Patimat Abakarova

Patimat Abakarova (23 oktyabr 1994, Mahaçqala, Dağıstan) — 2010–2012-ci illərdə Rusiya yığmasının heyətində mübarizə aparan, 2012-ci ildən isə Azərbaycan yığmasının heyətində çıxış edən taekvondoçu.

Patimat Abakarova
2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olanda (18 avqust 2016-cı il)
2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olanda (18 avqust 2016-cı il)
Şəxsi məlumatlar
Tam adı Patimat Abakarova
Vətəndaşlığı Rusiya Rusiya (2010–2012)
Azərbaycan Azərbaycan (2012—)
Doğum tarixi 23 oktyabr 1994(1994-10-23) (29 yaş)
Doğum yeri
Boyu 1,65 m
İdman növü Taekvondo
Karyera illəri 2010h. h.
Məşqçisi İsmayıl İsmayılov
Komandası Gilan İdman Klubu

Patimat Abakarova 2015-ci ilin iyununda Azərbaycanda baş tutan I Avropa Oyunlarının bürünc medalına sahib olmaqla, birinci ciddi uğuruna imza atdı.

2016-cı ildə isə Patimat Abakarova ən ciddi uğuruna imza atdı. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının bürünc medal uğrunda görüşündə Fransa nümayəndəsi Yasmina Əziz üzərində 8:2 hesabı ilə qələbə qazanaraq Olimpiadanın bürünc medalına oldu. Bununla da o, bu idman növü üzrə Olimpiadalarda medal qazanan olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü.

Karyerası ərzində 44 beynəlxalq turnirdə mübarizə aparan Patimat Abakarova, onların 8-də qızıl medala, 4-də gümüş medala, 16-da isə bürünc medala sahib olub.

Patimat Abakarova Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib.

Patimat Serajutdinovna Abakarova 1994-cü il oktyabrın 23-də Mahaçqala şəhərində anadan olub.[1] Milliyyətcə avardır. 1999-cu ildən idmanla məşğul olur. Şəxsi məşqçisi İsmayıl İsmayılovdur.

2013-cü il: Dünya Çempionatında debüt

[redaktə | mənbəni redaktə et]

Patimat Abakarova 2013-cü ilin 4–11 aprelində Azərbaycan yığmasının heyətində İstanbul şəhərində baş tutan təlim-məşq toplanışlarında oldu.[2]

Daha sonra isə Patimat Abakarova 18–22 apreldə Moldovanın Kişinyov şəhərində baş tutan U-21 Avropa Çempionatında mübarizə apardı.[3] Turnirin 1/8 final mərhələsində o, Belarus nümayəndəsini İrina Vetoxinaya 15:4 hesabı ilə qalib gəlsə də, 1/4 final mərhələsində Türkiyə təmsilçisi Fatma Sarıdoğana 1:4 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.

2013-cü ilin əsas turniri 15–22 iyulda Puebla şəhərində baş tutan Dünya Çempionatı oldu. İyunun 18-də turnirdə mübarizə aparacaq Azərbaycan yığmasının heyəti məlum oldu.[4] Heyətə 18 yaşlı Patimat Abakarova da cəlb olundu. Dünya Çempionatından əvvəl Azərbaycan yığması Gürcüstanda baş tutan təlim-məşq toplanışlarında oldu.[5] Patimat Abakarova Dünya Çempionatında iyulun 17-də çıxış elədi. 1/32 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə onun rəqibi Konqo DR nümayəndəsi Rosa Keleju Lujusa oldu.[6] Həmin görüşdə Patimat Abakarova rəqibi üzərində 10:0 hesabı ilə inamlı qələbə qazandı və 1/16 final mərhələsinə adladı. Bu mərhələdə o, Filippin təmsilçisi Nicole Abigail Cham ilə üz-üzə gəldi. Həmin görüşdə 8:0 hesabı ilə qalib gələn Patimat Abakarova, turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Misir nümayəndəsi Nur Abdelsalam oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə o, rəqibinə 2:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini dayandırdı.[7]

Daha sonra Patimat Abakarova 22–30 sentyabrda İndoneziyanın Palembanq şəhərində baş tutan III İslam Həmrəyliyi Oyunlarında mübarizə apardı və turnirin bürünc medalına sahib oldu.[8][9][10]

Patimat Abakarova 2013-cü ilin sonlarında Azərbaycan Çempionatında çıxış elədi və bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu.[11]

2014-cü il: Avropa Çempionatında debüt

[redaktə | mənbəni redaktə et]

Patimat Abakarova 2014-cü ilin 26–28 fevralında Bəhreynin Manama şəhərində baş tutan "Bahrain Open" beynəlxalq turnirində mübarizə apardı.[12] Turnirin yarım-final mərhələsində o, Misir nümayəndəsi Hussine Nur Əhmədə məğlub oldu və "Bahrain Open" beynəlxalq turnirinin bürünc medalına sahib oldu.[13]

2014-cü ilin əsas turniri 1–4 mayda Azərbaycanda baş tutan Avropa Çempionatı oldu. 2013-cü ildə Azərbaycan Çempionatının qalibi olan Patimat Abakarova, Azərbaycan yığmasının Avropa Çempionatında mübarizə aparacaq heyətinə cəlb olundu.[14] Patimat Abakarova Avropa Çempionatında mayın 2-də çıxış elədi.[15] Avropa Çempionatının 1/8 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə onun rəqibi Birləşmiş Krallıq nümayəndəsi Georgia Barnes oldu.[15] Həmin görüşdə Patimat Abakarova rəqibi üzərində 12:6 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[15] Bu mərhələdə o, Rusiya Federasiyası təmsilçisi Svetlana İqumenova ilə üz-üzə gəldi.[15] Həmin görüşdə rəqibinə 1:8 hesabı ilə məğlub olan Patimat Abakarova, Avropa Çempionatında mübarizəsini dayandırdı.[15]

Daha sonra Patimat Abakarova Ukraynada baş tutan "Ukraine Open" beynəlxalq turnirində mübarizə apardı.[16] Turnirin yarım-final mərhələsində o, Ukrayna nümayəndəsi Yana Bohovaya 6:0 hesabı ilə qalib gəlsə də, final görüşündə Fransa təmsilçisi Floriane Liborioya 1:4 hesabı ilə məğlub oldu və "Ukraine Open" beynəlxalq turnirinin gümüş medalına sahib oldu.[17]

Patimat Abakarova 25–28 noyabrda Antalya şəhərində baş tutan Klublararası Avropa Çempionatında mübarizə apardı. Gilan İdman Klubunun üzvü olan Patimat Abakarova, turnirin bürünc medalına sahib oldu.

2015-ci il: Avropa Oyunlarında bürünc

[redaktə | mənbəni redaktə et]
Azərbaycan Prezidenti İlham Əliyev I Avropa Oyunlarında mübarizə aparacaq Azərbaycan yığmasının üzvləri ilə görüşən zaman. (8. avqust 2015)

Patimat Abakarova 2015-ci ilin 12–15 martda Niderlandın Eyndhoven şəhərində baş tutan "Dutch Open" beynəlxalq turnirində mübarizə apardı. Turnirin yarım-final mərhələsində o, Türkiyə nümayəndəsi Ruqiyyə İldırıma qalib gəlsə də, final görüşündə Serbiya təmsilçisi Tiyana Boqdanoviça 2:8 hesabı ilə məğlub oldu və "Dutch Open" beynəlxalq turnirinin gümüş medalına sahib oldu.[18][19]

Daha sonra o, 11–12 apreldə Ukraynada baş tutan "Ukraine Open" beynəlxalq turnirində çıxış elədi.[20] Turnirin yarım-final mərhələsində o, Ukrayna nümayəndəsi Anna Sorohaya 1:5 hesabı ilə məğlub oldu və "Ukraine Open" beynəlxalq turnirinin bürünc medalına sahib oldu.[21]

Patimat Abakarova növbəti uğuruna bir həftə sonra — 18–20 martda Moldovanın Kişinyov şəhərində baş tutan "Moldova Open" beynəlxalq turnirində imza atdı. Turnirin yarım-final mərhələsində o, Rusiya Federasiyası təmsilçisi Alexandra Lıçaqinaya 1:2 hesabı ilə məğlub oldu və "Moldova Open" beynəlxalq turnirinin bürünc medalına sahib oldu.

2015-ci ilin əsas turniri 12–18 mayda Rusiyada baş tutan Dünya Çempionatı oldu. Patimat Abakarova Dünya Çempionatında mayın 12-də çıxış elədi. 1/32 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə onun rəqibi Qazaxıstan nümayəndəsi Anargül Sabir oldu. Həmin görüşdə Patimat Abakarova rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazandı və 1/16 final mərhələsinə adladı. Bu mərhələdə o, Mərakeş təmsilçisi Suhaina Sahib ilə üz-üzə gəldi. Həmin görüşdə 8:2 hesabı ilə qalib gələn Patimat Abakarova, turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Rusiya nümayəndəsi Svetlana İqumenova oldu. Ötən il Patimat Abakarova Svetlana İqumenovaya Avropa Çempionatında məğlub olmuşdu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Patimat Abakarova bu səfər də rəqibinə məğlub oldu (2:4 hesabı ilə) və Dünya Çempionatında mübarizəsini dayandırdı.[22]

Patimat Abakarova iyunda daha bir nüfuzlu turnirdə — 12–28 iyunda Azərbaycanda baş tutan I Avropa Oyunlarında mübarizə apardı.[23] Patimat Abakarova Avropa Oyunlarında iyunun 16-da mübarizə apardı.[24] 1/8 final mərhələsi çərçivəsində baş tutan birinci görüşündə o, Rusiya Federasiyası nümayəndəsi Alexandra Lıçaqina ilə üz-üzə gəldi.[25] Həmin görüşdə Patimat Abakarova rəqibi üzərində 8:1 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[26] Bu mərhələdə onun rəqibi Yunanıstan təmsilçisi Yoanna Kutsu oldu. Bu görüşdə Patimat Abakarova rəqibi üzərində 4:2 hesabı ilə qələbə qazandı və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Bu mərhələdə o, Serbiya nümayəndəsi Tiyana Boqdanoviç ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Patimat Abakarova rəqibinə 6:8 hesabı ilə məğlub oldu və mübarizəsini bürünc medal uğrunda görüşdə davam elədi. Bu mərhələdə onun rəqibi İtaliya təmsilçisi Erica Nicoli oldu. Həmin görüşdə Patimat Abakarova 14:0 hesabı ilə inamlı qələbə qazandı və I Avropa Oyunlarının bürünc medalına sahib oldu.[27][28]

Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Patimat Serajutdinova Abakarova "Tərəqqi" medalı ilə təltif edildi.[29]

Avropa Oyunlarında sonra Patimat Abakarova Cənubi Koreyada baş tutan "Korea Open" beynəlxalq turnirində mübarizə apardı. Turnirin yarım-final mərhələsində o, Tailand nümayəndəsi Çanatip Sonxama 5:6 hesabı ilə məğlub oldu və "Korea Open" beynəlxalq turnirinin bürünc medalına sahib oldu.[30]

Patimat Abakarova, 14–16 avqustda Rusiyada baş tutan Dünya Qran-Prisinin I mərhələsində mübarizə apardı.[31][32][33] Turnirin 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə o, Çin Taybeyi nümayəndəsi Van-Tinq Lini 8:2 hesabı ilə qalib gəlsə də, 1/8 final mərhələsində Braziliya təmsilçisi Talisca Jeziersi dos Reisa 5:6 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.[34][35]

Daha sonra o, 18–20 sentyabrda Samsun şəhərində baş tutan Dünya Qran-Prisinin II mərhələsində çıxış elədi.[36] Turnirin 1/8 final mərhələsində çərçivəsində baş tutan birinci görüşündə o, İspaniya təmsilçisi Brigitte Yague Enriqeyə 4:6 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.[37]

Avropa Oyunlarından sonra Patimat Abakarova birinci uğuruna Cənubi Koreyanın Mungyeong şəhərində baş tutan Hərbçilərin Dünya Oyunlarında imza atdı.[38] Turnirin 1/4 final mərhələsində o, Cənubi Koreya nümayəndəsi Go-Eun Parı 6:5, 1/2 final mərhələsində isə Misir təmsilçisi Nur Abdelsalamı 3:3 hesabları ilə qalib gəldi və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə Çin nümayəndəsi Jaoyi Liya 1:0 hesabı ilə qalib gələn Patimat Abakarova, Hərbçilərin Dünya Oyunlarının qızıl medalına sahib oldu.[39]

Daha sonra Patimat Abakarova 14–16 avqustda İngiltərənin Mançester şəhərində baş tutan Dünya Qran-Prisinin III mərhələsində mübarizə apardı.[40] Turnirin 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşündə o, Kipr nümayəndəsi Kiriaxi Kuttuxi ilə üz-üzə gəldi. Həmin görüşdə Patimat Abakarova rəqibi üzərində 10:4 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Braziliya təmsilçisi İris Silva Tanq Sinq oldu. Həmin görüşdə də üstün tərəf Patimat Abakarova oldu — 8:1. Bununla da o, turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə Patimat Abakarova Rusiya nümayəndəsi Svetlana İqumenova ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə o, rəqibi üzərində 8:4 hesabı ilə qələbə qazandı və Dünya Qran-Prisinin yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Tailand təmsilçisi Çanatip Sonxam oldu. Həmin görüşdə Patimat Abakarova rəqibinə 4:10 hesabı ilə məğlub oldu və Dünya Qran-Prisinin bürünc medalına sahib oldu.[41]

2016-cı il: Rio-de-Janeyro Olimpiadasında bürünc

[redaktə | mənbəni redaktə et]

Patimat Abakarovanın 2016-cı ildə birinci turniri 16–18 yanvarda İstanbul şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turniri oldu.[42] Tunirin 1/8 final mərhələsində Patimat Abakarova Olimpiya Komandanın nümayəndəsi Dina Puryunus ilə üz-üzə gəldi. Həmin görüşdə Patimat Abakarova rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Yunanıstan nümayəndəsi Yoanna Kutsu oldu. Həmin görüşdə Patimat Abakarova rəqibinə 5:1 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Ukrayna nümayəndəsi İrina Romoldanova oldu. Bu görüşdə də Patimat Abakarova rəqibi üzərində qələbə qazandı (4:1) və turnirin final görüşünə vəsiqə qazandı. Bununla da Patimat Abakarova olimpiya lisenziyasına sahib oldu.[43] Formal əhəmiyyətə sahib olan final görüşündə isə Patimat Abakarova Serbiya nümayəndəsi Tiyana Boqdanoviç ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Patimat Abakarova rəqibinə 6:5 hesabı ilə qalib gəldi və Avropa Olimpiya Təsnifat Turnirinin qalibi oldu.

Daha sonra Patimat Abakarova Almaniyanın Bonn şəhərində baş tutan "WTF Presidents Cup" beynəlxalq turnirində mübarizə apardı. Turnirin yarım-final mərhələsində Rusiya nümayəndəsi Yexaterina Kima qalib gələn Patimat Abakarova, final görüşündə Türkiyə nümayəndəsi Zeliha Ağrışa 0:1 hesabı ilə məğlub oldu və turniri gümüş medalla başa vurdu.[44]

2016-cı ilin birinci nüfuzlu turniri 18–22 mayda İsveçrənin Montrö şəhərində baş tutan Avropa Çempionatı oldu. Tunirin 1/8 final mərhələsində Patimat Abakarova Serbiya nümayəndəsi Draqana Qladoviç ilə üz-üzə gəldi. Həmin görüşdə Patimat Abakarova rəqibi üzərində 6:2 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Kipr nümayəndəsi Despina Pilavaxi oldu. Həmin görüşdə Patimat Abakarova rəqibinə 4:1 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Fransa nümayəndəsi Florian Liborio oldu. Bu görüşdə də Patimat Abakarova rəqibi üzərində qələbə qazandı (4:2) və Avropa Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə Patimat Abakarova Rusiya nümayəndəsi Tatyana Kudaşova ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Patimat Abakarova rəqibinə 4:5 hesabı ilə məğlub oldu və Avropa Çempionatının gümüş medalına sahib oldu.[45]

2016-cı ilin əsas turniri 5–22 avqustda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunları oldu.[46][47] Olimpiya Oyunlarında debüt edən 21 yaşlı Patimat Abakarova turnirin favoriti hesab olunmurdu. Patimat Abakarova Rio-de-Janeyro Olimpiadasında avqustun 17-də mübarizə apardı. Onun 1/8 final mərhələsində rəqibi Serbiya nümayəndəsi Tiyana Boqdanoviç oldu.[48] Patimat Abakarova həmin rəqibinə yanvarda İstanbul şəhərində baş tutan turnirin final görüşündə məğlub eləmişdi. Bu səfər də görüş gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə bu səfər Patimat Abakarova rəqibinə 2:3 hesabı ilə məğlub oldu. Tiyana Boqdanoviçin turnirin final görüşünə vəsiqə qazandığına görə Patimat Abakarova təsəlliverici qrupda mübarizə apardı. Həmin qrupun birinci görüşündə Patimat Abakarovanın rəqibi Çin nümayəndəsi Vu Yinyu oldu. Vu Yinyu 2008 və 2012-ci il olimpiadalarının qalibi olan təcrübəli idmançı idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Patimat Abakarova rəqibinə 5:4 hesabı ilə qalib gəldi və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Bu görüşdə isə onun rəqibi Fransa nümayəndəsi Yasmin Əziz oldu. Həmin görüş Azərbaycanın Olimpiya Oyunları tarixində əhəmiyyətli görüş oldu. Rəqibi üzərində 8:2 hesabı ilə qalib gələn Patimat Abakarova XXXI Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu.[49] Bununla da Patimat Abakarova bu idman növü üzrə olimpiya medalına sahib olan birinci Azərbaycan idmançısı oldu.[50][51]

Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli 2292 nömrəli Sərəncamına əsasən XXXI Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Patimat Serajutdinovna Abakarova Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi.[52]

2017-ci il: İslam Həmrəyliyi Oyunlarında qələbə

[redaktə | mənbəni redaktə et]
Azərbaycan Prezidenti İlham Əliyev Patimat Abakarovaya yeni mənzilin orderini təqdim edən zaman (24. dekabr 2016)

Patimat Abakarovanın 2017-ci ildə birinci turniri Antalya şəhərində baş tutan Klublararası Dünya Çempionatı oldu. Turnirin final görüşündə Patimat Abakarova Türkiyə nümayəndəsi Zəhra Döşüçuxur üzərində qələbə qazandı və turnirin qızıl medalına sahib oldu.[53]

Daha sonra Patimat Abakarova 12–22 mayda Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında mübarizə apardı.[54] Patimat Abakarova turnirin 1/4 final mərhələsində Fələstin nümayəndəsi Layan Caber ilə üz-üzə gəldi. Həmin görüşdə Patimat Abakarova rəqibinə 20:8 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi İran nümayəndəsi Şalmi Südabə Pursadiqi üzərində 15:4 hesabı ilə qələbə qazandı və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Qazaxıstan nümayəndəsi Aynur Yesbergenova oldu. Final görüşündə də rəqibinə qalib gələn (14:4) Patimat Abakarova IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu.[55]

2017-ci ilin əsas turniri 24–30 iyunda Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatı idi.[56] Həmin turnirdə Patimat Abakarova uğursuzluqla üzləşdi. Patimat Abakarova turnirin 1/16 final mərhələsindəcə Serbiya nümayəndəsi Vanya Stanhoviça 4:8 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini başa vurdu.[57][58]

Daha sona Patimat Abakarova 18–30 avqustda Tayvanın Taybey şəhərində baş tutan Universiada Oyunlarında mübarizə apardı.[59] Bu turnirdə də Patimat Abakarova uğursuzluqla üzləşdi. Turnirin 1/16 final mərhələsində İran nümayəndəsi Nahid Kiyaniçandeyə 8:10 hesabı ilə məğlub olan Patimat Abakarova turnirdə mübarizəsini başa vurdu.[60]

Patimat Abakarovanın "uğursuzluq zolağı" 22–24 sentyabrda Rabat şəhərində baş tutan Dünya Qran-Prisi turnirində də davam elədi. Patimat Abakarova turnirin 1/8 final mərhələsindəcə Serbiya nümayəndəsi Vanya Stanhoviça məğlub oldu və turnirdə mübarizəsini başa vurdu.

2018-ci il: Avropa Çempionatında bürünc

[redaktə | mənbəni redaktə et]

Patimat Abakarovanın 2018-ci ildə birinci turniri "Ukraine Open" beynəlxalq turniri oldu. Patimat Abakarova həmin turnirin final görüşündə Ukrayna nümayəndəsi Olqa Proçitayeva üzərində qələbə qazandı və qızıl medalın sahibi oldu.

Daha sonra Patimat Abakarova 10–14 mayda Rusiyanın Kazan şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Patimat Abakarova turnirin 1/8 final mərhələsində Bolqarıstan nümayəndəsi Nicol Çorbanova ilə üz-üzə gəldi. Həmin görüşdə Patimat Abakarova rəqibi üzərində 24:14 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Rusiya nümayəndəsi Svetlana İqumenova oldu. Bu görüşdə Patimat Abakarova rəqibinə 15:4 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə Patimat Abakarova Xorvatiya nümayəndəsi Kristina Tomiç ilə üz-üzə gəldi. Həmin görüşdə rəqibinə 4:12 hesabı ilə məğlub olan Patimat Abakarova Avropa Çempionatını bürünc medalla başa vurdu.[61]

2019-cu il: Universiada Oyunlarında bürünc

[redaktə | mənbəni redaktə et]

Patimat Abakarovanın 2019-cu ildə birinci turniri Antalya şəhərində baş tutan "Turkish Open" beynəlxal turniri oldu. Turnirin final görüşündə Patimat Abakarova Türkiyə nümayəndəsi Zəhra Döşüçuxur üzərində qələbə qazandı və turnirin qızıl medalına sahib oldu.[62]

Daha sonra isə Patimat Abakarova "Ukraine Open" beynəlxalq turnirində mübarizə apardı. Turnirin yarım-final mərhələsində Polşa nümayəndəsi Yeva Yamiolhovsha üzərində 14:11 hesabı ilə qələbə qazanan Patimat Abakarova, final görüşündə də İsrail nümayəndəsi Avişaq Semberqa 10:6 hesabı ilə qalib gəldi və beynəlxalq turnirin qalibi oldu.[63]

2019-cu ilin əsas turniri 15–20 mayda İngiltərənin Mançester şəhərində baş tutan Dünya Çempionatı oldu.[64] Ötən üç Dünya Çempionatında uğursuzluqla üzləşən Patimat Abakarova bu səfər də iddialı nəticə göstərə bilmədi. Patimat Abakarova turnirin 1/16 final mərhələsində Cənubi Koreya nümayəndəsi Pa Hyu-Yina 30:18 hesabı ilə qalib gəlsə də, 1/8 final mərhələsində Xorvatiya nümayəndəsi Kristina Tomiça 4:12 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini başa vurdu.[65]

Daha sonra Patimat Abakarova 2–14 iyulda İtaliyanın Neapol şəhərində baş tutan Universiada Oyunlarında mübarizə apardı. Turnirin 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşündə o, Çin nümayəndəsi Yu Han ilə üz-üzə gəldi. Həmin görüşdə Patimat Abakarova rəqibi üzərində 18:0 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Rusiya təmsilçisi Victoriya Alexandrova oldu. Həmin görüşdə də üstün tərəf Patimat Abakarova oldu — 11:6. Bununla da o, turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə Patimat Abakarova Almaniya nümayəndəsi Madelina Folqman ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə o, rəqibi üzərində 5:4 hesabı ilə qələbə qazandı və Universiada Oyunlarının yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Cənubi Koreya təmsilçisi Min A-Ha oldu. Həmin görüşdə Patimat Abakarova rəqibinə 0:1 hesabı ilə məğlub oldu və Univeirsiada Oyunlarının bürünc medalına sahib oldu.[66]

2020-ci il: COVID-19 səbəbilə buraxılan mövsüm

[redaktə | mənbəni redaktə et]

Patimat Abakarovanın 2020-ci ildə birinci turniri İsveçin Helsinborq şəhərində baş tutan "WTF Presidents Cup" və "Helsingborg Open" beynəlxalq turnirləri oldu. Patimat Abakarova "WTF Presidents Cup" beynəlxalq turnirinin yarım-final mərhələsində Rusiya nümayəndəsi Arina Filippovaya 2:8 hesabı ilə məğlub oldu və turniri bürünc medalla başa vurdu.[67]

"Helsingborg Open" beynəlxalq turnirində isə Patimat Abakarova yarım-final mərhələsində Almaniya nümayəndəsi Yuliya Ronena 12:6, final görüşündə isə digər Almaniya nümayəndəsi Madelina Folqmana 10:6 hesabı ilə qalib gəldi və turnirin qalibi oldu.[68]

2020-ci ilin əvvəlindən etibarən bütün dünyanı cənginə alan COVID-19 pandemiyası ilə bağlı bir sıra turnirlər təxirə salındı. Təxirə salınan turnirlər sırasında aprel ayında baş tutmalı olan Avropa Olimpiya Təsnifat Turniri də var idi.[69] Nəhayət 2020-ci il martın 24-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən 2020-ci ilin iyul-avqust aylarında baş tutması nəzərdə tutulan XXXII Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınması barədə qərar qəbul edildi.[70]

2021-ci il: Olimpiadaya vəsiqə qazana bilməməsi

[redaktə | mənbəni redaktə et]

Patimat Abakarovanın 2021-ci ildə birinci turniri 8–11 apreldə Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatı oldu.[71] Keçən il baş tutmalı olan bu turnir COVID-19 pandemiyası ilə bağlı təxirə salınmışdı. Patimat Abakarova Avropa Çempionatında uğursuzluqla üzləşdi. Patimat Abakarova turnirin 1/8 final mərhələsində İtaliya nümayəndəsi Martina Korelliyə 12:6 hesabı ilə qalib gəlsə də, 1/4 final mərhələsində Fransa nümayəndəsi Liana Musteataya 8:15 hesabı ilə məğlub oldu və çempionatı medalsız başa vurdu.[72]

Daha sonra Patimat Abakarova 6–8 mayda Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı.[73] Patimat Abakarovanın "uğursuzluq zolağı" bu turnirdə də davam elədi. Turnirin 1/8 final mərhələsində Fransa nümayəndəsi Liana Musteataya 11:16 hesabı ilə məğlub olan Patimat Abakarova olimpiya lisenziyasına sahib ola bilmədi.[74]

2022-ci il: İslam Həmrəyliyi Oyunlarında bürünc

[redaktə | mənbəni redaktə et]

Patimat Abakarovanın 2022-ci ildə birinci turniri Antalya şəhərində baş tutan "Turkish Open" beynəlxalq turniri oldu. Həmin turnirin yarım-final mərhələsində Almaniya nümayəndəsi Ela Aydına 2:20 hesabı ilə məğlub olan Patimat Abakarova turniri bürünc medalla başa vurdu.[75]

Daha sonra Patimat Abakarova İranın Kiş adasında baş tutan "Fajr Open" beynəlxalq turnirinin və Tehran şəhərində baş tutan "WTF Presidents Cup" beynəlxalq turnirinin bürünc medallarına sahib oldu.[76][77]

Patimat Abakarova 18–22 mayda İngiltərənin Mançester şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Həmin turnirin 1/8 final mərhələsində Almaniya nümayəndəsi Sufarada Anya Kissalta 8:18 hesabı ilə məğlub olan Patimat Abakarova Avropa Çempionatında mübarizəsini başa vurdu.[78][79]

Patimat Abakarovanın növbəti turniri İtaliyanın Roma şəhərində baş tutan Dünya Qran-Prisi oldu.[80] Patimat Abakarova həmin turnirin 1/16 final mərhələsində Kot-d'İvuar nümayəndəsi Buma Ferimata Kulibaliyə qalib gəlsə də, 1/8 final mərhələsində İspaniya nümayəndəsi Adriana Kerezo İqlesiasa məğlub oldu və turnirdə mübarizəsini başa vurdu.[81]

8–18 avqustda isə Patimat Abakarova Konya şəhərində baş tutan V İslam Həmrəyliyi Oyunlarında mübarizə apardı.[82] Patimat Abakarova həmin turnirin 1/4 final mərhələsində Niger nümayəndəsi Fəridə Sumanaya qalib gəlsə də, yarım-final mərhələsində Türkiyə nümayəndəsi Ruqiyyə İldırıma məğlub oldu (0:2) və turnirin bürünc medalına sahib oldu.[83]

Patimat Abakarova islamiadadan sonra Albaniyanın Tirana şəhərində baş tutan "Albania Open" beynəlxalq turnirində mübarizə apardı. Patimat Abakarova həmin turnirin yarım-final mərhələsində İspaniya nümayəndəsi Alma Mariya Perez Parradoya, final görüşündə isə Serbiya nümayəndəsi Tiyana Boqdanoviça qalib gəldi və turnirin qalibi oldu.[84]

2022-ci ilin əsas turniri 14–20 noyabrda Quadalaxara şəhərində baş tutan Dünya Çempionatı oldu.[85] Patimat Abakarova bu səfər də Dünya Çempionatında uğursuzluqla üzləşdi. Patimat Abakarova 1/32 final mərhələsində Yunanıstan nümayəndəsi Anastasiya Kohosiya qalib gəlsə də, 1/16 final mərhələsində İsrail nümayədəsi Avişaq Semberqa məğlub oldu və turnirdə mübarizəsini başa vurdu.[86]

2023-cü il: Uğursuz mövsüm

[redaktə | mənbəni redaktə et]

Patimat Abakarovanın 2023-cü ildə birinci turniri Lommel şəhərində baş tutan "Belgian Open" beynəlxalq turniri oldu.[87] Həmin turnirin yarım-final mərhələsində Xorvatiya nümayəndəsi Nica Karabatiça 0:2 hesabı ilə məğlub olan Patimat Abakarova turniri bürünc medalla başa vurdu.[88] Həmin Azərbaycanda baş tutan Dünya Çempionatı və Polşada baş tutan Avropa Oyunlarında isə Patimat Abakarova uğursuz çıxış elədi.

Dövlət təltifləri

[redaktə | mənbəni redaktə et]
Azərbaycan Prezidenti Patimat Abakarovaya Azərbaycan Prezidentinin fəxri diplomunu təqdim edən zaman (1. sentyabr 2016)

Patimat Abakarova Azərbaycan Prezidentinin sərəncamlarına əsasən bir dəfə medal, bir dəfə isə ordenlə təltif edilib.

  1. 2020-ci ildə baş tutmalı olan turnir, dünyanı cənginə alan COVID-19 (Koronavirus) pandemiyasına görə 2021-ci ilə təxirə salındı
  1. Taekwondodata.com idman portalı. "Patimat ABAKAROVA". www.taekwondo.com (rus.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  2. Azerisport.com idman portalı. "Фариду Азизову ждет Анкара". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  3. Azerisport.com idman portalı. "Фарида Азизова выступит на чемпионате Европы". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  4. Azerisport.com idman portalı. "Рамин Азизов и Фарида Азизова выступят на Чемпионате Мира". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  5. Azerisport.com idman portalı. "Перед Мексикой таэквондисты решили побывать в Грузии". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  6. Azerisport.com idman portalı. "Рамин Азизов начнет Чемпионат Мира со второго круга". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  7. Azerisport.com idman portalı. "Илькин Шахбазов проиграл в 1/8 финала Чемпионата Мира". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  8. Azerisport.com idman portalı. "Азербайджан назвал состав на Исламиаду". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  9. Azerisport.com idman portalı. "Азербайджан завоевал 22-ю медаль на Исламиаде". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  10. Azerisport.com idman portalı. "Азербайджан завоевал 24 медали на Исламиаде (ОБНОВЛЕНО)". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  11. Azerisport.com idman portalı. "Фарида Азизова стала чемпионкой Азербайджана". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  12. Azerisport.com idman portalı. "Фарида Азизова попытает счастья в Бахрейне". www.azerisport.com (rus.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.
  13. Azerisport.com idman portalı. "Азербайджанки отличились в Бахрейне". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  14. Azerisport.com idman portalı. "Азербайджан назвал состав на домашний чемпионат Европы". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  15. 1 2 3 4 5 Azerisport.com idman portalı. "Радик Исаев приносит Азербайджану золотую медаль ЕВРО". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  16. Elmir Əliyev. "Азербайджанские таэквондисты выступят на Uкraine Open в Харькове". www.1news.az (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  17. Elmir Əliyev. "Азербайджанские таэквондисты завоевали еще 3 медали на Uкraine Open в Харькове". www.1news.az (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  18. Azerisport.com idman portalı. "Серебро из Эйндховена". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  19. Azerisport.com idman portalı. "Радик Исаев выиграл бронзу Открытого чемпионата Голландии". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  20. Azerisport.com idman portalı. "Азербайджанские таэквондисты едут за лицензионными очками". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  21. Azerisport.com idman portalı. "Серебро и три бронзы во второй день Uкraine Open". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  22. Azerisport.com idman portalı. "Илькин Шахбазов и Патимат Абакарова неудачно выступили на ЧМ". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  23. Azerisport.com idman portalı. "Весь состав сборной Азербайджана на Евроигры". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  24. Azerisport.com idman portalı. "Европейские игры Баку-2015: День 5". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  25. Azerisport.com idman portalı. "Азербайджанские таэквондисты стартуют со встреч с бойцами из России и Израиля". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  26. Azerisport.com idman portalı. "Патимат Абакарова: Теперь буду настраиваться на полуфинал". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  27. Azerisport.com idman portalı. "Первая медаль азербайджанского таэквондо". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  28. Azerisport.com idman portalı. "Патимат АБАКАРОВА: Поддержка зала помогла мне выиграть медаль". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  29. Azerisport.com idman portalı. "Президент Азербайджана наградил Мехрибан Алиеву, Азада Рагимова и чемпионов Евроигр". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  30. Azerisport.com idman portalı. "Герой Евроигр побеждает в Корее". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  31. Azerisport.com idman portalı. "Герои Евроигр выступят на Мировом Гран-При". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  32. Azerisport.com idman portalı. "Азербайджан заявил на Гран-при шесть таэквондоистов". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  33. Azerisport.com idman portalı. "Увидеть Москву и победить". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  34. Azerisport.com idman portalı. "Азербайджанская тройка осталась без медалей во второй день Гран-При". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  35. Azerisport.com idman portalı. "Москва обидела азербайджанских таэквондистов". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  36. Azerisport.com idman portalı. "Азербайджанские таэквондисты едут на Гран-при". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  37. Azerisport.com idman portalı. "Бронзовый призер Евроигр терпит неудачу в Самсуне". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  38. Azerisport.com idman portalı. "Корейская проверка для лидеров сборной Азербайджана". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  39. Azerisport.com idman portalı. "Патимат Абакарова выиграла золото Всемирных Игр среди военнослужащих". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  40. Azerisport.com idman portalı. "Азербайджанскую четверку ждет Манчестер". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  41. Azerisport.com idman portalı. "Патимат Абакарова выиграла бронзу Мирового Гран-При". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  42. Azerisport.com idman portalı. "Азербайджан назвал имена таэквондистов на лицензионный турнир". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  43. Azerisport.com idman portalı. "Милад Бейги Харчегани и Патимат Абакарова завоевали лицензии в Рио и выиграли турнир в Стамбуле". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  44. Azerisport.com idman portalı. "Таэквондист сборной Азербайджана завоевал Кубок президента Всемирной федерации". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  45. Azerisport.com idman portalı. "Патимат Абакарова взяла серебро чемпионата Европы". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  46. Azerisport.com idman portalı. "56 спортсменов Азербайджана, которые едут в Рио". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  47. Azerisport.com idman portalı. "Азербайджан в Рио: 1 герой, 17 медалистов и другие спортсмены". www.azerisport.com (rus.)). 22.08.2022. 2018-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  48. Azerisport.com idman portalı. "Таэквондисты сборной Азербайджана узнали своих первых соперников на Олимпиаде". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  49. Azerisport.com idman portalı. "Патимат Абакарова выиграла бронзу Олимпиады". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  50. Azerisport.com idman portalı. "Патимат АБАКАРОВА: Очень счастлива, что стала первой в истории таэквондо Азербайджана". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  51. Azerisport.com idman portalı. "Как Патимат Абакарова добыла историческую медаль для Азербайджана". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  52. Azerisport.com idman portalı. "Ильхам Алиев наградил Радика Исаева и ряд олимпийцев". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  53. Azerisport.com idman portalı. "Радик Исаев проиграл в финале клубного ЕВРО". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  54. Azerisport.com idman portalı. "190 спортсменов Азербайджана, которые примут участие в Исламиаде". www.azerisport.com (rus.)). 22.08.2022. 2018-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  55. Azerisport.com idman portalı. "Патимат Абакарова, Айхан Тагизаде, Милад Бейги Харчегани и Радик Исаев взяли золото, Фарида Азизова – серебро". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  56. Azerisport.com idman portalı. "Таэквондисты сборной Азербайджана поехали на чемпионат мира". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  57. Azerisport.com idman portalı. "Азербайджанские таэквондисты узнали соперников на Чемпионат Мира". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  58. Azerisport.com idman portalı. "Патимат Абакарова и Сина Бахрами выступили неудачно на ЧМ". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  59. Azerisport.com idman portalı. "Азербайджан заявил сборную на Всемирную Универсиаду". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  60. Azerisport.com idman portalı. "Призер Чемипоната Мира стал третьим, призерка Олимпиады проиграла на старте Универсиады". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  61. Azerisport.com idman portalı. "Таэквондистка Азербайджана завоевала бронзу ЕВРО". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  62. Azerisport.com idman portalı. "Милад Бейги Харчегани и Патимат Абакарова стали чемпионами в Турции". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  63. Azerisport.com idman portalı. "Азербайджанские таэквондисты покорили Uкraine Open". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  64. Azerisport.com idman portalı. "Азербайджан заявил на Чемпионат Мира 10 таэквондистов". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  65. Azerisport.com idman portalı. "Айхан Тагизаде и Патимат Абакарова уступили представителям США и Хорватии на Чемпионате Мира". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  66. Azerisport.com idman portalı. "Призер Олимпиады завоевала бронзу Универсиады". www.azerisport.com (rus.)). 22.08.2022. 2020-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  67. Azerisport.com idman portalı. "Радик Исаев остался вне финала Кубка президента". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  68. Azerisport.com idman portalı. "Радик Исаев выиграл шведский турнир". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  69. Azerisport.com idman portalı. "Миланский шанс на лицензии для азербайджанского таэквондо". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  70. Azerisport.com idman portalı. "Шанс азербайджанского таэквондо: Олимпиада и Чемпионат Мира пройдут в один год". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  71. Azerisport.com idman portalı. "Сборная Азербайджана назвала состав на ЕВРО". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  72. Azerisport.com idman portalı. "Миная Акперова завоевала бронзу ЕВРО". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  73. Azerisport.com idman portalı. "Олимпийский чемпион оспорит лицензию 8 мая". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  74. Azerisport.com idman portalı. "Фарида Азизова завоевала олимпийскую лицензию". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  75. Azerisport.com idman portalı. "Таэквондистки Азербайджана завоевали две медали в Турции". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  76. Azerisport.com idman portalı. "Легионер Азербайджана стала третьей в Иране". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  77. Azerisport.com idman portalı. "Легионер Азербайджана снова стала третьей в Иране". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  78. Azerisport.com idman portalı. "Радик Исаев и Милад Бейги Харчегани едут за очередными победами на ЕВРО". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  79. Azerisport.com idman portalı. "Сабир Зейналов выиграл бронзу ЕВРО". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  80. Azerisport.com idman portalı. "Таэквондисты выступят на первом Гран-при сезона". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  81. Azerisport.com idman portalı. "Провал азербайджанского таэквондо". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  82. Azerisport.com idman portalı. "Олимпийский чемпион выступит на Исламиаде". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  83. Azerisport.com idman portalı. "Фарида Азизова выиграла Исламиаду, Джавад Агаев - второй, Патимат Абакарова берет бронзу". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  84. Azerisport.com idman portalı. "Три победы азербайджанского таэквондо в Албании". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  85. Azerisport.com idman portalı. "Азербайджан назвал состав на Чемпионат Мира. Экс-чемпионы мира остаются дома". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  86. Azerisport.com idman portalı. "Азербайджанский таэквондист завоевал бронзу Чемпионата Мира". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  87. Azerisport.com idman portalı. "Азербайджан заявил 17 таэквондистов на чемпионат Бельгии". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  88. Azerisport.com idman portalı. "Азербайджанский таэквондист проиграл в финале чемпионата Бельгии". www.azerisport.com (rus.)). 22.08.2022. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  89. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "I Avropa Oyunları qaliblərinin və Azərbaycan idmanında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamı". www.azertag.az (az.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2022.
  90. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Olimpiya Komandasının üzvlərinin "Azərbaycan Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli 2292 nömrəli Sərəncamı". www.azertag.az (az.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.