Zerkalo (qəzet)

Zerkalo” qəzeti 1990-cı ilin avqustunda yaradılıb. Rus dilində çıxan “Zerkalo” gündəlik çap olunurdu. 2014-cü ilin may ayının əvvəlində həftədə bir dəfə işıq üzü görməsi qərara alınmışdı. Ancaq nəşri bu yolla da saxlamaq mümkün olmamış, 2014-cü il iyunun 1-dən qəzetin nəşri dayanmışdır[1].

Zerkalo
Yaranma tarixi 1 avqust 1990, avqust 1990
Dil rus dili
Nəşrini dayandırıb 27 avqust 2014
zerkalo.az

2014-cü il avqustun 27-də “Ayna” və “Zerkalo” qəzetlərinin kollektivlərinin ümumi toplantısı keçirilib. Toplantıda baş redaktor Elçin Şıxlı “Ayna” və “Zerkalo” qəzetlərinin fəaliyyətinin birdəfəlik dayandırıldığını elan edib[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 ""Ayna" və "Zerkalo" qəzetləri fəaliyyətini birdəfəlik dayandırdı". "Media forum" (az.). mediaforum.az. 2014-08-27 - 14:32:00. 2014-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-28.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]