Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zerkalo (qəzet)
Zerkalo — Azərbaycanda müstəqil ictimai-siyasi və iqtisadi xəbər saytı, keçmiş qəzet. Azərbaycanda və dünyada idmanı, mədəniyyəti, tarixini işıqlandırır. Məzmunu yalnız rus dilindədir. "Zerkalo" qəzeti gündəlik çap olunurdu. 2014-cü ilin may ayının əvvəlində həftədə bir dəfə işıq üzü görməsi qərara alınmışdı, lakin nəşri bu yolla da saxlamaq mümkün olmamış, 2014-cü il iyunun 1-dən qəzetin nəşri dayanmışdır. 2014-cü il avqustun 27-də "Ayna" və "Zerkalo" qəzetlərinin kollektivlərinin ümumi toplantısı keçirilib. Toplantıda baş redaktor Elçin Şıxlı "Ayna" və "Zerkalo" qəzetlərinin fəaliyyətinin birdəfəlik dayandırıldığını elan etmişdir..
Zerkalo Klara
Klara Yusifzadə və ya Zerkalo Klara (16 aprel 1934 – 26 fevral 2011, Bakı) — Azərbaycanın tanınmış qadın qanuni-oğru. 1934-cü ildə Şuşada Azerbaycanın tanınmış inqilabçısı Ağababa Yusifzadənin ailəsində dünyaya göz açıb. Atası ona Klara adını məşhur alman siyasətçisi Klara Setkinin şərəfinə verib. 3 yaşı olarkən atası represiya qurbanı olub. Vətən müharibəsi başlananda qardaşları cəbhəyə yollandıqdan sonra imkansızlıqdan cinayət aləminə düşüb. İddialara görə şəxsiyyət vəsiqəsində Klara Ağababa oğru Yusifzadə yazılmışdır. Zerkalo Klara 1950–1960-cı illərdə "Pəncəli Aslan" və "Paxan" ləqəbləriylə tanınan şəxslərin rəhbərlik etdiyi qruplaşmanın üzvü olub.Başçıları qadın olan bu qruplaşma dövrünün ən məşhur qruplaşmalarından olub. Hətta bu qruplaşma Cəmşid Əmirovun "Qara Volqa" əsərinin əsas mövzusu olmuşdur. İlk dəfə həbsə girərkən 15 yaşı olub. Ömrünün 32 ilini həbsxanada keçirmişdir.
Zərkar
Zərgər, Zərgar və ya Zərkar — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 1820-ci ildə İrandan Qarabağa köçüb gəlmiş ellərdən biri də Zərgər adlanırdı. Bu el Şahsevənlərin Sarıxanbəyli qoluna mənsub idi. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Zərgər oyk. Füzuli r-nunun Dövlətyarlı i.ə.v.-də kənd. Köndələnçayın sahilində, dağətəyi düzənlikdədir. XIX əsrin 70-ci illarinə aid məlumata görə, kənd şahsevənlərin sərxanbayli tayfasının zərcərli tirəsinə məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Keçən əsrin 30-cu illərində Xızı r-nunda da Zərgərli adlı kənd qeydə alınmışdır.
Mihaylo Çeprkalo
Mihaylo Çeprkalo (9 iyun 1999) — Bosniya və Herseqovinalı üzgüçü. Mihaylo Çeprkalo Bosniya və Herseqovinanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Mihaylo Çeprkalo birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:31.62 saniyəlik nəticəsi ilə 37-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Yarimar Merkado
Yarimar Merkado Martinez (12 mart 1995) — Puerto-Rikolu atıcı. Yarimar Merkado Puerto-Rikonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Yarimar Merkado birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 406.6 xal toplayaraq 43-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Zərbalı Mirzə
Zərbalı Mirzə (tam adı: Allahverdiyev Zərbalı Mirzə oğlu; d. 1 yanvar 1960, Ucar rayonu, Yuxarı Şilyan kəndi, Azərbaycan SSR, SSRİ) — jurnalist, “İnşaatçı” qəzetinin baş redaktoru, Əməkdar Jurnalist (2015) 1 yanvar 1960-cı ildə Azərbaycan Respublikası Ucar rayonunun Yuxarı Şilyan kəndində qulluqçu ailəsində anadan olub. 1967-1977-ci illərdə Yuxarı Şilyan kənd məktəbində orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1979-1981-ci illərdə ordu sıralarında hərbi xidmətdə olub. Nümunəvi xidmətinə görə ordu komandanlığının göndərişi ilə 1981-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin hazırlıq şöbəsinə daxil olmuş, 1982-1987-ci illərdə isə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani şöbəsində tam kursu bitirərək jurnalist ixtisasına yiyələnmişdir. Hələ jurnalistika fakültəsində təhsil aldığı illərdə respublikanın aparıcı mətbuat orqanlarında – “Kommunist”, Sovet kəndi”, “Bakı”, “Azərbaycan gəncləri” və bir sıra digər qəzetlərdə tələbə-jurnalist kimi maraqlı yazılarla çıxış etmişdir. Universiteti bitirdikdən sonra – 1987-ci ildə təyinatla “İnşaatçı” qəzeti redaksiyasında işə başlamış, qısa vaxt ərzində müxbir, xüsusi müxbir, şöbə müdiri və məsul katib vəzifələrində pillə-pillə yüksələrək 2001-ci ildən qəzetin redaktor müavini vəzifəsinə təyin olunmuşdur. 2006-cı ildən “İnşaatçı” qəzetinin baş redaktoru vəzifəsində çalışır. Tanınmış inşaatçıların həyatından bəhs edən 5 avtobioqrafik əsərin müəllifidir. Həmçinin “Azərbaycan Respublikasının inkişafında tikinti kompleksinin rolu” kitabının və “Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası” kitablarının nəşr olunuş 1, 2, 3, 4 və 5-ci cildlərinin müəlliflərindən biridir.
Araz Zərkar
Araz Zərgər — Azərbaycan Respublikasının Füzuli rayonunun Bala Bəhmənli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Araz çayının sahilində, Mil düzündədir. Oykonim Araz (hidr.) və Zərgər (etnotoponim) sözlərindən düzəlib, "Araz sahilində Zərgər kəndi" deməkdir. Kəndi r-nun ərazisindəki Zərgər adlı digər kənddən fərqləndirmək üçün Araz sahilində olan bu kənd belə adlandırılmışdır. Kəndin əhalisi 1820-ci ildə Cənubi Azərbaycandan köçürülmüş ailələrdən ibarətdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 482 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Noel Kempf Merkado Milli Parkı
Noel Kempf Merkado Milli Parkı — Cənubi Amerikada, Boliviya respublikasında yerləşən milli park. 2000-ci ildən Dünya irsi siyahısındadır. Amazon çayı hövzəsində yerləşən Noel Kempf Merkado Milli Parkı dünyada bioloji cəhətdən ən rəngarəng bölgələrindən biridir. Yüksəkliyi 200–1000 metr arasında dəyişən milli parkın sahəsi 750.000 ha-dır. Park Amazon yağış meşələri ilə quru meşələr və Serrado ovalarının birləşdiyi keçid bölgəsindədir. 5 fərqli təbii mühitdən ibarətdir: yaylalarda daim yaşıl olan ağacların meydana gətirdiyi meşələr, enliyarpaqlı ağaclardan ibarət meşələr, düzənliklər, su düzənlikləri və sulaq meşələr. Təxminən florası 4000 növ bitkidən, faunası 600 quş növündən və müxtəlif canlı növlərindən ibarətdir. Bunların arasında nəhəng su samurları, Amerika tutuquşusu, nəhəng armadillolar, çəhrayı çay delfinləri, yallı qurdlar, bataqlıq və düzənlik maralları sayıla bilər. Bura 28 iyun 1979-cu ildə milli park halına gətirilmişdir. İlk adı Xuançanaka Milli Parkı (Parque Nacional Huanchaca) olsa da, daha sonra parkda apardığı elmi işlər səbəbiylə vəfat etmiş Noel Kempf Merkadonun xatirəsinə Noel Kempf Merkado Milli Parkı (Parque Nacional Noel Kempff Mercado) olaraq dəyişdirilmişdir.
Noel Kempff Merkado Milli Parkı
Noel Kempf Merkado Milli Parkı — Cənubi Amerikada, Boliviya respublikasında yerləşən milli park. 2000-ci ildən Dünya irsi siyahısındadır. Amazon çayı hövzəsində yerləşən Noel Kempf Merkado Milli Parkı dünyada bioloji cəhətdən ən rəngarəng bölgələrindən biridir. Yüksəkliyi 200–1000 metr arasında dəyişən milli parkın sahəsi 750.000 ha-dır. Park Amazon yağış meşələri ilə quru meşələr və Serrado ovalarının birləşdiyi keçid bölgəsindədir. 5 fərqli təbii mühitdən ibarətdir: yaylalarda daim yaşıl olan ağacların meydana gətirdiyi meşələr, enliyarpaqlı ağaclardan ibarət meşələr, düzənliklər, su düzənlikləri və sulaq meşələr. Təxminən florası 4000 növ bitkidən, faunası 600 quş növündən və müxtəlif canlı növlərindən ibarətdir. Bunların arasında nəhəng su samurları, Amerika tutuquşusu, nəhəng armadillolar, çəhrayı çay delfinləri, yallı qurdlar, bataqlıq və düzənlik maralları sayıla bilər. Bura 28 iyun 1979-cu ildə milli park halına gətirilmişdir. İlk adı Xuançanaka Milli Parkı (Parque Nacional Huanchaca) olsa da, daha sonra parkda apardığı elmi işlər səbəbiylə vəfat etmiş Noel Kempf Merkadonun xatirəsinə Noel Kempf Merkado Milli Parkı (Parque Nacional Noel Kempff Mercado) olaraq dəyişdirilmişdir.