Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Makatea
Makatea (fr. Makatea) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taitidən 230 km şimal-şərqdə, Rangiroa 82 km aralıda yerləşir. == Coğrafiya == Tuamotu arxipelaqında az saylı atol olmayan adalardan biridir. Ada bir qalxma atoldur. Hündürlüyü 80 metrdir. Atollun sahəsi 24 km²-dir. Uzunluğu 7,5 km, eni 7 km-dir. == Tarixi == Əvvəlki adı Papa Tea olmuşdur. Bu isə Polineziya dilindən tərcümədə «Ağ daş» mənasını verir.
Zakavia
Zakavia — 1923-cü ildə Gürcüstanda, daha sonra isə Azərbaycanda yaranmış və 1929-cu ildə fəaliyyətini dayandıran aviaşirkət. 1923-cü il mayın 10-da Gürcüstanda yaradılmış Zakavia, Dobrolyot modeli üzrə təşkil edilmiş səhmdar cəmiyyəti idi. Bu, 1923-cü ildə Dobrolyot və Ukrvozduxput ilə birlikdə bu modelə uyğun təşkil edilən üç şirkətdən biri idi. Hər bir şəxs və ya təşkilat Zakavia səhmlərini ala bilərdi və müəyyən bir həddən artıq səhmə sahib olanlar, hərbi məqsədlər üçün lazım olmadığı təqdirdə, onlar üçün hazırlanmış təyyarədən ehtiyac duyduqları zaman istifadə edə bilərdilər. 1925-ci ildə Gürcüstan və Azərbaycanın mülki aviasiyası vahid Zakavia cəmiyyətinə birləşdirildi. 1926-cı ildə Qroznı, Mahaçqala, Bakı və Yevlax vasitəsilə Mineralnıye Vodı ilə Tbilisi arasında uçuşlar həyata keçirməyə başladı. 1929-cu ildə Zakavia Sovet respublikalarındakı oxşar təşkilatlarla birlikdə Aeroflotun sələfi olan Dobrolyot-a birləşdirildi.
Mayko Nakaoka
Mayko Nakaoka (d. 15 fevral 1985) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 14 oyun keçirib.
Yolanta Zavacka
Yolanta Zavacka (pol. Jolanta Zawadzka; 8 fevral 1987, Vrotslav) — polşalı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2005). 2004-cü ildə 18 yaş kateqoriyasında gənclər arasında şahmat üzrə dünya çempionu olub. Polşanın qadınlardan ibarət milli komandasının tərkibində 2005-ci ildə İsveçin Göteborq şəhərində keçirilmiş şahmat üzrə komandalararası Avropa çempionatında qızıl, 2007 və 2011-ci illərdə isə Yunanıstanın müvafiq olaraq İraklion və Porto Karras şəhərlərində keçirilmiş Avropa çempionatlarında isə gümüş medal qazanmışdır. 2006, 2011, 2015 və 2018-ci illərdə qadın şahmatçılar arasında Polşa çempionu olub. FIDE Chess profili Jolanta Zawadzka. Chess-DB.com Arxivləşdirilib 2016-08-26 at the Wayback Machine (ing.) Jolanta Zawadzka. Chessgames.com (ing.) Jolanta Zawadzka.
Daysuke Sakata
Daysuke Sakata (d. 16 yanvar 1983) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Emiliano Zapata
Emiliano Zapata (isp. Emiliano Zapata Salazar) - 1910-cu ildən etibarən, başlamış Meksika inqilabının lideri.
Frenki Zapata
Frenki Zapata (fr. Franky Zapata) (d. 27 sentyabr 1978, Marsel) — Fransız ixtiraçı. "Flyboard Air" reaktiv uçan platforma Frenki Zapata tərəfindən yaradılıb.
Hidetoşi Nakata
Hidetoşi Nakata (yap. 中田 英寿 Nakata Hidetoshi; 22 yanvar 1977, Kofu) — keçmiş Yaponiya futbolçusu. == Futboldan kənar == === Şəxsi həyatı === Futboldan kənar Nakata dəbə və rəngarəng saç kəsimlərinə maraq göstərir. Avropa skautlarının diqqətini cəlb etmək üçün, Nakata futbol üzrə dünya çempionatı 1998 zamanı saçını sarı rəngə boyamışdır. Yapon bərbəri Aki Vatanabe onu trend yaradan kimi qələmə verir.
Hitoşi Nakata
Hitoşi Nakata (中田 仁司, Nakata Hitoshi, 17 yanvar 1962-ci ildə anadan olub) — Keçmiş Yaponiya futbolçusu və baş məşqçisidir. O, Nelsinyo Baptistanın işdən azad edilməsindən sonra 2005-ci ildə Naqoya Qrampus FK klubu ilə müqavilə imzaladı. == Məşqçi statistikası == 31 dekabr 2015-ci il məlumatlarına əsasən.
Koci Nakata
Koci Nakata (d. 9 iyul 1979) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 57 oyun keçirib, 2 qol vurub.
Masami Nakata
Masami Nakata (28 may 1981) — Yaponiyanı təmsil edən bədii gimnast. == Karyerası == Masami Nakata Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Mequmi Sakata
Mequmi Sakata (d. 18 oktyabr 1971) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 10 oyun keçirib.
Rodolfo Zapata
Rodolfo Zapata və ya Rolo Zapata (d. 1 may 1966, Buenos-Ayres, Argentina) — Argentina Futbol Assosiasiyasının məşqçisi və keçmiş oyunçusu. Hal-hazırda Keniyanın "AFC Leopards" klubunun baş məşqçisidir. 1 may 1966-cı ildə Argentinanın Buenos-Ayres şəhərində anadan olmuşdur. Rodolfo Zapata futbolçu karyerasına Argentinanın 2-ci divizionu olan Primera B Nasionalda başlamışdır. O, burada qapıçı kimi "Hurakan", "Sportivo İtaliano", "Rasinq de Olavarria", "Klub Atletiko San Miguel" və "Cipolletti de Rio Negro" komandalarının heyətində meydana çıxmışdır, lakin ardıcıl diz zədələri səbəbiylə Zapata vaxtından əvvəl futbolçu karyerasına son qoymağa məcbur olur. O, 1990-cı ilin yanvar ayında Buenos-Ayres Bella Vista ərazisində Rolo Zapata Futbol Akademiyasını qurmuşdur. Bu Akademiya gənclər və yeniyetmələr üçün xüsusi təlim kompleksidir. Hal-hazırda Argentina və ABŞ-dakı elit futbol proqramlarından biridir. 2000-ci ilin iyun ayında Zapata Kanadada Alberta Futbol Assosiasiyasında məşqçilik etmişdir.
Takata Sanae
Takata Sanae (高田 早苗, 4 aprel 1860, Tokio – 3 dekabr 1938) – Yaponiya pedaqoqu və siyasətçisi. Vaseda Universitetinin qurucularından biridir. == Həyatı == Takata Sanae 4 aprel 1860-cı ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur. Gəmi evi sahibi olan Takata Koheyin üçüncü oğlu idi. 1881-ci ildə Azusa Ono ilə birlikdə "Otokay"ı yaratmışdır. 1882-ci ildə Tokio Universitetini bitirmiş, universitetdə Ernest Fenollosanın tələbəsi olmuşdur. 1882-ci ildə Ono vasitəsilə Okuma Şiqenobu ilə tanış olmuş və 1882-ci ildə Konstitusional İslahat Partiyasının yaradılmasında iştirak etmişdir. Okuma Şiqenobu ilə birlikdə Vaseda Universitetinin əsasını qoyan şəxslərdən biri olmuş, burada konstitusiya haqqında mühazirələr vermişdir. 1887-ci ildə "Yomiuri Shimbun" qəzetinin baş redaktoru olmuş, Ozaki Koyo və Koda Rohan kimi yazıçılarla əməkdaşlıq etmişdir. 1889-cu ildə nəşr olunmuş "Belletristikanın tədqiqi" (Biciqaku) əsəri Yaponiyada belletristika haqqında ilk işlərdən biridir.
Akaka soğanı
Akaka soğanı (lat. Allium akaka) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir (VU D2). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari və şarvaridir, 1, 5–2, 5 sm yoğunluğunda, boz qınla örtülüdür. Gövdə (4) 8–15 sm hündürlükdə, yoğun, (1) 2 yarpaqlı. Aşağı hissədən pərdəvari, rəngsiz qınla örtülüdür. Yarpaqlar uzun qınlıdır, uzunsov-ellipsivari və ya enli-neştərşəkilli, 2–7 sm enində, təpə hissəsi küt və ya dairəvidir. Çətir yarımşarvari, çoxçiçəkli, 3–5 sm diametrindədir.
Allium akaka
Akaka soğanı (lat. Allium akaka) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir (VU D2). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari və şarvaridir, 1, 5–2, 5 sm yoğunluğunda, boz qınla örtülüdür. Gövdə (4) 8–15 sm hündürlükdə, yoğun, (1) 2 yarpaqlı. Aşağı hissədən pərdəvari, rəngsiz qınla örtülüdür. Yarpaqlar uzun qınlıdır, uzunsov-ellipsivari və ya enli-neştərşəkilli, 2–7 sm enində, təpə hissəsi küt və ya dairəvidir. Çətir yarımşarvari, çoxçiçəkli, 3–5 sm diametrindədir.