Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zemqale
Zemqale (latış. Zemgale‎; alm. Semgallen‎; pol. Semigalia; lit. Žiemgala; liv. Zemgāl) — Latviyanın tarixi-mədəni bölgəsi. Adı bu torpaqlarda yaşamış zemqallar xalqından gəlir. Mərkəzi keçmiş Kurzeme və Zemqale Hersoqluğun paytaxtı olan Yelqava şəhəridir. Seliya diyarı və bəzən Litvanın hissələri də Zemqale torpaqları kimi sayılır. Litvada yerləşən tarixi Zemqale (Jiemqala) hissəsi Aukştaytiya bölgəsinin hissəsidir.
Zəmanət
Zəmanət və qarant — zəmanət verən şəxs; dövlət, təşkilat, müəssisə, fərd ola bilər. Subyekt hər hansı öhdəliklərə və ya bir şeyin keyfiyyət və xüsusiyyətlərinə görə müəyyən məsuliyyət (öhdəlik) elan edir və öz üzərinə götürür. Zamin duran şəxsə zəmanətçi və ya qarantçı deyilir. Dövlət vətəndaşlara və ya hüquqi şəxslərə hər hansı öhdəlikləri yerinə yetirmək üçün təminatlar verə bilər. Məsələn, dövlət zəmanəti dövlətin vətəndaşlar və ya hüquqi şəxslər qarşısında maddi və ya qeyri-maddi nemətlərin verilməsini nəzərdə tutan öhdəliyidir. Hüquqi təminatlar isə qaydalar toplusudur ki, onlara əsasən dövlət şəxsə məxsus bütün qanuni hüquqlara hörmət etməlidir. Zəmanətin subyekti təsərrüfat subyekti ola bilər. Məsələn, bank zəmanəti borclunun (əsas verənin) tələbi ilə bankın, digər kredit təşkilatının, sığorta təşkilatının və ya digər kommersiya təşkilatının (zəmanətçinin) verdiyi öhdəliklərin yerinə yetirilməsini təmin etmək üsullarından biridir. kreditora (faydalanan şəxsə) onun ödənilməsi tələbi ilə onlara pul məbləği ödəmək öhdəliyi. Marketinq vasitəsi kimi zəmanət məhsulun satışa çıxarılan istehlak xüsusiyyətlərinə uyğunluğunun göstəricisidir.
Leylanə (Sərdəşt)
Leylanə (fars. ‎ليلانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 428 nəfər yaşayır (67 ailə).
Seylanə (Urmiya)
Seylanə (fars. سيلانه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (20 ailə).
Zəmanət İbrahimli
Mustafa Zəmani
Mustafa Zamani (fars. مصطفی زمانی‎; 20 iyun 1982, Əmləş, Gilan ostanı) — İran aktyorudur. İlk dəfə filmlərdə tələbəlik illərində — 2005-ci ildə çəkilmişdir. Mustafa Zamani 21 iyun 1982-ci il tarixində İranın Mazandaran vilayətində dünyaya göz açmışdır. Mustafa adı ona anası tərəfindən verilmişdir. O, öz soyadı (Zamani) ilə fəxr edir. Gənc yaşlarından hər kəs onun gözlərinin gözəlliyindən bəhs edərdi. Mustafa Zamani sənaye idarəçiliyi üzrə təhsil almışdır, mühasib vəzifəsində çalışmışdır. Hobbisi atçılıqla məşğul olmaqdır. Kamera qarşısına ilk dəfə 2005-ci ildə, tələbə ikən çıxmışdır.
Zəminə Aslanova
Zəminə Sərdar qızı Aslanova (20 iyun 1940, Qalaqayın, Sabirabad rayonu – 23 iyun 2019, Qalaqayın, Sabirabad rayonu) — Azərbaycan-sovet pambıqçısı, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycan SSR pambıq ustası (1973), SSRİ Dövlət mükafatı laureatı (1976). Zəminə Aslanova 1960-cı ildən Sabirabad rayonundakı 26 Bakı komissarı adına kolxozun üzvü, 1963-cü ildən həmin kolxozda briqadir işləmişdir. 1976-cı ildə pambıqçılıq sahəsində yüksək əmək göstəriciləri əldə etmişdir. Kolxozçuların 3-cü Ümumittifaq qurultayının (1969, Moskva), həmçinin Sov.İKP 24 və Azərbaycan KP 28 və 29-cu qurultaylarının nümayəndəsi olmuşdur. Azərbaycan KP MK təftiş komissiyasının üzvü olmuşdur (1976). Azərbaycan SSR Ali Sovetinin (7, 8 və 9-cu çağırış) deputatı olmuşdur. 2 dəfə Lenin ordeni və medallarla təltif edilmişdir. Zəminə Aslanova 23 iyun 2019-cu ildə vəfat etmişdir. Зәминә Сәрдар гызы Асланова // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш.
Zəminə Cavanşir
Zəminə Rəşid ağa qızı Cavanşir – Rəşid ağa Cavanşirin qızı.“Gənclik” nəşriyyatında redaktor Rəşid ağanın birinci qızı Zəminə bəyim 1933-cü il fevralın 18-də Bakı şəhərində doğulmuş, Azərbaycan Dövlət Universitetinin (İndiki BDU) filologiya fakultəsini bitirmiĢdi. Uzun illər “Gənclik” nəşriyyatında redaktor işləmişdir. Zəminə bəyim tanınmış şair Rasim Kərimli (1932-1996) ilə ailə qurmuşdu... Zəminə xanım hazırda Bakıda yaşayır.
Zəminə Dünyamalıyeva
Zəminə Dünyamalı qızı Dünyamalıyeva (1957, Şelli, Ağdam rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. Zəminə Dünyamalıyeva 1957-ci il mayın 1-də Ağdam rayonunun Şelli qəsəbəsində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda aqronomluq üzrə ali təhsil alıb. Zəminə Dünyamalıyeva ailəlidir, üç övladı var. 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində Yeni Azərbaycan Partiyasının (YAP) siyahısı üzrə 10-cu sırada olan Zəminə Dünyamalıyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Zəminə Dünyamalıyeva Milli Məclisin İnsan hüquqları Daimi Komissiyasının və Azərbaycan—Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub. 1995–1998-ci illərdə Yeni Azərbaycan Partiyasının (YAP) üzvü və YAP Ağdam Rayon Şöbəsinin sədri olub. 1998-ci ildə YAP-dan istefa verərək Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur. 1998-ci ildən 2007-ci illədək Azərbaycan Demokrat Partiyasının (ADP), 2007-ci ildən 2009-cu illədək Açıq Cəmiyyət Partiyasının (ACP) (dövlət qeydiyyatı yoxdur) üzvü olmuşdur. Həmin partiyanın Ali Məclisinin sədri olan Zəminı Dünyamalıyeva həmçinin bir müddət Demokratik Qüvvələrin Milli Şurasında da təmsil olunmuşdur.
Zəminə Həsənova
Zəminə Həsən qızı Həsənova (10 may 1922, Corat, Bakı qəzası – 2006, Sumqayıt) — Azərbaycanın ilk qadın metallurqu, Sosialist Əməyi Qəhrəmanı (1960), Sumqayıtın fəxri vətəndaşı. Zəminə Həsən qızı Həsənova 1922-ci ilin mayın 10-da Sumqayıtda, indiki Corat qəsəbəsində anadan olub. O əmək fəaliyyətinə Sumqayıt Elektrik Stansiyasında başlayıb. Sovet dövründə Energetika Birliyinin sədri vəzifəsində çalışıb və yaşayış binalarının bünövrəsinin qoyulması ilə məşğul olub. Böyük Vətən Müharibəsi illərində Bakının vətəndaş müdafiəsi sistemində fəaliyyət göstərib. Müharibədən sonra əmək fəaliyyətini "Boruprokat" zavodunda operator kimi davam etdirib. Daha sonra briqadir vəzifəsində çalışıb. Həsənova 1970-ci ildə isə baş briqadir olub və həmin zavodda 4 briqadaya rəhbərlik edib. Z. Həsənova Azərbaycanın ictimai həyatında da fəal iştirak edib. Məktəbli uşaqlar üçün yaradılan "Horizont 8" klubunun təşkilatçılarından biri olub.
Zəminə Orucova
Zəminə Xınalı
Zəminə Xınalı - şairə, Əməkdar mədəniyyət işçisi, qadın hərbçi, H.Aslanov adına Mərkəzi Zabitlər Evində muzey müdiri, Azərbaycanda fəaliyyət göstərən ali hərbi məktəbləri – H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin, Dünya Azərbaycanlılarının Həmrəylik marşının və Azərbaycan Sülhməramlı Qüvvələrinin Sülh marşının sözlərinini müəllifidir. “Azərbaycan Silahlı Qüvvələrinini 90 illiyi” yubiley medalı, “Qüsursuz Xidmətə görə” medalı ilə təltif edilmişdir. 1964-cü il martın 21-də Qazax rayonunun Aslanbəyli kəndində doğulmuşdur. Kənddə orta məktəbi bitirdikdən sonra Sumqayıt Kimya Texnologiya Texnikumunun analitik kimya fakültəsində təhsil almışdır (1981-1984). Əmək fəaliyyətinə Sumqayıt Kimya İstehsalat Birliyində laborant kimi başlamışdır(1984-1986). Sonralar Bakıdakı 25 saylı texniki peşə məktəbində istehsalat təlim ustası (1986-1990), 240 saylı orta məktəbdə əmək və rəsm müəllimi (1990-1996) işləmişdir. Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində təhsilini davam etdirmiş, hərbi jurnalistika fakültəsini bitirmişdir (1996-1998). Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində uzun müddət Qadınlar Şurasının sədri, eyni zamanda Azərbaycan Ordusu qəzetində ştatdankənar müxbir işləmişdir (1996-2001). 2013- cü ilə qədər H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi qulluqçu kimi xidmət etmiş və həmin ildən ehtiyata buraxılmışdır.Hal- hazırda MN H.Aslanov adına Mərkəzi Zabitlər Evində muzey müdiridi. 2007-ci ildən Qazax Müəllimlər İnstitutunun filologiya fakültəsinin məzunudur.2015- ci ildə Əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür.
Kəlanə (çörək)
Kəlanə (kürd. کەلانە) — Kürdüstana xas olan çörək növü və ya bütöv qida. Yazda çörəyin içinə buğda unu və doqquzdon, digər fəsillərdə isə soğan doldurulur. Ənənəvi olaraq bu yastı çörək soğanı və ya yabanı sarımsaq ilə doldurulur və onları ev sobasında qızardılmış tavaya sığdırmaq üçün daha kiçik ölçülü edir.
Güvənliyə zəmanət verilmir
Güvənliyə zəmanət verilmir (ing. Safety Not Guaranteed) — 2012-ci ildə ekranlara çıxan komediya janrındakı ABŞ filmi. Filmdəki səhnələrin birində Arctic Monkeys qrupunun “Brick by Brick” mahnısı səsləndirilir. == Süjet == Bir adam qəzetə elan yerləşdirib, zaman səyahətində ona qoşulacaq birini axtarır. == Rollarda == Aubrey Plaza — Darius Britt Mark Düplass — Kenneth Calloway Jake Johnson — Jeff Schwensen Karan Soni — Arnau Jenica Bergere — Liz Mary Lynn Rajskub — Bridget Kristen Bell — Belinda Jeff Garlin — Darius's father William Hall Jr.
Cevriss Emane
Cevriss Emane (fr. Gévrise Émane 27 iyul 1982, Yaunde, Kamerun) — Kamerun əsilli Fransalı cüdoçu. 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, üçqat dünya, beşqat Avropa çempionu. Karyerası ərzində 63 və 70 kiloqramadək çəki dərəcələrində çıxış edib. 2013-cü ildə Fransa dövləti tərəfindən "Xidmətlərə görə" ordeni ilə təltif olunub. == Cüdo karyerası == Emane 2005-ci ildə Misirin paytaxtı Qahirə şəhərində keçirilmiş dünya çempionatında (70 kq-a qədər çəki dərəcəsində) gümüş medal qazanıb, bu medal idmançının peşəkar səviyyədə qazandığı ilk uğur sayılır. 2006-cı ildə Finlandiyanın Tampere şəhərində təşkil olunmuş Avropa çempionatının finalında Almaniya cüdoçusu Hayde Vollert üzərində təmiz qələbə (ippon) qazanaraq ilk dəfə Avropa çempionu titulunu qazanıb. Emane dünya çempionu titulunu ilk dəfə 2007-ci ildə Rio-de-Janeyroda keçirilmiş cüdo üzrə dünya çempionatında qazanıb. O, həlledici görüşdə amerikalı Ronda Rauzini xal hesabı ilə məğlub edib. 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında ölkəsini 70 kq-a qədər çəki dərəcəsində təmsil edib.
Miloş Zeman
Miloş Zeman (çex. Miloš Zeman; 28 sentyabr 1944[…], Kolin[d], Bohemiya və Moraviya protektoratlığı, Üçüncü Reyx[…]) — çex yazıçısı və dövlət xadimi, 8 mart 2013-cü ildən Çexiya prezidenti. Miloş Zeman 1996-cı ildən 1998-ci ilə qədər Çexiya parlamentinin alt palatası olan Nümayəndələr məclisinin sədri, 1998-ci ildən 2002-ci ilə qədər isə Çexiyanın baş naziri olmuşdur. Lideri olduğu Çexiya Sosial-Demokrat Partiyası 1990-cı illərdə ölkənin əsas partiyalarından biri idi. 1968-ci ildə Praqa baharı vaxtı, Çexoslovakiya Kommunist Partiyasının üzvü olsa da Çexoslovakiyanın SSRİ tərəfindən işğalına qarşı çıxdığı üçün 1970-ci ildə partiyadan uzaqlaşdırılmışdır. 1989-cu ildə dövlət telekanalında Çexoslovakiya iqtisadiyyatını tənqid etmişdir. Bu çıxışı qalmaqala səbəb olsa da, Məxməri inqilab zamanı onunla həmfikir olan Vətəndaş Forumu liderləri ilə yaxınlaşmasına yol açmışdır. 2013-cü ildə prezident seçkilərində səslərin 54.8 faizini toplayaraq Çexiya prezidenti seçilmişdir.
Məmlan ibn Yezid
Məmlan ibn Yəzid — Şirvanşah şahzadəsi, Şirvan taxtına iddiaçı. Şirvanşah Yəzid ibn Əhmədin oğlu idi. 22 noyabr 1066-cı ildə oğuz sərkərdəsi Qaratəkin ilə birlikdə Şamaxıya yürüşə başlamış və taxta iddia edirdi. Şirvanşah I Fəribürz əmisini məhv etmək üçün sultanın hacibinə gizlincə 6000 dinar verərək onu öz tərəfinə çəkmişdi. "Tarix-i əl-Bab"da Məmlan ibn Yəzidin öldürülməsinin təfərrüatı nəql olunur: "Hacib buna razılıq verib Qalabad qalasında oturan Məmlanı ziyafətə dəvət etdi. Məmlan ziyafətə gəldi. Onlar Məmlan sərxoş olana qədər yeyib – içdikdən sonra hacib onun Qalabada qayıtmasına icazə verdi. Bu vaxt Şirvanşah özünün saray adamlarından üç nəfəri – dayısı oğlu Ləşkəristanı, xidmətçisi Şadtəkini və hacibi Namdar ibn Müzəffəri yolda pusqu qurmağa göndərdi. Onlar sərxoş halda yanlarından keçən Məmlanın üstünə atılaraq, h.459-cu ilin rəbiülaxir ayında cümədən şənbəyə keçən gecə onu qəddarcasına qətlə yetirdilər.
Məmlan ibn Yəzid
Məmlan ibn Yəzid — Şirvanşah şahzadəsi, Şirvan taxtına iddiaçı. Şirvanşah Yəzid ibn Əhmədin oğlu idi. 22 noyabr 1066-cı ildə oğuz sərkərdəsi Qaratəkin ilə birlikdə Şamaxıya yürüşə başlamış və taxta iddia edirdi. Şirvanşah I Fəribürz əmisini məhv etmək üçün sultanın hacibinə gizlincə 6000 dinar verərək onu öz tərəfinə çəkmişdi. "Tarix-i əl-Bab"da Məmlan ibn Yəzidin öldürülməsinin təfərrüatı nəql olunur: "Hacib buna razılıq verib Qalabad qalasında oturan Məmlanı ziyafətə dəvət etdi. Məmlan ziyafətə gəldi. Onlar Məmlan sərxoş olana qədər yeyib – içdikdən sonra hacib onun Qalabada qayıtmasına icazə verdi. Bu vaxt Şirvanşah özünün saray adamlarından üç nəfəri – dayısı oğlu Ləşkəristanı, xidmətçisi Şadtəkini və hacibi Namdar ibn Müzəffəri yolda pusqu qurmağa göndərdi. Onlar sərxoş halda yanlarından keçən Məmlanın üstünə atılaraq, h.459-cu ilin rəbiülaxir ayında cümədən şənbəyə keçən gecə onu qəddarcasına qətlə yetirdilər.
Qiymətli kağızlar üzrə zəmanət
Əl Zəman (dərgi)
Əl Zəman (dərgi) — Bağdadda ərəb dilində fəaliyyət göstərən dərgi Müstəqil, gündəlik siyasi qəzetdir. Mətbu orqanın sahibi və təsisçisi Əl Bəzzazdır. 1997-ci il aprelin 10-u yaradılıb. “Zaman” müəssisəsi adı altında “Gündəlik Zaman”, “Gündəlik Zaman İdman”, “Yeni zaman” aylıq dərgi, “A-dan Z-yə” mədəniyyət dərgisi çapdan çıxır. Londonda fəaliyyət göstərən “Zaman”-ın nəşrləri bütün Avropa və Şimali Afrikaya yayılır.
Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi
Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi və ya MİGA — 1988-ci ildə yaradılıb və 157 üzvü var. Ölkə MİGA-ya üzv olmaq üçün ilk öncə BYİB-ə üzv olmalıdır. Təşkilatın maliyyə mənbəyini üzvlük kapitalı təşkil edir. İndiyə qədər buraxılan zəmanətlərin ümumi həcmi 10,4 milyard dollara bərabərdir. Zəmanət verilən birbaşa xarici investisiyaların həcmi isə 30 milyard dollara bərabər olmuşdur. 2002-ci il fiskal ilində 1,4 milyard dollar həcmində zəmanət buraxılmışdır. MİGA-nın yaradılmasında əsas məqsəd az inkişaf etmiş ölkələrə birbaşa xarici investisiyaların yönəldilməsinin artırılması yolu ilə bu ölkələrdə insanların yaşayış şəraitinin yaxşılaşdırılması və yoxsulluğun azaldılmasıdır. Təşkilatın vəzifələri aşağıdakılardır: · üzv ölkəyə digər üzv ölkədən qoyulmuş investisiyalarda mövcud olan qeyri-kommersiya risklərinə qarşı zəmanət verilməsi, o cümlədən investisiyaların birgə sığortası və təkrar sığortası; · inkişaf etməkdə olan ölkələrə investisiya axınının artırılması üçün digər müvafiq əlavə fəaliyyətlərin həyata keçirilməsi. · təşkilat tərəfindən yalnız inkişaf etməkdə olan ölkələrə investisiya qoyuluşuna zəmanət verilir. MİGA-nın dəstəklədiyi layihələr ölkələrə hərtərəfli fayda gətirir: yeni iş yerləri açılır, vergi gəlirləri yaranır, təcrübə və texnoloji nou-hau transfer olunur.
Beynəlxalq Kredit Sığortası və Zəmanət Assosiasiyası
Beynəlxalq Kredit Sığortası və Zəmanət Assosiasiyası (ing. The International Credit Insurance & Surety Association (ICISA) ) — kredit sığortaçıları və kredit zəmanət təşkilatlarının beynəlxalq maliyyə təşkilatı. == Tarixi == 1926-cı ildə Londonda ilk beynəlxalq kredit sığortası konfransı keçirildi. İki il sonra, Parisdə 1939-cu ilə qədər mövcud olan Beynəlxalq Kredit Sığortası Assosiasiyası (ing. The International Credit Insurance Association ICIA) quruldu. 1946-cı ildə II Dünya Müharibəsindən sonra, Sürixdə eyni sənədli bir dərnək yaradıldı və rəsmi sənədlərdə İkinci Beynəlxalq Kredit Sığortası Assosiasiyası olaraq adlandırıldı . 1950-ci ildən bəri, kredit zəmanət təşkilatları assosiasiyaya qatıldı. 2000-ci ildə dünyanın ən böyük beş təkrarsığorta şirkəti assosiasiyaya qoşuldu və 2001-ci ildə assosiasiya üzv təşkilatların fəaliyyətinin mahiyyətini daha yaxşı əks etdirmək üçün adını dəyişdirdi. == Fəaliyyətin təşkili == Assosiasiyanın ali orqanı ümumi iclasdır. Assosiasiyanın məqsədi kredit sığortası ilə bağlı məsələləri öyrənmək, dərnəyə üzv şirkətlərin mənafelərini təmsil etmək, dərnəyə üzv şirkətlər arasında qarşılıqlı əlaqəni inkişaf etdirməkdir.
Recording Industry Association of New Zealand
The Recording Industry Association of New Zealand (RIANZ) — Yeni Zellandiyada musiqi industriyasında fəaliyyət göstərən şirkət.
İpoteka və Kredit Zəmanət Fondu (Azərbaycan)
Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatını ödəmək, yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirilmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədilə "Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanına əsasən, Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Azərbaycan İpoteka Fondu" ASC yaradılıb və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə Cəmiyyətin Nizamnaməsi təsdiq edilib. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə "Azərbaycan İpoteka Fondu" ASC-nin və "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu" ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu" qeyri-kommersiya hüquqi şəxsi yaradılıb. 16 sentyabr 2005-ci il – Azərbaycan İpoteka Fondunun yaradılması 22 dekabr 2005-ci il – Azərbaycan İpoteka Fondunun Əsasnaməsinin təsdiq edilməsi 1 mart 2006-cı il – İlk ipoteka kreditlərinin verilməsinə başlanılması 31 mart 2006-cı il – ilk ipoteka kreditinin verilməsi 16 may 2006-cı il — İlk yenidən maliyyələşdirmə əməliyyatının aparılması 16 iyun 2006-cı il — Regionda İlk ipoteka kreditinin verilməsi 20 noyabr 2006-cı il — İKZF-in kotirovka dərəcəsi 2% səviyyəsində təyin olunması 7 fevral 2007-ci il — 100-cü ipoteka kreditinin verilməsi 20 aprel 2007-ci il — İlk güzəştli ipoteka kreditinin verilməsi 4 may 2007-ci il — 1000-ci ipoteka kreditinin verilməsi 29 iyun 2007-ci il — İKZF-in Naxçıvan filialının rəsmi açılışı.