Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zelendol rayonu
Zelendol rayonu (tatar. Zelenodol rayonı, Зеленодо́л районы́) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şimal-qərbində yerləşir. Kazan şəhər dairəsi, Biektau, Yuxarı Oslan, Kaybiç rayonları ilə, Çuvaşıstan (Kozlovski, Urmarski rayonları) və Mari El (Voljski rayonu və Voljsk şəhər dairəsi) ilə həmsərhəddir. İnzibati mərkəzi Zelenedol şəhəridir. Volqa çayının hər iki sahilində yerləşən respublikanın yeganə rayonudur. Rayon ərazisində Sviyaqa (Volqanın sağ qolu) və Çanta çaylarının mənsəbləri yerləşir. 1957-ci ildə Kuybışev su anbarının doldurulması nəticəsində ərazidə yerləşən qədim Sviyajsk şəhəri su anbarının altında qalır, Burada yalnız kənd şəkilində Sviyaqa adasında yerləşmişdir. 2008-ci ildə Sviyqaanın sol sahilindən Sviyajskaya gedən bir bənd ilə yol salınır və ada faktiki olaraq yarımadaya çevrilir. 2011-ci ildə bəndin üstündən bir kanal və bir körpü inşa edilmişdir.