Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zaziran
Zaziran — İranın İsfahan ostanının Fəlavərcan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,670 nəfər və 2,003 ailədən ibarət idi.
Atırau
Atırau (qaz. Атырау, çayının delta deməkdir) — Qazaxıstanın qərbində, Xəzər dənizinin şimalında, Ural çayınin sahilində yerləşən şəhər. Qazaxıstanın neft paytaxtı. Şəhər Sovet dövründə Quryev adlandırılıb, hal-hazırda Atırau vilayətinin əyalət mərkəzidir.
Satira
Satira (lat. satira) — müəllifin hadisə və adamlara gülüş və qınaq yaradan münasibətinin daha sərt obrazıdır. Bədii gülüşün bir növüdür. Satiranın yumordan fərqi onun açıq tənqid, rəqib və düşmən sözü kimi deyilə bilməsi, öz obyektini ifşa niyyəti daşımasıdır. Satirik obraz sosial məzmun daşıyır, yazıçının siyasi və əxlaqi, dini əqidəsinin əks qütbünü göstərən bir obraz olur. Satirik obraz romanda bir və ya bir neçə surət də, bütün bir hekayə də, dramda personaj da, şeirlə yazılmış əsər də olur. Satiraya ən gözəl misal S.Ə.Şirvanini " Köpəyə ehsan" şeiri sayıla bilər. Harınlamış bəy öz sevimli itini kənd qəbiristanında basdırır. Kənd camaatı narazılıqla mollaya müraciət edir. Bəy mollanın ağzını yummaq üçün ona bir toğlu göndərir.
Zabrat
Zabrat — Bakının Sabunçu rayonunda qəsəbə. Abşeron yarımadasının mərkəzində, dəniz səviyyəsindən 20-30 m hündürlükdə yerləşir. Zabrat toponiminin mənasının araşdırmasında AMEA-nın Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d. Abasova Mahirə xanımın tədqiqinə görə yaşlı sakinlərdən topladığı məlumata görə bu kənd qədim -"Zər" kəndinin batdığı yerdə (zəlzələ nəticəsində) salınmışdır. Zər kəndi 5 əsr bundan əvvəl təbii fəlakət nəticəsində dağılmışdır. Həmin kəndin yerində hazırda II Zabrat (ən qədim kənd) və I Zabrat (110-120 il bundan əvvəl salınmışdır) kəndləri yerləşir. Zabrat toponimini İran dillərində "Zab"-qaynaq, çeşmə, bulaq, "at"- çıxarılan yer, bol, çoxlu, yeni neft bulağı" mənasında olmasını qeyd edir. Zabrat toponiminin başqa bir izahı da var: Zər kəndi(Zərkənd)-Zərbat-Zabrat. Zabrat toponiminin digər elmi izahını isə mərhum akademik Məşədi xanım Nemətə görə türk tayfalarından olan sabirlərin adı ilə bağlı olmasıdır. Sabir türklərinin bir qolu Zabrat kəndinin əsasını qoymuşlar.
Zarat
Zarat (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Zarat (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd. Zarat (Dəvəçi) — Azərbaycanın Dəvəçi rayonunda kənd. 30 dekabr 1997-ci ildə ləğv olunub. Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunda kənd. Zaratxeybəri — Azərbaycanın Şamaxı rayonunda kənd. Zarat — Dəvəçi rayonu ərazisində çay.
Batıray Omarla
Batıray Omarla (1820, Urax[d], Dağıstan MSSR – 1902, Dargi dairəsi, Dağıstan vilayəti) — Dağıstan şairi, XIX əsrdə yaşamış lirik, dargin ədəbiyyatının qurucularından biri. == Həyatı == Omarla (tərcümədə - Ömərin oğlu) Batıray 1831-çi ildə Dargin rayonunun Urax kəndində (Dağıstan Respublikasının indi Sergokalinsky rayonu), darginets milliyyətində anadan olmuşdur. Şairin atası Ömər sağlamlığı və cəsarəti ilə seçilirdi. Bir sıra hallar Öməri yerli xana Nöker kimi xidmət etməyə məcbur etdi. Nöker Ömərə xidmət etmək uzun sürmədi, döyüşlərdən birində ağır yaralandı və tezliklə aldığı yaradan öldü. Şair yaradıçılığında Dörd və ya səkkiz misralı şeirlər qoşmuş, onlardan yalnız bir hissəsi dövrümüzədək gəlib çatmışdır. Şeirləri ilk dəfə 1928-ci ildə toplanaraq çap edilmişdir. Batıray şeirlərində kənd adamlarının, xalq qəhrəmanlarının obrazını yaratmış, dağlı qadınlarını müdafiə etmişdir. Dargin Dövlət Teatrına Batırayın adı verilmişdir. Omarla 1910-cu ildə Urax kəndində vəfat etmişdir.
Patimat Abakarova
Patimat Abakarova (23 oktyabr 1994, Mahaçqala, Dağıstan) — 2010–2012-ci illərdə Rusiya yığmasının heyətində mübarizə aparan, 2012-ci ildən isə Azərbaycan yığmasının heyətində çıxış edən taekvondoçu. Patimat Abakarova 2015-ci ilin iyununda Azərbaycanda baş tutan I Avropa Oyunlarının bürünc medalına sahib olmaqla, birinci ciddi uğuruna imza atdı. 2016-cı ildə isə Patimat Abakarova ən ciddi uğuruna imza atdı. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının bürünc medal uğrunda görüşündə Fransa nümayəndəsi Yasmina Əziz üzərində 8:2 hesabı ilə qələbə qazanaraq Olimpiadanın bürünc medalına oldu. Bununla da o, bu idman növü üzrə Olimpiadalarda medal qazanan olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü. Karyerası ərzində 44 beynəlxalq turnirdə mübarizə aparan Patimat Abakarova, onların 8-də qızıl medala, 4-də gümüş medala, 16-da isə bürünc medala sahib olub. Patimat Abakarova Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib. Patimat Serajutdinovna Abakarova 1994-cü il oktyabrın 23-də Mahaçqala şəhərində anadan olub. Milliyyətcə avardır. 1999-cu ildən idmanla məşğul olur.
Patimat Abakərova
Patimat Baqomedova
Patimat Aydəmirməhəmmədovna Bəhəmmədova (6 avqust 1993, Mahaçqala) — Azərbaycanı təmsil edən qadın güləşçi. Patimat Bəhəmmədova 2008-ci ildə Latviyanın Dauqavpils şəhərində yeniyetmələr arasında Avropa Çempionatını gümüş medalla başa vurdu. 2010-cu ildə Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Patimat Bəhəmmədova qadın güləşi üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi. Patimat Bəhəmmədova 2010-cu ildə Bolqarıstanda yeniyetmələr arasında Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin ilin avqustunda isə Patimat Bəhəmmədova Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı. -52 Kq. turnirində mübarizə aparan Patimat Bəhəmmədova qrup mərhələsinin birinci görüşdə Əlcəzair nümayəndəsi Sabrina Azzuz ilə üz-üzə gəldi. Həmin görüşdə Patimat Bəhəmmədova rəqibinə qalib gəldi — 2:0 (7:0, 6:0). Növbəti görüşdə isə onun rəqibi Özbəkistan nümayəndəsi Nilüfər Qadayeva oldu. Bu görüşdə Patimat Bəhəmmədova rəqibi üzərində təmiz qələbə qazandı.
Patimat Baqometova
Patimat Aydəmirməhəmmədovna Bəhəmmədova (6 avqust 1993, Mahaçqala) — Azərbaycanı təmsil edən qadın güləşçi. Patimat Bəhəmmədova 2008-ci ildə Latviyanın Dauqavpils şəhərində yeniyetmələr arasında Avropa Çempionatını gümüş medalla başa vurdu. 2010-cu ildə Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Patimat Bəhəmmədova qadın güləşi üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi. Patimat Bəhəmmədova 2010-cu ildə Bolqarıstanda yeniyetmələr arasında Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin ilin avqustunda isə Patimat Bəhəmmədova Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı. -52 Kq. turnirində mübarizə aparan Patimat Bəhəmmədova qrup mərhələsinin birinci görüşdə Əlcəzair nümayəndəsi Sabrina Azzuz ilə üz-üzə gəldi. Həmin görüşdə Patimat Bəhəmmədova rəqibinə qalib gəldi — 2:0 (7:0, 6:0). Növbəti görüşdə isə onun rəqibi Özbəkistan nümayəndəsi Nilüfər Qadayeva oldu. Bu görüşdə Patimat Bəhəmmədova rəqibi üzərində təmiz qələbə qazandı.
Patimat Bəhəmmədova
Patimat Aydəmirməhəmmədovna Bəhəmmədova (6 avqust 1993, Mahaçqala) — Azərbaycanı təmsil edən qadın güləşçi. Patimat Bəhəmmədova 2008-ci ildə Latviyanın Dauqavpils şəhərində yeniyetmələr arasında Avropa Çempionatını gümüş medalla başa vurdu. 2010-cu ildə Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Patimat Bəhəmmədova qadın güləşi üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi. Patimat Bəhəmmədova 2010-cu ildə Bolqarıstanda yeniyetmələr arasında Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin ilin avqustunda isə Patimat Bəhəmmədova Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı. -52 Kq. turnirində mübarizə aparan Patimat Bəhəmmədova qrup mərhələsinin birinci görüşdə Əlcəzair nümayəndəsi Sabrina Azzuz ilə üz-üzə gəldi. Həmin görüşdə Patimat Bəhəmmədova rəqibinə qalib gəldi — 2:0 (7:0, 6:0). Növbəti görüşdə isə onun rəqibi Özbəkistan nümayəndəsi Nilüfər Qadayeva oldu. Bu görüşdə Patimat Bəhəmmədova rəqibi üzərində təmiz qələbə qazandı.
Qatıyat (Həştrud)
Qatıyat (fars. قطعات‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Zariyat Surəsi
51-ci surə əz-Zariyat (Sovurub dağıdan küləklər) surəsi (Məkkədə nazil olmuşdur, 60 ayədir). Surə adını ilk ayədə işlənən və sovurub dağıdan küləklər mənasına gələn əz-Zariyat sözündən götürmüşdür.
Atırau FK
Atırau FK — Qazaxıstanın futbol klubu.
Atırau vilayəti
Atırau vilayəti (qaz. Атырау облысы) — Qərbi Qazaxıstan regionunda vilayət. Şimaldan Qərbi Qazaxıstan, cənubdan Manğıstau, şərqdən Aqtöbe vilayətləri, qərbdən isə Rusiyanın Həştərxan vilayəti ilə həmsərhəddir.
Sarıesik-Atırau
Sarıesik-Atırau — Almatı vilayəti ərazisində yerləşən qumlu səhra. Balxaş gölünun cənub sahili boyunca uzanan səhra. Səhra ərazisində İli çayı çayı keçir. Balxaş gölünə tökülən və Cunqar-Alatau zirzəsindən başlayır. Bir çox çaylar səhranın qumlu sahəsində süzülərək yoxa çıxır.
Zabrat bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dərə Zarat
Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Dərə Zarat kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == XIX əsrdə Zarat kəndindən çıxmış ailələrin dərədə saldığı yaşayış məntəqəsidir. Bəzən Yenikənd də adlandırılmışdır. Oykonim "dərədə salınmış Zarat kəndi" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Ataçayın sağ sahilindən 3 km. aralı, Yan silsiləsinin (Böyük Qafqaz) yamacında yerləşir. == Əhalisi == Kənd əhalisi 36 nəfərdən ibarətdir. Əhalisi tatlardır.
Zarat (Dəvəçi)
Zarat — Azərbaycan Respublikasının Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 dekabr 1997-ci il tarixli, 419-IQD saylı Qərarı ilə Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidi tərkibindəki Zarat kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Zarat (Siyəzən)
Zarat — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Kənd Azərbaycanın gözəl guşələrindən biridir. Orada yayda həddindən artıq isti, qışda isə həddindən artıq soyuq olur. Azərbaycanın məşhur Beşbarmaq dağı da bu kənddə yerləşir. Əhalisinin sayı 1410 nəfərdir (2009-cu il). Siyəzən rayonunun Çuxur-əzəmi inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Tədqiqatçılar oykonimi ərəb dilindəki ziraət (əkin yeri) sözü ilə əlaqələndirir, yaşayış məntəqələrinin keçmiş əkin yerlərində salınmalarına əsaslanırlar.
Zarat (İsmayıllı)
Zarat — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Girdimançayın sol sahilində yerləşir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 10 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc- Quba turist marşrutları kəndin yaxınlığından keçir. Kənddən Şamaxının Zarat-Xeybəri kəndinə piyada yol vardır. 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Zarat kəndində 54 evdə etnik tatlardan ibarət 416 nəfər (244 nəfəri kişilər, 172 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı. Əhalisi 31 nəfərdir ki onunda 17 nəfəri kişi, 14 nəfəri qadındır. Kənd əhalisi heyvandarlıq, bostançılıq və arıçılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Zarat Xeybəri
Zarat Xeybəri – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Şamaxı r-nu Dəmirçi i.ə.d.-də kənd. Pirsaat çayının sahilində, dağətəyi ərazidədir. Əhalisi 233 nəfərdir (2009), 40 təsərrüfatı var. Keçən əsrin əvvəllərində Şamaxı qəzasında Zarat sözü ilə bağlı Zarat Bahadərəsi, Birinci Zarat (Zarat Xeybəri), İkinci Zarat adlı üç kənd qeydə alınmışdır. Xeybəri komponenti Zarat adlı bu kəndləri bir-birindən fərqləndirmək üçün artırılmışdır. 1933-cü ildə kəndin adı Zarat Xeybərli kimi qeyd edilmişdir. Xeybəri mənşəcə ərəb tayfalarından birinin adıdır. Tarixi mənbələrin məlumatına görə, Xəlifə Ömər dövründə (634-644) xeybərlər öz doğma yerlərindən qovulmuşdular. Görünür, Azərbaycanda məskunlaşmış ərəblərin tərkibində xeybərlər də olmuşdur.
Airat Ichmouratov
Atira (qurban)
Atira (qurban) (ərəb: عتيرة) — müşrik ərəblərin Rəcəb ayının son on günündə "cahiliyyət dövründə" kəsdikləri keçi qurbanı. İslamın ilk illərində buna icazə verildi, lakin sonra ləğv edildi. Qurbanlıq heyvanlara "rəcəbiyyə" deyirdilər. Müşrik ərəblər ya mal-qaranın sayının artması üçün dua etdikdən sonra, ya da mal-qaranın sayı yüzdən çox olduqdan sonra bütpərəst tanrılara şükür olaraq qurban kəsirdilər. Qurbanlıq heyvanın qanı bütün başına sürtülürdü. Atiranın mənşəyi kiçik Həcc (Ümrə), həmçinin yəhudilərin Pasxa bayramı və yəhudilikdə günah keçisi ritualı zamanı baş verən qurbanlarla sıx bağlıdır. Qurbanı Məhəmməd peyğəmbər ləğv etdi.
Zatura: Kosmik macəra
Zatura: Kosmik macəra (ing. Zathura: A Space Adventure) — Con Favronun rejissorluğu ilə 2005-ci ildə çəkilmiş amerikan elmi fantastik, macəra filmi. Film Kris Van Ollsburqun 2002-ci ildə yazdığı eyniadlı uşaq kitabı əsasında çəkilmişdir. Kris həmçinin 1981-ci ildə işıq üzü görmüş Cumanci kitabının müəllifidir. Zatura "Cumanci" filminin spin-offudur. Film, zirzəmilərində Zatura adlı sirli stolüstü oyun tapan iki gənc qardaş, Volter və Dennidən bəhs edir. Cumancidə olduğu kimi, bu oyunda da edilən hər bir seçim canlanır. Qardaşlar oyunu oynayarkən, onların evi kosmosa daşınır və onlar robotlar, yadplanetlilər və digər müxtəlif təhlükələrlə dolu kosmosa sürüklənirlər. sonypictures.com/movies/… — Zatura: Kosmik macəranın rəsmi saytı Zatura: Kosmik macəra — Internet Movie Database saytında.