is. [
ər. ]
1. Ziyan, zərər, təbii fəlakət, afət.
Bu körpəcə meynəni qoru hər bir zavaldan; Qoy torpaqda kök salıb bərkitsin öz yerini. S.Rüstəm.
// Bəla, müsibət, xətər, qorxu.
Kahinlər axışından kəşf etmiş istiqbalı; Çox zaman qışqırığın bildirmiş o zavallı. Ə.Cavad.
Hünərdir keçirən bizi hər oddan; Olarmı hünərə zaval, ay Maral! B.Vahabzadə.
2. Yox olma (etmə), tələf olma (etmə), fənaya uğrama (uğratma), məhv olma (etmə); məhv.
Fani cəhanə baxma, keçər, ömrü sevmə kim; Ömrün zəvalı var və cahanın bəqası yox. Nəsimi.
Sizdə olan aldadıcılıq və dostlara yalan satmaq sizin təxt-tacınızın zavalını yaxınlaşdırmaqdadır. M.S.Ordubadi.
3. məc. Zülm, əziyyət, işgəncə mənasında.
Yazıq Ələsgərə çoxdur zavalın; Aparır ağlımı günəş camalın. Aşıq Ələsgər.
◊ Zaval görməmək –
1) sağ-salamat qalmaq, heç bir bəlaya düçar olmamaq;
2) zərər görməmək, cəzasız qalmaq.
[Pişik] heç bir zaval görməyəcəyini hiss etdi, iti caynaqlarını qabırğaya ilişdirdi. İ.Hüseynov.
Zaval olmaz – bax
zaval yoxdur.
İynə saçdım divara; Elçi göndərdim yara; Elçiyə zaval olmaz; Özüm elçiyəm yara. (Bayatı).
Zaval tapmaq – xəsarətə uğramaq, ziyan görmək, məhv olmaq, tələf olmaq. Mal-qaranı zaval tapdı.
Zaval vurmaq –
1) ziyan vurmaq, xəsarətə uğratmaq, zay etmək, məhv etmək. Bostanı zaval vurdu;
2) ölüm gətirmək, fənaya uğratmaq.
Bağımda var gavalı; Başım olub havalı; Əzrail ova çıxdı; Mənə vurdu zavalı. (Bayatı).
Zaval yetirmək –
1) bax
zaval vurmaq. Yağış bağlara çox zaval yetirdi;
2) bədbəxtlik gətirmək, fəlakət gətirmək, məhv etmək.
Bir gün olmaz kim, ona gərdun yetirməz bir zaval. Füzuli.
Bir zaval yetirən şahi-sərvərə; Bir şux sitəmkarə müştaq olmuşam. Aşıq Rəcəb.
Bu dərd, billəm, məni axır öldürər; Günbəgün yetirər zavalə, gözəl! Aşıq Mehdi.
Zaval yoxdur – qorxu yoxdur, xətər yoxdur.
[Əhməd tacirbaşı dedi:] Bizə heç bir zaval yoxdur. “Koroğlu”.
[Sozalı:] Axı, arvad üstündə dalaşmayan kişiyə zaval yoxdur. İ.Hüseynov.
[Hümmət:] Əgər bu tufandan qurtarsam, daha mənə zaval yoxdur. B.Bayramov.
Zavala düşmək – bədbəxtliyə uğramaq, bədbəxt olmaq.
Gəlmədi aftabımız, keçdi nəhar nisfdən; Gör ki, mən, ey fələk, bu gün bir nə zavalə düşmüşəm. S.Ə.Şirvani.
Zavala getmək – bax
zavala gəlmək.
Mən bilirəm, gedəcəkdir zavalə; Zənəxdan dövründə, üzar yanında. Q.Zakir.
Şamamələr dağda dəyər; Qızılgüllər boynun əyər; Bədnəzər çoxdu, göz dəyər; Gedər zavala gözlərin! Aşıq Məhəmməd.
Zavala gəlmək –
1) bədbəxtliyə uğramaq, fəlakətə uğramaq, müsibətə düçar olmaq.
Hər günüm bir ildir sənsiz, a bala! Gəlməyəsən, görüm səni, zavala. R.Rza.
[Əlibaba:] Qılıncı qın saxlar, çox sağ ol, bala! Görüm, gəlməyəsən əsla zavala! Z.Xəlil;
2) məhv olmaq, yox olmaq, zail olmaq.
Kasıb dedi: – Maldar, uyma çox mala; Dolanır zamana, gəlir zavala. Aşıq Əhməd.
Elə zərbə vurarıq ki, yağı gələr zavala; Bir zərbə ki qoca tarix görməmişdir yaşından. S.Rüstəm.
Zavala vermək – fəlakətə, məhvə uğratmaq; bədbəxt etmək.
Əbəs yerə bizi verdi zavalə; Oğrun-oğrun bəlalərə həvalə. Q.Zakir.
O mahrudən iraq verdi qəm zavalə məni. X.Natəvan.
Zavala yetirmək – bax
zavala vermək.
Zavala yetmək – bax
zavala düşmək.
Mənim baxtım yetməz heç vaxt zavala; Ağıl, kamal, tale, izzət məndə var. Aşıq Əhməd.