Missing Persons, MNDR, Light Asylum, Natalie Portman's Shaved Head, Nitzer Ebb, MEN (Le Tigre-dən olan C. D. Samsonun birgə iştirakı ilə), My Life With The Thrill Kill Kult, The Limousines, Ladyhawke, Adult və Yacht kimi geniş publikaya tanış olmayan, lakin andeqraund üslubunu sevən insanların çox yaxşı tanıdıqları kollektivlər, elektron musiqi qrupları, DJ-lər hedlayner qismində qatılmışdılar. Yarmarkanın gələcəyi məhz musiqi səhnələrinin artırılması və buranın dünyada ən məşhur andeqraund istedadlarının toplanma mərkəzinə çevrilməsi gözlənilir. 2006-cı ildə burada Betti Peycin sirri adlı qadın zonası yaradılmışdır (sonrakı illərdə bu zona adını dəyişərək, Venera meydançası olaraq məşhurlaşmışdı). Zonada adətən gənc istedadlı qadınlar iştirak edir və bəzın məhz buradan onların gələcək musiqi karyeralarına start verilir.
Folsom Avropa (ing. Folsom Europe) – Almaniyanın paytaxtı Berlin şəhərində hər ilin sentyabr ayında BDSM və dəri fetişizminə həsr edilən sərgidir. Əsası 2003-cü ildə qoyulmuş Folsom Avropanın başlıca məqsədi, ABŞ-də populyar olan qeyri-kommersiya festival konsepsiyasının Avropaya köçürülməsi idi.[50]
Folsom Avropa, ənənəvi olaraq Pasxa bayramı zamanı Berlində keçirilən BLF Easter ilə birlikdə olaraq, Avropada gey-fetişizmə həsr olunan ən böyük hadisə hesab olunur. Hər iki LGBT fetiş-festivalı Berlin şəhərinin Şöneberq rayonunda, Fuggerştrasse və Velzerştrasse küçələri və Vittenberqplatz meydanında keçirilir.[51]
Folsom Avropa hər il daha da genişlənərək, böyük bir auditoriyanı özündə birləşdirir. Festival ziyarətçilərinin əksəriyyəti geylərdir, lakin burada bütün seksual münasibət növlərinə tolerant yanaşılır və iştiraka hər kəs dəvət olunur. İlin digər aylarında, Berlin şəhərində Folsom ilə uğurlu rəqabət aparan başqa fetiş günləri də keçirilir (misal üçün Perverts, Pig və Sneakfreaxx).
Şimali Folsom yarmarkası (ing. Folsom Fair North (FFN)) son dörd ildə amerikanın məşhur Instinct jurnalı tərəfindən "Torontoda ziyarət üçün ən yaxşı hadisə" və "Dünyanın ən mühüm qəziyyəsi" olaraq adlandırılmışdır.[52] FFN-in çox sadə missiyası vardır. Belə ki, QİÇS+ statusu olan xarici vətəndaşların ABŞ ərazisinə viza ilə daxil olmalarına məhdudiyyətin qoyulması, mühüm diskriminasiya aspekti kimi, FFN iştirakçıları tərəfindən daim kəskin şəkildə pislənilirdi. FFN aktivistləri yarmarkalarım şən və təhlükəsiz formatda keçirərək, alternativ seksual həyat tərzini insanlara təqdim edir, eləcə də Kanada xeyriyyə cəmiyyətlərinin fəaliyyətinin uğurla davam etdirilməsi məqsədilə, böyük miqdarda maliyyə vəsaitləri ayırır və xarici vətəndaşların ABŞ ərazisinə daxil olarkən, qarşılaşdıqları hər hansı bir diskriminasiya problemlərinə qarşı geniş tədbirlər həyata keçirməyə çalışırlar.[53]
2005-ci ildə FFN-in başlıca təşəbbüsü ilə Allan Gardens deyilən şəhər konservatoriyasının yaxınlığında yeni inzibati binanın açılış mərasimi baş tutmuşdur. Allan Gardens Torontonun mərkəzindəki gey kəndinin (Gay Village) cəmi bir məhəllə uzaqlığında yerləşir. 65 satış dükanı və eksponent salonları, rəssamlar üçün ayrılmış emalatxanalar, elektron musiqi ifa edən DJ üçün geniş səhnə meydançaları, knaypelər (pivə satışı mərkəzləri) və rəqs klubları, FFN ərazisinin kütləvi turist axınına səbəb olur.
Torontoda belə miqyaslı yarmarkanım keçirilməsi üçün, FFN təşkilatının üzvləri şəhər məsləhətçisi Kayl Rey, onun əməkdaşları və Toronto şəhərinin administrasiyası ilə sıx əməkdaşlıq edirdilər. Şəhər administrasiyası, iyul ayının üçün bazar gününü rəsmi olaraq FFN Weekend (Folsom həftəsi) adlandırmışdılar. Yarmarka, ənənəvi olaraq Toronto gey paradından sonra və "Divercite" adlı Monreal gey paradının keçirilməsindən iki həftə öncə öz qapılarını rəsmi olaraq turistlərə açır. 2005-ci ildə Şəhər surası bu şənliyi ölkə əhmiyyətli bayram adlandırmışdır.
1997-ci ildən etibarən, Şərqi Folsom küçəsi (ing. Folsom Street East Street) dünya fetiş təqvimində mühüm yer alan festival hesab edilir. Bu festival, Nyu York şəhərinin müsbət emosiyalı vətəndaşlarını bir yerə toplamaq məqsədini özündə daşıyır.[47][54] Regional Nyu York Folsomu, ənənəvi olaraq Manhettenin 27-ci küçəsində, yerli "Mavi istridyə" (ing. The Blue Oyster) gey barının yaxınlığında[~ 5] və yük dəmir yolu körpüsünün aşağısında keçirilir. Ənənəvi turistik marşrutlardan uzaqda yerləşən festival, sənayə ərazisi hesab olunurdu və bu səbəbdən də, burada baş verən pozğunluqları ancaq dəvət olunmuş şəxslər müşahidə edə bilirdi. Lakin son illərdə mövcud tendensiya ciddi dəyişikliyə məruz qalmışdır. Belə ki, keçmiş istehsalat anbarlarında bədii incəsənət qalereyaları açılmış, festival ərazisinin yuxarısında yerləşən körpüdəki istifadəyə yararsız dəmir yol şpalları isə, demontaj edilərək, yerində gözəl şəhər parkı salınmışdır.
Keçmiş sənayə rayonunda yeni yaşayış komplekslərinin inşası, bu ərazidə insanların artmasına səbəb oldu və festivalın təşkilatçıları, 28-ci küçəni hər iki tərəfdən dəmir sipərlərlə hasarlamağa və bununla da festivala qatılan iştirakçıları mümkün qədər yerli sakinlərin maraq baxışlarından uzaq tutmağa çalışırdılar.[55] Yaxınlıqdakı Hayland parkında gəzişən ailəvi və uşaqlı cütlükər adətən festivalın keçirildiyi küçəyə yaxınlaşmırlar və bunun səbəbi, həmin şənliyin LGBT icmasına aid olmasında deyil. Başlıca səbəb, festival iştirakçılarının davranışındadır; qaydalara görə, tamamilə çılpaqlaşmaq və həmin ərazidə cinsi əlaqədə olmaq qadağandır. İştirakçıların əksəriyyəti, əlbəttə var gücü ilə həmin qaydalara riayət etməyə çalışırlar, lakin burada spirtli içkilərin və narkotik vasitələrin açıq şəkildə satılması, sərxoşluq və yüksək ekstaz həddinə çatmış iştirakçıları sadomazoxist cinsi əlaqə ilə məşğul olmalarına səbəb olur.
İctimai döymə Nyu York festival proqramının mühüm hissəsi hesab edilir. "Təqsirkar olmuş" şəxsi xüsusi taxta konstruksiyaya bağlayırlar və xüsusi dəri qamçıların köməyi ilə cəzalandırırlar.
Şərqi Folsom küçəsi festivalının təşkilatçısı GMSMA adlı aktivist birliyidir. GMSMA — BDSM, S&M və fetişizmlə məşğul olan gey icmalarına dəstək göstərən, eləcə də ictimailəşdirmə, təhsil və siyasi fəallıqla məşğul olan ən köhnə ən böyük qeyri-hökumət təşkilatı hesab olunur.[56] 1980-ci ildə təşkilatın üzvləri tərəfindən propaqanda edilən təhlükəsiz, aydın və razılaşdırılmış münasibətlər sloqanı müasir dövrdə stereotiplərlə mübarizə üçün geniş istifadə olunur. GMSMA-nın beynəlxalq səviyyədə məşhurlaşmasına, bir çox buna bənzər daha kiçik birliklərin, alyansların formalaşmasında yardımçı olmasına baxmayaraq, təşkilat üzvləri digər ölkələrdə və ya şəhərlərdə öz filiallarını yaratmaqdan ənənəvi olaraq imtina edirlər. Təşkilatçılar bondaj, mumifikasiya, pissinq, fistinqin düzgün yerinə yetirilməsi barəsində sosial tədbirləri və həftəlik sessiyaları keçirirlər.[57] GMSMA həmçinin aktiv şəkildə geylərin, qadınların üzləşdikləri zorakılıq ilə mübarizə üzrə müxtəlif təşkilatlarla fəal əməkdaşlıq edir və Nyu York praydının keçirilməsi üzrə əsas tərəfdar çevrildi.[58]
Məlumat kitabçalarının və leksik lüğətlərin nəşri üzrə ixtisaslaşmış məşhur Merriam-Webster mətbəəsi, Deviant sözünü "cinsi pozğunluğa meyl göstərmək" kimi tərcümə edir, deviant şəxsləri isə, öz sosial və ya seksual davranışları ilə adi insanlar və ya çoxluq tərəfindən qəbul edilmiş standartlardan kənara çıxan şəxslər olaraq təsvir edir.[59] Folsom-stritnin təşkilatçaları yarmarka ilə paralel keçirilən afterparty şənliklərində həmin lüğətə əlavə edilən bu slenq ifadəni aktiv şəkildə istifadə edirdilər. Adətən Folsom həftəsinin bazar günündə keçirilən və Deviants Adult Arcade adı ilə tanınan musiqi şənliyində deviant həyat tərzinin bütün təzahürləri, eləcə də andeqraund elektron musiqisinin psixodelika, seksual və ötkəmli iterasiya formaları iştirakçılara təqdim olunur. Folsom yarmarkasının sırf homoseksual auditoriyası üçün nəzərdə tutulmuş sərt əyləncəli başqa iventlərdən fərqli olaraq, Deviants Adult Arcade cinsindən və seksual oriyentasiyasından asılı olmayaraq hər kəsi öndəgələn Tekhno, Drum and Bass, House və Disco musiqi üslublarında ifa edən DJ-lərin musiqilərini dinləməyə və BDSM ilə məşğul olmağa dəvət edir.
Honey Soundsystem kollektivinin DJ iştirakçılarının yardımı sayəsində təşkil olunan Deviants şənliyində, azad və özünəməxsus şəkildə Deep House və Tekhno stilləri birləşdirilirdi və bu, San-Fransisko gey icması tərəfindən furorla qarşılanırdı. Honey Soundsystem-in yaradıcılarından birisi olmuş Ceykob Sperberin sözlərinə görə, Folsomda mövcud olan azad seks və fetişizm ruhu, DJ-ləri geniş auditoriyanın tanış olmadığı alternativ musiqi üslublarının sintezləşdirilməsi yolu ilə, şənliyi daha fərahverici notlar ilə kökləməyi sövq edirdi.
2 mindən artıq insanın hər il iştirak etdiyi şənliyin ənənəvi qonaqları içərisində, DJ Hard French, Hard Ton, DJ Pareja, The Black Madonna, Horse Meat, Stereogamous və bir çox digər istedadlı şəxslərin adlarını qeyd etmək olar.
Öz növbəsində "Magnitude", Folsom həftəsinin şənbə günü ənənəvi olaraq keçirilən möhtəşəm rəqs festivalıdır. 2018-ci ildən etibarən festival dünya standartlarına cavab verən işıqlandırma və musiqi avadanlıqları ilə təchiz olunmuş Fort Mason sənət və mədəniyyət mərkəzində fəaliyyət göstərir. Dünyanın hər bir nöqtəsindən təşrif buyurmuş 3000-dən artıq qonağın hər il iştirak etdiyi şənbə iventində fantastik səhnə şouları və məşhur DJ-lər San-Fransiskonu bir həftə boyunca dünya geylərinin qeyri-rəsmi paytaxtına çevirir. İnsanların əksəriyyəti, Magnitude festivalının Folsom Street Events-dəki gerçək əhəmiyyətindən çox zaman xəbərsiz olurlar. Belə ki, yalnız üç ştat əməkdaşı və volontyor direktorlar şurasını birgə səyi nəticəsində formalaşan musiqi tədbiri xeyriyyəçiliklə məşğul olaraq 2018-ci ildə 7 milyon dolları toplayaraq, kimsəsizlərə yardım etmiş, San-Fransisko şəhərinin turizm sektorunun inkişafına isə təxminən 200 milyon dollar ianə ödəmişdilər.[60]
30 sentyabr 2007-ci ildə baş tutmuş 24-cü illik tədbir üçün Folsom studiyası tərəfindən LGBT və BDSM-in məşhur üzvlərinin birgə iştirakı ilə fotosessiya düzənlənmiş və həmin fotolardan ibarət posterlər hazırlanmışdır. Posterin üzərində bayram və fetiş geyimlərində olan müxtəlif pornoaktyorlar, Hot House Entertainment gey pornoqrafiya studiyasının art direktoru "Sister Roma" (əsl adı Maykl Uillyams),[61] həmçinin BDSM icmasının trikolor bayrağının sərildiyi və çoxsaylı seks oyuncaqları, dildo və şallaqlar ilə bəzədilmiş geniş masa, Leonardo da Vinçi tərəfindən yaradılmış və günümüzədək mədəni-ikonoqrafik şedevr olaraq adlandırılan Sonuncu şam yeməyi rəsm əsərinin yeni və innovativ versiyasında təsvir edilmişdilər.[62][63] FredAlert tərəfindən hazırlanmış həmin posterlər rəsmi turistik bələdçilərdə geniş istifadə olunur, LGBT mövzularına maraq göstərən kolleksiyaçılar üçün plakatlar şəklində satışa buraxılır və yarmarkanın rəsmi olaraq başlamasından bir həftə öncə bütün şəhər küçələrində asılırdı. Bəzi mühafizəkar dini qruplar, posterlərin anti-xristian və küfredici olduqlarını hesab edərək, Folsomu ciddi tənqid atəşinə tuturdular. KİV-lər isə əksinə, rəsmi saytlarda yerləşdirdikləri xəbərlərdə və teleşoularda qeyd edirdilər ki, məşhur rəsm əsərinin stilizə edilmiş gey parodiyası daha öncələr də müxtəlif film və proqramlarda, misal üçün Simpsonlar multserialının və Soprano Klanı kriminal-detektiv serialının bəzi epizodlarında, rejissor Robert Oltmen tərəfindən və Boston Red Soks peşəkar beysbol komandasının reklam aksiyalarında da istifadə olunmuşdur[64][65]. San-Fransiskonun Metropoliya icma kilsəsində (Metropoliya İcma kilsələrinin ümumdünya birliyi) böyük pastor tituluna sahib olan və öz seksual oriyentasiyasını heç kimdən gizlətməyən rahib-ata Kris Qleyzer, posterin zövqlə dizayn edildiyinu vurğulayaraq, onun sadəcə olaraq "San-Fransiskonun dəyərləri" anlayışını parodiya etmək və insanlar arasında şənlik ab-havasının artırmaq məqsədi olduğunu bildirmişdir.[63]
Posterə həsr olunmuş press-relizdə, Folsom Street Events qeyri-kommersiya təşkilatının prezidenti Endi Kopper, bunları bildirmişdi:
Bizim dinin və ya dinə əleyhdar tərəf olmaq kimi bir niyyətimiz yoxdur. Posterdə təsvir olunan səhnə, sadəcə olaraq Sonuncu şam yeməyi rəsm əsərini təqlid edərək, insanları bu şedevr ilə daha yaxından tanış etmək idi. Yaratdığımız interpretasiyada bütün dəri rənglərində olan lesbiyan qadınlar və gey kişilər təsvir edilmişdir. Biz, posteri dünyəviliyin, tolerantlığın seyircidə müsbət hislər doğuracığını ümid edərək yaratmışdıq. İnsanların əksəriyyəti posteri seyr edərək, daha dərin mövzulara toxunaraq, möhtəkirlik etməyə üstünlük verirlər. İstehza isə ondan ibarətdir ki, müasir incəsənət aləmində Da Vinçinin özü belə homoseksual hesab edilir. Düzünü desək, biz bu posterdən ilhamlanaraq, növbəti bir neçə il ərzində yeni plakatlar seriyasını buraxmağı planlaşdırırıq."[66][67] |
Daha sonrakı illərdə, kreativ yönəticilər Qrant Vudun "Amerikan qotikası", Edvard Munkun "Fəryad" və "Musiqi səsləri" kimi daha neytral mövzuları özündə ehtiva edən rəsm əsərlərindən ilhamlanaraq, yeni posterləri satışa buraxmağı qərara alırlar. Folsomun yaradıcıları ümumiyyətlə tədbirlərin keçirilməsi zamanı, mümkün qədər San-Fransiskonun ekstremist fəal cəmiyyətlərini qıcıqlandırmamağa çalışırdılar.
Katolik liqa, Amerika Birləşmiş Ştatlarında ictimai cəhətdən mühafizəkar, yevangelist-xristian və qeyri-kommersiya qadın aktivist qrupu olan "Concerned Women for America"[68] və Ailə tədqiqatları üzrə Şura, Folsom şənliyinin ənənəvi əleyhdarları hesab olunurlar; onların başlıca məqsədi, tədbirin ən böyük sponsoru olan Miller Brewing pivə istehsalı üzrə fəaliyyət göstərən şirkəti boykot etmək və onun çoxsaylı televiziya reklamlarının qarşısının alınması idi.[69][70] Ciddi maliyyə itkiləri ilə üzləşəcəyindən ehtiyat edən Miller şirkətinin rəhbərliyi, onlara məxsus sponsorluq loqotipinin tədbir plakatlarından və bilbordlardan silinməsini xahiş etmiş və məsələ ilə bağlı olaraq öz rəsmi internet səhifəsində aşağıdakı bəyanəti yerləşdirmişdi:
Biz Miller təşkilatı olaraq artıq bir neçə ildir ki, Folsom-stritdə keçirilən yarmarkaları dəstəkləməyimizə baxmayraq, təşkilat komitəsi tərəfindən plakatların yaradılması ideyasına qarşı kəskin etirazımızı bildiririk. Biz anlayırıq ki, təşkilat tərəfindən hər il çap edilən posterlər bəzi insanlar tərəfindən təhqiredici olaraq qəbul edilir və məhz bu səbəbdən də biz təşkilatçılara dərhal plakatlardan, bilbordlardan bizim loqotipimizin yığışdırılmasınə xahiş etdik.[71] |
Bəyanətin saytlara yerləşdirilməsindən dərhal sonra Katolik liqa boykota son qoymuşdur, lakin bu məsələ artıq regional masştabda ölkə rəhbərliyinin belə diqqətini cəlb etmişdir[63]. Kaliforniya ştatından ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, katolik dininə etiqad etdiyi üçün cümə günü öz səhər mətbuat konfransı çərçivəsində posterlər haqqında bunları söyləmişdi:
Bu konstitusiya məsələsidir. Bu dini məsələdir. Bu eyni zamanda qlobal məsələdir... Mən Birinci düzəlişin böyük tərəfdarıyam.[~ 6] Və mən, Folsom-stritdə keçirilən yarmarkadan xristianlıq dininin hər hansı bir zərər çəkə biləcəyinə inanmıram.[72] |