Noel Kempf Merkado Milli Parkı


Noel Kempf Merkado Milli ParkıCənubi Amerikada, Boliviya respublikasında yerləşən milli park. 2000-ci ildən Dünya irsi siyahısındadır.

Noel Kempf Merkado Milli Parkı
Ölkə
Tip Təbii
Kriteriya ix, x
Keçid 967
Region Latın Amerikası və Karib regionu [* 1]
Daxil edilməsi 2000  (24-cü sessiya)
Noel Kempff Merkado Milli Parkı xəritədə
Noel Kempff Merkado Milli Parkı
Noel Kempff Merkado Milli Parkı

Amazon çayı hövzəsində yerləşən Noel Kempf Merkado Milli Parkı dünyada bioloji cəhətdən ən rəngarəng bölgələrindən biridir. Yüksəkliyi 200–1000 metr arasında dəyişən milli parkın sahəsi 750.000 ha-dır. Park Amazon yağış meşələri ilə quru meşələr və Serrado ovalarının birləşdiyi keçid bölgəsindədir. 5 fərqli təbii mühitdən ibarətdir: yaylalarda daim yaşıl olan ağacların meydana gətirdiyi meşələr, enliyarpaqlı ağaclardan ibarət meşələr, düzənliklər, su düzənlikləri və sulaq meşələr.

Flora və fauna

[redaktə | mənbəni redaktə et]

Təxminən florası 4000 növ bitkidən, faunası 600 quş növündən və müxtəlif canlı növlərindən ibarətdir. Bunların arasında nəhəng su samurları, Amerika tutuquşusu, nəhəng armadillolar, çəhrayı çay delfinləri, yallı qurdlar, bataqlıq və düzənlik maralları sayıla bilər.

Bura 28 iyun 1979-cu ildə milli park halına gətirilmişdir. İlk adı Xuançanaka Milli Parkı (Parque Nacional Huanchaca) olsa da, daha sonra parkda apardığı elmi işlər səbəbiylə vəfat etmiş Noel Kempf Merkadonun xatirəsinə Noel Kempf Merkado Milli Parkı (Parque Nacional Noel Kempff Mercado) olaraq dəyişdirilmişdir.[1]