Zelendol rayonu

Zelendol rayonu (tatar. Zelenodol rayonı, Зеленодо́л районы́) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şimal-qərbində yerləşir. Kazan şəhər dairəsi, Biektau, Yuxarı Oslan, Kaybiç rayonları ilə, Çuvaşıstan (Kozlovski, Urmarski rayonları) və Mari El (Voljski rayonu və Voljsk şəhər dairəsi) ilə həmsərhəddir.

Zelendol rayonu
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

55°51′ şm. e. 48°31′ ş. u.


Ölkə
İnzibati mərkəz Zelenodolsk
Tarixi və coğrafiyası
Yaradılıb 4 avqust 1938
Sahəsi
  • 1.396 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 165.485 nəf. (1 yanvar 2018)[1]
Rəsmi sayt
Zelendol rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnzibati mərkəzi Zelenedol şəhəridir.

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Volqa çayının hər iki sahilində yerləşən respublikanın yeganə rayonudur. Rayon ərazisində Sviyaqa (Volqanın sağ qolu) və Çanta çaylarının mənsəbləri yerləşir.

1957-ci ildə Kuybışev su anbarının doldurulması nəticəsində ərazidə yerləşən qədim Sviyajsk şəhəri su anbarının altında qalır, Burada yalnız kənd şəkilində Sviyaqa adasında yerləşmişdir. 2008-ci ildə Sviyqaanın sol sahilindən Sviyajskaya gedən bir bənd ilə yol salınır və ada faktiki olaraq yarımadaya çevrilir. 2011-ci ildə bəndin üstündən bir kanal və bir körpü inşa edilmişdir.

Volqa-Kama qoruğunun Raifski hissəsi rayon ərazisində yerləşir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Rayonun ərazisi 1920-ci ilə qədər Kazan qəzasının, 1920-1927-ci illərdə isə Arsk kantonunun tərkibinə daxil olur.

Yudino rayonu adı ilə 4 avqust 1938-ci ildə ləğv edilmiş Kazan rayonunun qərb hissəsindən qurulmuşdur. Rayonun inzibati mərkəzi işçi Yudino kəndində yerləşirdi (indi Qazanın bir hissəsidir).

1 yanvar 1948-ci il tarixinə rayona 3 kənd məclisi daxil olur: Vasilyevski, Oktyabrski, Yudinski, həmçinin 24 kənd: Ayşin, Belo-Bezvodninski, Bişninski, Bolşe-Derbışkinski, Bolşe-Klyuçinski, Bolşe-Kulbaşski, Bolşe-Kurquzinski, Bolşe Yakinski, Borisoqlebski, Qarinski, Kadışevski, Kinder, Krasnoqorsk, Malo-Klyuçinski, Nikolski, Novopolski, Osinovski, Osoko-Kovalinski, Remplerski, Rusko-Mari-Kovalinski, Semiozerski, Suxoretski, Urazlinski, Şiqalinski. Yudino rayonunun ərazisi 906 km² idi[2].

16 iyul 1958-ci ildə rayon mərkəzi Yudino kəndindən Zelenodolsk şəhərinə köçürüldü və rayon Zelenodolo adlandırıldı[3].

Əhalisi[redaktə | mənbəni redaktə et]

Milli tərkib

Əhalisi: 162,3 min nəfər. 1989-cu il siyahıyaalınmasına görə: 51,4% -i ruslar, 43.5% -i tatarlar, 2.6% -i çuvaşlar, 0.7% -i marilər. 2002-ci il siyahıyaalınmasına əsasən etnik tərkib: 48,7% - ruslar, 46,2% - tatarlar, 2,5% - çuvaşlar, 0,5% - marilər.

Urbanizasiya

Şəhər şəraitində (Zelenedol şəhəri) rayon əhalisinin 75,08 % -i yaşayır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 26. Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2018 года. Rusiya Dövlət Federal Statistika Xidməti.
  2. Татарская АССР: Административно-территориальное деление на 1 января 1948 года / Сост.: Г.С. Губайдуллин. — Казань: Татгосиздат, 1948. — 220 с.
  3. "Краткая справка по административно-территориальному делению Республики Татарстан". 2014-05-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-14.