Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vanil
Vanil- bir ədviyyə və dadvericidir.Səhləbkimilər fəsiləsinin Vanil cinsindən olan bitkidən əldə edilir.
Ananiy Zayonçkovski
Ananiy Zayonçkovski (pol. Ananiasz Zayączkowski; 12 noyabr 1903, Trakay, Vilen quberniyası[d] – 6 aprel 1970, Roma) — türk əslilli polyak alimi, şərqşünas, türkoloq, Polşa Elmlər Akademiyasının (PEA) akademiki (1952), Varşava Universitetinin professoru (1935-ci ildən). Polşa Karaimlər Birliyinin sədri. == Bioqrafiyası == Ananiy Zayonçkovski 12 noyabr 1903-cü ildə Vilna (indiki Vilnüs) şəhərində anadan olmuşdur. Valideynləri əslən Trakay karaimləri olan Akhiezer (Aleksandr) Zayonçkovski və Emiliya Bezekoviçdir. Ananiy iki il Vilnadakı Siqmund Avqust gimnaziyasında oxumuşdur. 1915-ci ildə, Birinci Dünya Müharibəsi zamanı, almanların Litvanı işğalı təhlükəsi yarananda Zayonçkovskilər ailəsi Krıma, doğma ata-baba yurduna köçürlər. Həmin dövrdə valideynləri Ananiyi Simferopol gimnaziyasına göndərirlər. Orta məktəbdə oxuyanda teatr gənc oğlanı o qədər özünə cəlb edirdi ki, yay tətillərində öz tamaşaları ilə bütün Cənub Sahilini gəzən həvəskar truppa təşkil edirdi. Anani bu tamaşalarda Otello, Onegin və Çatski rollarını canlandırırdı.
Vladimir Zvariç
Vladimir Vasilyeviç Zvariç (Zvarıç) (ukr. Володимир Васильович Зварич; 7 fevral 1919 – 5 dekabr 1998, Lvov) — Ukrayna və sovet numizmatika alimi və arxeoloq. Orta gəlirli kəndli ailəsində anadan olmuşdur. 1938-ci ildə Ternopil Ukrayna Gimnaziyasını bitirdikdən sonra Lvov İlahiyyat Akademiyasına daxil oldu. Lakin artıq 1939-cu ildə Qərbi Ukraynanın Ukrayna SSR-ə birləşdirilməsindən sonra akademiya fəaliyyətini dayandırdı və bağlandı. V. Zvariç doğma kəndinə qayıtdı, burada ibtidai məktəbin rəhbəri oldu. Müharibənin başlanğıcında, xəbərçilik etdiyinə görə alman hakimiyyəti 1941-ci ilin yayında gənc pedaqoqu tutaraq Ternopil həbsxanasına göndərdi. Altı aylıq istintaqdan sonra V. Zvariç nasistlərin bir düşərgəsindən o birisinə göndərilirdi. Əvvəlcə Lvovda Yanovsk konslagerində oldu, daha sonra dəhşətli nasist məhv düşərgələrindən biri olan Maydanek və həmçinin Qross-Rozen və Litomerjitsedə (Çexiya) oldu. Yalnız 12 may 1945-ci ildə Amerika qoşunları Zvariç də daxil olmaqla sağ qalan az sayda məhbusu sərbəst buraxdı.
Yuxarı İvanay
Yuxarı İvanay (rus. Верхнеиванаево, mari Йыванай, başq. Үрге Иванай) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Kuntuquş kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Starobaltas): 11 km., kənd sovetliyindən (Aşağı İvanay): 1 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 78 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə marilər (83 %) üstünlük təşkil edir.
Zlatnıy Rat
Zlatni Rat (xorv. Zlatni rat), həmçinin Qızıl burun və ya Qızıl buynuz ― dil Xorvatiyanın Dalmasiya regionu, Braç adası, Bol şəhərinin 2 km cənubunda, yerləşir. Xvar kanalında Braç və Xvar adalarının arasında, güçlü axınların təsiri ilə meydana gəlmişdir. Ağ qumlardan təşkil olunan dil Adriatik dənizində qərarlaşır. Çimərlik dilin hər iki sahili boyunca 634 m məsafədə uzanır. Dilin sonucu cənub-qərb küləklərinin yəsiri ilə şərqə, nadir hallarda isə qərbə əyilir. Bu külək Corvatiyada Sirroko adlanır. Çimərlikdə uzağa getmək təhlükəlidir. Səbəb axınların bir başa açıq dənizə çıxmasıdır. Buradan əsən qərb küləkləri (Miqstral) Vindsyorfinq vəhəskarlarını bura cəlb edir Dil dövlət tərəfindən geomorfoloji obyekt kimi qorunur.
Zurab Jvaniya
Zurab Jvaniya (gürc. ზურაბ ჟვანია; 9 dekabr 1963, Tbilisi – 3 fevral 2005, Tbilisi) — Gürcüstanın 4-cü baş naziri 3 fevral 2005-ci il tarixində müəmmalı şəkildə qətlə yetirilmişdir.
Vani
Vani (gürc. ვანი) — Gürcüstanın İmereti diyarında, Sulori çayının sahilində (Rioni çayının qolu), Kutaisi şəhərinin 41 km cənub-qərbində yerləşən şəhər. 2014-cü ilin siyahıalmasına görə şəhərin əhalisi 3744 nəfərdir. Vani şəhəri 40 kənddən ibarət Vani bələdiyyəsinin (sahəsi 557 km2, əhalisi 24.512 (2014)) mərkəzidir. 1947-ci ildə Vani şəhəri ətrafında aparılan arxeoloji qazıntı işləri zamanı (N. Xoştariya və O. Lortkifanidze) qədim Kolxida şəhərinə aid yaşayış məntəqəsi ilə bağlı artifaktlar tapılmışdır. Bu şəhərin adı məlum olmasa da, tarixi 4 dövrə ayrılır. E.ə. VII–VIII əsrlərdə Vani şəhərinin mədəni mərkəz olduğu fərz edilir. Vanin e.ə VII–VI əsrlərdəki tarixi qədim mədni qatlarla, taxta məmulatlarla, qurbangahlarla, qəbiristanlıqlarla təmsil olunur. Vaninin Kolxida şəhərinin siyasi mərkəzi olduğu güman olunur.
Li Zvans
Li Evans (ing. Lee John Martin Evans; 25 fevral 1964, Bristol) — komediya janrına daxil olan ingilis aktyor, yazıçı və musiqiçi. Channel 4-də 100 Ən Yaxşı Komediyaçıda 17-ci sırada qərarlaşıb. == Bioqrafiyası == Li Evans İngiltərədə anadan olub. Ailəsi 1975-ci ildə məktəbdə oxuduğu Esseks köçərək Bristoldan ayrıldı. İngiltərədə bir stand komediyaçı kimi məşhurdur. Bir turda rekord vuran 12 milyon funt sterlinqə sahib olmuşdur. Li Evans atasının peşəsini miras aldı. Eyni zamanda Bristol və Esseksdəki gecə klublarında məşhur bir komediya şousu ifaçısı idi. Hezer Naddsla evləndi və bir övladı var.
Vania Fernandes
Vânia Fernandes (d. 1985) — Portuqaliya musiqiçi. Serbiyanın paytaxtı Belqradda keçirilmiş 2008 Avroviziya Mahnı Müsabiqəsində Portuqaliyanı təmsil edib.
Vanın mühasirəsi
Van Mühasirəsi — Səfəvilər Dövlətinin əlində olan Vanın 1548-ci ildə Osmanlı İmperatorluğu tərəfindən mühasirəyə alınması. 1548-ci ilin 25 avqustunda başa çatan mühasirənin ardından şəhər, Osmanlı İmperatorluğunun hakimiyyəti altına girir. Səfəvi Şahı I Təhmasibə qarşı üsyan başladan qardaşı Əlqas Mirzə, 1547-ci ildə İstanbula gələrək Osmanlı Padşahı I Sülüymandan kömək istədi. Həyat yoldaşı Xürrəm Sultan ilə birlikdə 1544, 1545 və 1546-cı illəri Ədirnədə keçirən Süleyman, İstanbula geri qayıtdıqdan sonra Əlqas Mirzəni şərqə göndərdi və 1548-ci il 29 mart tarixində Səfəvilər üzərinə yürüşə çıxdı. Yürüşdə Süleymana, Fransa Krallığının İstanbuldakı səfiri Qabriel de Luetz de, Jak Gassut və Jan Çesneau adlı iki nəfər köməkçisi ilə birlikdə müşayiət edirdi. Süleymanın idarəsindəki qoşun, əvvəlcə Səfəvilər Dövlətinin əlində olan Təbrizi ələ keçirdi. Ancaq Səfəvilərin geri çəkilərkən həyata keçirdikləri yandırılmlş torpaq siyasəti ilə əlaqədar olaraq Süleyman, qüvvələrini geri çəkmək məcburiyyətində qaldı. Qısa bir müddət sonra, yenidən Səfəvilərin əlində olan Van mühasirəyə alındı. Daha sonra mühasirəni Ərzurum bəylərbəyi Üləma Paşa təhvil alarkən, 1548-ci ilin 25 avqustunda şəhər Osmanlı İmperatorluğunun tərkibinə qatıldı. Digər tərəfdən isə Şirvanşahlar Dövlətinin də Osmanlı İmperatorluğuna birləşdirilməsi ilə əlaqədar olan yürüş, 1549-cu ilin 21 dekabrında başa çatdı.
Əl-Qaniy
Əl-Qani/Əl-Qaniy (ər. الغني) — Allahın adlarından biri.
Vania Muets
Wanja Mues (27 dekabr 1973, Hamburq) — (3 dekabr 1973, Almaniya, Hamburq) Wanja Mues 3 dekabr 1973-cü ildə Almaniyanın Hamburq şəhərində olub. O, The Pianist (2002), The Bourne Supremacy (2004) və Unsere Hagenbecks (1991) filmləri ilə tanınan aktyor və rejissordur. 2004-cü ildən Julia ilə evlidir. Onların iki övladı var. Aktyorluq karyerasına 1983-cü ildə "Storm, der Schimmelreiter" televizor filmi ilə başlamışdır. "Storm, der Schimmelreiter" filmində uğurlu çıxışından sonra 1984-cü ildə "Jokehnen" televizor serialında çəkilir. Beləcə peşəkar karyerasının əasını qoyur. Ümumilikdə 89 film və televizor seriallarında aktyorluq edir. Ən çox səs gətirmiş və tanınmağında pay sahibi olduğu işlər isə; The Pianist (2002), The Bourne Supremacy (2004) və Unsere Hagenbecks (1991) filmləri olmuşdur. Bunlardan əlavə 1996-cı ildə çəkilən "21/2 Minuten" televizor serialında uğurlu aktyorluğu sayəsində "Grimme" mükafatına layiq görülüb.
Aşağı İvanay (Baltas)
Aşağı İvanay (rus. Нижнеиванаево, mari Йыванай; başq. Түбәнге Иванай) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Kuntuquş kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 7 km., ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 76 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə marilər (96 %) üstünlük təşkil edir. == Tanınmış şəxslər == Qeorgi Qeytiyahmetoviç Kalitov (7 sentyabr 1952) — Başqırdıstan Respublikasının Xalq Artisti (2012), Salavat Yulayev adına Başqırdıstan Respublikasının Dövlət mükafatı laureatı (1995), 1995-ci ildən Rusiya Rəssamlar İttifaqının üzvü.
Müsnəd Əbu Əvani
Müsnəd Əbu Əvanə (ərəb. مسند أبي عوانة‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair Hafiz Əbu Avani əl-İsfərayeni tərəfindən tərtib edilmiş hədislər toplusu. Əbu Avanə Xorasan, İraq, Hicaz, Yəmən, Şam, Ərəbistan yarımadası, Fars, İsfahan və Misiri gəzərək hədisləri toplayıb öyrənirdi. Əbu Avanə əl-İsfərayeninin tələbələri Əbu Əli ən-Neysaburi, İbn Ədi və ət-Təbərani idi. O, Şafii məzhəbini əl-Muzani və ər-Rəbi ibn Süleymandan (İmam Şafiinin şagirdləri) götürərək İsfareyndə ilk yayan şəxs olmuşdur. Əbu Əvanənin "Müsnədi" Müslim ibn əl-Həccac tərəfindən təkrar nəzərdən keçirilmiş Səhihi Müslim kimidir. Məcmuədə Müslimdən gələn hədislərlə yanaşı, Əbu Avanənin özündən də az sayda hədislər vardır. Buda Müsnəddə təkcə etibarlı (səhih) deyil, həm də yaxşı (həsən) və hətta zəif (daif) hədislərin olmasını izah edir.
Vani bələdiyyəsi
Vani (gürc. ვანის მუნიციპალიტეტი) Gürcüstanın İmereti regionunda bələdiyyədir. Onun əsas şəhəri Vanidir. 1930-cu ildə ayrı bir rayona ayrıldı. İmeretinin ekstremal cənub-qərb hissəsində yerləşir. Bələdiyyə Bağdati, Samtredia, Tskaltubo, Adigen və Çoxataur bələdiyyələri ilə həmsərhəddir. Əsas relyef vahidləri Mesxeti silsiləsinin şimal yamacları, İmereti ovalığı və keçid cənub İmeretinin təpəli dağətəyidir. Şimal hissəsini İmereti düzənliyi tutur. Rioni çayı bələdiyyənin şimalından axır. Van ərazisində çaylar axır: Sulori, Kumuri və s.
Sulori Vani FC
Sulori Vani FK Vani şəhəri mərkəzli və hazırda Gürcüstan liqa sisteminin dördüncü pilləsi olan Liqa 4-də iştirak edən Gürcüstanın futbol klubudur. Komanda iki mövsümü yüksək liqada keçirib. Onlar ev oyunlarını Qriqol Nikolaişvili stadionunda oynayır. 1969-cu ildə Sulori Gürcüstan Sovet Liqasında çempion oldu. Bu uğur kluba gələn il 18 komanda arasında 10-cu yerdə başa vuran Sovet İkinci Kiçik liqasında iştirak etməyə imkan verdi. Doqquz il ərzində 7 titul qazanmaqla Sulori 1980-ci illərdə respublika liqasının aparıcı üzvlərindən birinə çevrildi. Eyni müddətdə ardıcıl iki dəfə Gürcüstan kubokunu da qazanıblar. 1990-cı ildə ölkə çempionatı yarananda komanda ikinci divizionun qalibi oldu və yüksək liqaya yüksəldi. Ancaq iki mövsümdən sonra aşağı liqaya düşdülər. Daha sonra Sulori, bir mövsüm regional liqada oynadıqları zaman 2019-cu ildə ən aşağı nöqtəyə çatan ikinci və ya üçüncü divizionlarda iştirak etdi.
Türk vanı (pişik)
Türk vanı (türk. Van Kedisi) — uzun tüklü ev pişikləri cinsi, müasir Türkiyə ərazisinin Şərqi Anadolu regionundakı Van ilində yerləşən Van gölünün ətrafında təsadüfən peyda olan van pişiklərinin populyasiyası əsasında yaranmışdır. CFA-nın müəyyənləşdirməsinə görə, türk vanı təbii cins, daha doğrusu ev pişiklərinin "aborigen cinsi"dir. Aparılan genetik tədqiqatlar nəticəsində türk vanının ev pişiklərinin qədim cinslərindən biri olması sübut olunmuşdur. 1955-ci ilin iyul-avqust aylarında britaniyalı jurnalist qadın Lora Laşinqton (ing. Laura Lushington) və fotoqraf Sonya Hellidey (ing. Sonia Halliday) Britaniya qəzetlərindən birinə reportaj hazırlamaq məqsədilə Türkiyəyə səfər edirlər. Lora Laşinqton pişikləri çox sevirdi və bir dəfə o, effektli xarici görünüşə malik bir pişik görür. O, onlara qarşı maraq göstərməyə başlayır və nəticədə ona müxtəlif cinsdən olan iki pişik hədiyyə verirlər. O bu pişikləri özü ilə Londona gətirir.