Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zambar
Zambar (lat. Rusa) — marallar fəsiləsinə aid heyvan cinsi.
Barbar
Barbarlar (yun. bάrbαroi, lat. barbari, çin. 華夷之辨 – yadellilər, əcnəbilər) – qədim yunanların, sonra isə romalıların, həmçinin hindlilərin, Uzaq Şərq xalqlarının, yapon və çinlilərin dil və mədəniyyətcə onlara yad olan başqa tayfa və xalqlara verdikləri addır. == Tarixi == Eramızın başlanğıcında ən çox german tayfalarını barbar adlandırırdılar. Yeni dövrün tarix ədəbiyyatında "Barbar" termini Roma imperiyasını istila edib, onun ərazisində müstəqil krallıqlar (barbar krallıqlar) yaradan xalqları müəyyənləşdirmək üçün işlədilmişdir. Roma imperiyasında quldarlığın ləğvi və feodal münasibətlərinin formalaşmasında barbar istilaları mühüm rol oynamışdır. Məcazi mənada – imperialist müharibə qızışdırıcıları, irqi ayrı-seçkilik və apartheyd siyasəti yeridənlər, kobud, qəddar adamlar, mədəni sərvətləri dağıdanlar və b. da barbar adlandırılır. === Avropa dəmir dövrü === Antik dövrdə bu söz yunanlar tərəfindən yunan olmayan xalqlara qarşı istifadə olunurdu.
Barbar (film)
Barbar (ing. Barbarian) — 2022-ci il ABŞ istehsalı qorxu, triller filmi. Rejissoru və ssenari müəllifi Zak Kreqqerdir. Filmdə Corcina Kempbell, Bill Skarsqard və Castin Lonq çəkiliblər. == Məzmun == İş üçün qəsəbəyə yollanan gənc qadın özü üçün kirayə götürdüyü evə gəlib çatır, ancaq o, bu evdə başqa bir şəxsin yaşadığını öyrənir. Gecə yarısı hara gedəcəyini bilməyən qadın evdəki digər şəxslə tanış olur və burada qalmaq qərarına gəlir. İkisi qaldıqları bu evdə dəhşətli şeylər kəşf edirlər.
Barbar küçəsi
Barbar küçəsi (ing. Rue barbare) — 1984-cü ildə ildə istehsal olunmuş Fransa filmidir. Bu film Jan-Klod Van Dammın çəkildiyi ilk filmidir. Jan-Klod Van Damm epizodik rolda çəkilmişdir.
Barbar Konan (film, 1982)
Barbar Konan (ing. Conan The Barbarian) — 1982-ci ildə istehsal olunmuş ABŞ filmidir. Baş rolda Arnold Şvartsenegger iştirak edir. Filmin baş prodüseri Raffaella De Laurentisdir. Filmə Universal Studios və 20th Century Fox kompaniyaları distribütorlik etmişdir. == Məzmun == Filmdəki hadisələr müasir sivilizasiyadan min il əvvəl Haybor erasında baş verir. Filmin əvvəli Fridrix Nitsşenin «nə ki bizi öldürmür, bizi gücləndirir» sözləri ilə başlayır və kadr arxası səsləndirilməyə yer verilir. Konanın atası dəmirçidir və qılınc hazırlamaqla məşğuldur. Dəmirçi övladı Konana, poladın onun mənsub olduğu Kimmerlər xalqına lazım olduğunu və sirlərindən danışır. Ardınca Tulsa Dum adlı pis niyyətli sehrbaz, Konanın yaşadığı kəndə hücum edir və buranı məhv edir.
Barbar Konan (film, 2011)
Barbar Konan (ing. Conan the Barbarian) – 2011-ci ildə istehsal olunmuş bədii filmdir. Filmin distribütori "Lionsgate" kinokompaniyasıdır.
Barbar küçəsi (film, 1984)
Barbar küçəsi (ing. Rue barbare) — 1984-cü ildə ildə istehsal olunmuş Fransa filmidir. Bu film Jan-Klod Van Dammın çəkildiyi ilk filmidir. Jan-Klod Van Damm epizodik rolda çəkilmişdir.
On altı barbar (çarlıqlar)
On altı barbar çarlıqları (çin. 十六国, pinyin: shí liù guó) — Qədim Çinin ərazisində 304 - 439-cu illərdə Şimali Çinin çökməsindən meydana çıxmış konqlomerat dövlətlər. Barbar çarlıqlara Çen, Şimali Xan, Sonrakı Çjao, Erkən Lyan, Sonrakı Lyan, Qərbi Lyan, Şimali Lyan, Cənubi Lyan, Erkən Tsin, Sonrakı Tsin, Qərbi Tsin, Erkən Yan, Sonrakı Yan, Şimali Yan, Cənubi Yan və Sya aiddirlər. Bu dövrlərdə həmin ərazilərdə, eyni zamanda Jan Vey, Qərbi Şu, Qərbi yan, Duan, Yuven, Çouçi, Erkən Vey və Day dövlətləri mövcud olsalar da tarixçilər onları 16 barbarlara aid etmirlər. Hunlara aid ilk tarixi mənbələr Çin mənbələridir. E.ə. 244-cü ildə adı çəkilən hunlar Çin sərhədlərinə axınlar edirdilər. Buna görə 29 il sonra Sin Şi Xuandi Böyük Çin Səddini çəkdirdi. Sin Şi Xuandinin əmrilə hunlara hücum edən Menq Tyan adlı general hun hökmdarı Tumanı məğlub edərək qovur. Teomandan sonra taxta keçən Mete xaqan hakimiyyətinin ikinci ilində şərq qonşuları olan Tunqhuların torpağını işğal edərək konfederasiyanın tərkibinə qatdı.
Cabbar
Cabbar — Azərbaycanlı kişi adı.
Canbar
Canbar — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Canbar kəndi dağ ətəyində yerləşir. Cambar variantında da qeydə alınmışdır. Oykonimi çənbər (dairə) sözü ilə əlaqələndirirlər. Eyni zamanda Candar kimi də yozulur. Candar orta əsrlərdə şərqdə, o cümlədən Azərbaycanda uzun müddət saray vəzifələrindən biri olmuş, "keşikçi, mühafizəçi, cangüdən" mənasında işlənmişdir. Saraydakı xidmətlərinə görə candarlara verilən pay torpaqları onların vəzifə adları ilə də adlandırılmışdır.
Carcar
Carcar — bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda (xüsusilə Naxçıvan ərazisində) qədim kənd təsərrüfatı aləti. Taxıl döyümündə istifadə edilən ənənəvi əmək alətlərindən biri. Naxçıvan bölgəsində geniş yayılmış carcar üç əsas hissədən: çərçivə, pərli ox və oturacaq olmaqla üç hissədən ibarət düzəldilirdi. Dördbucaqlı formada olan carcar çərçivəsinin ortasına pərli ox keçirilirdi. Carcar xırmanda bir boyun qoşqu qüvvəsi vasitəsilə hərəkət etdirilirdi. Carcar hərəkət etdikcə ox fırlanır və dəmir dişlər küləşi doğrayıb əzirdi. Lakin carcar vasitəsilə sünbüllər kifayət qədər əzilmədiyindən onların bir qismi "diri" qalırdı. Ona görə də, taxıl sünbülü xırdalanıb "dənə düşəndən" sonra, çox vaxt carcardan sonra xırmanda ağac vəl sürülürdü. == Quruluşu == Uzunluğu 2 m, eni 1.5 m olan və möhkəm ağac növlərindən hazırlanan carcar iki paralel qoldan, onları birləşdirən iki taxtadan, habelə iki oxa (çarxa) geydirilən ərsinəbənzər dəmir dişlərdən ibarət idi. Carcarın qolları üzərində onu idarə edən üçün oturacaq düzəldilirdi.
Darbaz
Darbaz (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda kənd. Darbaz (Pəmbək) — Ermənistanın Pəmbək mahalında kənd. Dərəbas — Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Kambar
Karrar
Karrar (Kürdəmir) — Kürdəmir rayonunun inzibati ərazi vahidində qəsəbə. Karrar (tank) — İran tankı.
Qarqar
Qarqar (lat. Caracara) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Sarlar
Sarlar (lat. Buteoninae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinə aid heyvan yarımfəsiləsi.
Vardar
Vardar (mak. Vardar, yun. Αξιός) — Makedoniyanın ən uzun, Yunanıstanın əsas çaylarından biri. Uzunluğu — 388 km, hövzəsi isə 24 438 км²-dir. Çayın mənbəyi Vrutok kəndi yaxınlığında yerləşir. Mənsəbinin hündürlüyü 683 metrdir. Vardar çayının hövzəsi demək olar ki, Makedoniya ərazisinin üçdə iki hissəsini əhatə edir. Vardar çayı demək olar ki, bütünlüklə dağlıq ərazidən axır. Çayın keçdiyi ərazilərdə ölkənin ən münbüt torpaqların yayılmışdır. Vardar sözünün dəqiq mənşəyi haqqında məlumat yoxdur.
Xarxar
Xarxar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Xarxar kəndi Zəhmətkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Xarxar kənd inzibati ərazi vahidi yaradılmışdır. Yaşayış məntəqəsini 1904-cü ildə, çarlıq dövründə Azərbaycana köçürülmüş moldovan ailələri Novoalekseyevka adı ilə salmışdılar. Lakin 1916-1917-ci illərdə onlar geriyə qayıtdıqdan sonra, burada azərbaycanlı ailələr məskunlaşmış və Xarxar adlı dərədə yerləşən bu kəndi "Xarxar" adlandırmışlar. Tədqiqatçılara görə, toponim qədim alban tayfalarından olan qarqarların adı ilə bağlıdır. Kənd dağətəyi ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1515 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Zabrat
Zabrat — Bakının Sabunçu rayonunda qəsəbə. Abşeron yarımadasının mərkəzində, dəniz səviyyəsindən 20-30 m hündürlükdə yerləşir. Zabrat toponiminin mənasının araşdırmasında AMEA-nın Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d. Abasova Mahirə xanımın tədqiqinə görə yaşlı sakinlərdən topladığı məlumata görə bu kənd qədim -"Zər" kəndinin batdığı yerdə (zəlzələ nəticəsində) salınmışdır. Zər kəndi 5 əsr bundan əvvəl təbii fəlakət nəticəsində dağılmışdır. Həmin kəndin yerində hazırda II Zabrat (ən qədim kənd) və I Zabrat (110-120 il bundan əvvəl salınmışdır) kəndləri yerləşir. Zabrat toponimini İran dillərində "Zab"-qaynaq, çeşmə, bulaq, "at"- çıxarılan yer, bol, çoxlu, yeni neft bulağı" mənasında olmasını qeyd edir. Zabrat toponiminin başqa bir izahı da var: Zər kəndi(Zərkənd)-Zərbat-Zabrat. Zabrat toponiminin digər elmi izahını isə mərhum akademik Məşədi xanım Nemətə görə türk tayfalarından olan sabirlərin adı ilə bağlı olmasıdır. Sabir türklərinin bir qolu Zabrat kəndinin əsasını qoymuşlar.
Zallar
Zallar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yanşaq inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri kəndi işğal edib. Kənd 2020-ci ildə Azərbaycana qaytarılıb.
Zanbaq
Zanbaq (lat. Lilium) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinə aid bitki cinsi. Qədim zamanlardan bəri Aralıq dənizi boyunca yayılmışdır. Dünya florasının tərkibində fəsilənin 240 cinsi və 4000-ə qədər növü yayılmışdır. Fəsiləyə daxil olan növlərə dünyanın hər yerində rast gəlmək olar. Bu növlər kökümsovlu, soğanaqlı və kök yumrusuna malik olan çoxillik otlardır. Fəsiləyə daxil olan soğan, sarımsaq, qulançar, çiriş və s. yeyinti, asırqal (çöpləmə), novruzçiçəyi, əzvaydan müalicə, tülpan, zanbaq və s. isə bəzək kimi istifadə olunur.
Zanqar
Kukaş kurqanı və ya Cek kurqanı — Cek kəndinə aid Kukaş ərazisində kurqan. Kukaş kurqanı 2011-ci ilin avqust ayında Cek kəndinə aid Kukaş ərazisində aşkarlanmışdır. Eyni zamanda Cek kəndinin Zanqar ərazisində də qədim yaşayış məntəqəsi aşkarlanmışdır. Ərazidə işləyən arxeoloq İdris Əliyevin bildirdiyinə görə, tapıntıların tunc dövrünə - e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Arxeoloq tapıntıların böyük əhəmiyyətə malik olduğunu deyib. Onun sözlərinə görə, yaşayış məntəqəsi və kurqanın tədqiqindən sonra bu ərazi ilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirilə bilər. Kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur. Mağaraların qədim insanların yaşayış məskəni olması ehtimal edilir. Tezliklə mağaralarda arxeoloji qazıntılar aparılacaq.
Zarçay
Zarçay — Azərbaycanın Kəlbəcər rayonu ərazisindən axan çay. Çay öz başlanğıcını 2200 metrlik yüksəklik ərazidindən götürür. Başlanğıcını iki çayın birləşməsindən götürür. Uzunluğu 6 km-dir. Sahilində Zar kəndi yerləşir. Tərtər çayının hövzəsinə aiddir.
Çartar
Güneyçartar — Azərbaycan Respublikasının Xocavənd rayonunun Güneyxırman kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Güneyçartar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. Kəndin adı Güneycarpaz variantında da qeydə alınmışdır. Oykonim güney (güntutan, cənub) və cartar/cartaz (dağda uçurum, yarğan) komponentlərindən düzəlib, "cənubda yerləşən yarğanlı dağ" mənasındadır. Kənd yerləşdiyi ərazinin coğrafi movqeyi ilə bağlı adlandırılmışdır. Güneyçartar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Farfar (Mərənd)
Farfar (fars. فارفار‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 723 nəfər yaşayır (188 ailə).
Garvar (Sərdəşt)
Garvar (fars. ‎گرور‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 234 nəfər yaşayır (40 ailə). == Turizm == Hər il İranın digər bölgələrindən və başqa ölkələrdən bura çoxlu sayda turist gəlir.
HESA Karrar
İranın HESA şirkəti tərəfindən 2010-cu ildən istehsal olunana “Karrar” PUA-ları 1970-ci illərdə ABŞ-də istehsal olunan “Beechcraft Streaker” hədəf tipli pilotsuz vasitənin törəməsidir. Onun üzərinə, əlavə olaraq Cənubi Afrika istehsalı elementlərin və silah asqılarının yerləşdirildiyi ehtimal edilir. Bu PUA-lar Mahmud Əhmədinejadın prezidentliyi dövründə inkişaf etdirildi. Pilotsuz uçuş aparatı hava hədəfini təqlid edərək hava hücumundan müdafiə qruplarına təlim vermək üçün istifadə olunur. Onlar müntəzəm olaraq İranın hava hücumundan müdafiə təlimlərində diqqəti cəlb edir. Onların İranın köhnə ABŞ istehsalı “Beechcraft Streaker” (DMK-107) pilotsuz hədəflərini əvəz etdiyi bildirilir. Ənənəvi olaraq parlaq narıncı rəngli “Karrar” hədəf dronlarının kiçik üçkünc qanadlarının aşağısında, silindrik və küt burun hissəli füzelyaj yerləşir. Mühərrikin hava qəbuledicisi arxa tərəfdə yerləşir. Mərkəzi asqıda Mk 82 bombası yerləşdirilə bilər. “Karrar” buraxılmaq üçün raketlə təchiz edilən sistemdən, enmək üçün isə paraşütdən istifadə edir.
Heraldik zanbaq
Heraldik zanbaq və ya Fleur-de-lis / fleur-de-lys (fransız dilində fleur "çiçək", lis isə "zanbaq" deməkdir.) — Avropada orta əsrlərdə geniş yayılmış heraldik simvol. Bəzəkli bir dizayn və ya simvol olaraq istifadə olunur. Fransa tarixən katolik bir xalq olduğuna görə Herald zanbağı xüsusən də fransız heraldikasında eyni zamanda, dini, siyasi, sülalə, bədii, emblematik və simvolik oldu. Simvol fransız monarxlar və Fransanın katolik müqəddəslərini təmsil edərək tarix boyu istifadə edilmişdir. Xüsusilə Məryəm və Müqəddəs İosif Fleur-de-lis ilə təsvir edilmişdir. Fleur-de-lis müxtəlifnövlü simvollar blokundakı U + 269C (⚜) Unicode ilə təmsil olunur.
Hindistan zambarı
Hindistan zambarı (lat. Rusa unicolor) — zambar cinsinə aid heyvan növü.