Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aleksandr Zasepin
Aleksandr Sergeyeviç Zasepin (rus. Александр Сергеевич Зацепин; 10 mart 1926, Novosibirsk, Sibir diyarı[d]) — tanınmış rus və sovet kino bəstəkarı, Rusiyanın xalq artisti (2003). Bir çox məşhur filmlərə bəstələdiyi musiqilərlə şöhrət qazanmışdır. == Həyatı == Aleksandr Sergeyeviç Zasepin 10 mart 1926-cı ildə Novosibirskdə dünyaya gəlmişdir. Atası Sergey Dmitriyeviç Zasepin, anası isə Valentina Oksentoviç Boleslavovna olmuşdur. O, məktəbi bitirdikdən sonra Novosibirsk dəmiryol nəqliyyatı mühəndisliyi institutuna daxil olur. 1945-ci ilin martında onu ali məktəbdən çıxarıb ordu sıralarına aparırlar. Hərbi xidmətdə olarkən Zasepin təkbaşına bir neçə musiqi alətində ifa etməyi öyrənir və buna görə də Novosibirsk qoşunlarındakı mahnı və rəqs ansamblına gedir. 1947-ci ildə Aleksandr ordudan tərxis olunandan sonra Novosibirsk filarmoniyasına dəvət alır. Hələ Alma-Atada olarkən A. Zasepin qərara alır ki, öz sənədlərini musiqi məktəbinə versin, lakin ona birbaşa konservatoriyaya daxil olması barədə zəmanət verirlər.
Yasemin Anagöz
Yasemin Əcəm Anagöz (türk. Yasemin Ecem Anagöz; 14 oktyabr 1998, İzmir) — Türkiyəli idmançı. Məşğul olduğu idman növu oxatmadır. Olimpiya və Avropa Oyunlarının iştirakçısı olub. == Bioqrafiya == Yasemin Ecem Angagöz 14 oktyabr 1998-ci ildə Türkiyənin İzmir şəhərində dünyaya gəlib. Hal hazırda "Göztepe" klubunda çıxış edir . == Karyera == Yasemin Anagöz ölkəsini 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarında təmsil edib. O Avropa oyunlarında 1/4 finala qədər yüksəlir ancaq burada Yunan oxatan Evangelia Psarraya 0: 6 hesabı ilə məğlub olur . Avropa oyunlarında göstərdiyi nəticəyə görə 13-cu yeri tutur. 2015-ci ildə Kopenhagendə keçirilən Dünya Çempionatında fərdi və komanda yarışlarında iştirak edir.
Yasemin Öztürk
Yasemin Öztürk (25 fevral 1974, Ankara) — Aktrisa. == Həyatı == Yasemin Öztürk 25 fevral 1974-cü ildə Ankarada anadan olub. Bilkent Universitetinin teatr fakültəsində təhsil alıb. Bir çox TV proqramlarında kiçik rollardan sonra, TRT telekanalında yayımlanan Koçum mənim adlı teleserialında baş rolda çəkilir.
Yasəmin Adar
Yasəmin Adar 1991-ci il dekabr ayının 6-da anadan olub. Türkiyə qadın idmançıları arasında 75 kq iştirak edir və Avropa çempionatında da iştirak etmişdir. == Şəxsi həyatı == Yasəmin Adarın atası çörəkçidir və adı Naim Adardır. Anası Ayşegül isə Balıkesirdəndir. Qaziosmanpaşa məktəbini bitirdikdən sonra o idman dərslərini Balıkesir Universitetində davam eləmişdir. Hal-hazırda Niğdə müəllim işləyir. == İdman karyerası == Adar məktəb və univeristet illərində Türkiyə çempionu Aslan Selhanlının tələbəsi olmuşdur. O anadan olduğu yerdə Trakya Birliyində oynamışdır. Əvvəllər Adar 72 kq çıxış edirdi. 2012-ci ildə Kanadanın Alberta şəhərində oyunlar zamanı dünya çempionu olur.
Yasəmin Öztürk
Yasemin Öztürk (25 fevral 1974, Ankara) — Aktrisa. == Həyatı == Yasemin Öztürk 25 fevral 1974-cü ildə Ankarada anadan olub. Bilkent Universitetinin teatr fakültəsində təhsil alıb. Bir çox TV proqramlarında kiçik rollardan sonra, TRT telekanalında yayımlanan Koçum mənim adlı teleserialında baş rolda çəkilir.
Yosemit şəlaləsi
Yosemit şəlaləsi — Şimali Amerikanın ən yüksək ölçülü şəlaləsidir. Kaliforniyanın Sierra Nevadasının Yosemit Milli Parkında yerləşən şəlalə, xüsusilə yazın sonunda, su axışı zirvədə olduğu zaman parkda böyük bir cazibədir.
Mattyu Zammit
Mattyu Zammit (d. 18 may 1995) — Maltalı üzgüçü. Mattyu Zammit Maltanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Mattyu Zammit birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 52.09 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 66-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Rəşid Yasəmi
Qulamrza Rəşid Yasəmi (fars. غلامرضا رشید یاسمی‎; 19 noyabr 1896, Gəhvarə, Kirmanşah ostanı – 9 may 1951, Tehran) — kürd mənşəli İran şairi, tərcüməçisi, akademiki və ədəbiyyat xadimi. == Həyatı == Qulamrza Rəşid Yasəmi 1895-ci ildə İranın Kirmanşah ostanında anadan olmuşdur. O, ibtidai təhsilini Kirmanşahda başa vurmuş, 1912-ci ildə Tehrana köçmüşdür. Rəşid Yasəmi orta məktəbi fransızdilli Sen-Luis məktəbində bitirmişdir. O, təhsilini başa vurduqdan sonra 1918-ci ildə "Danışkadə" ədəbi cəmiyyətinin yaradıcılarından biri olmuşdur. Rəşid Yasəmi həmçinin, "Şəfəq-e Sorx" qəzetində məqalə və tədqiqat dərc etdirmişdir. O, kürd, fransız, ingilis, ərəb və pəhləvi dillərini bilirdi. Rəşid Yasəminin 4 oğlu və 2 qızı olmuşdur. O, 1951-ci ildə insultdan vəfat etmişdir.
Yosemit Milli Parkı
Yosemit Milli Parkı — Amerika Birləşmiş Ştatlarında, Kaliforniyada yerləşən milli park. Park UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir. == Haqqında == Yosemite Milli Parkı dərin yivli vadiləri və qranit qayalıq zirvələri ilə özünə xas və çox diqqətə çarpan geoloji quruluşları özündə saxlayır. Parkda həmçinin çox sayda şəlalələr, axar sular və sekvoya ağaclarından ibarət meşələr (bəlkə də dünyada hələ də yaşayan ən qədim və ən böyük canlı növü) var. Yosemite parkının geoloji quruluşu qranit qayalıqlar və tarixi qayalıqların qalıqlarından ibarətdir. Təxminən 10 milyon il əvvəl Syerra Nevada çayı əvvəl qabarmış və daha sonra da yana yataraq maili qərb yamaclarını və daha sərt maili şərq yamaclarını meydana gətirmişdir. Bu qabarma nəticəsində dərə və çay yataqlarının dikliyi artmış, bu da dərin və dar dərələrində meydana gəlməsinə səbəb olmuşdur. Təxminən 1 milyon il əvvəl buralarda qar və buzlanma hakim olmuşdur.
Əkbər Haşemi Rəfsəncani
Ayatollah Əkbər Haşemi Bəhremani Rəfsəncani (25 avqust 1934[…], Nuq[d], Kirman ostanı və ya Bəhreman, Kirman ostanı – 8 yanvar 2017[…], Tehran və ya Təcriş[d], Tehran ostanı) — İran siyasətçisi, yazıçısı. Ekspertlər Assambleyasının sədri olmuşdur. AMEA-nın fəxri üzvüdür. == Həyatı == Rəfsəncani 1934-ci ildə İranın Kirman vilayətinin Rəfsəncan Behreman kəndində kəndli ailəsində dünyaya gəlmişdir. Ailəsi əkinçilik edir, fıstıq bağlarına sahib idi. İranın dördüncü prezidenti vəzifəsində çalışıb. Məktəbi oxuyan zaman 16 yaşında – 1948-ci ildə müsəlmanların müqəddəs şəhəri Qum şəhərinə dini təhsil almağa getdi. Burada o, dini təhsillə bərabər, siyasi dünyagörüşünü artırdı. Savadı və bacarığı ilə irəliləməyi bacardı və 1958-ci ildə Iranın birinci dini lideri Ruhulla Xomeyninin müridi oldu. Bunun nəticəsində şiyələrdə ayetullah'lıqdan sonra en yüksək ikinci dərəcə olan hüccetülislam mərtəbəsinə yüksəldi.
Semit-hamit dil ailəsi
Semit-hamit dil ailəsi –semit, Misir (hamit), liviyabərbər, kuş və çad budaqları ilə təqdim olunur. Semit budağı şimal və cənub qruplarına ayrılır. Onlardan birincisi akkat (babil-assur) dilindən ibarət olan şərq yarımqrupuna və xananey, finikiya, uqarit, moavit, qədim yəhudi və aramey dillərindən ibarət olan qərb yarımqruplarına ayrılır. İsraildə hazırda süni sürətdə qədim yəhudi dilini bərpa etməy çalışırlar. Aramey dili b.e.ə VI əsrdən başlayaraq eramızın VI əsrinə qədər yaxın Şərqdə ən geniş yayılan dil olmuşdur. Onun qalıqlarına hazırda Livanda təsadüf edilir. Arameyin bir hissəsi aysor dili kimi bu günə qədər Rusiya, İraq, İran və Türkiyədə saxlanılır. Semit dillərinin cənub qrupu ərəb və efiopiya dilləri ilə: amxar, tiqre, tiqrinye ilə təmsil olunmuşdur. Köhnə həbəş dili-gez hazırda kilsə dili kimi saxlanılır. Qədim, orta və yeni Misir dilləri Misir budağına aiddir.