Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akon
Eykon (16 aprel 1973, Sent-Luis, Missuri) — Seneqal əsilli amerikalı müğənni, prodüser və iş adamı. == Diskoqrafiya == Trouble (2004) Konvicted (2006) Freedom (2008) El Negreeto (2019) == Turlar == Dar Es Salaam, Tanzania One-off Concert (2006).
Zakon i Pravosudiye
Zakon i Pravosudiye (rus. Закон и правосудие, "Qanun və ədalət") — qazax və rus dillərində dərc olunmuş həftəlik respublika hüquqi qəzeti, mərkəzi Qazaxıstanın Astana şəhərində yerləşirdi. Qəzet əsasən Qazaxıstanın qanun və siyasəti, ölkədə korrupsiya hallarının araşdırılması və ifşa olunması ilə bağlı məsələlərin müzakirə və işıqlandırılması sahəsində çalışırdı.Korrupsiya ilə əlaqəli nəşrlərdən sonra qəzetdə işləyən bəzi jurnalistlər, toxunulmazlıq hüquqlarının taptalanmasından qorxmağa başlamışdılar. Onlar içərisində Oralqayşa Omarsanova və Tokbergen Abiyev var idi.Nəşrin qeydiyyatı zamanı qanun pozuntusu baş vermişdir. Qanun pozuntusu qəzetin sahibi "ATS.KZ" MMŞ və Mədəniyyət və İnformasiya Nazirliyinin Məlumat və Arxiv Komitəsi tərəfindən yola verilmişdir. Qəzetin ilk dəfə 2005-ci ildə çap olunmuşdur; 2008-ci ildə qəzet Astana rayonlararası ixtisaslaşmış iqtisadi məhkəməsinin qərarı ilə bağlandı.2011-ci ildə üç il həbsdən sonra sərbəst buraxılan "Zakon i Pravosudiye" qəzetinin keçmiş baş redaktoru Tokbergen Abiyev Qazaxıstan Respublikasının Rabitə və İnformasiya Nazirliyinə «Alyans Kazaxstanskix SMİ „Zakon i Pravosudiye“» (rus. «Альянс Казахстанских СМИ „Закон и правосудие“», "Qazaxıstan Media İttifaqı" Qanun və Ədalət") qəzetinin qeydiyyata alınması üçün sənədlər təqdim etsə də, ona rədd cavab gəldi.
Makon (rayon)
L’Ai-le-Roz (fr. L’Haÿ-les-Roses) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Val-de-Marn. Suprefektura — L’Ai-le-Roz. Rayon əhalisi 2006-cı ildə 249 475 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 7128 nəf / km². Rayon sahəsi — 35 km².
Ronaldo Çakon
Ronaldo Daniel Çakon Zambrano (18 fevral 1998-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Karakas klubunda hücumçu kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Milli karyerası == Çakon Venesuelanın U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir.
IV Qoca Hakon
IV Qoca Hakon və ya IV Hakon Hakonsson (q.skan. Hákon Hákonarson, norv. Håkon Håkonsson) — 1217–1263-cü illərdə Norveç kralı (konunq). Onun hakimiyyəti 46 il davam etmişdir. Bu isə I Haralddan sonra Norveçdəki ən uzunmüddətli hakimiyyət idi. O, Hakon Sverressonun və Varteyqli İnqanın övladı idi. Hakon Norveçin iğtişaşlı vətəndaş müharibəsi dövründə anadan olmuşdu. 1217-ci ildə birkebeynerlər kralı olmuşdur. Onun hakimiyyəti dövründə vətəndaş müharibəsi və digər daxili münaqişələr sona çatmışdır. Birkebeynerlər fraksiyasının kralı olaraq, Hakonsson son baqler taxt iddiaçısı olan Siqurd Ribbunqun 1227-ci ildə qaldırdığı üsyanı yatırmışdır.
Sakon aşırımlı körpüsü
Sakon aşırımlı körpüsü (yun. Τοξωτή Γέφυρα Τσακώνας) — Yunanıstanda, Megalopolis şəhəri yaxınlığında yerləşən və Sakon vadisindən keçən dünyanın ən böyük aşırımlı köprülərindən biri. Körpü son bir neçə on il ərzində çoxlu sürüşmənin baş verdiyi təhlükəli bir ərazidə yerləşir. == Tikintisi == Aşırımlı körpünün ümumi uzunluğu 490 metrdir. Bu Paradeziya-Sakona və Tripolis-Kalamata nəqliyyat xətlərinin tikintisi zəncirində son iş olmuşdur. Tikinti işləri «Moreas» konsorsiumu tərəfindən Yunanıstan hökumətinin dəstəyi ilə aparılmışdır. Layihəni hazırlayan Nikods Donas olmuşdur. O, bu layihəni «Cəsarət» adlandırırdı. Sakon aşırımlı körpüsü Harilaos Trikupis Körpüsündən sonra ən çətin mühəndislik layihələrindən biri hesab edilir. Layihənin ümumi dəyəri tikintidə çıxan problemlərdən dolayı 94 milyondan 131,5 mln avroya qədər artmışdır.
Zayon Milli Parkı
Zayon Milli Parkı (ing. Zion National Park) — cənub-qərbi ABŞ-də, Yuta ştatının Sprinqdeyl şəhərinin yaxınlığında yerləşən milli park. Milli parkın əsas tanınan yerləri 24 km uzunluğunda və yarısı 800 metr dərinliyində olan Zaton kanyonu ilə Virgin çayı tərəfindən yaradılmış qırmızı rəngli Navaxo qumdaşıdır. Milli parkın ən alçaq yeri Koalpits Uaş (1.117 m), ən hündür yeri isə Horses Ranço dağıdır (2.660 m). Zayon Milli Parkı Kolorado platformasının, Böyük Hövzənin və Moxave səhrasının qovşağında yerləşir. Parkın inanılmaz geologiyası və həyat zonalarının çoxluğu burada qeyri-adi heyvan və bitki növlərinin yayılmasına imkan vermişdir. Milli parkda 289 növ quş, 75 növ məməli məməli (19-u yarasa) və 32 növ sürünən qeydə alınmışdır. Milli parkda 4 ekosistem mövcuddur: səhra, sahilyanı, meşə və ağaclıq. Zion Milli Parkı dağlara, kanyonlara, monolitlərə, çaylara, mağaralara, tağlara ev sahibliyi edir. Ərazidə ilk məskunlaşma 8.000 il əvvəl yerli amerikalılar tərəfindən olmuşdur.
Akoin
Akson
Akson (yun. axis, azərb. çıxıntı‎) – neyronun 2 çıxıntısından biridir. Hüceyrənin cismindən çıxan impulslar bu çıxıntı vasıtəsilə gəlir. Uzun, adətən, az şaxələnən çıxıntılardır. Uzunluğu 1 m-ə çatır. Hər bir sinir hüceyrəsinin 1 aksonu vardır.
Baken
Baken (nid. baken – siqnal, işarə) — naviqasiya təhlükələrini və ya farvaterləri (gəmi yolunu) bildirmək üçün lövbərə bağlanmış üzən nişan. Konusvarı, silindrik, yaxud kürə formasında olur. Yerləş dirilmə sistemindən asılı olaraq müxtəlif rəngli bakenlər var. Baken işıqlandırma qurğuları, işıq əksediciləri və ya səs siqnalı qurğuları ilə təchiz edilir. Fənəri avtomatik yanıb-sönən bakenlərdə gecələr qırmızı (sağ sahil) və ya ağ (sol sahil) siqnal işığı yanır. Yaşayış məntəqələri yaxınlığında ağ işıq yaşıl işıqla əvəz edilir. == Həmçinin bax == == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Balkon
Balkon (İtalyanca: balcone) — tikililərdə xarici divarın qarşısında, çox vaxt üstü açıq olan hissə. Balkonlara qapı vasitəsilə keçirlər. Böyük qonaq evlərində həyətə baxan qapıların açıldığı bir yanı həyətə baxan dəhlizlər də balkondur. Balkon fikri ilk dəfə xristianlıqda, imperator və imperatriçanın kafedrallardakı dini ayinləri xalqdan uzaq, onlarla əlaqəsi olmayan bir yerdə icra etmək ehtiyacından meydana çıxmışdır. Balkonların ölçüləri və xüsusiyyətləri mədəniyyətdən mədəniyyətə, binadan binaya dəyişir.
Baron
Baron — ad. Baron Bosiyev — Osetiyalı yazıçı, şair, sovet mədəniyyət və ədəbiyyat xadimi. Baron Zemo — Marvel Comics tərəfindən yaradılmış anti-qəhrəman. Baron Münxhauzen — uydurma Almaniya zadəganı.
Canon
Canon Inc. (yap. キヤノン株式会社) — mərkəzi Yaponiyada yerləşən şirkət. Optik məhsulları, tək linza güzgü fotoaparatı və rəqəmli kameraları, printer ve skaner alətləri ilə tanınır. == Tarixi == Takeshi Mitarai, Goro Toshida, Saburo Uchida və Takeo Maeda Canon Inc. şirkətinin əsasını qoymazdan əvvəl 1937-ci ildə "Precision Optical Instruments Laboratory" (Həssas Optik Alətlər) şirkətini qurmuşdu. 1933-cü ildə Yaponiyada əsası qoyulan Canon şirkəti öz işinə Tokioda Takikavaya (Takekawaya Building) binasındakı birotaqlı optik laboratoriyadan başlamışdır. Laboratoriyanı 1933-cü ildə Qoro Yosida (Goro Yoshida) kürəkəni Saburo Utida (Saburo Uchida) ilə birgə yaratmışdı. 1934-cü ildə onlar ilk məhsulları olan 35 mm-lik fotokameranı yaratmağa nail olmuşlar. Yosida kameranı budda rəhmdillik allahının şərəfinə Kvanon (Kwanon) adlandırmışdır.
Drakon
[mənbə göstərin] Drakon — Qədim Yunanıstanda alim. Onun yazdığı qanunları "qanla yazılmış qanunlar" da adlanır. E.ə 621-ci ildə Afinada qanun bilicisi Drakon tərəfindən yazılmışdır.E.ə 594-cü ildə Solon qanunları ilə əvəz olunmuşdur.
Eykon
Eykon (16 aprel 1973, Sent-Luis, Missuri) — Seneqal əsilli amerikalı müğənni, prodüser və iş adamı. == Diskoqrafiya == Trouble (2004) Konvicted (2006) Freedom (2008) El Negreeto (2019) == Turlar == Dar Es Salaam, Tanzania One-off Concert (2006).
Hakan
Hakan — türk kişi adı. Hakan Çalhanoğlu — İtaliya A Seriyası təmsilçilərindən olan İnter Milan klubunda çıxış edən Türkiyəli peşəkar futbolçu Hakan Şükür — Türkiyə futbolçusu, milliyyətcə albandır. Hakan Boyav — Türkiyəli aktyor. Hakan Fidan — Türk hərbçisi, bürokrat və Milli İstihbarat Təşkilatı (MIT) rəhbəri. Hakan Erol — Azərbaycan əsilli Türkiyəli bəstəkar və aranjimançı. Hakan Utangaç — Pentagram qrupunu qurmuşdur. Hakan Ünsal — Türkiyə milli futbol komandasının və Qalatasaray klubunun sabiq oyunçusu. Hakan Günday — Türk yazıçıdır. Hakan Peker — Türk rəqqas, bəstəkar, müğənni və musiqi prodüseridir. Hakan Yavuz — türkiyəli siyasi elmlər üzrə mütəxəsis və tarixçi.
Kamon
Kamon (yap. 家紋, "evin işarəsi"), həmçinin mon (yap. 紋 "işarə"), monsö(yap. 紋章 "nəsil təsviri"), mondokoro — Yaponiyada ailənin və yaxud şəxsin identifikasiyasını bildirmək üçün istifadə olunan emblemdir. Yaponiyada "mon" termini ilə ümumi olaraq emblemləri adlandırırlar. Lakin kamon və mondokoro termini ilə konkret olaraq ailənin identifikasiyasını bildirirlər. Belə ki yaponlarda ailə gerbi samurayların inkişaf etdiyi dövrdə hərbi evlərin və yaxud ümumi maraqlara görə yaradılan samuray birliklərinin fərqləndirici işarəsi idi. Kamon samurayların geyimində, silahlarında, zirehində, bayrağında, məişət əşyalarında (məsələn, qablar, qılınc altlıqlarında) və digər əşyalarda təsvir olunurdu. == Tarixi == Yaponiyada olan çoxlu nəsil gerbləri qədim mənşəyə malikdir. Hesab olunur ki, ilk "mon"lar Nara dövrü (710–794) və Heyan (794–1185) dövrlərində zadəganların saray kostyumunun bir hissəsi kimi yaradılmışdır.
Qabon
Qabon (République Gabonaise) — Mərkəzi Afrikada dövlət. Paytaxtı Librevil şəhəridir. Fransanın keçmiş müstəmləkəsidir. Afrika qitəsində ən zəngin və stabil dövlət sayılır. Qabon ərazisində dünyada ən iri qalındərili tısbağa populyasiyası aşkar olunub. == Tarix == === Müstəmləkə dövrü === Qabonun ilk əhalisinin piqmeylər olduğu ehtimal olunur. 1471-1473 illərdə porquqallar Qabon sahillərinə çatdı. XVII VƏ XVIII əsrlərin başı Avropalılar zənci ticarətiylə birlikdə fil dişi və eboni ticarətinə yönəldi. 1843-cü ildə Fransa qəti olaraq Qabona yerləşdi. Şimal şərqdən gələn fransızlar yerli xalqı püskürdərək ərazini aldı.
Qapon
Georgi Apollonoviç Qapon (rus. Гапон; 5 (17) fevral 1870 – 28 mart (10 aprel) 1906) - 1905-ci il Birinci rus inqilabına bəhanə olmuş 9 yanvar "Qanlı Bazar" hadisəsi ilə nəticələnən Qış sarayına dinçi fəhlələrin yürüşünü təşkil edən keşiş.
Qazon
Qazon — bağ, park və xiyabanlarda dekorativ və s. məqsədlə ot əkilmiş meydança. Adətən qayçı ilə qısa və hamar biçilir. Parter, park və Mavritaniya növləri var. Parter qazonu çiçəklik, dekorotiv ağaclıq,guller hs code 0602905000 həmçinin heykəl, fəvvarə və s. üçün fondur. Park qazonu park, bağça, bulvar və b. yerlərdə salınır. == Qazona qulluq == === Əkin === Erkən payız, yaz və yazın əvvəli torpaq daha isti və hava daha sərin olduqda əkin, çəmənlik üçün əsas mövsümdür. Əkindən dərhal əvvəl havalandırma köklərin daha dərin böyüməsinə və daha sıx çəmənliyə kömək edə bilər.Çəmənlik demək olar ki, ani çəmənlik verir və ilin istənilən vaxtında əksər mülayim bölgələrdə edilə bilər, lakin daha bahalı və quraqlığa daha həssasdır.
Aleksandr Baron
Aleksandr Baron (ing. Alexander Baron) — Böyük Britaniya yazıçısı və ssenaristidir.
Amir Dadon
Amir Dadon (16 noyabr 1975, Beer-Şeva; ivr. ‏אמיר דדון‏‎) — İsrailli müğənni-mahnı müəllifi, bəstəkar, musiqiçi, aktyordur. Həmçinin "ACUM" mükafatı qazanıb.
Andre Qanon
Balkon (tablo)
Balkon (fr. Le Balcon) — Eduard Mane tərəfindən 1868–1869-cu illərdə çəkilmiş rəsm əsəri.
Balon teleskop
Balonla teleskop, sub-orbital astronomik teleskopdur. Bu teleskop Yer atmosferinin aşağı, sıx hissəsindən yuxarı qalxmağa imkan verən bir və ya daha çox stratosferik balonlardan asılır. Bu tip teleskoplar peyk teleskoplarına nisbətən çox az nüfuzetmə qabiliyyətinə malikdir, ancaq üstünlüyü daha az maliyə tələb etməsidir. Eyni zamanda atmosferin mane törətdiyi tezlik intervallarının müşahidəsinə imkan verir.Balon teleskopların çatışmayan cəhəti onun nisbətən aşağı hündürlüklərdə istifadə olunması və yalnız bir neçə gün uçuş müddətinə malik olmasıdır. Lakin onların maksimal hündürlüyü təxminən 50 kilometr ətrafında olub, 15 km-lik hündürlük limitinə malik olan Koyper Hava Rəsədxanasının və İnfraqırmızı Astronomiya üçün Stratosferik Rəsədxananın təyyarə əsaslı teleskopları kimi teleskopların hündürlük limitindən xeyli yüksəkdir Bir neçə balon teleskoplarda teleskopun zədələnməsinə və ya məhv olmasına səbəb olan qəzalar baş vermişdir. Balon teleskopdan zeniti gizlədir, lakin çox uzun süspansiya bunu 2°-ə qədər azalda bilər. Teleskop stratosfer küləklərinin induksiyasından, həmçinin balonun yavaş fırlanmasından və kəfgir hərəkətindən izolə olunmalıdır. Azimut sabitlik maqnitometr vasitəsilə saxlanıla bilər, plus bir giroskop və ya daha qısa müddətli düzəlişlər üçün ulduz izindən istifadə oluna bilər. Üç ölçülü-azimut, hündürlük və çarpaz axından ibarət montajlama boru hərəkəti üzərində ən yaxşı nəzarəti təmin edir.