Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alcest
Alcest — 2000-ci ildə Fransanın Banyol-su-Sez şəhərində qurulmuş black metal qrupu. == Tarixi == Alcest 2000-ci ildə Neige tərəfindən solo proyekt kimi yaradılmışdır. Tezliklə qrup 3 nəfərdən ibarət blək metal proyektinə çevrilmişdir. Argoth, Aegnor və Neigedən ibarət qrup 2001-ci ildə Tristesse Hivernale adlı ilk demo albomunu buraxdı. Elə bu albomdan sonra da qrup yenidən Neigenin şəxsi proyektinə çevrildi. 2005-ci ildə Le Secret adlı EP yayımladı. EPdə Şarl Bodlerin şeirlərindən istifadə olunmuşdur. Albomun yeni janrda olması Alcesti blək metaldan uzaqlaşdıraq şuqeyzinqə yaxınlaşdırdı. 2007-ci ildə ilk albomunu yayımlayan Alcest Souvenirs d'un autre monde ilə şöhrət qazandı. Sonrakı iki albomlarında post-metal tərzini qoruyan proyekt 2014-cü ildəki Shelter albomu ilə metal janrından tamamilə ayrıldı və post-rok janrına keçid etdi.
Radest
Bizant (q.yun. Βισάνθη), daha sonra Rodost (q.yun. Ῥαίδεστον) və ya Radest (lat. Rhaedestum) — Qədim Frakiyada, Propontida sahilində tarixi şəhər. Şəhər indiki Təkirdağ yaxınlığında yerləşirdi. Şəhər samoslular tərəfindən salınmışdır. Bizant e.ə. IV əsrdə Odris çarlığının tərkibində idi. IV əsrdə Bizans imperatoru Yustinian şəhəri bərpa etməyə səy göstərir. Buna baxmayaraq, şəhər bulqarlar tərəfindən 813-cü və 1206-cı illərdə məhv edilir.
Qacet
Qacet (ing. gadget — uyğun gələn, əlavə) və ya mini-proqramlar — əldə gəzdirilə bilən orijinal, qeyri-standart texniki qurğu. Qacet kimi əl fənəri, mobil telefonu, fləş götürülə bilər. Portativliyi! O az çəkidə olmalı və cibdə yerləşə bilinməlidir. Funksiyalı . Müxtəlif funksiyaları yerinə yetirə bilməlidir. Məsələn, saat göstərməli, radioqəbuledicisi olmalı, pleyer kimi istifadə ediə bilməli, informasiya daşıyıcısı kimi istifadə edilə bilinməlidir. Məhdud imkanlı. Onun özü sərəbəst funksiya yerinə yetirən olmamalıdır.
Uacet
Uto ya Uacet — Qədim Misirə aid Nil deltasında yerləşmiş qədim Buto şəhərinin və ümumiyyətlə Aşağı Misirin hökmdarlarının mühafizəkarı gözlüklü ilan - kobra cildində ilahə. Qədim əfsanəyə görə papirusrəngli ilahə İsidaya Horu Setdən xilas edərkən Nilin delta bataqlığında gizlədilməsində ona kömək etmiş və Horu bəsləmişdir. Buna uyğun yunan mfologiyasındakı rəvayət isə Leto ilə bağlıdır. Leto (yun. Λητώ miken yazılarında ra-to) - yunan mifologiyasında titan ilahə, Koy və Febanın qızı, Zevsin Heranın qorxusundan atmış olduğu sevgilisi (arvadı), ekizlərin Apollon və Artemidanın anası. Fironlar öz hakimiyyətlərinin mənbəyini, döyüşlərdə məğlubedilməzliklərini Aşağı Misirin mühafizəçisi Uacetin mərhəmətində görürlərmiş. Bu məqsədlə də Misir hökmdarları onun əksini baş örtüyünün alın hissəsində daşıyarmışlar.
Zaqes
Zaqes (gürc. ზაჰესი ზაჰესი, Zaqsi) — Gürcüstan, Tbilisi şəhərinin inzibati tabeliyindəki şəhər tipli qəsəbə. Qəsəbə Tbilisi bələdiyyəsinin (bölgəsinin) şimalında, Kür çayının sahilində yerləşir. 1967-ci ildən bəri şəhər tipli qəsəbənin statusuna malikdir. 2008-ci ilə qədər Mtsxeta-Mtianeti bölgəsinin Mtsxeta bələdiyyəsinin bir hissəsi idi. 2008-ci ildə Tiflis bölgəsinə daxil edildi. Mövcud statistikada qəsəbə Tbilisi şəhərinin daxilində hesaba alınır. Kənd Zemo-Avçal Su Elektrik Stansiyasında və ya ZASES-də (rusca ZAQES) yaradıldı.
Maçesta (Soçi)
Maçesta — Krasnodar diyarında, Soçi şəhəri ərazisində qəsəbə. Qəsəbə hidrogen-sulfidli bulaqları və onların əsasında yaradılan sanatoriyalarla ilə məşhurdur. == Yerləşməsi == Mikrorayon Xosta rayonunda, Maçesta çayı vadisində yerləşir. == Tarixi == 1934-cü il avqustun 10-da Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti ləğv edilmiş Soçi vilayətindən Maçesta kənd sovetini Maçesta kurort kəndi adı ilə yenidən Soçi şəhər sovetinin tərkibinə daxil etdi. Bundan əvvəl Köhnə Maçesta kənd şurası Yeni Maçesta qəsəbəsinə tabe idi və Maçesta kurort kəndi adlandırıldı. 10 fevral 1961-ci ildə Adler (keçmiş Soçi) ​​və Lazarevski rayonlarının Soçiyə birləşdirilidi və Soçi şəhərində Mərkəzi Soçi rayonu yaradıldı. 1951-ci ildə yaradılan Xostinski rayonunun sərhədləri 1961-ci il aprelin 7-dən Soçinin mərkəzinə doğru, Vereşaginka çayına qədər genişləndi. Beləliklə, Soçinin Xostinski rayonuı Maçesta mikrorayonunu da öz ərazisinə daxil etdi. == Görməli yerləri == === Köhnə Maçesta === Hidrogen sulfid bulaqlar Köhnə Maçestada yerləşir. Burada görəcəyiniz ilk şey daha çox antik məbədi xatırladan 4 saylı hidropatiya müəssisəsinin monumental binasıdır.
Vladimir Zayets
Vladimir Vladimiroviç Zayets (4 may 1981; Bakı, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən yüngül atlet. 2008 və 2012-ci illərdə baş tutan Paralimpiya Oyunlarında medallara sahib olub. Vladimir Zayets 1981-ci il mayın 4-də Bakı şəhərində anadan olub. 2008-ci ilin avqust ayında Vladimir Zayets Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Uzunluğa tullanma turnirində 6.80 metr nəticə ilə dördüncü pillənin sahibi olan Vladimir Zayets, üçtəjanla tullanma turnirində 15.00 metr nəticə ilə bürünc medala sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 16 fevral 2011-ci il tarixli Sərəncamına əsasən Vladimir Vladimiroviç Zayets "Tərəqqi" medalı ilə təltif edildi. Daha sonra Vladimir Zayets 2012-ci ilin avqust ayında Birləşmiş Krallıqın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Üçtəjanla tullanma turnirində 15.01 metr nəticə ilə gümüş medala sahib olan Vladimir Zayets, 4x100 metr məsafəyə estafet turnirində 42.92 saniyə nəticə ilə bürünc medala sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Vladimir Vladimiroviç Zayets Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Vladimir Vladimiroviç Zayets 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edildi.
Raceş Xanna
Raceş Xanna (ing. Rajesh Khanna, hind. राजेश खन्ना — əsl adı azərb. Catin Xanna‎, ing. Jatin Khanna, hind. जतिन खन्ना; 29 dekabr 1942, Amritsar, Britaniya Hindistanı – 18 iyul 2012, Mumbay) — Hindistanlı aktyor, prodüser və siyasətçi. Raceş Xanna bütün aktyorluq karyerası boyunca 163-ü tammetrajlı, 17-si isə qısametrajlı olmaqla 180 bədii filmdə rol almışdır.
Todur Zanet
Todur Zanet (qaq. Todur Zanet, 14 iyun 1958, Konqaz[d], Qaqauziya) — tanınmış qaqauz şairi, dramaturqu və ictimai xadimi 14 iyun 1958-ci ildə Moldovada – Qaqauziyanın Konqaz kəndində anadan olmuşdur. 1965–1975-ci illərdə Konqaz orta məktəbində, 1976–1981-ci illərdə Kişinyov Politexnik İnstitutunda oxumuşdur. 1985–1987-ci illərdə Moldovanın KP MK yanında olan Marksizm-Leninizm Universitetində təhsil almışdır. Uzun müddət mətbuatda çalışmış, hətta ilk qaqauz qəzeti olan "Ana sözü" onun əməyi sayəsində işıq üzü görmüşdür. Belə ki, o, 1986–1990-cı illərdə "Bucağın dalğasında" adlı kanalda redaktor işləmiş, qaqauz dilində TV və radio verilişləri hazırlamışdır. 1988–1994-cü illərdə ilk qaqauz qəzeti "Ana sözü"nü çıxarmışdır. 1999-cu ildən bu günədək həmin qəzetin və "Kırlanğac" (azərb. "Qaranquş"‎) jurnalının baş redaktorudur. 1989-cu ildən SSRİ Jurnalistlər İttifaqı və Moldova Jurnalistlər Birliyinin, 1990-cı ildən SSRİ Yazıçılar İttifaqı və Moldova Yazarlar Birliyinin, 1992-ci ildən isə Türk Dünyası Yazarlar Birliyinin üzvüdür.
(Marie's The Name) His Latest Flame
(Marie's the Name) His Latest Flame 1961-ci ildə Elvis Presli tərəfindən audio lentə yazılmış musiqidir. Musiqinin sözləri Dok Pomus və Mort Şumana məxsusdur və ilk ifaçısı Del Şennon olmuşdur. Lakin musiqinin ən uğurlu və məşhur versiyasını məhz Elvis Presli 1961-ci ilin avqust ayında ifa etmişdir. Həmçinin mahnı nüfuzlu Billboard Hot 100 hit-paradında nömrə 4 olaraq və UK Singles Chart hit-paradında ardıcıl 4 həftə nömrə 1 olaraq qiymətləndirilmişdir. == Heyət == 1961-ci ilin 25 iyun tarixində Neşvill şəhərində yerləşən RCA studiyasında lentə alınmışdır.