Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zazalar
Zazalar və ya Dımli - əsasən Türkiyədə , İranda , İraqda və Suriyada çox az sayda Azərbaycanda yaşayan xalq. Hazırda əsasən Türkiyədə (milliyyətçi zaza kəsiminin iddiasına əsasən Türkiyə əhalisinin 3,33%-i) , qismən İranda , İraqda və Suriyada , müəyyən səbəblərdən doğan miqrasiya nəticəsində isə az sayda toplumlar şəklində dünyanın bir çox ölkəsində məskunlaşmış zazaların sayına dair dəqiq statistik - elmi məlumatlar yoxdur . Milliyyətçi zaza qeyri-dövlət təşkilatlarının iddialarına görə dünya üzrə zazaların ümumi sayı 4 - 6 milyon nəfər civarındadır . Zazalar Türkiyədə türklərdən və kürdlərdən sonra ən böyük üçüncü etnik toplumu təşkil edirlər . Bingöl və Tunceli vilayətində əhalinin çoxluğunu təşkil etsələr də Türkiyənin digər vilayətlərində azlıqdadırlar . Zaza-Talış toplumu bir-biri ilə yaxın bir neçə qrupa etnik qrupa bölünür : Zaza Deylemi Çarojlar Dimili bacalan şəbək sarlı avroman Abas • Abdalan • Ağuçan • Alan • Ali • Ali Abas • Alxan • Alz • Arê • Aslan • Aşur • Az • Badil • Balaban • Balçık • Bali • Bamasur • Beyit • Bêx • Bêxtiyar • Bılêçık • Birm • Butk • Cafer • Çarek • Çekel • Çin • Demen • Derık • Dewrêscemal • Dersimli • Ferat • Fınd • Gınic • Gulabi • Hadik • Heciyan • Hemoçık • Hesn • Heyder • Heyr • Holik • Hoş • İbık • İksor • İzol • Karsan • Keçel • Kem • Khal • Khew • Khud • Khurêş • Kılawus • Kırdaşi • Kımsorçık • Kulik • Laçin • Lol • Nemremu • Nenik • Okçı • Phezgewr • Pilvank • Pirsultan • Qerebali • Qırğ • Qoçgiri • Reşık • Rut • Sandalan • Sarısaltuğ • Sefılçık • Semk • Sewdax • Seydan • Seydal • Seysabun • Seykemal • Sıl(êman) • Sis • Sur • Şad • Şawel • Şemk • Şêlm • Şêxmamed • Şeyx Hasanlı • Şırtık • Tanriverdi • Taw • Titenik • Usıv • Xıd • Xırançık • Xormeçık • Zeng • Zerkhewık • Zıkte Türkiyə Respublikasında Tunceli yaşayış məntəqəsinin keçmiş adı Dersim olmuşdur . Eyniadlı vilayətin əhalisinin əksəriyyətini hazırda zazalar təşkil edir . Vilayətdəki zaza əhalisi Şeyx Hasanlı və Dersimli tayfalarının ayrılıqda əmələ gətirdikləri tayfa konfederasyonunda birləşmişdir . Şeyx Hasanlı tayfası Oğuz türklərinin Bayat boyuna mənsubdurlar . XIII əsrdə Xorasandan köç edərək Andoluya gəlmiş öncə Malatyada sonralar isə indiki Tünceli (keçmiş Dersim) bölgəsində məskunlaşmışdırlar .
Zilqala
Zilqala ― Çamlıhemşin Rizə ilçəsinin 12 km cənubunda, Fırtına vadisindəki bir keçiddə hündür bir təpə üzərində (dərə yatağından 100 metr, dənizdən 750 metr hündürlükdə) yerləşir. 8 bürc və bir müşahidə qülləsindən ibarət müdafiə xəndəyi vəziyyətindəki Zil dərəsinə nərdivanla düşülən bir qaladır və dəqiq tikilmə tarixi məlum deyil. Taxta olan daxili konstruksiya çürüyüb yox olmuşdur. Bryera görə şimal divarına bitişik dördbucaq quruluşlu otaq bir girişlidir. Zil qala, Varoş qala, Bazar qalası ilk baxışda eyni memar tərəfindən tikilmiş və eyni məqsədlə istifadə olunmuş təəssüratı verir. Bryer, Trabzon İmperatorluğu dövründə ya şəxsən Komnenoslar, ya da İmperiyaya bağlı yerli Lordlar (məsələn: Zil qala üçün Həmşin Lordu Arhakel) tərəfindən tikildiyini güman etməkdədir. Bıjışkyan (1871) "Qayalığın üzərində yerləşən və Zilqala deyilən qədim bir qalanın içində insana heyrət verən kəmərli binalar və böyük bir qüllə var. Qalanın alt ucu, təpələrin üzərində başqa qalalara və qədim bir kilsə qalıqları olan Fırtına dərəsinə qədər uzanır" deyərək müşahidələrini danışarkən, təəssüf ki, qala tarixi haqqında məlumat verməmişdir. Osmanlının bölgəni fəth etdikdən sonra da qalanı bu adla hərbi məqsədlərlə istifadə etmişdir.
Zazalı
Zazalı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Tarixi sənədlərdə kəndin 1828-ci ildən sonra salındığı göstərilir. Yaşayış məntəqəsi Zaqafqaziya d.y. xəttinin çəkilişindən (1883) sonra inkişaf etməyə başlamışdır. Kənddə xəlfəli tayfasına mənsub ailələr məskun­laşmışlar. Bəzi tədqiqatçılar oykonimi zaza tayfasmın adı ilə əlaqələndi­rirlər. Zazaların orta əsrlərdə İranda və Tür­kiyənin Siverek mahalında yaşamaları qeydə alınmışdır. Amma kəndin etnik mənzərəsi göstərir ki, kənd əhalisi qarapapaq (tərəkəmə) türklərindən ibarətdir. Qarapapaq türkləri isə Oğuz-Səlcuq axınları zamanı XI əsrdə Azərbaycana Mərkəzi Asiyadan gələn türk xalqıdır. Demək kənd adı İrandilli yox, türkdilli toponimdir.
Çalpala (İğdır)
Çalpala — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. İğdır şəhərindən 12 km uzaqlıqdadır. İqlimi kontinentaldır. Əvvəlki adı Kiti olmuşdur. 1992-ci ildə Çalpala olaraq dəyişdirilmişdir. Kənd əhalisi azərbaycan türklərindən ibarətdir. Qohumluq əlaqələri olduqca güclüdür. Əhali öz adət-ənənlərinə sıx bağlılığı ilə seçilirlər. İğdır mərkəzindən 29 km, İrəvandan 47 km uzaqlıqdadır. Kəndin şərqində Bayraktutan, cənubunda Küllük kəndi, şimalında isə Ermənistan yerləşir.
Cənubi Zazaca
Cənubi Zazaca - Zaza dilinin bir ləhçəsi, Cənubi Zazaca Türkiyənin cənubi şərqi Anatoliya məntəqəsində, Diyarbakır, Şanlıurfa və Adıyaman vilayətlərində danışılır.
Marqarita Zavala
Marqarita Zavala (25 iyul 1967, Mexiko) — Meksikanın birinci xanımı. Marqarita Zavala 1967-ci ilin iyulun 25-də dünyaya gəlib. Ailədə 7 uşaqdan beşinci olan Zavala Meksikada hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 1993-cü ildə Meksika prezidenti Filipe Kalderonla ailə həyatı quran Zavalanın üç övladı var. Birinci xanım Meksika ailələrinə yardım üzrə dövlət qurumunun məsləhət şurasının prezidentidir.
Salala (Ərdəbil)
Salala (fars. سلاله‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı Mərkəzi bölümü və Azadlı dehistanında ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 318 nəfər yaşayır (70 ailə). Bu kəndin əhalisi əkinçilik və maldarlıqla məşğul olur. Önəçli məhsullarından buğda və arpanı göstərmək olar.
Zazalı (dəqiqləşdirmə)
Zazalı — Azərbaycanın Samux rayonunda kənd. Zazalı (qəsəbə, Samux) — Azərbaycanın Samux rayonunda qəsəbə. 3 iyul 1998-ci ildə ləğv olunmuşdur. Zazalı məbədi — Azərbaycanın Samux rayonunun Zazalı kəndində yerləşən məbəd.
Zazalı məbədi
Zazalı məbədi — Samux rayonunun Zazalı kəndində yerləşən məbəd. Rayon mərkəzindən 4 km aralıda, Zazalı kəndində yerləşən məbəd Son Tunc - Erkən Dəmir dövrünə aid edilir. Məbəd təxminən 35-40 metr uzunluğunda və 4-5 metr enindədir. Ehtimal olunur ki, sonrakı dövrdə tikili albanlar tərəfindən bərpa edilərək xristian məbədi kimi də istifadə edilmişdir. Hazırda dağılmaq təhlükəsi altndadır. Torpağın altında qaldığından görünməz hala düşüb. Amma Zazalı kəndinin sakinləri deyirlər ki, bu məbəd yer səthindən təxminən 3 metr aşağıda tikilib və 40-50 il bundan əvvəl onun içərisinə girmək mümkün olub. Hələ 2011-ci ildə abidənin bərpası ilə bağlı Samux rayon MTŞ-dən verilən məlumata görə, nazirliyə müraciət ünvanlanmışdır. Ancaq nazirlikdən bildirilib ki, tarixi abidələrin bərpası növbə ilə həyata keçirilir və alban məbədinə də növbə çatanda bərpa işlərinə başlanılacaq.
Zilzal Surəsi
99-cu surə
Zavala monastırı
Zavala monastırı (serb. Манастир Завала, bosn. və xorv. Manastir Zavala) — Müqəddəs Məryəm ana məbədinə giriş şərəfinə - Bosniya və Herseqovina Federasiyası, Ravno icması, Herseqovina-Neretva Kantonunun Zaxumsko-Herseqovina və Serb Pravoslav Kilsəsinin Primorski yeparxiyasının Zavala kəndindəki monastırı. Məbəd Ostroq dağının ətəyində Popovo-Polye vadisində yerləşir. Zavala monastırının dəqiq qurulma tarixi məlum deyil. Xalq arasında deyilənlənlərə istinadən, bu ərazidə ilk kilsə İmperator I Konstantin tərəfindən ucaldılıb. Monastr haqqında ilk yazılı qeyd 1514-cü ilə aiddir və bu qeyd Abbat Serapionun rəhbərliyi ilə Orahov Do kəndində üzüm bağlarından alınan məhsuldarlıq ilə bağlı idi. 1587-ci ildə yeni məbəd tikildi. 1619-cu ildə Hilandr rahibi Georq (Mitrofanoviç) tərəfindən qeydə alınıb.
Garcinia balala
Garcinia epunctata (lat. Garcinia epunctata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü.
Val-de-Alkala
Val-de-Alkala (isp. Vall de Alcalá) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 24,40 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 185 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 80 km uzaqlıqda yerləşir.
Zazalı (qəsəbə, Samux)