Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yolanta Zavacka
Yolanta Zavacka (pol. Jolanta Zawadzka; 8 fevral 1987, Vrotslav) — polşalı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2005). 2004-cü ildə 18 yaş kateqoriyasında gənclər arasında şahmat üzrə dünya çempionu olub. Polşanın qadınlardan ibarət milli komandasının tərkibində 2005-ci ildə İsveçin Göteborq şəhərində keçirilmiş şahmat üzrə komandalararası Avropa çempionatında qızıl, 2007 və 2011-ci illərdə isə Yunanıstanın müvafiq olaraq İraklion və Porto Karras şəhərlərində keçirilmiş Avropa çempionatlarında isə gümüş medal qazanmışdır. 2006, 2011, 2015 və 2018-ci illərdə qadın şahmatçılar arasında Polşa çempionu olub. FIDE Chess profili Jolanta Zawadzka. Chess-DB.com Arxivləşdirilib 2016-08-26 at the Wayback Machine (ing.) Jolanta Zawadzka. Chessgames.com (ing.) Jolanta Zawadzka.
Anapka körfəzi
Karaqin körfəzi — Berinq dənizində, Kamçatka yarımadasının şimal-şərqində yerləşir. İlpır yarımadası ilə İlpinski yarımadası arasında yerləşir. Materikin daxilinə 31 km məsafədə uzanır. Eni girişdə 35 km, maksimal dərinliyi 26 metrdir. Körfəzə tökülən çaylar: Mikkivayam, İqunavayam, Qnilaya, Alxovayam Kenaritxilvayam, Laperelamvayam. Şərq sahili sıldırımlıdır. Burada hündürlük 29 metrə çatır. Qərb və şimalı isə alçaqdır. Üstəlik bataqlıqlaşmışdır. İnzibati baxımından Rusiyanın Kamçatka diyarı ərazisinə daxildir.
Anapka çayı
Anapka — Anapa düzənliyindən axan və Anapa buxtasına tökülən çay. Rusiyanın Krasnodar vilayətinin Anapa şəhərində və Anapa rayonunda yerləşir. Maskaqa və Kotloma çaylarının birləşməsindən əmələ gəlmişdir. Çayın su toplayıcı sahəsi — 411 km²-dir. == Coğrafiyası == Çayın hidroloji rejimi Aralıq dənizi xarakteri daşıyır. Çayda daşqınlar qış yağışları zamanı müşahidə olunur. Bu dövrlərdə Maskaqa və Kotloma çayları bol sulu olur və Anapka çayında daşqınlar baş verir. Daşqın suları Qara dənizə qədər gedib çatır. Çay boyu meandrlar çoxluq təşkil edir. Suyun sürəti aşağıdır və durğundur.
Asuna Tanaka
Asuna Tanaka (d. 23 aprel 1988) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 39 oyun keçirib, 3 qol vurub.
Cunko Tanaka
Cunko Tanaka (田中順子, Tanaka Cunko, 2 oktyabr 1973, Şizuoka) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Cunko Tanaka Yaponiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Cunko Tanaka Olimpiadanın bürünc medalına sahib olub.
Cunya Tanaka
Cunya Tanaka (d. 15 iyun 1987) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Cənubi Zazaca
Cənubi Zazaca - Zaza dilinin bir ləhçəsi, Cənubi Zazaca Türkiyənin cənubi şərqi Anatoliya məntəqəsində, Diyarbakır, Şanlıurfa və Adıyaman vilayətlərində danışılır.
Hayuma Tanaka
Hayuma Tanaka (d. 31 iyul 1982) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Hisasige Tanaka
Tanaka Hisaşiqe (ing. Hisashige Tanaka; 16 oktyabr 1799, Kurume[d], Fukuoka prefekturası – 7 noyabr 1882) — Yaponiya alimi, mühəndis və ixtiraçı. == Həyatı == Tanaka Hisaşiqe 16 oktyabr 1799-cu ildə Yaponiyanın Çikuqo vilayətinin Kurume şəhərində (indiki Fukuokada) anadan olmuşdur. Sano Tsunetaminin dəvəti ilə Saqa hanına köçmüşdür. Tanaka Hisaşiqe məşhur "Toshiba Corporation" şirkətinin banilərindən biri, yapon tədqiqatçısı və ixtiraçısıdır. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Koci Tanaka
Koci Tanaka (d. 2 noyabr 1955) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 20 oyun keçirib, 3 qol vurub.
Koiçi Tanaka
Koyçi Tanaka (3 avqust 1959[…], Toyama) — Kimya üzrə Nobel mükafatçısı (2002). == Həyatı == == Fəaliyyəti == Fenn və Tanaka "Bioloji makromolekulların identifikasiyası və struktur analizi üsullarını işləyib hazırladıqlarına görə, xüsusi halda bioloji makromolekulların kütlə spektroskopiya analizi üsullarını işləyib hazırladıqlarına görə" 2002-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Vütrix "Məhlulda bioloji makromolekulların üç ölçülü strukturlarını müəyyən etmək üçün NMR spektroskopiyanın istifadəsi üsulunu işləyib hazırladığına görə" 2002-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Fenn və Tanaka yüz ilə yaxın bir müddətdə məlum olan kütlə-spektroskopiyası analiz üsulunu təkmilləşdirərək onu böyük molekullara istifadə etməyə imkan yaratmışlar. Kütlə-spektrometri atom və ya molekulları qaz halına keçirərək, ionlara çevirərək və elektrik maqnit sahəsində qovaraq onların kütlələrini ölçür. İonun uçuş sürətini ölçərək onun kütləsini hesablamaq olar. Yaxın vaxtlara qədər belə ölçmələri ölçüləri hidrogen atomunun ölçülərindən min dəfədən çox olmayan ayrı-ayrı atomlar və ya kiçik və ya orta ölçülü molekullar üçün aparmaq olurdu. Aydın deyildi ki, iri molekulları, məsələn, zülalları onların quruluşunu köklü dəyişmədən qaz halına keçirmək və ionlaşdırmaq necə olar. Tipik zülal molekullarının kütləsi hidrogen atomunun kütləsindən on və yüz minlərlə dəfə, bəzən də milyon dəfələrlə böyükdür. Con Fenn təklif etdi ki, tədqiq olunan zülal məhlulu elektrik yükləri sahəsində tozlandırılsın.
Koyçi Tanaka
Koyçi Tanaka (3 avqust 1959[…], Toyama) — Kimya üzrə Nobel mükafatçısı (2002). == Həyatı == == Fəaliyyəti == Fenn və Tanaka "Bioloji makromolekulların identifikasiyası və struktur analizi üsullarını işləyib hazırladıqlarına görə, xüsusi halda bioloji makromolekulların kütlə spektroskopiya analizi üsullarını işləyib hazırladıqlarına görə" 2002-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Vütrix "Məhlulda bioloji makromolekulların üç ölçülü strukturlarını müəyyən etmək üçün NMR spektroskopiyanın istifadəsi üsulunu işləyib hazırladığına görə" 2002-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Fenn və Tanaka yüz ilə yaxın bir müddətdə məlum olan kütlə-spektroskopiyası analiz üsulunu təkmilləşdirərək onu böyük molekullara istifadə etməyə imkan yaratmışlar. Kütlə-spektrometri atom və ya molekulları qaz halına keçirərək, ionlara çevirərək və elektrik maqnit sahəsində qovaraq onların kütlələrini ölçür. İonun uçuş sürətini ölçərək onun kütləsini hesablamaq olar. Yaxın vaxtlara qədər belə ölçmələri ölçüləri hidrogen atomunun ölçülərindən min dəfədən çox olmayan ayrı-ayrı atomlar və ya kiçik və ya orta ölçülü molekullar üçün aparmaq olurdu. Aydın deyildi ki, iri molekulları, məsələn, zülalları onların quruluşunu köklü dəyişmədən qaz halına keçirmək və ionlaşdırmaq necə olar. Tipik zülal molekullarının kütləsi hidrogen atomunun kütləsindən on və yüz minlərlə dəfə, bəzən də milyon dəfələrlə böyükdür. Con Fenn təklif etdi ki, tədqiq olunan zülal məhlulu elektrik yükləri sahəsində tozlandırılsın.
Makoto Tanaka
Makoto Tanaka (d. 8 avqust 1975) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 32 oyun keçirib.
Mina Tanaka
Mina Tanaka (d. 28 aprel 1994) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 35 oyun keçirib, 14 qol vurub.
Tanaka Hisaşiqe
Tanaka Hisaşiqe (ing. Hisashige Tanaka; 16 oktyabr 1799, Kurume[d], Fukuoka prefekturası – 7 noyabr 1882) — Yaponiya alimi, mühəndis və ixtiraçı. Tanaka Hisaşiqe 16 oktyabr 1799-cu ildə Yaponiyanın Çikuqo vilayətinin Kurume şəhərində (indiki Fukuokada) anadan olmuşdur. Sano Tsunetaminin dəvəti ilə Saqa hanına köçmüşdür. Tanaka Hisaşiqe məşhur "Toshiba Corporation" şirkətinin banilərindən biri, yapon tədqiqatçısı və ixtiraçısıdır. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Tanaka Şosuke
Tanaka Şosuke (田中勝介, XVI əsr, Heyan-kyo[d] – XVII əsr) – XVI-XVII əsrlərdə yaşamış Yaponiya taciri. Sakit okeanı keçən ilk yapon hesab olunur. Qərbdə Don Fransisko de Velasko adı ilə tanınmışdır. 1609-cu ildə Filippinin keçmiş canişini olan Don Rodriqo Vivero de Velasko Yaponiyanın Kazusa əyaləti sahillərində dəniz qəzasına uğramışdır. 1610-cu ildə onu Yeni İspaniyaya qədər müşayiət edən 20 nəfərlik Yaponiya nümayəndliyinin başçısı Tanaka Şosuke idi. Tanaka özü ilə Tokuqava İeyasunun adından hədiyyələr və şəxsi mesaj aparmış, Yaponiya ilə Yeni İspaniya arasında ticarət əlaqələrinin qurulmasını ümid etmişdir. Həmin dövrdə yaşamış yerli tarixçi Çimalpain onu belə təsvir etmişdir: Tanaka Yeni İspaniyada uğursuz olmuş, 1611-ci ildə təşəkkür məqsədilə Yaponiyaya göndərilmiş ispan nümayəndə Sebastyan Viskaino ilə birlikdə Yaponiyaya qayıtmışdır. Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha.
Tatsuya Tanaka
Tatsuya Tanaka (d. 27 noyabr 1982) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 16 oyun keçirib, 3 qol vurub.
Yasukazu Tanaka
Yasukazu Tanaka (d. 15 iyun 1933) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Yoko Tanaka
Yoko Tanaka (d. 30 iyul 1993) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Şinci Tanaka
Şinci Tanaka (d. 25 sentyabr 1960) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 17 oyun keçirib.
Şiqeki Tanaka
Şiqeki Tanaka (田中 茂樹, Tanaka Shigeki, d. 7 aprel 1931 – 4 oktyabr 2022, Utsunomiya, Toçiqi prefekturası, Yaponiya) – keçmiş Yaponiya marafonçusu, 1951-ci ildə keçirilən Boston marafonunun qalibi. 1945-ci ildə Hiroşimaya atom bombası atılan zaman Tanaka 13 yaşında idi və Hiroşimadan 20 mil uzaqlıqda yaşayırdı. Boston marafonundakı qələbəsindən sonra o, həmin anları belə xatırlamışdır: "Parlaq işıq gördük və bir az səs eşitdi, lakin heç kim həmin anda bunun nə olduğunu anlamamışdı… 3 gün sonra dəhşətli xəbərləri aldıq". Tanaka liseydə oxuyarkən Şobaradan Sayco stadionuna qədər 20 kilometrlik məsafəni qaçaraq marafon karyerasına başlamışdır. Boston marafonunda iştirak edərkən Nihon Universitetində birinci kurs tələbəsi idi. Yaponiya atletlərinin 1948-ci ildəki Yay Olimpiya Oyunlarında və İkinci dünya müharibəsindən sonrakı bütün beynəlxalq idman yarışlarında iştirakı qadağan idi. 1951-ci ildəki Boston marafonu İkinci dünya müharibəsindən bəri yapon atletlərin dəvət edildiyi ilk beynəlxalq idman yarışı idi. Tanaka Boston Atletika Assosiasiyasından Uill Kloni tərəfindən dəvət edilən 4 yapon atletdən biri idi. Digərləri Yaponiyanın milli çempionu Şunci Koyunaqi, Yoşitaka Uçikava və Hiromu Hayqo idilər.
General Tanaka
Hidetoşi Tanaka
Hidetoşi Tanaka (田中英壽, Tanaka Hidetoşi, 6 dekabr 1946, Aomori – 13 yanvar 2024) – Nihon Universitetinin şura sədri və həvəskar sumoçu. 2013–2017-ci illərdə Yaponiya Olimpiya Komitəsinin vitse-prezidenti olmuşdur. == Həyatı == Hidetoşi Tanaka 1946-cı ildə Yaponiyanın Aomori prefekturasında doğulmuşdur. 1965-ci ildə Nihon Universitetində təhsil almağa başlamış və 1969-cu ildə iqtisadiyyat fakültəsindən məzun olduqdan sonra universitetdə işləməyə başlamışdır. 1999-cu ildə Nihon Universitetinin şura üzvü, 2008-ci ildə isə şuranın sədri olmuşdur. Tanaka həyatının son dövrlərində vergidən yayınma skandalına görə gündəmə gəlmiş, 2021-ci ildə bu səbəbdən saxlanılmışdır. Skandaldan sonra sədr vəzifəsindən istefa etmişdir. Tokio Rayon Məhkəməsi ona bir illik şərti məhkumluq cəzası vermiş və 52 milyon yenlik gəlir vergisindən yayındığına görə 13 milyon cərimə cəzası təyin etmişdir. O, 118,2 milyon yenlik gəliri gizlətməklə ittiham olunmuşdu. == Sumo == Tanaka 1983-cü ildə Nihon Universitetin sumo klubunun direktoru olmuş və bir çox sumoçu yetişdirmişdir.
Kimiyo Tanaka
Fuciko Fucima (藤間 藤子, Fucima Fuciko, 31 oktyabr 1907, Tokio – 14 oktyabr 1998, Tokio) – Yaponiya rəqqasəsi və xoreoqrafı. O, yaşayan milli xəzinə elan olunmuş ilk rəqqasədir. == Həyatı == Fuciko Fucima 31 oktyabr 1907-ci ildə Tokioda Kimiyo Tanaka adı ilə doğulmuşdur. 8 yaşında olan ənənəvi yapon məktəbinin Fucima məktəbinin İemoto qolunun rəhbəri olan II Kanemon Fucimanın şagirdi olmuşdur. Bu dövrdən etibarən məktəbin aparıcı üzvlərindən biri olmuş, hətta məktəbin növbəti iki rəhbərinin müəllimi olmuşdur. 1926-cı ildə səhnə adını qəbul etmişdir. Fucimanın ən məşhur rəqsləri gənclik bulağından bəhs edən bir Çin əfsanəsinə əsaslanan "Kikucido" və Kiotadakı sevgilisini ziyarət edən döyüşçüdən bəhs edən "Kakeqiyo" rəqsləri olmuşdur. "Kakeqiyo" onun ən məşhur rəqslərindən biri olmuş, bu rəqsə görə 1955-ci ildə Təhsil Nazirliyinin Teatr Festivalı Mükafatına layiq görülmüşdür. Fucima kabuki tamaşaları üçün tokivazu rəqslərinin xoreoqrafiyası ilə məşğul olmuşdur (məsələn, "Masakado" və "Seki no To" tamaşaları üçün). O, 1985-ci ildə Yaponiya hökuməti tərəfindən yaşayan milli xəzinə elan olunmuşdur.
Koşiro Tanaka
Koşiro Tanaka (田中小四郎, Tanaka Koşiro, 1940, Taqava[d], Fukuoka prefekturası) – Yaponiya döyüş sənətləri ustası. 1985-ci ildə könüllü şəkildə Yaponiyanı tərk edərək Əfqanıstan müharibəsində sovet əsgərlərinə qarşı döyüşməyə yollanmışdır. Bu səbəbdən "Əfqan samuray" ləqəbini qazanmışdır. == İlk illəri == Koşiro Tanaka 1940-cı ildə Fukuoka prefekturasının Taqava şəhərində doğulmuşdur. Kiçik yaşlardan etibarən döyüş sənətlərini öyrənməyə başlamış və kyokuşin karatedə qara kəmər qazanmışdır. Eyni zamanda döyüş sənətləri üzrə müəllim kimi işləmişdir. Cüdo, cukendo, kendo, kunqfu kimi döyüş sənətlərini öyrənmiş, hiko ryu adlı döyüş üslubunu yaratmışdır. Kanaqava Universitetinin hüquq və iqtisadiyyat fakültəsindən məzun olmuşdur. === Əfqanıstan müharibəsi === İkinci Dünya müharibəsindən sonra Kuril adaları SSRİ-nin tərkibinə daxil olmuş, Yaponiya ilə SSRİ arasında mübahisəli əraziyə çevrilmişdir. Bu səbəbdən Tanaka SSRİ-ni düşmən ölkə kimi görürdü və Yaponiyanın torpaqları uğrunda döyüşməli olduğu fikrini müdafiə edirdi.